Məzmun standartları Təlim məqsədləri 1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Müşahidə etdiyini, oxuduğunu düşüncələrinə
uyğun tərzdə çatdırır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Hadisələrin davamını təxmin edərək mətni
şüurlu oxuduğunu nümayiş etdirir.
Əsərdəki hadisələrin ardıcıllığını müəyyən
etməklə və boşluqları doldurmaqla mətni
oxuyub anladığını nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin məzmununa əsasən hissələrə
başlıq verir və plan tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və ona
münasibət bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Tutulmuş palna görə mətni danışır.
3.1.1. Yazısında sadə hüsnxət norma ları na
riayət edir.
“N” hərfini hüsnxət normalarına uyğun ya zır
və digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Oxuduğu mətnin ideyasını həyatda
gördükləri ilə əlaqələndirərək inşa yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
147
Çap üçün deyil