anlatmaqdır. Buna danışma və yazı vasitəsilə nail olmaq mümkündür.
Beləliklə, dinləmə və oxu bacarıqları
öyrənməyə kömək edirsə, danışma və yazı öyrəndiyini nümayiş etdirmək üçün
vacibdir.
Dinləmə və danışmanın əsasında səs dayandığından şifahi nitq bacarıqlarına
aid edilir. Oxu (söhbət yalnız ucadan oxumaqdan deyil, yazılı mətni qavramaqdan
gedir) və yazı mətnləri isə hərf əsaslı nitq sayılır, odur ki yazılı nitq bacarıqlarına
aiddir.
Yuxarıda deyilənləri sxem şəklində aşağıdakı kimi əks etdirmək olar:
İbtidai təhsilə başlayan uşaq müəyyən qədər dinləmə və danışma bacarıqlarına
malik olur. O bu bacarıqları məişət səviyyəsində böyüklərin köməyi ilə empirik yolla
(təbii şəkildə) əldə etmişdir. Məktəbə qədər uşağın bildikləri, əsasən, dinləmə yolu ilə
əldə edilmişdir və o bu biliklərini danışma yolu ilə nümayiş etdirir. Sözsüz ki,
məktəbdə bu bacarıqların sistemli şəkildə, müəyyən qaydalara söykənərək inkişaf
etdirilməsinə ehtiyac vardır.
Oxu və yazı bacarıqları isə, adətən, məktəbdə formalaşmağa başlayır.
Ana dili kurikulumunda hər bir sinif üçün əsas məzmun xətləri üzrə təlimin son
nəticələri əks olunmuşdur. İstənilən mövzunun tədrisi zamanı bu nəticələri nəzərə
almaq lazımdır. Bu, nəticəyönümlü təhsilin əsas tələblərindən biridir.
7