Sual: – “Kitab” və “Müəllim” şeirlərini birləşdirən ümumi cəhət hansıdır?
Hər iki şeirin ideyası elmə, biliyə, onu öyrədənə ehtiram və sevgi ilə bağlıdır. Uşaq
məktəbə gedir, kitab oxuyur, müəllim ona oxumağı, yazmağı öyrədir. Kitab da, müəllim də
eyni məqsədə – elm öyrətməyə, təhsil verməyə xidmət edir.
Cütlərlə iş. Hər cütlük “Müəllimindən nələri öyrənmisən?” – sualına cavab verir.
İş dəftərinin 50-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
Dərsliyin 68-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Şəkillər verilir. Solda 1 gül, sağda 1 nar. İkinci şəkildə solda 5 gül, sağda 5 nar.
Sual: – Şəkillərdə nə çəkilib?
Soldakı şəkildə: gül, nar; sağdakı şəkildə güllər, narlar şəkilləri verilib.
Köməkçi sual: – Nə üçün şəkillərdəki təsvirlər eyni varlıqlar olsa da, soldakına gül, nar,
sağdakına güllər, narlar dediniz? Bu sözləri fərqləndirən hissəni tapın.
Tədqiqat sualı:
– Varlıqların tək, yoxsa cəm halda olduğunu necə müəyyənləşdirilir?
Niyə cəmdə olan sözlərdə -lar, -lər hissəciyi fərqli tələffüz olunur?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərinə qeyd edirlər.
I qrup. 1. Təkdə verilmiş sözləri cəm halda işlədin. Onları sxem üzrə qruplaşdırın.
Sözlər: ağac, böcək, quş, körpə, göbələk, vərəq, armud, şagird, kitab, dəftər,
meşə, ayı, gül.
2. Aşağıda cəmdə olan sözlərin deyilişi verilib. Onların düzgün yazılışını müəyyən
edin.
kəntdər, şəhərrər, qızdar, atdar, odunnar, narrar, oğlannar, dişdər, otdar,
-lar
-lər
СИНФИМИЗИН УШАГЛАРЫ
91
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
günnər, şarrar, oyunnar, zərrər, tarrar
II qrup. 1. Verilən mətndən cəmdə işlənən sözləri seçib onları təkdə işlədin.
2. Mətndəki cəmdə işlənən sözlərin deyiliş formasını müəyyən edin.
III qrup. 1. Verilmiş sözlərdən cəmdə olanları təkdə, təkdə olanları isə cəmdə işlədib
yazın.
kəndlər, quşlar, uşaq, şəhərlər, kitablar, alma, vərəq, boşqablar, səkillər, nağıl.
2. Sözlərin yazılışı və deyilişini 2 müxtəlif sütunda yazın.
şəhərrər, odunnar, oğlanlar, dənnər, konfetlər, şəhərlər, oğlannar, vaqonnar,
odunlar, dənlər, konfetdər, vaqonlar
IV qrup. 1. Sözlərdən hansı cəmdə, hansı təkdədir? Qruplaşdırıb cədvəldə yazın.
Sözlər: 5 şagird, şəkil, vərəqlər, 3 gilas, əhali, uşaq, paltar, camaat, söz, heyvan,
xalq, şir, evlər, qələm.
2. Mətndəki səhvləri düzəldin. Səhvin nədən ibarət olduğunu izah edin. (-lar, -lər
şəkilçisinin səhv yazıldığı mətnlər verilir.)
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 68-ci səhifəsindəki nəzəri hissə oxunur və izah olunur. 3-4-cü
tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Ad bildirən sözlərin sonundakı -lar, -lər hissəciyi həmin varlıqların çox olduğunu
bildirir. Sözlərdə işlənən -lar, -lər hissəciyi cəmlik bildirir. Bu hissəcik bir sıra sözlərə qoşul -
duqda sözün son samitdən asılı olaraq fərqli tələffüz edilir.
Tətbiqetmə.
Dil qaydaları. İmla mətni:
Ev tapşırığı.
Siz müəlliminizi nəyə görə sevirsiniz?” mövzusunda təqdimat hazırlayın.
