Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə18/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

Çap üçün deyil

Tədqiqat sualı: 
– Kobud olmağın nə kimi pis nəticələri ola bilər?
Tədqiqatın aparılması: 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərinə qeyd edirlər.
Mətnin hər bir hissəsi ayrıca yazılmış halda qruplara verilir.
I qrup. Vasif möhkəm bədənli, güclü oğlandır. Hamı ondan çəkinir. Beləsindən necə
qorxmayasan! Yoldaşlarını vurur, qızların saçını dartır, itlə, pişiklə pis rəftar edir,
hətta nənəsi ilə kobud danışır. Bir sözlə, Vasif heç kimdən qorxmur, heç nədən
çəkinmir.
Tapşırıq: – Vasifin hərəkətlərinə münasibət bildirin. 
II qrup. Bir gün Vasif yolda  gördüyü hadisəni sinif yoldaşlarına danışmaq istədi. Amma
oğlanlar ona qulaq asmaq belə istəmədilər. Vasif qızların yanına gəldi. O yaxın -
la şan kimi qızlar oradan uzaqlaşdılar.
Sual: – Vasifə uşaqların pis münasibətinin səbəbi nə idi?
III qrup. Vasifin kefi pozuldu. Evə gələndə itlə oynamaq istədi. Amma Toplan onu görən
kimi küçəyə qaçdı. Hələ Məstanı demirsən! Pişik şkafın üstünə çıxıb qəzəbli,
yaşıl gözləri ilə ona baxırdı. 
Sual: – Heyvanlar insanlara qarşı çox mehriban olurlar. Vasif onlarla necə dost
ola bilərdi? Bəs onlar niyə Vasifdən üz döndərdilər?
IV qrup. Əlacı kəsilmiş Vasif nənəsinin yanına gəldi. Nənə nəvəsinin üzünə belə bax-
madan sakitcə corab toxumağa davam etdi. Güclü, qorxmaz Vasif tək qalmışdı.
Lap tək-tənha.
Sual: – Vasif səhvini başa düşdümü?
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Aşağıdakı suallar verilir:
– Kobudluğun nəticəsi nə olur?
– Görəsən, tək qalmış Vasif nə düşündü? 
– Vasifə nə məsləhətlər verərdiniz?
Tapşırıq 1. Smayliklərlə yerinə yetirilir.
Nəticə:
Kobudluq edən şəxs tək qala bilər. Tək adam isə həyatda zəif adamdır.
Tətbiqetmə.
Cütlərlə iş. “Nə olardı, əgər...”  
– Vasif  yoldaşları ilə nəzakətlə davransaydı, nə olardı?
– Vasif  itlə mehriban rəftar etsəydi, nə olardı?
– Vasif  pişiklə mehriban davransaydı, nə olardı?
– Vasif  nənəsi  ilə səmimi, xoş rəftar etsəydi, nə olardı?
– Yoldaşları Vasifə qulaq assaydılar, nə olardı?
Ev tapşırığı:
– Vasifə məktub yazın. Məktubda ona öz məsləhətlərinizi verin. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
KOBUD
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
151
Çap üçün deyil

Dərs 67. LOVĞA (2 saat)
Motivasiya. 
Müəllim: – Bunlar hansı xasiyyətin əlamətləridir: heç kəsi bəyənməmək,
özünü hamıdan üstün tutmaq, özünü yerli-yersiz tərifləmək, öyünmək? (Lovğalıq)
Şagirdlərin cavabları dinlənildikdən sonra tədqiqat sualı qoyulur.
Tədqiqat sualı: 
– Lovğa olmaq niyə pisdir?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərinə qeyd edirlər.
I qrupMətn verilir:
Müəllim sabah yoxlama işi olacağını şagirdlərə xəbər verib tapşırdı ki, yaxşı
hazırlaşsınlar. Nadir yoldaşlarına dedi: – Mən yaxşı oxuyanam. Onsuz da hər şeyi
bilirəm. Məndən yaxşı bilən yoxdur. Hazırlaşmaq lazım deyil.  Mən əla yazacağam.
O, kitab-dəftərə heç toxunmadı, təkrar etmədi. Anası ona “Dərslərini təkrar elə,
yoxlama olacaq” deyəndə isə cavab verdi ki, “mən hər şeyi bilirəm. Yaxşı qiymət
alacağam”.
Səhəri gün Nadir yoxlamanı yaza bilmədi. Qalan uşaqlar isə yaxşı qiymət aldılar.
Tapşırıq: – Nadirin hərəkətinə münasibətinizi bildirin. 
II qrup. Mətn verilir:
Bizim sinifdə Müslüm adlı bir oğlan oxuyur. Əvvəllər o, biliyi və fərasəti ilə hamıdan
seçilir, sinif yoldaşları ilə səmimi və mehriban rəftar edir, yoldaşcasına davranırdı.
Müəllimlər də, şagirdlər də ona hörmət edirdilər. Sonralar o getdikcə dəyişməyə
başladı. Əvvəlcə yavaş-yavaş lovğalıq hissi onda özünü göstərməyə başladı. Yerli-
yersiz öyünür, hər yerdə özünü çoxbilən kimi göstərməyə, başqalarından üstün
olduğunu sübut etməyə çalışırdı. Artıq o heç kimi bəyənmir, yalnız özünü sevirdi.
Çox keçmədi ki, Müslüm dərslərindən də zəifləməyə, aşağı qiymət almağa başladı.
Artıq sinifdə heç kim ona hörmətlə yanaşmır, onu əvvəlki kimi saymır.
Sual: – Müslüm özünün əvvəlki hörmətini qaytara bilərmi? Bunun üçün o nə
etməlidir? 
III qrup. “İdman yarışı” mövzusunda hekayə qurun. Hekayədə aşağıdakı ifadələrdən istifadə
edin: “Özünü təriflədi, hamıdan daha üstün saydı, öyündü, çalışmadı, əziyyət
çəkmədi, mən birinciyəm, onsuz da güclüyəm, yarış günü,  yarışdı, uduzdu”.
Sual: – Udan tərəf olmaq üçün nə etmək lazımdır?
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Müşahidələri əsasında mövzu ilə bağlı  fikir
irəli sürür.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Yeni sözlərin mənalarını dərk edərək nitqində
istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndəki yeni sözlərin mənasını başa düşür
və onları əksmənalı sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Şeiri oxuyarkən məzmununa uyğun səs
tonu seçir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbər bildiyi şeirin məzmununu yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri seçir, onları digər
zamanlarda işlədir.
Dərslərin planlaşdırılması
V bölmə
152
Çap üçün deyil

IV qrup. Qrupa aşağıdakı ifadələr təqdim olunur: “özünü öymək, hamını acılamaq, hər
kəsi vurmaq, özünü tərifləmək, pis cavab qaytarmaq, özünü dartmaq, özünü
hamıdan üstün tutmaq”. Bu əlamətləri lovğalığa və kobudluğa ayırmaq tapşırılır.
Tapşırıq: – İfadələr əsasında lovğa və kobudu fərqləndirin.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliyin 133-cü səhifəsindəki şeir oxunur. 
Nəticə:
Lovğalıq da kobudluq kimi insanın mənfi xüsusiyyətidir. Ətrafdakılar onsuz da
insanın üstün cəhətlərini görürlər. Bununla öyünmək insanı hörmətdən salır.
Tətbiqetmə. 
Dərslikdən 2-4-cü tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 2. Kobud – mehriban, lovğa – təvazökar sözləri cümlədə işlədilir. 
Tapşırıq 3. Kobudluğun və lovğalığın axırı sonda tək qalmaqla nəticələnir. Heç kəs kobud
və lovğa olanlarla dostluq etmək istəmir.
Əlavə tapşırıq: “Ağac bar verəndə başını aşağı salar” atalar sözünün izah edilməsi
şagirdlərə tapşırılır.
İş dəftərinin 92-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. Tapşırıq: “Lovğa” şeirindən hərəkət bildirən sözlər seçilir və onlar gələcək
və indiki zamanda cümlələrdə işlədilir.
Ev tapşırığı:
– “Lovğa” şeirini əzbərləyin, məzmununu öz sözlərinizlə dəftərə yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 68. DOSTLAR SƏFƏRDƏ (2 saat)
Motivasiya.
Müəllim: – “Dostunu  tanımaq üçün  yola çıxmaq lazımdır” atalar sözünü
necə başa düşürsünüz?
Şagirdlərin cavabları dinlənilir.
Dəsliklə iş. Mətnin birinci iki abzası oxunur.  
“Sonra nə oldu? Ardını fikirləş” üsulundan istifadə olunur. 
Şagirdlərə təklif edilir ki, nağılı öz variantları əsasında davam  etdirsinlər. Bunun üçün
aşağıdakı suallardan istifadə edilə bilər:
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini müəyyən etməklə şüurlu oxu du -
ğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar ver -
məklə məzmununa aid sadə plan  tutur.
Mətnin məzmununa aid plan tutur.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Verilmiş atalar sözlərindən mətnin
məzmununa uyğun olanı seçir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
Tutulmuş plana əsasən mətni nəql edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müəyyən olunmuş mövzu ətrafında inşa
yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Mürəkkəb sözləri tanıyır. Verilmiş sözlərdən
mürəkkəb sözlər düzəldir. Əlamət bildirən
sözləri fərqləndirir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
153
Çap üçün deyil

Necə fikirləşirsiniz, körpüdən birinci kim keçəcək?
– Hadisələr necə cərəyan edəcək? 
– Qəhrəmanların başına hansı işlər  gələcək?
Şagirdlərə təklif etmək olar ki, öz variantlarını qeyd etsinlər və nağıl oxunub qurtardıqdan
sonra öz versiyaları ilə müqayisə etsinlər. 
Şagirdlərin versiyaları dinlənilir. Sonra mətnin davamı oxunur. Oxudan sonra şagirdlərin
danışdıqları ilə müqayisə olunur. 
Mətnin məzmununa aid plan tutulur.  
1. Dostlar səfərdə
2. Körpüyə birinci çıxan Qunduz 
3. Fəlakət
4. Etibarsız dostlar
Şagirdlər plan üzrə mətni  nəql edirlər. 
Suallar:
– Nə üçün Qunduz yola davam etmək istəmədi?
– Tülkü ilə Qabanı əsl dost hesab etmək olar?
– Nağıldakı dostlar haqqında nə deyə bilərsiniz?
1-ci tapşırıq yerinə yetirilir: 
..., çünki körpü dar idi.
..., çünki körpünün taxtaları çürümüşdü.
..., çünki xəstələnməkdən qorxdu.
..., çünki quyruğunu yenicə daramışdı.
..., çünki bildi ki, onlarla yoldaş olan yolda qalar.
2-ci tapşırıq. Cavab “A” variantıdır.
3-cü tapşırıq yerinə yetirilir: gecə-gündüz, dərə-təpə, balacaboy, acgöz.  Balacaboy və
acgöz sözləri cümlədə işlədilir. 
İş dəftərinin 94cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. 
İfadə mətni:
Nəticə: Dost etibarlı, sadiq olmalı, həm yaxşı, həm də dar gündə dəstək olmalıdır. 
İş dəftərinin 95-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı.
– “Dost dar gündə tanınar” mövzusunda inşa yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 69. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 136
Dərs 70. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 96-97
BÜLBÜL (48 söz)
Bağçada bir bülbül oxuyurdu. Mən də tütəklə onu yamsılayırdım. Bülbül məndən
ilhamlanıb cəh-cəh vururdu. Mən də ondan geri qalmayıb tütəyi daha şövqlə
üfürürdüm. Səsə bir qırğı uçub gəldi. Bülbülün nəğməsi əvvəl qırıldı, sonra kəsildi. 
Qırğı gedəndən sonra yenə tütəyi üfürdüm. Amma tütəkdən daha səs çıxmadı.
Tütəyimi qırğı aparmışdı.
Dərslərin planlaşdırılması
V bölmə
154
Çap üçün deyil

VI bölmə
TƏBİƏTİN SİRLƏRİ
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş 
dəftəri
səh.
MMV
səh.
71.
Ana təbiətin uşaqlara
məktubu
1.2.1, 2.1,1, 2.2.1, 2.2.4,
3.1.4, 3.1.6, 4.1.5
4
138
96
156
72. Günəbaxan. Ayabaxan
1.2.1, 2.2.1, 2.2.2, 4.1.5
2
139
159
73.
İpəkqurdu
Söz birləşməsi
1.2.1, 2.2.1, 3.1.1, 3.1.2,
3.1.4. 4.1.6
4
140-141
97
160
74.
Hörümçəklər
Cümlə
1.1.2, 1.2.1, 2.2.1, 4.1.3,
4.1.6, 4.1.7
4
142-143
99
161
75. Qızıl nədir
2.1.2, 3.1.5, 4.1.6
2
144
163
76. Çayın gileyi
1.1.1, 1.2.1, 2.1.1, 2.2.1,
2.2.4, 3.1.4
2
145
100
165
77. Qarışqalar
1.1.2, 1.2.1, 2.2.1, 3.1.1,
3.1.2, 3.1.4, 4.1.6
6
146-147
101
166
78. Günəş və bulud
1.2.1, 2.2.1, 3.1.2, 4.1.2,
4.1.5
2
148
103
170
79. Arı
1.2.1, 2.1.2, 2.1.4, 2.2.1,
3.1.5, 4.1.6
2
149
104
171
80. Bal arısının ailəsi
2.1.1, 2.2.1, 2.2.2, 2.2.4,
3.1.2, 3.1.4
2
150
104
172
81. Kəpənəklər
2.2.1, 2.2.4, 3.1.1, 3.1.2
2
151
105
173
82. Qaranquşlar
2.1.4, 2.2.1, 3.1.2, 4.1.5,
4.1.6
2
152
107
175
83.
Güllərdən göyçək
Çiçək
2.2.1, 2.2.4, 3.1.2, 3.1.4,
4.1.2, 4.1.5
2
153
176
84. Cırcırama
1.1.2, 2.2.1, 2.2.4, 3.1.1,
3.1.2, 4.1.5
2
154
108
177
85. Əqrəb və qurbağa
1.2.1, 2.2.1, 2.2.3, 2.2.5,
3.1.4
2
155
110
179
86. Torpağın nağılı
1.2.3, 2.1.4, 2.2.1, 2.2.4,
3.1.2, 4.1.6
2
156
180
87. Odunçunun səhvi
1.1.2, 2.2.1, 2.2.4, 4.1.3
4
157
111
181
88. Ümumiləşdirici təkrar
1
158
112
182
89.
Bölmə üzrə
qiymətləndirmə
1
182
Yekun
48
saat
Çap üçün deyil

Dərs 71. ANA TƏBİƏTİN UŞAQLARA MƏKTUBU (4 saat)
Motivasiya.
Müəllim Amerika astronavtı Edqar Mitçeldən sitat gətirir (bu zaman slaydda
Yer kürəsinin Günəş sistemində hərəkətinə aid şəkil göstərilir)– “Birdən Ayın arxasından
nəhəng bir kürə çıxdı. Gözəl, mavi mirvariyə bənzəyən bu kürə işıq saça-saça kosmosun
sonsuz qaran lığında yuxarı qalxmağa başladı. Bir an içində anladım ki, bu bizim hamımızın
evi olan Yer kürəsidir”.
Uşaqlar, gözəl, şən, min nemətli Yer bizim anamızdırsa, deməli, biz də onun uşaqlarıyıq.
Amma bizim günahımız ucbatından onun gözəlliyi yavaş-yavaş itir. Okeanlar, dənizlər çirkab-
dan nəfəs ala bilmir, heyvanlar, quşlar, otlar məhv olur. Biz planetin harasında ya şa ma -
ğımızdan asılı olmayaraq onun taleyi üçün cavabdehik. Biz Yerin köməkçiləriyik, biz Yerlə
vahid ailəyik. 
Slayddakı görüntüdən Yerin səsi gəlir:
– Sizi eşitmək mənim üçün həm xoş, həm də kədərlidir.
– Uşaqlar, Yer bizim səsimizi eşitdi, amma onun səsi çox qəmgindir. Nə baş verib?
Yerin səsi:
– Mən çox-çox qədimlərdə xoşbəxt idim. Doğrudanmı, hər səhər yuxudan duranda mən
sevinirdim, sevirdim? Bəli, sevirdim, bütün dünyanı sevirdim, günəşi, səmanı, otları, çayların
şırıltısını, quşların nəğməsini sevirdim. O dövrlərdə mən necə də xoşbəxt idim...
Yer üzünə ilk insan gəldi. Əvvəl insan özünü təbiətin bir hissəsi hesab edirdi. Mən onun
beyninə ağıl qoydum, lakin bu ağıl yalnız qurmağa, yaratmağa deyil, həm də dağıtmağa
istiqa mətləndi. O məni, bitkiləri, heyvanları didməyə, parçalamağa başladı. Mənim damarla -
rım dan axan qanımı zəhərlə doldurdu, damarlarıma bənd çəkdi, zəhərli qazlarla məni bo ğ -
du, atom silahları ilə yaraladı.
Doğrudanmı, mənim yaratdığım mənə qarşı çevrilib?
Sizin hələ məni və özünüzü xilas etmək üçün vaxtınız var. Mən sizin gücünüzə, ağlınıza
və xeyirxahlığınıza inanıram. 
Müəllim– Uşaqlar, bizim yaşadığımız planetə nə olub? Planet niyə şikayət edir?
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Öz biliklərinə əsaslanaraq problemin həlli ilə
bağlı fikir bildirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir. 
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəllimin köməyi ilə müəyyənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətnin məzmununu təşkil edən əsas faktları
seçir və münasibət bildirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Təbiəti necə qorumaq haqqında kiçikhəcmli
inşa yazır.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə  əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
Mətnin məzmununa uyğun olaraq məktub
yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət və hərəkət bildirən sözləri
müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
VI bölmə
156
Çap üçün deyil

Şagirdlərin cavablarından sonra dərslikdən “Ana Təbiətin uşaqlara məktubu” mətni oxu nur.
1-2-ci tapşırıqlar yerinə yetirilir. 
Tədqiqat sualı:
– Təbiəti qorumaq üçün insanlar nə etməlidirlər?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. Hər qrupa iki tapşırıq verilir. 
1. Ağasəf Osmanlının “Təbiətin dərdi” şeirinin bəndləri qruplara paylanır. Qruplar bəndləri
təhlil edib ona uyğun şəkil çəkir, qüsurların aradan qaldırılması yolları ilə bağlı fikirlərini
bildirirlər. 
2. Şagirdlər Ana Təbiətə cavab məktubu yazırlar. Onlara məktub yazmaqda ekoloqlar
kömək edəcək.
Müəllim ekoloqlar haqqında məlumat verir: – Ekoloqlar təbiət, ətraf mühit və onun prob -
lemlərini araşdırır, insanların təbiətə müdaxiləsi nəticəsində baş verə biləcək fəlakətləri
müəyyənləşdirirlər. 
Şagirdlər ekoloq-alim rolunda çıxış edərək Yer planetini xilas etmək üçün tədbirlər
düşünməlidirlər.
I qrup.  
1. Bəsdir qırdıq ağacları,
Axı ağac da canlıdır.
Təbiət hər həyəcandan
Necə həyəcanlıdır.
2. Botaniklər “planetimizin yaşıl sakinlərini” – bitkiləri hansı təhlükənin gözlə di -
yindən danışacaq və onun qarşısının alınması yolları haqqında Ana təbiətə
məktub yazacaqlar.  
II qrup.
1. Zavod, fabrik tüstüsüylə,
Yay gəlməmiş istisiylə,
Texnika da öz səsiylə
Təbiəti məhv eləyir.
2. Zooloqlar “kiçik dostlarımız” olan heyvanları hansı təhlükənin gözlə diyindən
danışacaq və onun qarşısının alınması yolları haqqında Ana Təbiətə məktub
yazacaqlar.  
III qrup.
1. İnsanlar qırıb-dağıdır,
Yalan söz düşmür dilindən.
Gələcəyə ümid olar,
Əl çəksə bəd əməlindən.
2. Coğrafiyaşünaslar ətraf mühiti – torpağı, suyu, havanı hansı təhlükənin gözlə -
diyindən danışacaq və onun qarşısının alınması yolları haqqında Ana təbiətə
məktub yazacaqlar.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olu nur. Təqdimatlardan sonra müəllim yazı taxtasından asılmış “Dəhşətli fə la kətin əlamət -
ləri” cədvəlinə hər qrupun gəldiyi son nəticəni qeyd edir:
1. Meşələrin qırılması
2. Heyvanların tələf olması
3. Suyun çirklənməsi
4. Havanın çirklənməsi
5. Zibil qalıqlarının yığılması
6. Ətraf mühitin zəhərlənməsi
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
157
Çap üçün deyil

Müəllim bu hadisələri özündə əks etdirən slayd nümayiş etdirdikdən sonra sinfə sualla
müraciət edir:
– Planetin bütün xəstəliklərinin günahkarı kimlərdir?
(İnsanlar. Yəqin, insanlar yaddan çıxarıblar ki, bizimlə birlikdə Yer üzündə yaşayan hey-
vanlar, bitkilər üçün, həmçinin çaylar və dənizlər, ümumiyyətlə, yaşadığımız planet üçün ca -
vabdehdirlər. 
Hamımızın yaşadığı bir planet var, o da Yer kürəsidir. Biz özümüzə yaşamaq üçün başqa
planet seçə bilmərik, eyni zamanda Yer də özünə başqa sakinlər seçə bilməz. 
Biz hamımız Yer adlanan böyük gəminin sərnişinləriyik, deməli, ondan düşüb heç nəyə
minə bilmərik. Yer kürəsi sağlam deyilsə, deməli, insanlar da sağlam deyil. Gəlin yaşa dığımız
planeti qaydaya salaq. Ana Təbiət də rahat olsun.)
Təqdimatlardan sonra “Təbiətin dərdi” şeirinin sonuncu bəndi oxunur:
Bu cür saf, gözəl məkanda
Cənnət var – Aran, Şirvan.
Dünyanın şah guşəsidir
Bizim doğma Azərbaycan!
Dil qaydaları. Mətndən indiki zamanda olan hərəkət bildirən sözlər seçilir və həmin sözlər
keçmiş zamanda işlədilir.
3-cü tapşırıqla bağlı sözlərin böyük hərflə yazılışına dair qaydalar təkrar olunur. Müəllim
bildirir ki, əsərlərdə obraz adları, hətta onlar insan anlayışı bildirməsə belə, böyük hərflə
yazılır.  
Yazı. Ana təbiətə cavab məktubu yazın. Məktubda elə fikirlər səsləndirin ki, Ana təbiət
sakitləşsin, inansın ki, siz onun həyəcanına son qoyacaqsınız.
Nəticə:
Misalları həll edərək şifrlənmiş cümləni oxuyun.
20 – 14 = q
4 x 3 = ə
24 + 37 = u
72 + 8 = i
61 – 13 = o
3 x 7 = a
50 – 25 = r
38 + 4 = t
58 – 30 = b
92 – 36 = y
42  12  28  80  12  42  80;  6 48 25 61 56 21 6 – Təbiəti qoruyaq.
Tətbiqetmə.
İş dəftərinin 98-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– “Mən təbiəti qorumaq üçün nə edə bilərəm” mövzusunda inşa yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
VI bölmə
158
Çap üçün deyil

Dərs 72. GÜNƏBAXAN (2 saat)
Motivasiya.
– O hansı bitkidir ki, gün çıxanda gülür, gün batanda küsür, günəşi çox
sevir?
“Günəbaxan” cavabı alındıqdan sonra müəllim soruşur:
Sizcə, ayabaxan bitkisi də varmı? 
Tədqiqat sualı:
– Günəbaxan bitkisi haqqında nə bilirik, daha nələri bilməliyik? Ayabaxan
bitkisi varsa, onu necə təsəvvür edirsiniz?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin