Tətbiqetmə. İş dəftərinin 7-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI Motivasiya. Müəllim doldurulmuş hava şarlarından birinin “boğaz”ından ehmalca dar-
taraq şardakı havanı ciyiltili səslə çıxarır. Digər şara isə iynə batırmaqla partlayış səsi yaradır.
Köməkçi sual: – Hər iki səs şardakı havanın hesabına yarandı. Bəs onların arasındakı fərq nədədir? Şagirdlər ikinci səsdən fərqli olaraq birinci səsin uzandığını söyləyirlər.
Tapşırıq 4. “Ü” səsinin uzun tələffüz olunduğu qeyd edilir.
Tədqiqat sualı: – Tələffüz etdiyimiz səslərdən hansılarını uzatmaq olur?