Cəm halda 10 söz yazın. Bu sözlərin yazılışı və tələffüzü arasındakı fərqin olub-olmadığını
müəyyənləşdirin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında və
təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
GÜNƏŞ VƏ BULUD (32 söz)
Bir dəfə buludlar günəşin qabağını kəsmək istədi. Səhər günəş doğdu. Elə
mehriban gülümsündü ki, bütün buludlar əriyib yox oldu. Otlar, çiçəklər, ağaclar
sevinclə günəşə boylandı. Çaylar, dənizlər, meşələr əvvəlki kimi nəğmə oxudu.
ЫЫЫ бюлмя
92
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
Dərs 31. İKİ GÜZGÜ (4 saat)
Motivasiya.
Sual: – Adam bəzən gözəl görünür, bəzən də yox. Görəsən, niyə?
Kömək. Müxtəlif mimikalı eyni adam şəkilləri nümayiş olunur.
– Hər bir mimikanı doğuran hadisəni təxmin edin.
Tədqiqat sualı:
– İnsan nə zaman ətrafdakılara xoş təsir bağışlayır?
Fərziyyələr söylənilir.
Tədqiqatın aparılması.
Dərsliklə iş. I hissə müvafiq jest və mimikalarla oxunub təhlil
olu nur. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
Qrup larla iş. Şagirdlər verilmiş şəkillər əsasında sözləri iş vərəqlərində qeyd edirlər.
– Üzdəki mimikalara görə sözləri təyin edin.
I qrup. Təəccüb
II qrup. Qəmli
III qrup. Acıqlı
IV qrup. Gülərüz
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 70-ci səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir.
Rollu oyun. Sinifdə “ailə” oyunu oynanılır. Uşaqlar öz təxəyyüllərinə görə ailədə baş
vermiş bir hadisəni səhnələşdirir və hərə ailə üzvlərindən birinin (ata, ana, nənə, baba və b.)
rolunu oynayır.
– Əhvalının pisliyi ətrafdakılara təsir edirmi?
Dərslikdən II hissə oxunur və təhlil olunur.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliklə iş. Dərsliyin 71-ci səhifəsindəki
3-4-cü tapşırıqlar yerinə yetirilir.
Nəticə:
İnsanın ətrafdadakılara münasibəti çox zaman onun əhvalından asılı olur. Onun
ovqatı isə ətrafdakıların ona münasibətinə təsir edir. Xoş əhval, xoş münasibət, təbəssüm in-
sanlara xoş təsir bağışlayır. Çalışmaq lazımdır ki, pis ovqatını ətrafdakılara hiss etdirməyəsən.
Məzmun standartları
Təlim məqsədləri
1.2.4. Nitq situasiyalarından asılı olaraq da -
nı şıq prosesində müvafiq jest və mimi kalar-
dan istifadə edir.
Rollu oyunda situasiyadan asılı olaraq jest və
mimikalardan istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi müəyyən sözləri yaxın -
mənalı sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş tə -
ləb lərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli
oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini bil -
dirir.
Mətndəki obrazların xarakterini açmaqla əsas
fikrə münasibət bildirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzün dən
köçürür.
Mətndən müəyyən olunmuş hissəni üzündən
köçürür.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq müəy -
yən edilən sadə əməli yazılar (məktub, açıq -
ca, elan, ərizə) yazır.
Əsər qəhrəma
nına məktub yazaraq onun
hərəkətlərinə münasibətini bildirir.
СИНФИМИЗИН УШАГЛАРЫ
93
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
94
ЫЫЫ бюлмя
Tətbiqetmə.
İş dəftərinin 51-ci səhifəsindəki “Bulud” mətni oxunur, mövzu ilə bağlı
tapşırıqlar yerinə yetirilir.
Sual və tapşırıqlar:
– Nə üçün eyni buluda baxan uşaqlar onu müxtəlif cür görürdülər? Buradan hansı
nəticəyə gələ bilərsiniz?
– “Sevinci yerə-göyə sığmırdı” ifadəsini necə başa düşürsən? Bu cümlədəki fikri daha
necə ifadə etmək olar?
– Çoxlu qara buludların olduğu səma haqqında “aydın, mavi” demək olarmı? Bəs belə
səmanı necə adlandırmaq olar? Göy üzünü qara buludların alması hansı təbiət hadisəsindən
xəbər verir?
“Bulud” və “İki güzgü” mətnləri müqayisə olunur. Fərziyyələr dinlənilir.
Sual: – “İki güzgü” və “Bulud” hekayələrinin məzmununda hansı oxşarlıq var? (Hər iki
hekayədə dərsdən aşağı qiymət alması əsərin qəhrəmanının kefini pozur.)
Yazı. Şagirdlərə mətndən Leylanın özündənrazı olduğunu göstərən hissəni tapıb yazmaq
tapşırılır.
İş dəftərinin 52-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı.
– “İki güzgü” əsərinin qəhrəmanına məktub yazın, münasibətinizi bildirin
(dərslik, səh. 71, 5-ci tapşırıq).
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 32. İKİ UŞAQ (2 saat)
Motivasiya.
Ötən dərsdə keçilmiş “İki güzgü” mətni xatırladılır: – Leylanın “3” almağının
səbəbi nə idi?
“Dərsini yaxşı öyrənməməyi” cavabını aldıqdan sonra müəllim növbəti sualı verir:
– Hansı variantı seçərdiniz?
A) əvvəlcə həyətdə oynamaq, sonra dərsləri öyrənmək lazımdır.
B) əvvəlcə dərsləri öyrənmək, sonra həyətdə oynamaq lazımdır.
Məzmun standartları
Təlim məqsədləri
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi ifadələrin yaxınmənalı və
əksmənalı qarşılığını müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Şeiri məzmununa uyğun intonasiya ilə oxu -
yur və şərh edir.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi mətn üzrə sualları cavablandırır.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeirin xüsusiyyətlərini izah edir və nəsrdən
fərqləndirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki fikrə öz münasibətini bildirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“H” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbər bildiyi şeirin məzmununu öz sözləri ilə
yazır.
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
95
СИНФИМИЗИН УШАГЛАРЫ
Sinifdə hər iki variantı seçən uşaqlar ola bilər. Bununla bağlı debat keçirmək, şagirdləri
arqumentlər gətirməyə həvəsləndirmək məqsədəuyğun olardı.
Dərsliklə iş. Şeir üç şagird tərəfindən (iki oğlan və aparıcı) müvafiq jest və mimikalardan
istifadə edilməklə oxunur.
Tapşırıq 1. Cavab “B” variantıdır.
Qeyd. Müəllim məlumat verir ki, şeirin misraları qafiyələndiyi və misralardakı hecaların
sayı çox vaxt eyni olduğu üçün bəzi sözlər tələffüzə uyğun yazılır (məs.: bilmirəm – neylirəm,
o birsi – dərsi).
Suallar: – Əsər qəhrəmanları haqqında nə deyə bilərsiniz? Hansı oğlan daha çox
xoşunuza gəldi?
2-ci tapşırıq yerinə yetirilir. Göy rəngli misralar şeirdəki əsas fikri ifadə edir və “Bu günün
işini sabaha qoyma” atalar sözünə uyğun gəlir.
Dinləmə mətni.
Müəllim yazı taxtasında yazılan iki cümlədən birini seçməyi tapşırır:
1. Evdə dərslərinizə hazırlaşırsınız, çünki müəllim sizdən sabah dərs soruşa bilər.
2. Müəllimin sizdən sabah dərs soruşub-soruşmayacağından asılı olmayaraq evdə hər
gün dərslərinizə hazırlaşırsınız.
BƏXTİ GƏTİRMƏYƏNLƏR
Tolya və Kolya bir sinifdə oxumasalar da, dostluq edirlər. Çox zaman onlar
dərsə birlikdə gedirlər. Bu gün Tolya çox narahatdır:
– Çox güman ki, müəllim məni dərs danışmağa çağıracaq. Gərək bir də təkrar
edim…
– Mən isə dərslərimi heç hazırlamamışam! – deyə Kolya lovğalanır. – Məndən
müəllim onsuz da soruşmayacaq!
– Niyə?
– İki gün əvvəl cavab vermişəm!
Məktəbdən sonra uşaqlar yenə birlikdə evə qayıdırlar. Hər ikisinin qanı
qaradır. Tolya şikayət edir:
– Bütün dərsi əlimi qaldırdım, amma müəllim heç məndən dərs soruşmadı…
Bəs səndən?
– Mənim də bəxtim gətirmədi, – deyə Kolya ah çəkdi.
– Niyə?
– Müəllim lövhəyə çağırdı...
B.Krekotin
Mətndə işlənilən “bəxti gətirmək”, “ah çəkmək” ifadələri izah olunur:
bəxti gətirmək – şanslı olmaq, çətinə düşmədən uğur qazanmaq;
ah çəkmək – kədərlənmək, inləmək.
Sual: – Dərslikdəki mətn ilə dinlədiyiniz mətnin ifadə forması bir-birindən nə ilə fərqlənir?
(I mətn – şeir, II mətn – hekayədir)
Şagirdlər üç qrupa ayrılırlar. Hər qrupa aşağıdakı iş vərəqləri paylanır:
I qrup. Təsəvvür edin ki, məktəbdən qayıdan dostların hər ikisinin kefi kök idi. Bu halda
Tolya və Kolya nə deyərdilər?
II qrup. Təsəvvür edin ki, məktəbdən qayıdan Tolyanın qanı qara, Kolyanın kefi kök idi.
Bu halda onlar nə deyərdilər?
III qrup. Təsəvvür edin ki, məktəbdən qayıdan Tolyanın kefi kök, Kolyanın qanı qara idi.
Bu halda onlar nə deyərdilər?
Təqdimatdan sonra müzakirə və ümumiləşdirmə aparılır. Nəticə çıxarılır: İnsan işlərini
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
tez və vaxtında yerinə yetirmək üçün düzgün tərtib olunmuş gün rejimindən istifadə etməlidir.
Hər bir işi vaxtında görmək lazımdır.
Yazı. Hüsnxət. “H” hərfi. İş dəftəri, səh. 53.
Ev tapşırığı.
Şeirin məzmununu öz sözlərinizlə yazın.
Qiymətləndirmə.
Muəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 33. KOMPÜTER OYUNU (4 saat)
Motivasiya
Müəllim şagirdlərdən hansı oyunları tanıdıqlarını və oynadıqlarını soruşur. Ehtimal ki,
uşaqların əksəriyyəti kompüter oyunlarını çox sevdiklərini bildirəcəklər. Müəllim suallar
verməklə kompüter oyununun müsbət və mənfi cəhətlətini araşdırır:
– Kompüterdə oyun oynamaq üçün nə qədər vaxt ayırmaq lazımdır? Nə üçün?
Oxu
(Proqnozlaşdırma)
Şagirdlərin yaradıcılığını inkişaf etdirmək məqsədi ilə proqnozlaşdırmanın “Əşyaların
canlandırılması” üsulundan istifadə oluna bilər. İş bütün siniflə aparılır. Şagirdlərə təklif olunur
ki, sinifdə olan əşyaları “canlandıraraq” onlar haqqında əhvalat fikirləşsinlər.
Bir neçə əşya haqqında əhvalat dinlənildikdən sonra mətnin birinci hissəsi oxunur.
Müəllim:
– Sizcə, hadisələr necə davam edəcək?
Şagirdlər öz versiyalarını söyləyirlər. Mətnin ikinci hissəsi oxunur. Şagirdlərin versiyaları
ilə müqayisə olunur.
Şagirdlər yenə də mətnin davamı ilə bağlı öz təxminlərini söyləyirlər.
Məzmun standartları
Təlim məqsədləri
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını
izah edir, onları yaxınmənalı sözlərlə əvəz
edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu, ifa -
də li oxu yur.
Mətndəki hadisələrin ardıcıllığını müəyyən
edir.
2.2.2. Bədii mətnləri janrlara görə (şeir, he -
kayə, təmsil, nağıl) fərqləndirir.
Nəzm və nəsr əsərlərini bir-birindən fərqlən -
dirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar ver məklə
məzmununa aid sadə plan tutur.
Mətnin hissələrini adlandırır, məzmununa
uyğun plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Əsərin qəhrəmanına münasibətini bildirərək
kiçikhəcmli inşa yazır.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin qısa
məzmununu yazır.
Əzbər bildiyi nəzm nümunəsini nəsrə çevirə -
rək yazır.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qay daları məqamına uyğun istifadə edir.
Sözlərin böyük hərflə yazılışına dair qay da -
ları yazıda tətbiq edir.
ЫЫЫ бюлмя
96
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
СИНФИМИЗИН УШАГЛАРЫ
97
Дярслярин планлашдырылмасы
Mətnin üçüncü hissəsi oxunduqdan sonra şagirdlərin əvvəl söylədikləri fikirlərlə mətnin
sonluğu müqayisə olunur.
Müəllim: – Sizcə, Toğrulun anası kompüteri danışan görsəydi, kimə haqq qazandırardı?
(Toğrulun anası kompüteri danışan görsəydi, kompüterə haqq qazandırardı. Çünki bilirdi ki,
oğlu kompüter oyununa çox vaxt ayırırdı. Bu da onun sağlamlığına ziddir.)
– Kompüterdən düzgün istifadə qaydalarından hansılarını deyə bilərsiniz?
Şagirdlər informatika fənnindən əldə etdikləri biliklərə əsasən kompüterdən düzgün isti -
fadə qaydalarını sadalayırlar.
1-ci tapşırıq yerinə yetirilir:
əl çəkmirdi – rahat buraxmırdı
gözləri böyüdü – təəccübləndi
ayağını sürüyə-sürüyə – həvəssiz
2-ci tapşırıq yerinə yetirilir:
1. Toğrul dərs oxumaq istəmirdi, çünki kompüter oyunlarından əl çəkə bilmirdi.
2. Toğrul qorxdu, çünki kompüter insan kimi danışmağa başladı.
3. Toğrulun anası bu hadisəni görmədi, çünki hər şey Toğrulun gözünə görünürdü.
Mətnin hissələrinə başlıqlar verilməklə plan tutulur:
I. Məktəbdən qayıdan Toğrul
1. Kompüterdən əl çəkməyən Toğrul
2. Acıqlı səs
II. Kompüterin şikayəti
3. Toğrulun qorxması
4. Kompüterin Toğrula acıqlanması
III. Ananın sevinci
5. Toğrulun anasına kompüteri göstərməyi
6. Ekranı sönmüş kompüter
7. Dərslərini oxumağa gedən Toğrul
Şagirdlər mətnin məzmununu tərtib etdikləri plana görə nəql edirlər.
Tətbiqetmə.
İş dəftərinin 54-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
Dərsliyin 75-ci səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilir.
Müəllim: – Aşağıdakı cümlələrdə təkrar olunan sözləri tapın və yazılışına diqqət edin.
1) Anam Nərgiz xala ilə rəfiqədir.
Rəfiqəmin ad gününə bir dəstə nərgiz aldım.
2) Mənim ən çox sevdiyim bayram Novruzdur.
Bu gün Bayram riyaziyyatdan “5” aldı.
Tədqiqat sualı:
– Nə üçün eyni sözlər cümlələrdə bəzən kiçik, bəzən də böyük hərflə
yazılır? Sözü nə zaman böyük hərflə yazırıq?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. 1. Verilmiş adlar arasında elələrini tapın ki, onları cümlələrdə başqa mənada kiçik
hərflə yazmaq mümkün olsun. (Müəllim özü bu adlar siyahısını verə bilər.)
2. Heyvanlara adlar verin. Onlar niyə böyük hərflə yazılır?
İnək –
At –
İt –
Pişik –
Çap üçün deyil
II qrup. 1. Elə gül adları seçin ki, onlar həm də adam adı olsun.
2. Şəklə əsasən uşaqlara ad verməklə hekayə qurub yazın. (Şəkli müəllim seçə
bilər.)
III qrup. 1. Verilmiş adları aşağıdakı kimi qruplaşdırın. (Sözlər müəllim tərəfindən verilir)
2. Səhvləri düzəltməklə köçürün.
Bizim ana vətənimiz azərbaycandır. Azərbaycanın paytaxtı bakı şəhəridir.
Azərbaycanın gəncə, Sumqayıt, mingəçevir və başqa bu kimi gözəl şəhərləri də
var. azərbaycanın mavi gözlü xəzəri, göygölü ona yaraşıq verir. babadağ, şahdağ
kimi zirvələri buludlara dəyir.
IV qrup. 1. Arif, Kamal, Mətin, Zaman, Qorxmaz adlarının mənalarını araşdırın və cüm -
lədə kiçik hərflə işlənən söz kimi yazın.
2. Hansı sözlər böyük hərflə yazılmalıdır, hansı kiçiklə? Nə üçün?
şəhər, salyan, xəzər, çay, araz, kür, oğlan, maralgöl, tərtər, rayon, əyriçay, bulaq,
kənd, balakən, ölkə, türkiyə, iran, respublika, gürcüstan, şəki, bozdar, it, inək,
məstan, yelqanad, at.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 75-ci səhifəsindəki nəzəri hissə oxunur, izah olunur. 5-8-ci
tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Cümlənin əvvəlində gələn sözlər, insan adları, soyadlar, yer (şəhər, dağ, dəniz və s.)
adları, eləcə də heyvanlara verilən adlar böyük hərflə yazılır. Nəticə yazı taxtasında sxem
şəklində göstərilir:
Tətbiqetmə.
İş dəftərinin 54-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Yazı. İfadə mətni:
Ev tapşırığı.
Turalın xarakterini təsvir edən kiçik esse yazın. Yerindən asılı olaraq həm
böyük, həm də kiçik hərflə yazılan 5 sözü hər iki halda cümlədə işlədin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Şəhər
Dəniz
Çay
Dağ
Adam
Söz cümlənin
əvvəlində işlənəndə
Heyvanlara
verilən adlar
Çay, dəniz, göl
adı bildirən sözlər
Böyük hərf
Yer, ölkə adı
bildirən sözlər
İnsanın adı,
soyadı
Evimizin yanında
Təzə bir ev tikilir,
Dövrəsində xeyli gül,
Xeyli ağac əkilir...
Bir bayram axşamında
Köçdü ora adamlar.
İndi bizim nə qədər
Təzə dostlarımız var...
B. Adil
ЫЫЫ бюлмя
98
Дярслярин планлашдырылмасы
TƏZƏ EV
Çap üçün deyil
Dərs 34. ELAN (2 saat)
Motivasiya.
Lövhədən üç plakat asılır: açıqca, məktub, elan.
Sual: – Bunlardan hansı sizə tanışdır?
Uşaqlar məktub və açıqca ilə tanış olduqları üçün bu əməli yazı növlərini təyin edirlər.
Müəllim həmin əməli yazı növləri ilə bağlı suallar verir:
– Açıqca nə üçün yazılır? (kimi isə təbrik etmək üçün)
– Məktubun məzmunu nədən ibarət olur? (hər hansı bir şəxsə məlumat, arzu, istək çat -
dır maq üçün)
Daha sonra uşaqlar elanın mətni ilə tanış olurlar. Müəllim bu yazı növünün elan adlan -
dırıldığını bildirir və suallar verir:
– İndi deyə bilərsinizmi, elan nə üçün yazılır?
Tədqiqat sualı:
– Elanın məzmunu nədən ibarət olur?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Dərsliyin 76-cı səhifəsindəki mətn oxunur. Elanın
düzgün yazılış forması müəyyən olunur.
Lövhədən iki elan asılır:
Sual: – Elan mətnlərinin tərtibində hansı səhvlərə yol verilib? (1-cidə dəqiq vaxt və məkan
haqqında məlumat yoxdur, 2-cidə tədbirin adı göstərilməyib).
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. Bilik yarışması haqqında elan yazın.
II qrup. Bayram tədbiri haqqında elan yazın.
Dostları ilə paylaş: |