– Özünüzü yaxşı hiss etmədikdə, xəstələndikdə kimin yanında olmaq istəyirsiniz?
Şeirin hər bəndi şagirdlər tərəfindən oxunur. Onlar “Mən bibimi (xalamı, bacımı, nənəmi)
nə üçün sevirəm?” sualına cavab verərək oxuduqlarını nəsrə çevirib danışırlar.
Suallar:
– Şeir kimin dilindən deyilir? (qızın)
– Bunu hansı misralar təsdiq edir?
– Şeirdə qız kimləri sevdiyini söyləyir?
– Onları bir sözlə necə adlandırmaq olar? (qohumlar)
– Bu qrupa daha hansı sözləri əlavə etmək olar? (dayı, əmi, baba və s.)
1-ci tapşırıq genişləndirilərək yerinə yetirilir. Sinifdə hər hansı əşya
şərti mikrofon seçilir
və mikrofonu alan şagird qohumluq bildirən sözlərdən birini izah edir. Məsələn, əlində mikro-
fon olan şagird “Dayı – ananın qardaşıdır” – deyir və mikrofonu başqa şagirdə ötürür. Həmin
şagird, məsələn, “Əmi – atanın qardaşıdır” – deyir və s.
Müəllim diqqət yetirir ki, təkrar söz
deyilməsin və mümkün qədər çox şagird danışsın (daha çox uşaq danışsın
deyə onlar
xalaoğlu, əminəvəsi və s. bu kimi sözlər də deyə bilərlər).
Bəs sən öz doğmalarını hansı cəhətlərinə görə sevirsən? – sualı bir neçə şagird
tərəfindən cavablandırılır.
2-ci tapşırıq yerinə yetirilir:
2. Xalam mənə həmişə “can” deyir.
4. Nənəm gecələr mənə nağıl söyləyir.
5. Anamın isti qucağında göz yaşım quruyur.
Hər cümlə plan kimi seçilərək şeirin məzmunu nəql olunur.
İş dəftərinin 38-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dinləmə. Müəllim:
– Hər kəs öz anasını çox sevir. Bəs siz ananızı yaxşı tanıyırsınız?
Şagirdlər
ehtimal ki, analarını yaxşı tanıdıqlarını deyəcəklər.
Dostları ilə paylaş: