Tədqiqatın aparılması. Lövhədən şar, tar, qaz və qız şəkilləri çəkilmiş bir plakat asılır.
Şagirdlər şəkillərin adlarını şəklin altında yazırlar. Onları əvvəlcə səs və hərf tərkibinə,
sonra mənalarına görə fərqləndirirlər.
n
n
n
n
n
Dərslərin planlaşdırılması
Ы бюлмя 36
Çap üçün deyil
Qruplarla iş. I qrup. İzahı verilmiş sözləri tapın, bu sözlərdə hansı hərfin fərqləndiyini göstərin. Süd verən iri ev heyvanı (inək). Parça növü (ipək). Zərb musiqi aləti (nağara). Ayının yuvası, evi (mağara). Ata-ananın qızı (bacı). Tüstünün çıxması üçün damda olan xüsusi yer (baca). II qrup. Cümlələrdəki səhvi düzəldin. 1. Anam qoz ləpəsindən pahlava pişirdi. 2. Şir yırtıcı heyvadır. 3. Çəpərin dibinə çoxlu daş yıxılmışdı. III qrup. “Da” və “şa” hecalarına bir samit artırmaqla mümkün qədər çox söz düzəldin. IV qrup. Ortaya sait artırmaqla mümkün qədər çox söz düzəldin. Q...ş (qaş, qoş, qış, quş) N...r (nar, nər, nur) Alınan sözlərin mənalarını deyin.