İmla mətni: Ev tapşırığı. – “Torpaq deyər: “öldür məni, dirildim səni” mövzusun da inşa yazın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 22. İSTİ ANA QUCAĞINDA (4 saat)
Motivasiya. Müəllim yazı taxtasında iri hərflərlə “ANA” sözünü yazır. Şagirdlər ana ilə
bağlı fikirlər deyirlər (atalar sözləri, şeir də deyilə bilər).
Sual: – Anadan başqa daha kimləri özünüzə yaxın hesab edirsiniz? Yaxud: Müəllim əvvəlki gün uşaqlara ailə şəkli gətirməyi tapşırır. Yaxşı olar ki, şəkildə
xala, bibi, nənə və başqa qohumlar da olsun. Uşaqlar ailələri və qohumları haqda danışırlar.
Müəllim:
– Sözünüzü, sirrinizi ən çox kimə deyirsiniz? – İstədiyiniz bir şeyi almaq lazım olduqda ən çox kimə müraciət edirsiniz? MƏŞQ (36 söz)
Şənbə günü məktəbimizdə idman yarışları oldu. Velosiped yarışında məktəb
üzrə birinci yerə çıxdım. Amma tirin üstündə gəzə bilmədim. Atam deyir ki,
idman məşq eləməyi sevir. İdman məşqi sevir, mən də idmanı. Deməli, mən
məşqi də sevməliyəm.