Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. 12-ci səhifədəki nəzəri material mənimsədilir. Dərsliyin 12-ci səhi fə -
sindəki 8-12-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 9. Zənbil sözü ilə yaxınmənalı söz səbət (“b” hərfi), peşə sözü ilə yaxınmənalı isə
sənət (“n” hərfi) sözüdür.
Tapşırıq 10. Gün, şən, həyat və boy sözlərində yalnız bir hərfi dəyişməklə yeni sözlər
yaradılır.
Gün – gül, gen və s. Şən – mən, dən, sən, şər və s. Həyat – həyət Boy – toy, soy, qoy, bəy və s. Tapşırıq 12
. Aşağıdakı sözlər alınır:
ər, sər, əsər, kəsər at, yat, oyat ək, lək, ələk, bələk Nəticə: Sözlər səslərin birləşməsindən yaranır. Səslər deyilir və eşidilir, hərflər isə yazılır
və görünür. Bəzən sözdə yalnız bir səsi dəyişməklə yeni söz düzəltmək olur.