1) oxu texnikasının inkişafı (səlis, sürətli oxu); 2) şüurlu oxu (oxuyub-anlama). 2-ci sinifdə şagirdlərdə oxu texnikası
təkmilləşdirilməklə yanaşı, şüurlu oxu
bacarığı da formalaşdırılır.
Bədii əsərlərin təhlilini apararkən şa -
gird lərlə ünsiyyəti asanlaşdırmaq üçün
onlara bir sıra termin və ifadələri (obraz,
qəhrəman, nəzm, nəsr, abzas, ideya və
s.) an lat maq lazımdır.
Əsərdəki hadisələr arasındakı sə
-
bəb-nəticə əlaqələrini müəyyən etmək
şüurlu oxunun əsas göstəricilərindən
biridir. Bu, əsərin məzmununu daha
dərindən qavramağa kömək edir.
Ana dili kurikulumunda təsbit olun -
muş 2.1.2 alt-standartının xüsusi şər -
hə ehtiyacı var. Sözün mənasını dəqiq
və səlis izah etmək bacarığı yük sək nitq
mədəniyyətinə malik olma
ğın bariz
göstəricisidir. Bunun üçün sözün aid olduğu məna qrupunu və xüsusi əlamətlərini
sadalamaq lazım gəlir. Lakin 2-ci sinif şagirdindən sözlə rin bu cür izahını tələb etmək
tezdir. Bu bacarığın formalaşdırılması prosesi mərhələlərə bölünməlidir. İlkin mərhə -
lədə şagird sözün aid olduğu məna qrupunu müəyyən etməyi və ya sözü yaxınmənalı
sözlə əvəz etməyi bacarmalıdır. Buna görə də vəsaitdə bəzi oxu dərslərinin
planlaşdırılmasında
“Sözü müvafiq məna qrupuna aid edir və yaxınmənalı sözün
köməyi ilə izah edir”
kimi şagird nailiyyəti əks olunmuşdur ki, bu da 2.1.2 alt-
standartına uyğun gəlir.
2.2.2 alt-standartında şeir, nağıl, hekayə, təmsil kimi folklor nümunələrinin adı
qeyd olunur. Lakin uşaq folklorundan danışarkən təkcə bu nümunələrlə
məhdudlaşmaq olmaz. Bunları nəzərə alaraq dərsliyin “Söz sənətimiz” bölməsinə
atalar sözləri, tapmacalar, sanamalar, oyunlar, laylalar, yanıltmaclar, bayatılar kimi
kiçikhəcmli folklor nümunələri salınmışdır ki, bunlar müvafiq yaş qrupunun intellektual
səviyyəsinə və maraq dairəsinə tamamilə uyğundur.
İbtidai təhsildə “Oxu” məzmun xəttinin inkişafında ən yüksək nailiyyət zövq üçün
12
GİRİŞ