Tədqiqatın aparılması. Dərsliklə iş. Mətn oxunur və təhlil edilir. 1-2-ci tapşırıqlar yerinə
yetirilir.
“Mətni davam etdir”. Qruplarla iş. I qrup. Mətni elə dəyişin ki, qaranquş da alovu söndürmək üçün öz köməyini göstərsin. II qrup. Mətni elə dəyişin ki, kəpənək qaranquşun sözlərindən sonra öz dostlarını da köməyə çağırsın. III qrup. Mətni elə dəyişin ki, kəpənəyin sözlərindən sonra qaranquş ətrafda olan bütün həşəratları və böcəkləri köməyə çağırsın. IV qrup. Mətni elə dəyişin ki, qaranquş öz balalarını alovu söndürmək üçün çağırsın. Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Yazı. Mətnin ilk üç abzası dəftərə köçürülür.
Nəticə: Hər kəs ümumi işə töhfə verməklə vicdanı qarşısındakı borcunu yerinə yetirmiş
olur.
Dil qaydaları. Tapşırıq. Mətndən hərəkətin hər üç zamanında işlənmiş sözlər seçilir və onlar
cümlədə işlədilir.
Ev tapşırığı: – “Çətin vəziyyətdə yoldaşına necə kömək edərsən?” mövzusunda inşa yazın. Qiymətləndirmə. Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 66. KOBUD (2 saat)
Motivasiya. Müəllim dairənin ortasında “kobud” sözünü yazır. Bu sözlə bağlı olanlar
şaxələrdə yazılır: