Məzmun standartları Təlim məqsədləri 1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir.
Sadə bədii ifadə vasitələrindən istifadə
edərək cümlə qurur.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Oxuduğu şeirlər arasındakı məzmun əlaqə -
sini müəyyən edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Şeiri əzbərdən yazır.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin qı -
sa məzmununu yazır.
Oxuduğu şeiri nəsrə çevirərək məzmununu
öz sözləri ilə yazılı ifadə edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
Lüğətin köməyi ilə tələffüzü və yazılışı fərq -
lənən sözlərin düzgün yazılışını müəyyən
edir.