Tədqiqatın aparılması. Azərbaycan əlifbasını əks etdirən plakat asılır. Sual: – Hərflərin bildirdiyi səsləri tələffüz edin. Hansı səsləri uzatmaq olur? Həmin səsləri bildirən hərfləri dəftərinizdə qeyd edin. Müəllimin nəzərinə: Şagirdlər l, m, n, r, j, ş, s, z samitlərinin tələffüz zamanı uzana bildiyini düşünərək bu səsləri də səhvən sait kimi qəbul edə bilərlər. Fonetik qaydalara əsasən, bu səslər uzana bilsə də, saitlərdən fərqli olaraq ağız boşluğunda maneəyə rast gəlir. Lakin 2-ci sinif şagirdi üçün bu qaydanı mənimsəmək çətin olar. Odur ki müəllim bu mərhələdə, sadəcə, sait səsləri uşaqlara əzbərlətdirib qalan səslərin samit səs olduğunu bildirməklə kifayətlənə bilər. Dərslərin planlaşdırılması