Hüsnxət. “F” hərfi. İş dəftəri, səh. 37.
DİL QAYDALARI Motivasiya. Dərslikdən 3-cü tapşırıq yerinə yetirilir. Kəpənək və karandaş şəkilləri gös -
tərilir. Şagirdlər dən şəkillərin adlarını yazmaq tələb olu nur. Sonra bu sözlər ucadan oxu nur.
Köməkçi sual: – Bu sözlər hansı hərflə başlanır? Bəs demək olarmı ki, hər iki söz eyni səslə başlanır? Tədqiqat sualı: –“K” hərfi hansı səsləri ifadə edir? Tədqiqatın aparılması. Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Verilən sözləri sxemə görə qruplaşdırın. Özünüzdən də 2 söz əlavə yazın: kələm, kosmos, körpü, konfet, konsert, kitab, kartof, klub, külək, tülkü, körpə II qrup. 3 “ke” səsi və 3 “ka” səsi ilə başlanan söz yazın. Onları cümlədə işlədin. III qrup. Buraxılmış nöqtələrin yerinə müvafiq gələn hərfi qoyun və həmin sözləri tələffüz edin: pələn..., məs...ən, əhən..., ...östəbək, səhən..., ...önül, beşi..., fi...ir, ha...im, pişi...