AZƏRBAYCAN BAYRAĞI Hər bir bayraqda rəng və işarələrin xüsusi mənası var. Azərbaycan bayrağında da
belədir.
Çox qədimdə vahid türk xalqı olmuşdur. Müasir türk, özbək, tatar, qırğız, qazax və bir
çox başqa millətlər bu xalqdan törəmişdir. Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının
da türk soyundan olduğunu bildirir.
Azərbaycan bayrağının ortasındakı zolaq qırmızı rəngdədir. Bu isə müasirlik rəmzidir.
Müasir olmaq öndə olmaq, yeniliyə can atmaq deməkdir.
Dünyada müxtəlif dinlər var: islam, xristianlıq və s. Hər xalq bir dinə inanır.
Bayrağımızdakı yaşıl rəng azərbaycanlıların islam dininə sitayiş etdiyini və müsəlman
olduğunu göstərir.
Nəticə: Azərbaycan bayrağı üçrənglidir. Hər rəngin öz mənası var.