Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


Şəhərin kənarında gecələyən dostlar



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə262/391
tarix30.12.2021
ölçüsü3,37 Mb.
#22836
1   ...   258   259   260   261   262   263   264   265   ...   391
Şəhərin kənarında gecələyən dostlar
1. Su satmağa yollanan dostlar
2. Şəhərdə
3. Şəhərin kənarında
4. Suyun içinə düşən böcək
Mətnin məzmunu plan üzrə nəql edilir.
Şagirdlərə mətnin davamını təxmin etmək tapşırılır: – Sizcə, mətnin sonrakı hissəsində
səhəngə düşmüş böcəyin nə rolu olacaq? Nəyə görə müəllif Nicatın böcəyə münasibətini bu
qədər vurğulayır?
Şagirdlərin versiyalarından sonra mətnin II hissəsi (dərslik, səh. 129) oxunur, təhlil olunur
və suallar verilir:
– Nicatla Dəcəlin münasibətində nə daha çox xoşunuza gəldi?
– Siz bir qəbahət iş görəndə etiraf edə bilərsinizmi?
– Siz böcəyə nə deyərdiniz?
Oxunan hissəyə başlıq verilib plan tutulur: 
Əsl dostlar
1. Kiçilən dostlar
2. Sirli böcək
3. Böcəyin xilas edilməsi
4. Sinaq
5. Əsl dostluq
Mətnin məzmunu plan üzrə nəql edilir.
Mətnin sonundakı tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Smayliklərlə yerinə yetirilir.
Tapşırıq 2. “B” variantındakı cümlə mətnin ideyası ilə bağlı deyil.
Tapşırıq 3. 1-ci boşluğa “dünən səni darda qoydum”, 2-ci boşluğa “Axı ata-anası onun
yolunu gözləyir”, 3-cü boşluğa “Axı səhvi mən etmişəm” cümləsi uyğun gəlir. 
Tapşırıq 4. Ardıcıllıq aşağıdakı şəkildə olmalıdır:
Ç, B, A, D, E, C
Danışma.
Müəllim aşağıdakı sualları verməklə şagirdləri danışmağa, fikirlərini sərbəst
ifadə etməyə yönəldir.
– Dostunuzla bağlı elə hadisə veribmi ki, siz onun etibarına, sadiqliyinə bir daha əmin ol-
musunuz?
– Dostluğun möhkəmliyi daha nədə əks olunur?
Nəticə: Dost dosta tən gərək. Yoldaşlıq edirsənsə, həm çətinlikdə, həm də dar gündə bir
olmalısan. Səhvini etiraf etməyi bacarmaq lazımdır. Yoldaşına qarşı ədalətli, rəhmli
olarsansa, əvəzini görərsən.
İş dəftərinin 91-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müsbət təlim mühiti yaratmaq və şagirdlərin kommunikasiyasını təşkil etmək üçün “Fikri
yenidən qısaca ifadə etmək” (yaxud “Xarab olmuş telefon”) üsulu ilə şagirdlər fikirlərini bir-
birinə çatdırırlar. Bunun üçün şagirdlər qruplara bölünürlər. Hər qrupa üzərində atalar sözləri
yazılmış vərəqlər paylanır. Məsələn, bir qrupa üzərində “Dost-düşmən qara gündə bəlli olar”
atalar sözü yazılmış vərəq verilir. Bir şagird bu fikri oxuyur, vərəqin atalar sözü yazılmış
hissəsini qatlayıb, təmiz hissədə bu fikri başa düşdüyü şəkildə yazır və digər yoldaşına
ötürür. Beləliklə, hər iştirakçı əvvəlki qeydlərə əsasən öz fikrini yazır. İş sona çatdıqda axırıncı
Dərslərin planlaşdırılması
V bölmə
148
Çap üçün deyil


iştirakçı ilk və son fikirləri ucadan oxuyur. Adətən, bu fikirlər bir-birindən kəskin fərqlənir.
Sonra şagirdlər vərəqi açıb ilk yazılmış cümlədən başlayaraq fikirlərin birindən digərinə doğru
necə dəyişdiyini oxumaqla izləyirlər.
Digər qruplara “Dostun yoxsa – axtar, tapdın – qoru”, “Örtülü bazar dostluğu pozar”, “Dost-
dostdan bezar olmaz, aralıqda mərdimazar olmasa” atalar sözləri yazılmış vərəqlər verilə bilər.
Bütün qrupların fikirləri oxunduqdan sonra refleksiya keçirmək yaxşı olardı:
– Bu tapşırıqdan hansı nəticəni çıxarmaq olar?
– İnformasiyanın düzgün ötürülməməsi nəticəsində nə baş verə bilər?
– Fikri yenidən düzgün və qısaca ifadə etmək hansı hallarda vacibdir?

Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   391




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin