Məzmun standartları
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma -
hiyyətini aydınlaşdırır.
Dinlədiyi mətndəki məlumatlarla bağlı sual-
lar verir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Oxuduqlarına, öyrəndiklərinə və eşit diklə -
rinə əsaslanaraq fikrə münasibət bildirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir.
Mətndə təsvir olunan hadisələri adlandırır.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Mətndə rast gəldiyi ifadələrin mənasını izah
edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Sualları cavablandıraraq mətni şüurlu
oxuduğunu nümayiş etdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndə müəyyən olunmuş hissəni dəftərinə
köçürür.
Dərslərin planlaşdırılması
V bölmə
142
Çap üçün deyil
Tapşırıq 3. “ Soyqırımı” sözünün mənası açıqlanır.
Soyqırımı – irqi, milli və ya dini səbəblərə görə əhalinin ayrı-ayrı qruplarının məhv edilməsi.
Xocalı şəhərində yaşayan insanları uşağa, qocaya aman vermədən qırıblar. Buna görə
də bu faciə soyqırımı adlanır.
Yazı. Tapşırıq 4. Tapşırığın şərtinə görə, şeirin sonuncu dörd misrası dəftərə köçürülür.
2-ci tapşırıq. Şagirdlər 1-ci sinif dərsliyində “Dostluq köməyi” mətnini keçərkən Xocalı
faciəsi haqqında məlumat alıblar. Ona görə də bu hadisənin baş verdiyi tarixi xatırlaya
bilərlər. Onların bu haqda məlumatlarını genişləndirmək üçün müəllim aşağıdakı mətni
oxu yur.
Dinləmə mətni:
Xocalı faciəsini unutmuruq
26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. Həmin gecə erməni
quldurları Rusiya ordusunun Xankəndində yerləşən hərbi hissələrinin yardımı
və iştirakı ilə Azərbaycanın Xocalı şəhərini məhv etdilər. Şəhər güclü top atəşinə
tutuldu. Aeroport və ona yaxın olan evlər dağıdıldı. Təkcə aeroportun müdafiəsi
zamanı rus alayının top atəşi ilə 150-yə yaxın adam öldürüldü. Buna baxma-
yaraq, şəhərin qəhrəman müdafiəçiləri düşmənə inadlı müqavimət göstərirdilər.
Düşmənlər şəhərə daxil olduqdan sonra da hər küçə, məhəllə, hər ev uğrunda
döyüşlər davam edirdi. Xocalı sakinləri Vətən torpağını qəhrəmanlıqla qoruyur-
dular. Erməni quldurları müdafiədə dayananları güllələyir, evlərdə əllərinə keçən
nə varsa hamısını qarət edir, özləri ilə gətirdikləri yük maşınlarına yükləyir,
Xankəndi tərəfə göndərirdilər. Ermənilər görünməmiş vəhşiliklə insanları məhv
edir, evlərə-eşiklərə od vururdular.
Aramsız güllə yağışından qurtulub ayağı yalın, başıaçıq halda meşələrə,
dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Tarixin hələ
indiyədək şahidi olmadığı bu müsibəti ancaq insanlığını, mərhəmət hissini itirən
vəhşi ermənilər törədə bilərdilər. Bu vəhşilikləri heç nə ilə müqayisə etmək müm -
kün deyil.
26 fevral bundan sonra Azərbaycan xalqının və dünyada bir çox insanların
yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır. Erməni qaniçənlərin bu
cinayəti xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı günü kimi tarixə
yazılmalıdır.
Şagirdlər bir-birinə sual verməklə dinlədikləri mətndəki fikrin mahiyyətini aydınlaşdırırlar.
Şagirdlərə suallarla müraciət olunur:
– Xocalı camaatı düşmənə qarşı necə müqavimət göstərirdi?
– Erməni quldurları Xocalıda hansı vəhşilikləri törədirdilər?
– Erməni quldurlarının Xocalıda törətdiklərinə nə ad vermək olar? (vəhşilik, azğınlıq,
qəddarlıq və s.)
– Nə üçün Xocalı faciəsi xalqımızın tarixində soyqırımı kimi yadda qalacaqdır?
Cavablardan sonra şagirdlər belə bir fikrə gəlirlər ki, Xocalı soyqırımı Azərbaycan xalqının
yaddaşından heç zaman silinməyəcək.
İş dəftərinin 87-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Araşdırma. 20 Yanvar faciəsi ilə Xocalı faciəsini birləşdirən və fərqləndirən cəhətlər
hansılardır? Bu haqda danışın.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
143
Çap üçün deyil
Ev tapşırığı:
– Xocalıda qəhrəmancasına şəhid olan oğullarımızdan biri də Azərbaycanın
Milli Qəhrəmanı Əlif Hacıyevdir. Onun haqqında məlumat toplayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 62. MEŞƏ KRALI (2 saat)
Motivasiya.
Müəllim meşənin təbiəti, canlı aləmi haqqında söhbət aparır, bu mövzuda
şəkillər nümayiş etdirir. Uşaqlar mövzu ətrafında fikirlərini bildirirlər (meşə bitkiləri, vəhşi hey-
vanlar).
Köməkçi sual: – Hansı heyvana “Meşə kralı” deyirlər? (Şir, aslan)
Şagirdlər şir haqqında bildikləri məlumatları söyləyirlər.
Tədqiqat sualı:
– Sizcə, güclülərin köməyə ehtiyacı ola bilərmi?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərinə qeyd edirlər.
Qruplara mətnin hissələri (dərslik, səh.124-125) paylanır. Hər qrup ona düşən hissəni
oxumalı, həmin hissəyə başlıqlar verərək plan tutmalı və həmin hissənin 125-ci səhifədəki
hansı şəklə uyğun gəldiyini müəyyənləşdirməlidir.
Hər qrup oxuduğu hissəyə başlıqlar verərək plan tutur.
I. Qəddar şir
1. Şir heyvanlara göz verib işıq vermirdi.
2. Şiri heç kim sevmirdi.
II. Talaya gəlib çıxmayan şir
3. Şiri gözləyən heyvanlar
4. Çaqqalın təklifi
5. Kralın yanına yollanan meymun
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətn çəkilmiş illüstrasiyalara uyğun gələn
hissələri müəyyən edir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin hissələrini adlandıraraq plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Mətni plana uyğun nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma ları na
riayət edir.
“M” hərfini hüsnxət normalarına uyğun ya zır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndə müəyyən olunmuş hissəni dəftərinə
köçürür.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət və hərəkət bildirən sözləri
fərqləndirir.
Dərslərin planlaşdırılması
V bölmə
144
Çap üçün deyil
III. Meymunun şirdən gətirdiyi xəbər.
6. Şirin istəyi
7. Tülkünün sevinci
IV. Zəifləmiş şir
8. Şirin etirafı
9. Şad-xürrəm həyat sürən sakinlər
10. Ceyranın təklifi
V. Yamanlığa yaxşılıq
11. Ceyranla razılaşan heyvanlar
12. Şir zalımlığa son qoydu
13. Hamının dostu
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Lövhədə mətnin illüstrasiyaları ardıcıl düzülür.
Tutulmuş plana görə mətn nəql olunur.
Tapşırıq 1. Mətnin məzmununa “A” variantındakı atalar sözü uyğun gəlir.
Tapşırıq 2. 1-ci hissə – B, 2-ci hissə – D, 3-cü hissə – Ç, 4-cü hissə – A, 5-ci hissə – C
şəklinə uyğun gəlir.
Tətbiqetmə.
İş dəftərinin 88-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Meşə kralının öz səhvini başa düşdüyü hissəni tapıb dəftərinə köçür.
Nəticə:
İnsan nə qədər güclü olsa da, müəyyən məqamlarda köməyə ehtiyacı olur. Ona
görə də güclü olan vaxt zəifləri incitmək olmaz.
Dil qaydaları. Tapşırıq: – Cədvəlin I sütununa mətndə adları çəkilən heyvanların adlarını,
II sütununa I hissədə işlənən əlamət bildirən sözləri, III sütununa isə IV hissədə işlənən
hərəkət bildirən sözləri yazın.
Yazı. Hüsnxət. “M” hərfi. İş dəftəri, səh. 89.
Ev tapşırığı:
– Mətni oxuyun və növbəti dərs üçün mətni səhnələşdirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Ad bildirən sözlər
Əlamət bildirən sözlər
Hərəkət bildirən sözlər
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
145
Çap üçün deyil
Dərs 63. İKİ GONBUL VƏ DOVŞAN (2 saat)
Motivasiya.
Müəllim: – Qarışqa zəhmət çəkir, zülmlə özündən on dəfə ağır yükü yuvasına
daşıyır. Yuvasına az qalmış bir sərçə uçub onun dənini aparır. Sərçə pırıltı ilə uçanda bir
budağa dəyib zədələnir.
Sual: – Bu hekayədə kimə yazığınız gəlir?
Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur.
Dərslikdən “İki gonbul” mətni tələffüz normalarına uyğun ifadəli, düzgün oxunur.
2-ci tapşırıq. Yaxşı olar ki, şagirdlər mətnin sonundakı suala necə cavab vermək üçün
atalar sözlərinə müraciət etsinlər. (“Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı”; “Əkəndə yox,
biçəndə yox, yeyəndə ortaq qardaş” və s.)
Sual: – Təmsildəki dovşan obrazını hansı sözlə xarakterizə etmək olar?
Müəllimin yönəldici sualları ilə şagirdlər “müftəxor” sözünün üzərində dayanırlar. Bu sözün
mənası izah olunur: özü zəhmət çəkməyib başqalarının hesabına yaşayan insan.
Sual: – Bəs gonbullar haqqında nə deyə bilərsiniz?
Tapşırıq 1. Mətnə uyğun şəkillərin ardıcıllığı müəyyən olunur: Ç, C, B, A.
Yazı. Hər şəklə aid mətndən bir, yaxud iki cümlə tapılıb dəftərə köçürülür.
Tapşırıq 3. Abzasın mətndəki yeri müəyyənləşdirilir.(“ Bərk yapışın, buraxmayın!” – cüm -
lə sin dən sonra)
Müəllim şagirdlərin diqqətini mətndəki belə bir cümləyə yönəldir: – “Gonbullar yolu
hamarladılar. Kənarlara yol nişanları düzdülər”. Bu işləri etməkdə onların məqsədi nə idi?
Sual: – Hansı yol nişanlarını tanıyırsınız? Yol işarələrinin əhəmiyyəti nədədir? (tapşırıq 4)
Şagirdlərin cavablarından sonra müəllim belə bir açıqlama verə bilər: – Yollar rahat və
təhlükəsiz olmalıdır. Hər kəs yol hərəkəti qaydalarını bilməli, yol nişanlarını tanımalıdır. Əks
halda özümüz və başqaları üçün təhlükə yaradarıq. Səki ilə getməli, qadağan işarəsi olan
yerlərdən keçməməliyik. Belə işarələr qoyulmayan yerlərdə ehtiyatlı olmalıyıq. Yeraltı və
yerüstü keçidlər olan yerlərdə mütləq onlardan istifadə etməliyik.
Məzmun standartları
Təlim məqsədləri
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir.
Situasiyaya uyğun olaraq nitqində atalar
sözü və məsəllərdən istifadə edir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir.
Əsərdəki obrazın xarakterik cəhətini mü-
vafiq əlamət bildirən sözlə adlandırır.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Öyrəndiyi yeni sözlərdən istifadə etməklə
fikrini izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Düzgün səs tonu seçməklə mətni ifadəli oxu yur.
Buraxılmış hissənin yerini müəy yənləş dirərək
mətni tamamlayır.
Şəkillərlə mətnin hissələri arasındakı
uyğunluğu müəyyən edir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndən çıxardığı nəticəyə əsaslanaraq sual-
lara cavab verir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin müəyyən olunmuş hissəsini üzündən
köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
Lüğətdən istifadə edərək sözlərin yazılış və
tələffüzü arasındakı fərqi müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
V bölmə
146
Çap üçün deyil
Sonra müəllim şagirdlərə yol nişanlarını göstərir, mənasını soruşur.
Müzakirə. Mövzu: “Müxtəlif fənlərdən qiymətləndirmə tapşırıqları yazılarkən bəzi uşaqlar
yaxşı oxuyan yoldaşlarından köçürürlər. Buna münasibətinizi bildirin”.
İş dəftərinin 90-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: Başqasının əməyini mənimsəmək istəyən müftəxorlara heç kimin yazığı gəlmir.
Dil qaydaları. 5-ci tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır.
Ev tapşırığı:
– “Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı” atalar sözünə uyğun gələn
mətn qurun.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 64. NİCAT VƏ DƏCƏL (4 saat)
Motivasiya.
Müəllim: – İnsanla heyvanın dostluğu mümkündürmü?
Fərziyyələr söylənilir.
“Bir qalanın sirri” filmindən fraqment. (Yaxud müəllim özü şifahi şərh edir.)
Sual: – Yallı ilə Xallı sahibini xilas etmək üçün nə edir?
– Əsl dost necə olmalıdır?
Dərslikdən mətnin 1-ci hissəsi oxunur. Baş qəhrəmanların dostluğunu sübut edən
hissələrə diqqət yetirilir.
Mətnin hissəsinə başlıq verilib plan tutulur:
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Müşahidə etdiyini, oxuduğunu düşüncələrinə
uyğun tərzdə çatdırır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Hadisələrin davamını təxmin edərək mətni
şüurlu oxuduğunu nümayiş etdirir.
Əsərdəki hadisələrin ardıcıllığını müəyyən
etməklə və boşluqları doldurmaqla mətni
oxuyub anladığını nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan tutur.
Mətnin məzmununa əsasən hissələrə
başlıq verir və plan tutur.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və ona
münasibət bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Tutulmuş palna görə mətni danışır.
3.1.1. Yazısında sadə hüsnxət norma ları na
riayət edir.
“N” hərfini hüsnxət normalarına uyğun ya zır
və digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Oxuduğu mətnin ideyasını həyatda
gördükləri ilə əlaqələndirərək inşa yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
147
Çap üçün deyil
Şəhərin kənarında gecələyən dostlar
1. Su satmağa yollanan dostlar
2. Şəhərdə
3. Şəhərin kənarında
4. Suyun içinə düşən böcək
Mətnin məzmunu plan üzrə nəql edilir.
Şagirdlərə mətnin davamını təxmin etmək tapşırılır: – Sizcə, mətnin sonrakı hissəsində
səhəngə düşmüş böcəyin nə rolu olacaq? Nəyə görə müəllif Nicatın böcəyə münasibətini bu
qədər vurğulayır?
Şagirdlərin versiyalarından sonra mətnin II hissəsi (dərslik, səh. 129) oxunur, təhlil olunur
və suallar verilir:
– Nicatla Dəcəlin münasibətində nə daha çox xoşunuza gəldi?
– Siz bir qəbahət iş görəndə etiraf edə bilərsinizmi?
– Siz böcəyə nə deyərdiniz?
Oxunan hissəyə başlıq verilib plan tutulur:
Əsl dostlar
1. Kiçilən dostlar
2. Sirli böcək
3. Böcəyin xilas edilməsi
4. Sinaq
5. Əsl dostluq
Mətnin məzmunu plan üzrə nəql edilir .
Mətnin sonundakı tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Smayliklərlə yerinə yetirilir.
Tapşırıq 2. “B” variantındakı cümlə mətnin ideyası ilə bağlı deyil.
Tapşırıq 3. 1-ci boşluğa “dünən səni darda qoydum”, 2-ci boşluğa “Axı ata-anası onun
yolunu gözləyir”, 3-cü boşluğa “Axı səhvi mən etmişəm” cümləsi uyğun gəlir.
Tapşırıq 4. Ardıcıllıq aşağıdakı şəkildə olmalıdır:
Ç, B, A, D, E, C
Danışma.
Müəllim aşağıdakı sualları verməklə şagirdləri danışmağa, fikirlərini sərbəst
ifadə etməyə yönəldir.
– Dostunuzla bağlı elə hadisə veribmi ki, siz onun etibarına, sadiqliyinə bir daha əmin ol-
musunuz?
– Dostluğun möhkəmliyi daha nədə əks olunur?
Nəticə: Dost dosta tən gərək. Yoldaşlıq edirsənsə, həm çətinlikdə, həm də dar gündə bir
olmalısan. Səhvini etiraf etməyi bacarmaq lazımdır. Yoldaşına qarşı ədalətli, rəhmli
olarsansa, əvəzini görərsən.
İş dəftərinin 91-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müsbət təlim mühiti yaratmaq və şagirdlərin kommunikasiyasını təşkil etmək üçün “Fikri
yenidən qısaca ifadə etmək” (yaxud “Xarab olmuş telefon”) üsulu ilə şagirdlər fikirlərini bir-
birinə çatdırırlar. Bunun üçün şagirdlər qruplara bölünürlər. Hər qrupa üzərində atalar sözləri
yazılmış vərəqlər paylanır. Məsələn, bir qrupa üzərində “Dost-düşmən qara gündə bəlli olar”
atalar sözü yazılmış vərəq verilir. Bir şagird bu fikri oxuyur, vərəqin atalar sözü yazılmış
hissəsini qatlayıb, təmiz hissədə bu fikri başa düşdüyü şəkildə yazır və digər yoldaşına
ötürür. Beləliklə, hər iştirakçı əvvəlki qeydlərə əsasən öz fikrini yazır. İş sona çatdıqda axırıncı
Dərslərin planlaşdırılması
V bölmə
148
Çap üçün deyil
iştirakçı ilk və son fikirləri ucadan oxuyur. Adətən, bu fikirlər bir-birindən kəskin fərqlənir.
Sonra şagirdlər vərəqi açıb ilk yazılmış cümlədən başlayaraq fikirlərin birindən digərinə doğru
necə dəyişdiyini oxumaqla izləyirlər.
Digər qruplara “Dostun yoxsa – axtar, tapdın – qoru”, “Örtülü bazar dostluğu pozar”, “Dost-
dostdan bezar olmaz, aralıqda mərdimazar olmasa” atalar sözləri yazılmış vərəqlər verilə bilər.
Bütün qrupların fikirləri oxunduqdan sonra refleksiya keçirmək yaxşı olardı:
– Bu tapşırıqdan hansı nəticəni çıxarmaq olar?
– İnformasiyanın düzgün ötürülməməsi nəticəsində nə baş verə bilər?
– Fikri yenidən düzgün və qısaca ifadə etmək hansı hallarda vacibdir?
Dil qaydaları. İmla mətni:
İş dəftərinin91-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Hüsnxət. “N” hərfi. İş dəftəri, səh. 93.
Ev tapşırığı:
– “Əsl dost necə olmalıdır” mövzusunda inşa yazın. İnşa mətnində dostluğa
aid atalar sözlərindən istifadə edin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 65. KƏPƏNƏK VƏ QARANQUŞ (2 saat)
Motivasiya.
Müəllim:
– Ailəniz hər hansı tədbirə – ad gününə, bayrama və s. hazırlaşarkən siz də, balaca
QIRĞI (36 söz)
Qırğı gələndə quşların hərəsi bir tərəfə uçub canını qurtarır. Heç bir quş onunla
dostluq eləmək istəmir. Orxan da deyir ki, mən qırğıyam. Qollarını geniş açıb
üstümüzə şığıyır. Biz də quşlar kimi hərəmiz bir tərəfə qaçıb dağılırıq.
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı sualları
cavablan dır maq la şüurlu oxuduğunu
nümayiş etdirir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Verilmiş sözlərin mənasını başa düşür,
onları yaxınmənalı və əksmənalı sözlərlə
əvəz edir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Verilmiş atalar sözlərindən mətnin
məzmununa uyğun olanını seçməklə əsas
fikri anladığını nümayiş etdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin müəyyən olunmuş hissəsini
üzündən köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Kiçikhəcmli inşa yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkətin zamanını müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
149
Çap üçün deyil
olmağınıza baxmayaraq, ev işlərində iştirak edirsinizmi? Bunu nəyə görə edirsiniz (et-
mirsiniz)? Sizcə, böyüklərin sizin köməyinizə ehtiyacı varmı?
Tədqiqat sualı:
– Zəiflər də xeyirxah işlərdə güclülərə kömək etməlidirlərmi?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Mətn oxunur və təhlil edilir. 1-2-ci tapşırıqlar yerinə
yetirilir.
“Mətni davam etdir”. Qruplarla iş.
I qrup. Mətni elə dəyişin ki, qaranquş da alovu söndürmək üçün öz köməyini göstərsin.
II qrup. Mətni elə dəyişin ki, kəpənək qaranquşun sözlərindən sonra öz dostlarını da
köməyə çağırsın.
III qrup. Mətni elə dəyişin ki, kəpənəyin sözlərindən sonra qaranquş ətrafda olan bütün
həşəratları və böcəkləri köməyə çağırsın.
IV qrup. Mətni elə dəyişin ki, qaranquş öz balalarını alovu söndürmək üçün çağırsın.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Yazı. Mətnin ilk üç abzası dəftərə köçürülür.
Nəticə:
Hər kəs ümumi işə töhfə verməklə vicdanı qarşısındakı borcunu yerinə yetirmiş
olur.
Dil qaydaları. Tapşırıq. Mətndən hərəkətin hər üç zamanında işlənmiş sözlər seçilir və onlar
cümlədə işlədilir.
Ev tapşırığı:
– “Çətin vəziyyətdə yoldaşına necə kömək edərsən?” mövzusunda inşa
yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 66. KOBUD (2 saat)
Motivasiya.
Müəllim dairənin ortasında “ kobud” sözünü yazır. Bu sözlə bağlı olanlar
şaxələrdə yazılır:
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlərdən çıxış edərək öz
mülahizələrini söyləyir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Müşahidələri əsasında fikir irəli sürür.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki obrazın xarakterini açmaqla əsas
fikrə münasibətini bildirir.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
Mətnin qəhrəmanına məktub yazaraq öz
məsləhətlərini verir.
Dərslərin planlaşdırılması
V bölmə
150
Dostları ilə paylaş: |