Digər
tərəfdən, dilimizdə “gözlərinə işıq gəldi” (dirçəldi, gücə, qüvvətə gəldi) ifadəsi də var.
Bu iki mənanı
birləşdirərək demək olar ki, mətndə bu ifadə “əziz”, “qiymətli”, “mənə güc ve rən”
mənalarında işlənmişdir.
2-ci cümlə izah olunarkən Azərbaycanın müstəqillik əldə etməsindən
sonra üçrəngli bay -
ra ğın qaldırılması haqqında qısa məlumat verilə bilər. Azadlıq
uğrunda mübarizə Azər -
baycanın müstəqilliyi və üçrəngli bayrağın ucaldılması ilə nəticələndi. Bunu yağışdan sonra
səmada göy qurşağı nın əmələ gəlməsinə bənzətmək olar.
9 noyabrın Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunduğu yada salınır.
3-cü cümlənin izahı zamanı
müəllim bildirir ki, mayak
gəmilərə yol göstərdiyi kimi,
bayraq
da yolumuza işıq saçır, yol göstərir.
Yazı.
Şagirdlərin marağına əsasən şeirdən seçilmiş hissə əzbərdən yazılır.
3-cü tapşırığın icrasından əvvəl müəllim aşağıdakı mətni səsləndirir.
Dostları ilə paylaş: