Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə9/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

İş dəftərinin 38-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dinləmə. Müəllim: – Hər kəs öz anasını çox sevir. Bəs siz ananızı yaxşı tanıyırsınız?
Şagirdlər ehtimal ki, analarını yaxşı tanıdıqlarını deyəcəklər. 
“Ananın gözləri nə rəngdədir”
Aytən Muraddan soruşdu:
– Sən öz ananı yaxşı tanıyırsan?
– Əlbəttə! – deyə Murad təəccüblə cavab verdi. – Kim öz anasını tanımır ki?!  Sən
də söz tapdın!
Aytən gülümsədi və yenə soruşdu:
– Onda de, sənin ananın gözləri nə rəngdədir?
– Deyəsən, göydür, – deyə Murad tərəddüdlə cavab verdi. – Yox… bəlkə, mavidir…
– Bəs sənin ananın sevimli mahnısı hansıdır? – deyə Aytən soruşdu.
– Eh, mən nə bilim…
– Bəs sənin anan ən çox nəyi arzulayır? – deyə Aytən sorğunu davam etdirdi.
– Mən heç vaxt ondan bunu soruşmamışam, – deyə Murad cavab verdi. – Özü də
məgər böyüklərin də arzuları olur?
– Onda özün anandan soruş: onun arzuları var, ya yox, – deyə Aytən gülümsədi.
– Mənim atamın və anamın o qədər arzuları var ki...  Bəs sənin anan uşaq vaxtı necə
olub: sakit, ya dəcəl?
– Mən axı onun uşaqlığını görməmişəm, – deyə Murad etiraz etdi.
– Nənən heç bu barədə danışmayıb? – deyə Aytən soruşdu.
– Bilmirəm, eşitməmişəm, – deyə Murad cavab verdi.
– Bəs sənin özünə bu barədə soruşub öyrənmək maraqlı deyil? – deyə Aytən əl
çəkmədi.
Murad fikrə getdi:
ЫЫ бюлмя
74
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

– Doğrudan da, maraqlıdır, bizim analarımız uşaq vaxtı necə olublar? Bilirsən nə
var... mən evə qaçıram.
Aytən onun niyə evə qaçdığını bilir. Muradın anası artıq işdən qayıdıb. Maraqlıdır,
onun gözləri nə rəngdədir?  Bundan sonra Murad bunu biləcək. O öz anası haqqında
çox şey biləcək...
Suallar:
– Muradın və Aytənin öz analarına münasibətlərini necə qiymətləndirirsiniz?
– Hansını bəyənirsiniz? Seçiminizi izah edin.
– Siz özünüz yaxın bir adamınız haqqında nələri danışa bilərsiniz?
Cavablardan sonra rollu oyun keçirilir
Bunun üçün şagirdlərin hərəsi bir ailə üzvü, yaxud qohum rolunu oynayır. Bu, idrak
fəallığını və ünsiyyət mədəniyyətini artırır.
Danışma. Aşağıdakı sxem üzrə iş gedir. Hər şagird sxemdə göstərilmiş qohumlar, onlar-
dan biri və ya bir neçəsi haqqında danışır və onlara münasibətini bildirir.
Hər şagird sxemdə adları yazılanlara öz münasibətini bildirir.
Yazı. Şeirdə ən çox xoşunuza gələn bəndi (bəndləri) əzbərdən hecalarla yazın.
Hüsnxət. “F” hərfi. İş dəftəri, səh. 37.
DİL QAYDALARI
Motivasiya.
Dərslikdən 3-cü tapşırıq yerinə yetirilir. Kəpənək və karandaş şəkilləri gös -
tərilir. Şagirdlər dən şəkillərin adlarını yazmaq tələb  olu nur. Sonra bu sözlər ucadan oxu nur.
Köməkçi sual: – Bu sözlər hansı hərflə başlanır? Bəs demək olarmı ki, hər iki söz eyni
səslə başlanır?
Tədqiqat sualı:
–“K” hərfi hansı səsləri ifadə edir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Verilən sözləri sxemə görə qruplaşdırın. Özünüzdən də 2 söz əlavə yazın:
kələm, kosmos, körpü, konfet, konsert, kitab, kartof, klub, külək, tülkü, körpə
II qrup. 3 “ke” səsi və 3 “ka” səsi ilə başlanan söz yazın. Onları cümlədə işlədin.
III qrup. Buraxılmış nöqtələrin yerinə müvafiq gələn hərfi qoyun və həmin sözləri tələffüz
edin: pələn..., məs...ən, əhən..., ...östəbək, səhən..., ...önül, beşi..., fi...ir, ha...im,
pişi... 
SƏNİN ÜÇÜN KİMDİR?
Xala
Qardaş
Baba və nəvə
Ana və ata
Bacı
Əmi
Bibi
Dayı
ke
ka
АИЛЯ
75
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

IV qrup. Hansı sözlərdə “y” hərfinin yerinə “k” yazılmalıdır:
pişiy, eynəy, dibçəy, əyri, əriy, boyun, çörəy, küləy, saray
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərsliyin 53-cü səhifəsindəki nəzəri hissə oxunur.
Nəticə:
“K” hərfi sözdən asılı olaraq müxtəlif səslər ifadə edir.
Tətbiqetmə.
Dərsliyin 53-cü səhifəsindəki 4-5-ci tapşırıqlar, eləcə də İş dəftərinin 38-ci
səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı.
“İsti ana qucağında” şeirini nəsrə çevirib yazın.
Qiymətləndirmə.
Təqdimatlara, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən
aparılır.
Dərs 23. ÜÇ ANA, ÜÇ OĞUL (4 saat)
Motivasiya. 
Müəllim şagirdlərə müxtəlif şəkillər nümayiş etdirir. Bu şəkillərin mövzusu
vali deynin uşaqlarına qayğısı ilə əlaqədardır (ana uşağını yatızdırır, ana uşağının çantasını
götürüb məktəbə aparır, ana nahar stolunu hazırlayır, ana həyətdən gələn oğlunun çirkli
paltarlarını çıxarıb yuyur və s.) 
Müəllim: – Şəkillərin mövzusu haqqında nə deyə bilərsiniz?
– Bəs uşaqlar valideynlərinin qayğısına qalmalıdır? Onlar bunu necə edə bilərlər?
– Ən çox istədiyiniz insana sevginizi necə bildirərsiniz? 
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma 
-
hiyyətini aydınlaşdırır.
Dinlədiyi mətnin mövzusu ilə bağlı əlavə
məlumatlar almaq məqsədi ilə sual verir.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Mətnin qəhrəmanlarını xarakterizə edərək
onlara münasibətini bildi rir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Sadə bədii ifadələrdən istifadə edərək cümlə
qurur.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndəki sözləri kontekstə görə yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Oxuduğu mətnin davamını təxmin edir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun nəql edir.
Mətnin hissələrinə başlıqlar verməklə mətni
nəql edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən müəyyən olunmuş hissəni köçürür. 
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Həyatda gördüklərinə və duyduqlarına
əsaslanaraq verilmiş mövzuda inşa yazır. 
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı fərqlə nən
sözlərin düzgün yazılışını lüğətin kö məyi ilə
müəyyənləşdirir.
ЫЫ бюлмя
76
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Dərslikdən mətnin birinci hissəsi oxunur. 1-ci tapşırıq: “Elə bil Koroğlunun özüdür” cümləsi
1-ci, “Sanki Rəşid Behbudovdur” cümləsi 2-ci, “Ancaq mən ondan razıyam” cümləsi isə 3-cü
boşluğa uyğun gəlir. 
Tapşırıq 3. Mətnin I hissəsinə başlıq verilir. “Yolda söhbət” (yaxud “Analar oğulları
haqqında”). 
Həmin hissəyə plan tutulur: 
1. Bulaqdan qayıdan analar
2. Birinci ana oğlu haqqında
3. İkinci ana oğlu haqqında
4. Sakitcə dayanan ana
Suallar:
– Nə üçün birinci ana öz oğlunu Koroğlu ilə müqayisə edir? Koroğlu kim olub?
– Bəs ikinci ana nə üçün öz oğlunu Rəşid Behbudovla müqayisə edir? Rəşid  Behbudov
kim olub?
Müəllimin nəzərinə: Şagirdlər bu sualları cavablandırmaqda çətinlik çəkərlərsə, onların nəzərinə
aşağıdakı məlumatları çatdırmaq olar.
Koroğlu Azərbaycan xalqının ən sevimli dastan qəhrəmanlarından biridir. Koroğlu
adı xalqımızın igidliyi, mübarizliyi, vətənpərvərliyi simvoluna çevrilib. Ata-analar bu
gün də övladlarına Koroğlu adı verir və bununla sanki onların gələcəkdə vətənini, elini
sevən, torpağı uğrunda mərdliklə savaşan igid bir oğul olacağına inamlarını bildirirlər.
Koroğlu mahnılarda, qoşmalarda, bayatılarda ən çox səslənən addır. 
Azərbaycanın məşhur müğənnilərindən biri də Rəşid Behbudovdur. Səməd
Vurğunun "Azərbaycan" şeirini  Rəşid Behbudov öz əfsanəvi səsi ilə bütün dünyaya
çatdırdı. Rəşid Behbudov bütün konsertlərini "Azərbaycan" mahnısı ilə başlayırdı.
Onun mahnıları planetin müxtəlif guşələrində səslənmişdir. R.Behbudov doğma
diyarımızın bütün gözəlliyini, onun insanlarının mehribanlığını, səmimiliyini, qayğı -
keşliyini öz ecazkar səsi ilə tərənnüm etmişdir. 
Mətnin 1-ci hissəsi oxunduqdan sonra müəllim deyir: – Mətnə çəkilmiş illüstrasiyaya əsasən
hadisələrin davamını təxmin edin.
Şagirdlərin versiyaları dinlənildikdən sonra mətnin 2-ci hissəsi oxunur. Şagirdlərin
versiyaları ilə müqayisə olunur. 
Suallar: – Ağsaqqalın cavabını necə izah edərdiniz? (tapşırıq 6)
– Ağsaqqalın sözlərinə münasibətinizi bildirin. 
– Ağırlıqqaldıran və oxuyan oğullar haqqında nə deyə bilərsiniz? 
– Anaları onları tərifləməkdə nə dərəcədə haqlı idilər? 
– Anaya kömək edən oğul haqqında nə deyə bilərsiniz? 
– Mətnin ideyasından çıxış edərək 1-ci hissənin sonuncu cümləsinə hansı fikri
artıra bilərsiniz?
Tapşırıq 3
Mətnin 2-ci hissəsinə başlıq verilir: “Ağsaqqalın cavabı”. 
Həmin hissəyə plan tutulur: 
5. Kəndə çatan analar
6. Ağsaqqala verilən sual
7. Ağsaqqalın cavabı
Mətnin məzmunu  tərtib edilən plan üzrə nəql olunur. 
Suallar: – Hansı oğul daha çox xoşunuza gəldi? Səbəbini izah edin.
АИЛЯ
77
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Danışma. “Koma” oyunu.
Komanın sakini anadır. Şagirdlərdən (qızlardan) biri bu rolu oynayır. Digər şagirdlər
ananın övladları rolunu oynayırlar, növbə ilə komaya yaxınlaşır və koma sahibi ilə
aşağıdakı dialoqu keçirirlər:
– Tıq-tıq, ana, mən gəlmişəm. Məni içəri buraxarsan?
– Sən kimsən?
– Mən sənin ilk övladınam.
– Əgər desən ki, sən mənə indiyədək hansı qayğını göstərmisən, onda buraxaram. 
– Mən səni xəstə olanda həkimə aparıram. 
Ana birinci övladını komaya buraxır. 
İkinci övladı qapını döyür, eyni dialoq yenə də təkrarlanır. Bu övlad da anaya
göstərdiyi qayğını deməlidir. 
2-ci tapşırıq yerinə yetirilir:  ağsaqqal – qoca, ahıl;  güclü – qüvvətli; qaça-qaça – yüyü -
rərək; mahnı – nəğmə; sakitcə – səssiz-səmirsiz. 
5-ci tapşırıq yerinə yetirilir. Üçüncü qadının oğlunun xarakterinə uyğun olan sözlər seçilir:
qayğıkeş, zəhmətkeş. Bu sözlərin əlamət bildirdiyi müəyyən olunur.
Müəllim mətndən götürülmüş iki ifadənin mənasını soruşur:         
Hansı doğrudur?
duruş gətirmək
A) dözə bilmək, müqavimət göstərmək (doğru) 
B) ayaq üstə dayanmaq (yanlış)
sözünü kəsmək
A) yüksək səslə danışmaq (yanlış)
B) danışmağa imkan verməmək (doğru)
Şagirdlər bu ifadələri cümlə içərisində işlədirlər.
İş dəftərinin 39-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Mətnin 2-ci hissəsinin birinci abzasını dəftərə köçürün.  
Dil qaydaları. İmla mətni:
Ev tapşırığı.
“Mən elə bir övlad olacağam ki…” mövzusunda esse yazın. 
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır. 
Dərs 24. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 56
Dərs 25. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 40-41
QUQU QUŞU (35 söz)
Ququ quşu uçub göyərçinin yuvasında yumurtladı. Bir neçə gündən sonra
yumurtadan balaca ququ quşu çıxdı. Göyərçin ona analıq etdi. Bala böyüdü.
Qanad açandan sonra uçub öz anasını axtarmağa getdi. Yazıq göyərçin onun
ardınca baxa-baxa qaldı.
ЫЫ бюлмя
78
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

III bölmə
SİNFİMİZİN UŞAQLARI
СИНФИМИЗИН УШАГЛАРЫ
79
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş
dəftəri
səh.
MMV
səh.
26.
Kitab 
Söz və onun mənası
1.2.1, 2.2.1, 2.2.4, 
3.1.1, 3.1.4, 3.1.5,
4.1.5
4
58-59
40
80
27. Mehriban səma
1.2.1, 1.2.3, 2.1.3,
3.1.4, 4.1.5
4
60
42
83
28.
Dilarə
Ad bildirən sözlər
2.1.2, 2.2.1, 3.1.3,
3.1.5, 4.1.3, 4.1.5
4
61-62
43
85
29. Xoşbəxtlik nədir
1.1.2, 2.1.4, 2.2.1,
2.2.3, 2.2.5, 3.1.1,
3.1.2, 3.1.6, 4.1.5
6
63-66
46
88
30.
Müəllim
-lar, -lər – çoxluq
bildirən hissəcik
1.2.1, 2.2.1, 2.2.5,
4.1.3, 4.1.4
4
67-68
48
90
31. İki güzgü
1.2.4, 2.1.4, 2.2.1,
2.2.4, 3.1.2, 3.1.6
4
69-71
49
93
32. İki uşaq    
2.1.4, 2.2.1, 1.1.2,
2.2.2, 2.2.4, 3.1.1,
3.1.5
2
72
50
94
33.
Kompüter oyunu
Ad bildirən bəzi 
söz lə rin böyük 
hərflə yazı lışı
2.1.4, 2.2.1, 2.2.2,
2.2.3, 2.2.5, 3.1.4,
3.1.5, 4.1.2
4
73-75
52
96
34. Elan
3.1.6
2
76
53
99
35. Sehrli söz
1.1.2, 1.2.2, 2.1.3,
2.2.1, 3.1.1, 3.1.2,
4.1.3, 4.1.5
6
77-81
54
100
36. Ümumiləşdirici təkrar
1
82
102
37.
Bölmə üzrə
qiymətləndirmə
1
56-57
102
Yekun
42 
saat
Çap üçün deyil

Dərs 26. KİTAB (4 saat)
Motivasiya.
“Anlayışın çıxarılması” üsulu tətbiq edilir.
Lövhədə rəngli kartoçka asılır. Kartoçkanın arxasında kitab şəkli çəkilib. Müəllim “giz lə -
dilmiş anlayış”a (kitaba) aid 2 və ya 3 yönəldici söz və ya cümlə (anlayışların xüsusiyyətlərini)
yazır. Məsələn: 
– Bilik verir.              
– Çantanızda var.
.
– Vərəqləri var.
“Kitab” sözü deyilənədək müəllim xüsusiyyətlərin sayını artıra  bilər.  Axtarılan söz tapıldıq -
dan sonra kartoçkanın şəkil olan üzü çevrilir. Şagirdlər kitabla bağlı digər xüsusiyyətlər  də
söyləyirlər. 
Müəllim: – “Dərsliklərdən başqa daha hansı kitablarınız var?” – su alını verməklə şa gird -
ləri müzakirəyə dəvət edir. 
Tədqiqat sualı:
– “Kitablar sizə nə verir?”
Tədqiqatın aparılması.
Dərslikdən “Kitab” şeiri oxunur.
Şeirin məzmununa uyğun gələn əsas fikir müəyyənləşidirilir: “Kitablar insan ömrünə nur
çiləyir”. Bundan sonra müəllim aşağıdakı atalar sözünü səsləndirir: “Yerin nuru günəşdir,
insanın nuru elm” (yaxud: “Elm ağlın çırağıdır”). Bu atalar sözünün şeirdəki əsas fikirlə
əlaqəsi ətrafında müzakirə aparılır.
Şeirdən aşağıdakı sözlər seçilir və yazı taxtasına yazılır: aləm, güldürər, ağladar, danışır,
dünya, deyir. 
–  Bu sözlər içərisindən yaxınmənalı və əksmənalı hərəkət bildirən, yaxınmənalı ad
bildirən sözləri seçin: 
yaxınmənalı hərəkət bildirən sözlər – danışır, deyir;
əksmənalı hərəkət bildirən sözlər – güldürər, ağladar;
yaxınmənalı ad bildirən sözlər – aləm, dünya
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Öyrəndiyi, araşdırdığı məlumatları nəql edir.
Qazandığı bilikləri əvvəl bildikləri ilə müqa -
yisə edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmununa uyğun gələn fikri ifadə
edərək mətni şüurlu oxuduğunu nümayiş et-
dirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Şeirdəki əsas fikrə münasibətini bildirərək
sualları cavablandırır.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“G” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
İlk oxuduğu kitab haqqında düşündükləri
əsasında kicikhəcmli inşa yazır.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Şeirin qısa məz mununu yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirir.
ЫЫЫ бюлмя
80
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Tapşırıq 1. Müəllim tapşırığın icrasına keçməzdən əvvəl aşağıdakı məlumatı verir:
“Kitabların məzmunu müxtəlifdir. Elə kitablar var ki, onları asudə vaxtda oxuyuruq. Bunlar
hekayələr, nağıllar, lətifələr və s. ola bilər. Belə kitabları oxuyanda həyəcanlanır, kədərlənir,
gülürük. Bunları birlikdə bədii əsərlər adlandırırıq”.
– Hansı əsərləri oxuyanda gülürsünüz? (Şagirdlər Molla Nəsrəddinin lətifələrini xatırlaya
bilərlər.)
Müəllim: – Hər şeydən xəbər verən kitablar hansılardır? (Elə kitablar var  ki, istənilən
məlumatı  əldə etmək üçün onlara müraciət edirik. Bunları elmi kitablar, sorğu ədəbiyyatı
adlandırırıq. Məsələn, “Uşaq ensiklopediyası” bu məqsədə xidmət edir.)
– Ömür yoluna nur çiləyən kitablar hansılardır? (Dərsliklər və digər dərs vəsaitləri ömür
yoluna nur çiləyir.)
Qruplarla iş. Hər qrupa aşağıdakı tapşırıqlar üzrə təqdimat hazırlayıb müzakirə etmək
tapşırılır. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. “Riyaziyyat” dərsliyini şeirin I bəndi ilə uyğunlaşdırın.
II qrup. “Həyat bilgisi” dərsliyini şeirin II bəndi ilə uyğunlaşdırın.
III qrup. “Azərbaycan dili” dərsliyini şeirin III bəndi ilə uyğunlaşdırın.
IV qrup. “İnformatika” dərsliyini şeirin hansı bəndinə uyğunlaşdıra bilərsiniz? Seçiminizi
izah edin.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. “Oxuduğunuz hansı əsərlər sizə doğru yol göstərib?” – sualı ilə şagirdlər müzakirəyə
qoşulurlar. (Müzakirənin sonunda müəllim uşaqlara elə əsərlər (kitablar) siyahısı deyə bilər
ki, həmin əsərlər onlara gələcək həyatlarında doğru yol göstərməyə kömək edə bilər.) 
– Bəs bu kitablardan hansı bilikləri, məlumatları öyrənmisiniz? – sualı verilir. Şagirdlər
cavablarını yapışqanlı kağızlara yazmaqla yazı taxtasındakı kitab şəklinin ətrafına
yapışdırırlar. Sonda müəllim və ya şagirdlərdən biri kağızlara yazılanları ucadan oxuyur. 
Dərsliyin 58-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır.
Yazı. Şagirdlərə “İlk oxuduğum kitab” adlı esse yazmaq tapşırılır. Müəllim şagirdləri
məlumatlandırır ki, essedə dərsliklərdən əlavə, oxuduqları ilk bədii kitab haqqında təəs sü -
ratlarını yazsınlar. Bundan başqa, aşağıdakı suallar cavablandırılsın:
– Nə üçün ilk olaraq bu kitabı seçdiniz?
– Kitabdakı illüstrasiyalar xoşunuza gəldimi?
– Bu kitabı oxuduqdan sonra hansı nəticəyə gəldiniz?
Nəticə:
Kitablar bizə hər şeydən xəbər verir. Bilmədiyimiz sualların cavabını kitabları oxu-
 maqla tapa bilərik.  Kitablardan müxtəlif elm sahələrinə aid olan bilik və məlumatlar alırıq.
Tətbiqetmə.
İş dəftərinin 42-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
– Şeirin hansı misraları cümlə şəklində verilib?
1-ci sinifdə şagirdlərin cümlə ilə bağlı qazandıqları biliklər yada salınır. Şeirin hər misrası
ayrıca tələffüz olunmaqla həmin misranın cümlə olub-olmadığı izah edilir. 
Motivasiya.
Dərsliyin 59-cu səhifəsindən 3-cü tapşırıq yerinə yetirilir. 
Kitab, dünya – ad bildirən sözlərdir, böyük, doğru – əlamət bildirən sözlərdir, güldürər,
deyir – hərəkət bildirən sözlərdir.
Lövhədən şəkil asılır. Şəkildə boyları, geyimlərinin rəngi fərqli olan 3 uşaq çəkilib (1 qız,
2 oğlan). Uşaqlardan biri gülür, ikincisi danışır, üçüncüsü gül dərir.
СИНФИМИЗИН УШАГЛАРЫ
81
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Köməkçi sual: – Bu uşaqlar bir-birindən nə ilə fərqlənirlər?
Tədqiqat sualı:
– Ad, əlamət, hərəkət bildirən sözləri nə ilə fərqləndirə bilərik?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrupAd bildirən “oğlan”, “kəpənək” sözlərinə əlamət bildirən, hərəkət bildirən sözlər
əlavə edin.
Oğlan (necə oğlan?)                 Oğlan nə edir?
Kəpənək (necə kəpənək?)        Kəpənək nə edir?
II qrupCümlədən ad, əlamət, hərəkət bildirən sözləri seçin.
Maraqlı yarışda sinfimiz qalib gəldi.
Ad bildirən –
Əlamət bildirən –
Hərəkət bildirən –
III qrupSözlərə sual verin və qruplaşdırıb cədvəldə uyğun yerə yazın. Onların qram-
matik mənaya görə əşyanın nəyini bildirdiyini söyləyin. 
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.  Dərsliklə iş. Dərslikdən nəzəri hissə oxunur, izah edilir, 59-cu səhifədəki 4-5-ci
tapşırıqlar yerinə yetirilir. Tapşırıq 4. Xəlil, məsələni – ad bildirən sözlərdir. Çətin – sözü
məsələnin əlamətini bildirir. Həll etdi – sözü Xəlilin hərəkətini bildirir.
Nəticə:
Sözlər qrammatik mənasına görə fərqlənir. Ad bildirən sözlər kim? nə? hara?,
əlamət bildirən sözlər necə?, hərəkət bildirənlər nə edir? nə etdi? nə edəcək? suallarına cavab
verir.
Tətbiqetmə.
İş dəftərinin 42-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Yazı. Hüsnxət. “G” hərfi. İş dəftəri, səh. 43.
Ev tapşırığı.
Şeiri əzbərləyin və qısa məzmununu dəftərə yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Söz
Ad
Hərəkət
Əlamət
narıncı
yatır
həkim
oynayır
ЫЫЫ бюлмя
82
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Dərs 27. MEHRİBAN SƏMA (4 saat)
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin