Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Şeir müvafiq jest və mimikalardan istifadə edilməklə 3 şagird tərəfindən
oxu nur.
Dərsliyin 61-ci səhifəsindəki 1-ci tapşırığa əsasən sol sütunda verilən sözlər sağ sütun -
dakı sözə aid edilir:
1 – B, 2 – Ç, 3 – A, 4 – C.
Tapşırıq 2 (səh. 62). Şagirdlər obrazların hərəkətinə münasibət bildirir və əxlaqi
dəyərlərdən çıxış edərək öz münasibətlərini əsaslandırırlar.
Suallar:
– Şeirdən hansı nəticəni çıxartdınız? – Köməyə ehtiyacı olanlara yardım etmək lazımdır. Yardım edəndə minnət qoymaq lazım deyil. Yazı. Şagirdlər şeirin bəndlərindən birini əzbərdən dəftərə yazırlar.
Nəticə: Köməyə ehtiyacı olana laqeyd qalmaq özü də yaxşı hərəkət deyil.
Tətbiqetmə. Müəllim test tipli aşağıdakı sualı verir:
– Tənəffüsdə 2 uşağın dalaşdığını görürsünüz. Bu halda siz necə hərəkət edərsiniz? A) Tez oradan uzaqlaşarsınız. B) Dayanıb bunun nə ilə nəticələnəcəyini gözləyərsiniz. C) Ya onları ayırar, ya da köməyə kimisə çağırarsınız. Fərziyyələr dinlənilir.
– Güclünün zəifi incitdiyini gördükdə nə etmək lazımdır? İş dəftərinin 45-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.