Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə21/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   ...   16   17   18   19   20   21   22   23   24

Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsədiyini nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müəyyən olunmuş mövzu ətrafında fikrini
əsaslandıraraq kiçikhəcmli inşa yazır.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qaydaları məqamına uyğun istifadə edir. 
Sözlərin böyük hərflə yazılışına dair qaydaları
düzgün tətbiq edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət və hərəkət bildirən sözlə ri müəyyən
edir.
Dərslərin planlaşdırılması
VI bölmə
176
Çap üçün deyil

Yazı. “Güllü-çiçəkli bahar” mövzusunda inşa yazın.
Nəticə:
Çox zaman düşməndən qorunmaq üçün canlılar mühitə uyğun rəngdə olurlar.
Ev tapşırığı:
– Mətnin ikinci abzasını dəftərinizə köçürün.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 84. CIRCIRAMA (2 saat)
Motivasiya.
Şagirdlərə tapmaca verilir:
Çəmənlikdə yay-bahar
Nəğmə oxub cırıldar.
Çoxlu cücülər udar,
Qarınqulu adlanar.   
Tədqiqat sualı:
– Cırcıramanın hansı xüsusiyyətləri var?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Mətn “Ziqzaq” üsulu ilə oxudulur.
Mətndə 5 abzas var və hər abzasda cırcıramanın bir xüsusiyyətindən danışılır. Hər
ekspert qrupu müvafiq abzası oxuyur və müzakirə edir. Mətn oxunduqdan sonra ekspertlər
“doğma” qruplarda öz yerlərini tuturlar və beləliklə, hər qrupda ayrı-ayrı hissələri oxuyan
şagirdlər olur. Nəticədə qrupun tərkibindəki uşaqların bütöv mətn haqqında təsəvvürləri
yaranır.
Hissələr təhlil olunur. “Klaster” üsulu ilə nəticələr açıqlanır.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsədiyini nümayiş etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
3.1.1. Yazısında sadə hüsnxət normalarına
riayət edir.
“R” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür. 
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri seçir və cümlədə
işlədir.
Cırcırama
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
177
Çap üçün deyil

Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Tapşırıq 1. Sualların cavablarına uyğun
abzaslar müəyyən olunur. 
Dinləmə
Şeir oxunduqdan sonra qarınca (qarışqa), biqərar (qərarsız), oylağı (yeri-yurdu, yuvası),
biçarə (çarəsiz, yazıq) sözlərinin mənaları tapılır. 
Suallar:
– Cırcırama yayı necə keçirirdi?
– Nə üçün cırcırama qışda ac qaldı?
– Qarışqa ona necə cavab verdi?
– Təmsilin məzmununa aid atalar sözü söyləyin. (Yayda çəkən zəhməti, qışda görər
ləzzəti. Qonşuya ümid olan şamsız qalar. Hər kəs öz gücünə arxalanmalıdır.)
Yazı. Tapşırıq: – Mətnin ikinci abzasını dəftərinizə köçürün.
Nəticə:
Cırcırama ziyanverici həşəratları məhv etməklə təbiətə xeyir verir.
Tətbiqetmə. 
İş dəftərinin 111-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. Mətndə işlənən əlamət bildirən sözlər seçilir (isti, möhkəm, qarınqulu,
ziyanverici, maraqlı, balaca, yeni). Bu sözlər cümlə içərisində işlədilməklə dəftərə yazılır, aid
olduğu sözlə birlikdə altından xətt çəkilir; məsələn: “İsti yay günlərindən biri idi”. 
Yazı. Hüsnxət. “R” hərfi. İş dəftəri, səh. 112.
Ev tapşırığı:
– Dərsliyin 154-cü səhifəsindəki 2-ci tapşırıq əsasında təqdimat hazırlayın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Cırcırama yay, bahar,
Cırıldadı biqərar.
Hər çiçəyin yarpağı
Olmuş idi oylağı.
Tutdu xəbər bir zaman,
Qış yetişib, ay aman!
Yayı keçirmiş hədər,
Yox daha güldən əsər.
Qaldı о biçarə ac,
Tapmadı başqa əlac.
Bilirdi ki, Qarınca
Dən yığır yay boyunca.
Getdi onun yanına,
Dərdini açdı ona:
– Qonşucuğaz, yazadək
Bəslə məni, ver yemək.
Sordu Qarınca: – Sənin
Yayda nə idi işin?
– Güllər arasında mən
Eyləmiş idim vətən.
– Belə idin yayda sən?
– Nəğmə oxurdum da mən.
– Yayda oxurdun, demək,
İndi get, oyna, görək!
İvan Krılov
Tərcümə edəni: Abdulla Şaiq
Dərslərin planlaşdırılması
VI bölmə
178
Çap üçün deyil

Dərs 85. ƏQRƏB VƏ QURBAĞA (2 saat)
Motivasiya.
Müəllim şagirdlərə suallarla müraciət edir: 
– “Yardım” sözünə yaxınmənalı söz hansıdır?
– Yaxşılığın müqabilində pislik görəndə nə etmək lazımdır?
– Çətinliyə düşəndə sizə kömək edən olubmu?
– Kimsə sizə kömək edəndə əvəzində nə etmisiniz?
Tədqiqat sualı:
– Yaxşılığa yamanlıq nə ilə nəticələnir?
Tədqiqatın aparılması.
Dərslikdən “Əqrəb və qurbağa” təmsili oxunur.
Suallar:
– Sizcə, əqrəb qurbağanın yaxşılığı əvəzində niyə ona pislik etmək istədi?
– Qurbağa əqrəbi nə üçün batırdı?
– Təqsir kimdə idi?
Xasiyyət 
vərdiş bağlılığını izah edin.
Mətnə uyğun atalar sözləri tapın.
1. Nə tökərsən aşına, 
O çıxar qaşığına.
2. Nə əkərsən, onu da biçərsən.
3. Əvvəl yoldaş, sonra yol.
4. İt ilə dost ol, çomağı əldən qoyma.
5. Qozbeli qəbir düzəldər.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliklə iş. 1-ci tapşırıq yerinə yetirilir.
2. Qurbağa əqrəbi belinə mindirib çayın o biri tərəfinə üzməyə başladı.
4. Qurbağa çox yalvardı, amma xeyri olmadı, ona görə də suyun altı ilə üzdü. 
Plana əsasən mətnin məzmunu nəql edilir.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Qazandığı bilikləri əvvəl bildikləri ilə
müqayisə edərək araşdırdığı məlumatları
nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandırır, məzmununa
uyğun plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müşahidələri əsasında kiçikhəcmli esse yazır.
Vərdiş
pis vərdiş
yaxşı vərdiş
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
179
Çap üçün deyil

Sual: – Təmsilə başqa hansı ad vermək olar? (“Pis vərdiş”, “Yaxşılığa yamanlıq” və s.)
Danışma.
Sual: – Buna bənzər daha hansı hadisələri eşitmisiniz? (yaxud rastlaşmısınız)
– sualı ətrafında şagirdlər danışır, hadisəyə münasibət bildirir, nəticə çıxarırlar. 
Nəticə:
Pislik edən həmişə pisliklə qarşılaşar. 
Tətbiqetmə. 
Dərsliyin 155-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir.
2-ci tapşırıq. Arı, ağcaqanad, ilan və s. canlılar da başqalarını sancır. 
Ev tapşırığı: 
– Sanca bilən canlılar haqqında kiçikhəcmli esse yazın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır. 
Dərs 86. TORPAĞIN NAĞILI (2 saat)
Motivasiya.
Sinfə ağzıbağlı kiçik torbada torpaq gətirilir. Şagirdlər əl vururlar, qoxulayırlar. 
Köməkçi sual: – Torbanın içindəki bizim üçün çox müqəddəs varlıqdır. Bu nədir? 
“Dəyərlərimiz” bölməsindən “Rənglərin anası” hekayəsini xatırlayın.
Tədqiqat sualı:
– Torpağın insan həyatında rolu nədən ibarətdir?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Atalar sözünü izah edin: “Torpaq deyir: əyil mənə, ucaldım səni”.
II qrup. Torpağa qulluq etməsək, nə ola bilər?
III qrup. Atalar sözünü izah edin: “Torpaq deyir: öldür məni, dirildim səni”.
IV qrupİnsanın təbiətə xeyri və ziyanı. 
Bu fikirləri mövzu üzrə izah edib əsaslandırın.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və
müzakirə olunur.
Dərsliklə iş. Dərslikdən mətn oxunur. Mətnlə bağlı suallar verilir:
– Torpaq nə üçün ağlayırdı? 
– Torpaq nə istəyirdi?
Məzmun standartları 
Təlim məqsədləri
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Nitqində sadə bənzətmələrdən və epitet 
-
lərdən (məcazi mənalı əlamət bildirən sözlər -
dən) istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi sözləri yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir.
Cümləni söz birləşməsindən fərqləndirir və
onların mənalarını izah edir.
Dərslərin planlaşdırılması
VI bölmə
180
Çap üçün deyil

– Külək torpağı sevindirə bildimi?
– Yağış torpaq üçün nə etdi?
– Günəşin qaratikana gücü çatdı?
– Torpağı sevindirən kim oldu? O nə etdi?
1-ci tapşırıq. Sel kimi yağış – güclü yağan yağış; təndir kimi qızmar günəş – çox qızmar
günəş deməkdir. Şagirdlər “sel kimi”, “təndir kimi” ifadələrinin fikri daha təsirli etdiyini
müəyyənləşdirirlər və bu cür ifadələr tapıb cümlələrdə işlədirlər.
2-ci tapşırıq. “Dəmir atlar” söz birləşməsini “traktor” sözü ilə əvəz etmək olar.
3-cü tapşırıq. Ləpələnsin – dalğalansın.
4-cü tapşırıq. Hekayənin əsas ideyası: “İnsan hamıdan güclüdür”.
Nəticə:
Torpaq ən qiymətli, müqəddəs nemətdir. İnsanlar torpaq üzərində zəhmət çək -
məklə min bir nemət yetişdirirlər. 
Tətbiqetmə.
Küləyin, yağışın və günəşin torpağı sevindirmək üçün etdiklərini dəftərinizə
yazın.
Ev tapşırığı:
– Mətnin qısa məzmununu dəftərinizə yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır. 
Dərs 87. ODUNÇUNUN SƏHVİ (4 saat) 
Motivasiya.
Müəllim iki şəkil nümayiş etdirir. Birində talada tək cılız ağac, digərində sıx
meşəlik təsvir olunur.
Köməkçi sual: – Sizcə, birinci şəkildəki ağac niyə nazik və cılızdır?
Tədqiqat sualı:
– İnsanın ətraf mühitə təsirinin hansı nəticələri ola bilər?
Fərziyyələr dinlənilir.
Tədqiqatın aparılması.
Qruplarla iş. 
I qrupİnsanın ətraf mühitə hansı təsiri faydalı nəticələr verə bilər?
II qrupİnsanın ətraf mühitə hansı təsiri zərərli nəticələr verə bilər?
Şagirdlərlə birlikdə “ekologiya” sözünün mənası açıqlanır.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliklə iş. Mətn oxunur, təhlil olunur. 1-ci
tapşırıq yerinə yetirilir.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi mətnlə bağlı suallara cavab verir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı fərqlə -
nən sözlərin düzgün yazılışını lüğətin kö -
məyi ilə müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
181
Çap üçün deyil

Dinləmə
AĞACLARIN ŞİKAYƏTİ  
Suallar:
– Bağçalar-bağlar, budaqlar nə üçün şikayət edir?
– Budaqlar uşaqlara nəyi məsləhət (nəsihət) görür?
– Dərslikdə oxuduğunuz mətnlə dinlədiyiniz şeir arasında hansı əlaqə var?
İş dəftərinin 113-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Təbiətə müdaxilə etmək onun tarazlığını pozmaq deməkdir.
Dil qaydaları. 
1. 2-ci tapşırıq yerinə yetirilir. Sonu “k” və ya “q” samiti ilə bitən bəzi sözlərə saitlə başlayan
şəkilçi qoşulduqda həmin hərflərin müvafiq olaraq “y” və ya “ğ” samitinə keçdiyinə diqqət ye-
tirilir.  
2. İmla mətni:
Ev tapşırığı:
– Evdə böyüklərdən ağac yetişdirməyin qaydalarını öyrənin və təqdimat
hazırlayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 88. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 158
Dərs 89. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 114-115
Şikayət edir
Bağçalar-bağlar:
“Bizi incidir
Dəcəl uşaqlar.
Harda gül görsə,
Dəcəllər dərir,
Yaşıl bağlara
Çox zərər verir.
Nadinclər gəzir
Yaşıl bağları,
Qırır, sındırır
Göy budaqları”.
Göy yarpaq açmış
Körpə budaqlar
Deyir: “Qırmayın
Bizi, uşaqlar!
Boy atıb yayda
Dirçəlirik biz,
Könül oxşayır
Yaşıl kölgəmiz.
Bağda gəzməyin
Bir qaydası var:
Ağac qırmasın
Gərək uşaqlar.
Bu dəcəllikdən
Gəlin əl çəkin,
Bacardıqca siz
Gül-çiçək əkin.
Bol ağac əksə
Uşaqlar əgər,
Bağ kimi olar
Hər kənd, hər şəhər”. 
Mirmehdi Seyidzadə
KÜÇÜK (34 söz)
Atam evə bir küçük gətirdi. Məstan onu görəndə tüklərini qabartdı. Küçük ondan
qorxdu. Məstana dedim ki, bu gün sən onu zəif görüb üstünə çəmkirirsən. Sabah
o böyüyüb it olanda sənə hürəcək. Hansı daha qorxuludur?
Dərslərin planlaşdırılması
VI bölmə
182
Çap üçün deyil

VII bölmə
SÖZ SƏNƏTİMİZ
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş 
dəftəri
səh.
MMV
səh.
90.
Tapmacalar
2.2.1, 2.2.2, 3.1.2,
3.1.3, 4.1.6
2
160-161
114
184
91.
Sanamalar
2.2.1, 2.2.2, 3.1.3,
4.1.5
2
162
115
185
92.
Nitq etiketləri
1.2.2, 1.2.4, 4.1.3
2
163
186
93.
Xaqani
Cümlənin növləri
1.1.1, 1.2.1, 2.1.1,
2.1.4, 2.2.1, 2.2.3,
2.2.5, 3.1.1, 3.1.2,
3.1.4, 4.1.7
6
164-166
116
187
94.
Oyunlar
1.2.1, 4.1.2
2
167
118
190
95.
Atalar sözləri
Cümlənin sonunda
durğu işarələri
1.2.3, 2.1.4, 2.2.4,
3.1.3, 4.1.3, 4.1.7
4
168-169
119
191
96.
Laylalar
1.1.2, 1.2.1, 2.2.1,
2.2.2, 2.2.4, 3.1.1,
3.1.3, 4.1.5, 4.1.7
2
170-171
120
194
97.
Tülkü və dəvə
1.2.1, 2.2.2, 3.1.2,
4.1.7
2
172-173
195
98.
Molla yolda
2.1.4, 2.2.1, 2.2.4,
3.1.5
2
174
122
197
99.
Yanıltmaclar
2.2.1, 2.2.2, 3.1.5
2
175
123
197
100.
Göyərçin
1.2.1, 2.2.1, 2.2.3,
2.2.5, 3.1.1, 3.1.2,
4.1.7
4
176-177
125
199
101.
Bayatılar
2.1.2, 2.1.4, 2.2.2,
2.2.4, 3.1.1, 3.1.2,
4.1.3, 4.1.5
4
178
126
201
102.
Janrlar
2.1.1, 2.2.2
2
179
202
103.
Ümumiləşdirici təkrar
1
180
129
203
104.
Bölmə üzrə
qiymətləndirmə
1
128-
129
203
Yekun
38
saat
Çap üçün deyil

Dərs 90. TAPMACALAR (2 saat) 
Motivasiya.
Tapmacalar verilir. Şagirdlər açmalarını tapırlar.
Köməkçi sual: – Tapmacadakı hansı sözlər cavabı tapmağa kömək etdi?
Tədqiqat sualı:
– Tapmacanın cavabını necə tapmaq olar? Açar sözləri necə müəyyən
etmək olur?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. Qruplara müxtəlif mövzularda tapmacalar verilir. 
I qrupHeyvanlar 
II qrupHəşəratlar
III qrupMəişət əşyaları
IV qrupBitkilər
Hər bir tapmacanın açmasını taparkən açar sözləri qeyd etmək tapşırılır.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərslikdən tapmaca haqqında verilmiş məlumat oxunur. Dərslikdə verilən tap ma -
caların cavabları tapılır (səh. 160-161). 
Yazı. Şagirdlər dəftərə əzbər bildikləri tapmacalardan ikisini yazırlar. Həmin tapmacalarda
açar sözlərin altından xətt çəkirlər. Yazdıqları tapmacada ad, əlamət, hərəkət bildirən sözlərin
olub-olmadığını müəyyənləşdirirlər.
Nəticə:
Tapmacanın cavabını axtararkən ilk növbədə açar sözləri tapmaq lazımdır. Açar
sözlər hər bir varlığın fərdi xüsusiyyətlərini əks etdirir.
Tətbiqetmə. 
İş dəftərinin 116-cı səhifəsindəki tapmacaların açması tapılır, açar sözlərin
altından xətt çəkilir.  
Cütlərlə iş. Cütlərdən biri tapmaca söyləyir, digəri isə həmin tapmacadakı açar sözləri
tapmaqla tapmacanın açmasını tapır. 
Dil qaydaları. Sual: – İş dəftərindəki hansı tapmacanın hər misrası cümlədir?
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Tapmacadakı açar sözləri müəyyən etməklə
açmasını tapır.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Oxuduğu mətnin məzmun və forma xüsu -
siyyətlərinə görə hansı janra aid olduğunu
müəyyənləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Seçdiyi tapmacaları üzündən köçürür.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Əzbər bildiyi tapmacanı yazır.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Cümləni sözdən və söz birləşməsindən
fərqləndirir. 
Sularda batar,
Quruda yatar.
Hoppanar-düşər,
Ordları şişər.
(Qurbağa)
Mənim 5 qardaşım var:
Biri hər gün danışar,
İkisi qulaq asar,
İkisi durub baxar.
(Dil, qulaq, göz)
Dərslərin planlaşdırılması
VII bölmə
184
Çap üçün deyil

Ev tapşırığı.
Əzbər bildiyiniz 5 tapmaca yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 91. SANAMALAR (2 saat)
Motivasiya.
Müəllim 6 şagirdi seçir. Onlara oyun oynamağı təklif edir.
Sual: – Bir nəfər başçı seçmək lazımdır, necə edək?
Təkliflər dinlənilir. Əgər özləri tapmasalar, müəllim belə bir sanama təklif edir:
Bundan sonra uşaqlar bildikləri sanamaları söyləyirlər.
Tədqiqat sualı:
– Sanama başqa şeirlərdən nə ilə fərqlənir?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Dərslik, səh. 162, tapşırıq 1.
II qrup. Dərslik, səh. 162, tapşırıq 2.
III qrup. İş dəftəri, səh. 117, tapşırıq 1.
IV qrup. İş dəftəri, səh. 117, tapşırıq 2.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərslikdən sanama haqqında verilən məlumat oxunur.
Nəticə:
Sanamaların məzmununda dərin fikir olmur. Sanama deməkdə əsas məqsəd
oyun zamanı bir nəfəri seçməkdir.
Tətbiqetmə.
“Doqquzdaş” oyunu keçirilir. Zər (kub) atan hər dəfə sanama ilə müəyyən
olu nur. Oyun zamanı atılan kubların üst tərəfində qalan hərflərdən müxtəlif sözlər düzəldilir.
Bu sözlər ad, əlamət, hərəkət bildirən sözlər olmaqla qruplaşdırılaraq dəftərə yazılır.
Ev tapşırığı:
– Həyətdə oynayanda söylədiyiniz sanamalardan birini dəftərinizə yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Müvafiq yerlərdə fasiləni gözləməklə sanama
oxuyur.
2.2.2. Bədii mətnləri janrlara  görə (şeir,
hekayə, təmsil, nağıl) fərqləndirir.
Şeiri nəsr formasında yazılmış digər əsərlərdən
fərqləndirir və əsas xüsusiyyətini (vəzn, qafiyə)
izah edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Əzbər bildiyi sanamanı yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
qruplaşdırır.
Biri bizdə,
İkisi sizdə,
Üçü üzdə,
Dördü düzdə,
Beşi bəstə,
Altısı asta,
Yeddisi yüzdə,
Səkkizi – səsdə.
Doqquzu – dəstə,
Onu – sonu.
Başa vur çəkil,
Dur burdan əkil.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
185
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin