“Ananın gözləri nə rəngdədir” Aytən Muraddan soruşdu: – Sən öz ananı yaxşı tanıyırsan? – Əlbəttə! – deyə Murad təəccüblə cavab verdi. – Kim öz anasını tanımır ki?! Sən də söz tapdın! Aytən gülümsədi və yenə soruşdu: – Onda de, sənin ananın gözləri nə rəngdədir? – Deyəsən, göydür, – deyə Murad tərəddüdlə cavab verdi. – Yox… bəlkə, mavidir… – Bəs sənin ananın sevimli mahnısı hansıdır? – deyə Aytən soruşdu. – Eh, mən nə bilim… – Bəs sənin anan ən çox nəyi arzulayır? – deyə Aytən sorğunu davam etdirdi. – Mən heç vaxt ondan bunu soruşmamışam, – deyə Murad cavab verdi. – Özü də məgər böyüklərin də arzuları olur? – Onda özün anandan soruş: onun arzuları var, ya yox, – deyə Aytən gülümsədi. – Mənim atamın və anamın o qədər arzuları var ki... Bəs sənin anan uşaq vaxtı necə olub: sakit, ya dəcəl? – Mən axı onun uşaqlığını görməmişəm, – deyə Murad etiraz etdi. – Nənən heç bu barədə danışmayıb? – deyə Aytən soruşdu. – Bilmirəm, eşitməmişəm, – deyə Murad cavab verdi. – Bəs sənin özünə bu barədə soruşub öyrənmək maraqlı deyil? – deyə Aytən əl çəkmədi. Murad fikrə getdi: