Məlumat mübadiləsi və müzakirənin təşkili. Qrupların təqdimatı dinlənilir və müzakirə olu -
nur. Sonda ən yaxşı, maraqlı, düşündürücü təqdimat edən qrupun işi xüsusi qeyd olu nur.
Nəticə: Ailə üzvləri bir-birinə hörmətlə yanaşmalı və hər kəs ev işlərində öz köməyini
əsirgəməməlidir.
Tətbiqetmə. “Mən anama necə kömək etdim” mövzusunda esse yazılır. Şagirdlər mövzu
ilə bağlı hər hansı konkret hadisəni xatırlayıb təsvir etməlidirlər.
Dil qaydaları. Dərsliyin 34-cü səhifəsindəki 5-ci tapşırıq yerinə yetirilir. Sonu “q” ilə bitən
sözlərin tələffüzü ilə bağlı məlumat verilir: – Dili miz dəki çoxhecalı sözlərin sonundakı “q” hərfi [x] və ya [ğ] kimi tələffüz olunur. Daraq – [darax] kimi tələffüz olunur.
– Mətndə hansı sözlər yazıldığı kimi tələffüz olunmur? İş dəftərinin 24-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.