IV qrup. Hansı sözlərdə “y” hərfinin yerinə “k” yazılmalıdır:
pişiy, eynəy, dibçəy, əyri, əriy, boyun, çörəy, küləy, saray
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərsliyin 53-cü səhifəsindəki nəzəri hissə oxunur.
Nəticə:
“K” hərfi sözdən asılı olaraq müxtəlif səslər ifadə edir.
Tətbiqetmə.
Dərsliyin 53-cü səhifəsindəki 4-5-ci tapşırıqlar, eləcə də
İş dəftərinin 38-ci
səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı.
“İsti ana qucağında” şeirini nəsrə çevirib yazın.
Qiymətləndirmə.
Təqdimatlara, diskussiyaya və tətbiqetmənin
nəticələrinə əsasən
aparılır.
Dərs 23. ÜÇ ANA, ÜÇ OĞUL (4 saat)
Motivasiya.
Müəllim şagirdlərə müxtəlif şəkillər nümayiş etdirir.
Bu şəkillərin mövzusu
vali deynin uşaqlarına qayğısı ilə əlaqədardır (
ana uşağını yatızdırır, ana uşağının çantasını
götürüb məktəbə aparır, ana nahar stolunu hazırlayır, ana həyətdən gələn oğlunun çirkli
paltarlarını çıxarıb yuyur və s.)
Müəllim:
– Şəkillərin mövzusu haqqında nə deyə bilərsiniz?
– Bəs uşaqlar valideynlərinin qayğısına qalmalıdır? Onlar bunu necə edə bilərlər?
– Ən çox istədiyiniz insana sevginizi necə bildirərsiniz?
Dostları ilə paylaş: