Səfəvi dövlətinin tətbiqatı
Şah İsmayıl Təbrizi İşğal etdikdən sonra özünü İran şahı olaraq duyurdu. O, çocuqluq illərini İstəxr qalasında və Karkiya sarayında dörd divar arasında keçirmiş, Təbrizin işğalından öncə təqribən bir il də qızılbaşlar arasında olmuşdu. Yeddi yaşından 14 yaş arasına qədər Gîlânda olmuş geniş irtibat çevrəsi olmamışdı. Gîlânda olduğu müddətcə digər qardaşlar haqda bilgi verilməmişdir. İskəndər bəy Türkmən İbrahimin Ərdəbilə geri döndüyünü yazır. Ərdəbildə öylə məşhur bir soydan olan çocuq məchul yaşaya bilməzdi. Onlar axtarışdaydılarsa, İbrahim yaxalanıb sorqulanmalı, axtarışda olan qardaşlarının harda olduqları sorulmalı idi. Yoxsa nədən yalnızca bir tək yeddi yaşında İsmayıl adlı çocuq axtarılmalı idi?
Yüzlərcə kilometr uzaqlıqdan, Anadoludan İsmayılın ayağını, ətəyini öpmək üçün qızılbaşlar ziyarətinə gəlirdi. Qızılbaşlar bu ziyarəti Məkkəyə getməyə bərabər bilir, həcc adlandırırdılar. İsmayıl qızılbaşların onu bu şəkildə qutsamalarını gördükcə istər-istəməz çocuqluq dünyasında fərqli düşüncələr yaradır və gerçəkdədən də özünü yenilməz sanırdı. Çünkü ruhunda imamların ruhunun barındığına inanılırdı. Onu ziyarət edən minlərcə qızılbaş kütləsi İsmayılın özünü bu şəkildə görməsini istəyirdi. O da bu istəklərə olumlu cavab verdi və qızılbaşların yenilməz vəliullahı, bəklənən mehdisi sandı özünü. Allahın yer üzündə tək vəlisi olduğuna inandı, inandırıldı. Şirvandakı ilk qələbəsi bu inancı onda daha da gücləndirdi. Böylə bir inancla Təbrizdə başına tac qoyub Tanrı dövlətini, yəni Səfəvi dövlətini qurdu. Təbrizdəki ilk qonuşmasında və türk-sünni soyqırımı əmrini verdiyində göylər tərəfindən görəvləndirildiyini deyir və məsum imamların onun yardımçısı olduğunu söyləyirdi. Şəmsəddin Lahici və digər pərdə arxasındakı şüubiyə uzmanlarının yardımı ilə Şah İsmayıl səltənətin təşkilatını qurmağa başladı.
Hüseyn bəy Lələ şahın vəkili təyin edildi və qızılbaşların genəl qurmay başqanı olaraq “Vəkili-nəfsi- Hümayun” təşkilatının başına keçirildi. Əmir-ül üməra (əmirlərin əmiri) adlandı. Hüseyn bəy Lələyə “ata” da deyilirdi. Onu Şahın mənəvi atası sayırdılar. Hüseyn bəy Lələ hərbi işlərdə qərar verəcək olan ilk kişi oldu. Qızılbaşların yağmaladıqları malların qeydə alınması üçün dəftər işlərinə baxacaq önəmli biri lazım idi. Qızılbaşların yazıb-oxumaları yox idi. Bayındırlı dövlətində katiblik etmiş və İsmayılın Təbrizi işğal etməsinə yardımçı olmuş Zəkəriyya Keçəci “Vəziri-divani-ə´la” ləqəbi ilə bu iş üçün təyin edildi. Yarqının başına isə, Molla Şəmsəddin Lahici gətirildi.238 Bütün hüquq düzəni Şəmsəddin Lahici tərəfindən şüubiyə-şiə qurallarına görə düzənlənəcək və zaman axışı içində “mollalıq” adında İslam tarixində bənzəri olmayan bir institut qurulacaqdı. Şüubiyə arxasınca iz buraxmadığı kimi, Molla Şəmsəddin Lahicinin də haqqında önəmli bilgi Səfəviyə tarixində verilməmişdir. Şah İsmayılın yetişdiricisi, Səfəvi dövlətinin pərdə arxasındakı amillərdən biri olan Şəmsəddin Lahici. Böyük bir dövlətin baş yarqıcı olan bir adamın tarixdə belə gizlin qalması çox maraqlıdır. Onun haqqında verilən bilgi daha öncə anlatdıqlarımın dışında deyildir. İsmayılın müəllimi olmuş, Gîlânda onu eyitmişdi. Səfəvi dövləti qurulduğu zaman bayındırlılardan qalan yarqı düzənini, hüquq sistemini tamamən rədd etdilər və yeni hüquq düzəni üçün bir tək kitabları da yox idi. O dönəmlərdə hüquq düzəni şəriət əsasında idi. Sünni fiqhini Səfəviyə qəbul etmədiyi üçün yeni hüquq düzəni oluşdurulmalı idi. Yəni şiə fiqhini təşkil etməli idilər. Şiə fiqhini biləcək tək adam Azərbaycanda yox idi. Bunun oluşumu üçün də zaman lazım idi. Şəmsəddin Lahici və pərdə arxası digər şüubiyə adamlarının planlamaları üzərinə qüllati-şiənin yuvası olan Lübnandan dəstə-dəstə şiə fəqihlər Təbrizə dəvət ediləcəkdi. Öncə bütün hüquq düzəni Şəmsəddin Lahiciyə buraxılmışdı. Molla Şəmsəddin “təbərrayan” teror təşkilatının fikir dədəsi olaraq bilinir. Təbərrayan təbərləri (baltaları) ilə Təbriz əhalisini fars Molla Şəmsəddinin buyuruqları üzərinə öldürürdülər. Şüubiyə Firdovsinin “Şahnamə”də yazdığı sifarişi yerinə gətirməkdə idi. Firdovsi türkün qanını tökməkdən, türk öldürməkdən daha zövqlü bir şey olamaz, türkün soyu kəsilməlidir yazmışdı.239 Təbrizdə də türkün soyunu kəsməyə başlamışdılar. Əski bir şüubiyə sifarişi idi. Şüubiyənin əski fikir öndərlərindən olan Firdovsinin buyuruqlarını 16-cı əsrdə fars zehniyəti səfəviyə adı ilə formolizə etmişdi. Tətbiqatçısı isə, Anadolunun bozqırlarından gələn adlarını bilə yaza bilməyən köçəri türklər idi. Sağını-solunu, gələcəyini anlamayan və bir batil inancın bağnazı (fanatiyi) olan qızılbaş türklər. Yeni dövlətin hüquq düzəninin oluşdurulması tamamən Molla Şəmsəddin Lahiciyə buraxılmışdı. Bir tək cümlə türkçə bilməyən, təmiz fars olduğunu savunan, Sasani kimliyinə bağlılığı ilə övünən bir kişiyə. Şəmsəddin Lahici, Sasani kimliyinə mənsubiyətindən dolayı qürur duyan Gîlân Karkiya kiçik dövlətindən Təbrizə gəlib yerləşmişdi. Şah İsmayılın bütün psikolojisini bilməkdədir, çünkü Gîlânda onun müəllimi olmuş, onun ruhunun memarı olmuşdu. Şah İsmayılın ağlındakı bütün bilgiləri Şəmsəddin onun qafasına doldurmuşdu. Gîlânda altı illik müəllimliyi sırasında Şah İsmayılın beynini əsir alan Lahici indi isə, bütün Azərbaycanı əsir almaqdadır. Həm Şah İsmayıl adlı bir çocuğu arxada idarə etməkdədir, həm də Azərbaycanın tarixi türklük bağlarını sökmək üçün planlar hazırlamaqdadır. Bu tətbiqatında o, bir tək adam deyildir. Pərdə arxasında fars çevrəsi ilə bir yerdə əməl etməkdədir. Bu tətbiqat nəticəsində Azərbaycan türk kimliyindən və türk dünyasından qoparılaraq fars inancının və fars şüubiyə kimliyinin içində həbs ediləcəkdi. Saxta və xəyalı Ənuşirəvan Sasani ədalətinin nostaljisi ilə yaşayan şüubiyə Təbrizdə yuvalanmağa başlamışdı. Bu planlar üzərinə çox qısa sürədə qızılbaşları da etkisiz hala gətirəcək, “türk!” deyərək aşağılayıb dövlət düzənindən uzaqlaşdıracaqdılar. Səfəvi dövlətinin qurulduğu andan etibarən türk sözünün içi boşaldılacaq və bu etnik qavramın içi aşağılıq duyqularla doldurulacaqdı. Bu sürəc könüllü asimilasionun əsasını qoyacaqdı. Öylə ki, son 500 il zaman içində, yalnız səfəvizədə türklər hızla asimilə ediləcəkdir.
Şah İsmayılın ilk illəri ilə bağlı tarix kitabları onun Azərbaycanda soyqırım törətməsindən başqa bilgi verməməkdədir. Sünniləri bütün çocuqları ilə bir yerdə qətletmə kimi bilgilər tarix kitablarında boldur. Tarixi verilər din və məzhəb mövzusunda Molla Şəmsəddinin Səfəviyədə birinci şəxs olduğunu göstərir. Birinci güvənilir şəxs olmasının səbəbi Şah İsmayılın çocuqluq xatirələrinə dayanmaqda idi. Çünkü Gîlândakı gizlin həyatında ondan dərs almışdı. Bu arada, özəlliklə Səfəvi dövlətinin qurulması ilə Anadoludan axınlar davam etməkdə idi. İskəndər bəy Türkmən 72 türk qəbiləsinin axınından bəhs edər.240
Azərbaycan şəhərlərindəki şiələşdirmə və şüubiyələşdirmə qorxunc öldürmələrlə böyük uğurla davam edirdi. Azərbaycan qısa sürədə bir tərəfdən qətllər sonucu olaraq, digər tərəfdən də ölkəni tərketmələrin nəticəsi kimi sünni kimliyindən və tarixi həyat tərzindən ayrılaraq iraniləşirdi. Şah İsmayıl və qızılbaşları sevsək də, sevməsək o, bizim tariximizdir. Ancaq son 500 il içində Səfəvi planı olaraq türk dilinin farslaşdırılması və türklüyün doğal varlığından boşaldılması söz qonusudur. Şah İsmayıl açan cığırda irəliləyən tarix sürəkli fars kimliyini inkişaf etdirmişdir. Sonuc olaraq bu tarixin içindən modern fars dövləti doğmuşdur. İran İslam Cümhuriyəti Səfəviliyin modern variantıdır. Tarixi olayları səbəbinə və nəticəsinə görə araşdırmaq gərəkir. Səfəviyət nəticə olaraq fars dövləti doğurmuşdur. Heç bir nəticə səbəbinin dışında ortaya çıxmaz. Səbəbi bilməmək nəticənin səbəbsiz olması anlamında deyildir. Səbəb-nəticə arasındakı dialektik bağların incələnməsi ilə tarixi gerçəklərin açıqlanması elmiliyə daha yaxın ola bilər. Bu, özəlliklə İbni-Xəldun tərəfindən ortaya qoyulmuş bir araşdırma yöntəmidir. Yəni tarix, sadəcə rəvayətlərdən, nağıllardan ibarət deyildir. Onun ürünləri var. Tarix, yalnız səbəb olmadığı kimi, sadəcə nəticə də deyildir. Bir bütündür. Bunları bir bütünlük bağlamında araşdırmaqda yarar var. Osmanlının nəticəsi modern türk dövləti və səfəviliyin nəticəsi modern fars dövləti olmuşdur. Bu verilər nəyi göstərməkdədir? Bu verilər göstərir ki, İslam sonrası böyük Asiya və Orta Doğu tarixi türk-İslam doğrultusunda irəlilərkən, Səfəviyətlə bu bölgənin böyük qismi fars-şiə-şüubi irqçiliyi istiqamətinə sövq edilmişdir. Çünkü yalnız səfəviyətin nəfəsi toxunan indiki İran bölgəsi türklərin əlindən çıxmış farslara təslim edilmişdir. İndiki Azərbaycan cümhuriyətinin türk dilli bir dövlətə dönüşməsi də tamamən təsadüfün nəticəsidir. Tarixi qanuna uyqunluğun məhsulu deyildir. Yəni “Türkmənçay” andlaşması ilə daha sonra Azərbaycan adlanacaq olan o bölgə səfəviyətin tarixi mühitindən ayrılmasa idi, indi ora da Təbriz və digər şəhərlər kimi farsizə edilmiş olacaqdı. orada milli dövlətin təşkili səfəvi tarixi mühitindən rus gücü hesabına qopmanın nəticəsidir. Güney Azərbaycanın da qurtuluşu böylə bir qopuşla mümkün olacaqdır. Çünkü Səfəvi tarixi mühiti fars zehniyəti ilə sərtcə donatılmışdır. Yoxsa Bakının Təbrizdən nəyi artıqdır ki, Bakı öz dilində yazıb oxudu, ancaq Təbriz son yüz ildə fars milliyətçiliyinin teorilərini həm yazdı, həm də tətbiq etdi. Bu günkü fars-İran dövləti tam olaraq səfəvilərdən başlayan sürəcin ürünüdür. Hər qopuş yeni fərqli oluşum sağlar. Səfəviyətlə Azərbaycan eldəgizlər, səlcuqlular, bayındırlılar kimi möhtəşəm türk keçmişindən qoparıldığından farslaşma məcrası içinə soxuldu. Türkmənçay andlaşması ilə Azərbaycan Cümhuriyəti Səfəvi tarixi mühitindən qopduğundan türkləşdi. Səfəvizədə mühitdə türklük şüuru doğmaz, doğamaz. O sistem fars-şüubiyə-şiə irqçiliyi ilə sərt bir şəkildə toxunulmuşdur. 1930-cu illərə qədər Azərbaycan Cümhuriyəti bölgəsində də yazışma və düşüncə dili farsca idi. Rus kolonizasionu fars dilini oradan dışlar oldu. Səfəvi fəlakətini başqa bir fəlakət ortadan qaldırdı. M. Ə. Rəsulzadə rusları xeyir verən düşmən adlandırar.241
Yeni savaşlar
1502-ci ilin qışında Əlvənd bəy Bayındırın Ərzincanda düzənli bir ordu ilə Təbrizə saldırmaq istədiyi xəbəri gəldi. Şah, qızılbaş ordusunun başında Ərzincana yola düşdü. Əlvənd bəy ya qızılbaş qarşısnda dirənə bilmədi, ya da Təbrizə girmək planından dolayı Ərzincanı tərk edib Naxcıvana yollandı. Qızılbaşlar Ərzincana vardıqlarında Əlvənd bəy Naxcıvandan Təbrizə girdi. Təbriz əhalisi əski mutlu günlərə, dövlətin insanların inancına müdaxilə etmədiyi günlərə geri döndüklərini sevinclə qutladılar. Ancaq onların sevinci uzun sürməyəcəkdi. Qızılbaşlar Təbrizə geri döndülər. Əlvənd bəy Təbrizin dışında onları qarşıladı və savaş başladı. Əlvənd bəy bu dəfə də yenilib Həmədana, ordan da Bağdada qaçdı. Sonra da Diyarbəkirə və Ərzincana geri döndü və bir ildən sonra Ərzincanda öldü. Qızılbaşlar təkrar Təbrizə girdiklərində Təbriz əhalisini Əlvənd bəyi sevinclə qarşıladıqlarından dolayı sərt şəkildə cəzalandılar. Evləri yenidən atəşdə yaxdılar.
Bu zaman Şirazda bulunan Murad Bayındır ordusuyla Azərbaycana tərəf hərəkətə başlamış və Həmədanda otraq salmışdı. 1503-cü ildə Murad Bayındır İsmayılın tabelik istəməsini rədd etmişdi. İsmayıl 12 minlik qoşunla Təbrizdən savaşmaq üçün yola çıxdı. Qızılüzən çayını keçib Həmədana doğru yürüdü.242 Muradın 70 minlik ordusuyla 1503-cü ildə savaş başladı.243 Murad Bayındır yenilib Şiraza geri döndü. Həmədan və çevrəsi qızılbaşların kontroluna keçdi. Qızılbaşlar İsfahana doğru hərəkət etdilər. Qısa sürədə İsfahanı ələ keçirdilər. İsfahan ta səlcuqlardan bəri önəmli siyasi mərkəzlərdən biri idi və əhalisi sünni məzhəbində idi. İsfahanda sünni mədəniyət mirası nə vardısa, hamısını yox etdilər. Bu yox edilənlər Səlcuqlardan qalan miras idi. Səfəviyət bayındırlı türk dövlətini bu yerlərdən də silib fars gələcəyinə buraxdı. Təbrizdə uyqulanan aşırı şiələşdirmə politikası qanlı bir şəklidə İsfahanda da davam etdi. İsmayıl Anadoludan yenicə gəlmiş Durmuş Xan adında gənc bir qızılbaşı İsfahanın elbayı (valisi) təyin etdi. 1504-cü ildə Murad Bayındırın bütün ölkəsi qızılbaşlar tərəfindən ələ keçirildi.244 Artıq qızılbaşların önündə heç bir əngəl qalmadığından körfəzə qədər irəlilədilər. Murad Bayındırın yenilgəsi bölgə hakimlərinin İsmayıla könüllü təslim olmalarına səbəb oldu. İsmayıla hədiyə göndərib yanında olduqlarını duyururdular. Qızılbaşların nəfəsləri toxunduğu yerdə qanlı şəkildə şiələşdirmə və ya nəticə etibarı ilə şüubiyələşdirmə davam edirdi.
Səlcuqlar dönəmindən başlayaraq bu bölgələrdə türklər məskunlaşmağa başlamışdılar. Moğolların gəlişi ilə bölgədə türk nüfusu daha da artmışdı. Bayındırlılar dönəmində türklər bu bölgənin gerçək sahibləri olmuşdu. Səfəvilərdən öncəki dövlətlərin xalqın inancı ilə heç bir işləri olmadığından türklərin bölgədəki varlıqları say baxımından üstünlük təşkil edirdi. Səfəvilərin şiələşdirməsi və şiənin də dilinin və ədəbiyatının farsca olması səbəbi ilə bu bölgələrdə yaşayan türklərin hızlı bir şəkildə farslaşmaları başladı. Tarixi sosial toxu (şəbəkə) Səfəvilərin məzhəbi əməliyatları nəticəsində pozulmuş və türklər köklərindən qoparılaraq şüubiyənin Səfəvi saldırısı qarşısında savunmasız buraxılmışdı. 1979-cu ildə İran İslam Devrimi ilə yenidən baş qaldıran Səfəvilik bölgədə son nəfəslərini verməkdə olan türkləri tarixdən silmə qərarlığını ortaya qoymuşdur. Firuzkuh, İsfahan və çevrəsindəki türklər hızlı bir şəkildə farslaşmağa təslim edildilər. Modern eyitim və teknolojik imkanları əlində bulunduran modern səfəvilik bu yoxetmə əməliyatını hızlandırmışdı.
Qızılbaşlar Şiraz və çevrəsindəki sorunu çözdükdən sonra Quma və Kaşana tərəf yola düşdülər. Qum və çevrəsində ərəblərin imperatorluqları zamanı ərəblər yerləşdirilmişdi. 8-ci əsrdən başlayaraq ərəblərin bu çevrələrdə məskunlaşması olmuşdu. Kərbəla olayından sonra sıxışdırılan ərəblər qaçaraq bu qumsal bölgədə yerləşmiş, daha sonra şiə məzhəbi qurumsallaşdıqdan sonra bu məzhəbdə bulunmuşlardı. Sürəkli sünni iqtidarlar tərəfindən aşağılanan bu qumsal bölgənin ərəbləri onlara qarşı tarixi bir kin bəsləməkdə idilər. Qızılbaşların tarixə çıxışı onlar üçün göydəndüşmə fürsət idi. Yaqut Həməvi Qumun bir ərəb şəhri olduğunu yazar. Yaqut Həməvi bir hekayədə Qumla bağlı anladar: Bir gün sünni məzhəbindən bir hakim Quma göndərdilər. Hakim, qumluların Əbubəkir, Ömər və Osman adına həssas olduqlarını duymuşdu. Orada kimsə çocuqlarına bu adları verməzmiş. Bir gün şəhərin hakimi ağsaqqalları toplayıb “mənə Əbubəkir adında bir adam gətirməlisiniz, yoxsa sizi incidəcəyəm” deyir. Onlar üç gün möhlət istəyirlər. Üç gündən sonra üstü-başı yırtıq-pırtıq, çox çirkin bir adam gətirirlər hakimin yanına. Bölgənin ən çirkin məxluqu kimi. Bu adamı da atası gətirib şəhərə buraxıb gedibmiş. Hakim sinirlənib onlara deyir ki, bunu məni ələ salmaq üçünmü gətirmişsiniz? Qumun zarafatcıl ağsaqqallarından biri deyir: “Ey əmir, bizə nə istərsən et, ancaq bilmiş olun ki, bu bölgənin havası elədir ki, adı Əbubəkir, Ömər və Osman olanı bu günə salır.” Əmir onun bu sözü üzərinə gülməyə başlayır və əhalini rahat buraxır.245 Qum və Kaşan əhalisi “Qüllati-şiə” (aşırı şiə) məzhəbinə aid idilər. 12 imamın peyqəmbər kimi məsum olduğuna və möcüzələr göstərmiş olduqlarına inanırdılar.* Səfəvi müəlliflər Qum şiələrinin səkkiz yüz il təqiyə yapdıqlarını yazmaqdadırlar.246 Böyük olasılıqla bu, Səfəvilərin uydurmalarıdır. Çünkü şiələrə qarşı daha əski dönəmlərdə dövlətlə işləri olmadıqları sürəcə toxunulmamışdı. Yalnız sorun çıxardıqlarında onlara qarşı sərt tətbiqat uyqulanmışdı. Bu tür yazmalar sünni qarşıtı duyquları alovlandırmaq üçün olmuşdu. Kaşan əhalisi də Qum kimi qüllati-şiə məzhəbinə aid idi. Asar-ul bəlad əsərində Kaşan əhalisi haqqında yazılır: Mən görmüşəm ki, Kaşan əhalisi hər gün Mehdinin zühurunu bəkləməkdədir. Bununla da yetinməyib qılıcları ilə atlara minərək şəhərdən uzaqlaşır və Mehdini qarşılamağa gedirlər. Sanki Mehdinin gəlmək üzrə olduğunu onlara xəbər vermişlər kimi davranırlar. Gün batdığında çox qəmli görüntüləri ilə geri dönüb və təəssüflə “bu gün də gəlmədi” deyirdilər.247 Mövlana Cəlaləddin Rumi də Kaşan “Qüllati-şiə”si haqda bir hekayə anladar: Adın ömər isə, Kaşanda çörəkçidən çörək satın ala bilməzsən. Birinci çörəkçi müştərinin adının ömər olduğunu duyduğunda ikinci dükançıya həvalə edər, o da digərinə və beləcə davam edər və adam çörək ala bilməz. Ancaq adın “Əli” isə, paran olmasa da çörək verələr.248 Səfəvi öncəsi Azərbaycanda insanların adının Ömər, ya da Əli olması kimsəni ilgiləndirməzdi. Səfəvilərdən sonra Azərbaycan da kaşanlaşdı. İndi də Ərdəbildə, ya da Təbrizdə adı Ömər, ya da Osman olan adam yaşaya bilməz. Girib evində öldürərlər. Dil üzərinə qorxunc uyqulama başlatıldı.
Bu tarixi psikolojini göz önündə bulunduraraq Qum və Kaşan əhlinin qızılbaşların gəlişindən sevinmələri doğal idi. Şah İsmayılın istiqbalına çıxıb sevinclə qızılbaş ordusunu qarşıladılar. Kaşanın böyük mollasının adı Qazi Məhəmməd idi. Şah İsmayıl bu adamdan o qədər xoşlandı ki, dini işlərdən sorumlu olan Şəmsəddin Lahici kimi güvənilir bir adamının olmasına baxmayaraq onu da bu qurumun başına gətirdi. Dini işlərin sorumluluğu beləliklə iki adama tapşırıldı Şəmsəddin Lahici və Məhəmməd Qazi Kaşani. Məhəmməd Kaşani o gündən etibarən, İsmayılın yanında “Təbərra” təşkilatının sorumluluğunu yürütməkdə idi. Qısa sürədə bu adam yağmalar yoluyla böyük bir feodala dönüşdü. Daha sonra Məhəmməd Kaşani rəqiblərinin tuzağına düşəcək və Şah İsmayıl tərəfindən öldürüləcəkdi.249
Şah İsmayıl Şirazdan ayrıldığında qızılbaşlardan bir dəstəni Simnan və Firuzkuhu ələ keçirməyə göndərdi. Bu bölgənin əhalisi Deyləmiyan (Büveyhlilər) dönəmində (932-1055) müsəlman olmuşdular. Mötəzilə məzhəbinə yaxın zeydi məzhəbində idilər. Cəfəri məzhəbini və qızılbaşlığı kəsin olaraq qəbul etmirdilər. Firuzkuh və Simnanın hakimi Hüseyn Kiya Çəlavi idi. Çəlavi özünü Sasani soyuna mənsub bilirdi.250 Çəlavi təslim olmayıb qızılbaşları məğlub etdi. Şah İsmayıl özü Çəlavini yenmək üçün Firuzkuha hərəkət etdi. “Çocuqdan yaşlıya qədər bütün insanları qılıcdan keçirdi.”251 Bölgədə zeydiyə məzhəbi tamamən yox edildi. Çəlavi “Osta qalası”na sığınıb burada qızılbaşlara qarşı dirəndi. Şah İsmayıl qalanı quşatıb Qalaya gedən suyu durdurdu. “Şah İsmayıl bir neçə gün ərzində başqa istiqamətdə arx qazdırıb, çayın suyunu oraya yönəltdi.”252 Çəlavi 45 gün dirənişdən sonra susuzluqdan təslim oldu. Şah əhalinin qətlinə fərman verdi. Həsən Rumlu yazır: Osta əhalisi bütünüylə ölüm şərbəti nuş etdilər.253 İskəndər bəy Türkmən yazır: Bir dəstə qələm əhlindən savayı, o tayfadan heç kəs xilas olmadı.254 Cahangüşayi xaqan kitabının müəllifi ölənlərin sayını on min olaraq yazar.255 Kiya Çəlavini dəmir qəfəsə saldılar. O, qəfəsdə işkəncə altında öldürüldü. Sonra Şahın əmri üzərinə onun cəsədini içində bulunduğu taxta qəfəslə bir yerdə yaxdılar.256 Kiya Çəlavinin çocuqlarını və qadınını diri-diri gözləri önündə yaxdılar. Kiyanı Şahın əmri üzərinə soyundurub dərisindən bəlli yerləri soydular. Sonra da yarasına şirə sürdülər. Onu bir qəfəsə həbs edib qəfəsin içini qarışqalar və böcəklərlə doldurdular. Bir neçə gün Çəlavi bu şəkildə qaldı. Sonra yaraları irənlədi. İşkəncələrdən qurtulmaq üçün başını qəfəsin sərt taxtasına vurub intihar etmək istədi. Bunu görən gözətçilər onun intihar etməsini önlədilər. Ancaq boynundan damarı qırılmış və qan fışqırırdı. Qısa sürə sonra öldü, öldükdən sonra cəsədi yaxıldı.257 Osta qalası düşdükdən sonra burada Bayındırlı soyundan olan Murad bəy Cahanşahlu adında bir kişi var idi. Bayındırlıların iqtidar savaşı olduğunda qaçıb Çəlaviyə sığınmışdı və İsmayılla da heç bir düşmənliyi yox idi. Sadəcə sünni və bayındırlı soyundan olduğu üçün Şah İsmayıl əmr verdi ki, onu kabab etsinlər. Sonra qızılbaşlar onun ətini yedilər.258 Murad bəy Cahanşahlu qəzəb odunda yandırıldı, intiqam alan döyüşçülər onun ətini yedilər.259 Səfəvi devrinin tarixçilərinə görə bu, qızıbaşların ilk leşyemələri olmuşdur.
Şah İsmayılın əmri üzərinə “çegin” adında adamyeyən dəstələr təşkil edilmişdi.260 Bu dəstələr 12 imam adına 12 nəfərdən ibarət idilər. Çeginlər sünnilərin öncə qulaqlarını, sonra burunlarını, daha sonra bədənlərinin başqa yerlərini yeyirdilər.261 Çegin sözü “çiy yeyən”nin asan tələffüz şəklidir. Məhkumların ətlərini bişirmədən çiy yeyirmişlər.
Qızılbaşların Yəzd şəhrinə saldırısını Məhəmməd Kərrə önlədi və bir çox qızılbaş qətl edildi. Bu xəbəri duyan Şah Yəzdə yola düşdü. Savaşda Məhəmməd Kərrə yenilib yaxalandı. Onun Çəlavi kimi dərsini soyaraq bir qəfəsə quyub qarışqalara buraxdılar. Ancaq Çəlavi kimi intihar etməsin deyə çox diqqət etdilər.262
Şah İsmayıl Yəzddə olduğu zaman Sultan Bayqaranın elçisi Şahın hüzuruna gəlib qələbələrindən dolayı Bayqaranın təbriklərini və hədiyələrini ona sundu. Sultan Bayqara məktubunda Şah İsmayıla özüylə eşit status tanımışdı. Özünü ondan aşağı görməmiş bərabər görmüş və ona “dünya müsəlmanlarının əmiri” deyə xitab etməmişdi. Onun “Mütləq vilayəti”nə işarə etməmişdi. Batil sünni məzhəbindən təbərra etməmiş, Əbubəkirə, Ömərə, Osmana, Ayişəyə kötü sözlər yazmamışdı. Onun məktubunda “Şərqin və Qərbin xaqanı” təhrir edilməmişdi.263 Bu məktub Şahın xoşuna gəlməmişdi. Yəzddən Təbəsə shücum edərək şəhərə girdi.264 Şah İsmayıl bundan dolayı sinirlənib və Sultan Bayqaranı cəzalandırmaq üçün ordunun Xorasana doğru yola çıxmasını istədi. Təbəs Bayqara ölkəsinin Qərbdəki son sınır şəhri idi. İsmayıl 1506-ci ilin qışında Təbəsə çatdı. Təbəsdə yeddi-səkkiz min adam öldürdükdən sonra böyük və cahangüşa şahın qəzəbi söndü.265 Şəhərdə sakin olan cağatayların böyük hissəsi ölüm qılıcından keçirildi. Nəhayət, çoxlu qan töküldükdən sonra Şah İsmayılın qiyamət alovuna bənzər qəzəb odu bir az söndü.266 Şah İsmayıl gücünü Sultan Bayqaraya göstərmək üçün Təbəs əhalisini qətl etdi. Şah İsmayıla Sultan Bayqara sayqısız bir məktub yazmamışdı. Sadəcə onu öz sultanı və müsəlmanların əmiri olaraq adlandırmamışdı. Sırf bu üzdən İsmayıl ondan intiqam almaq istəmişdi. Sultan Bayqara bu arada xəstə idi. İki ay sonra da öldü və ölkəsi Özbək Şahının nəzarətinə keçdi. İsmayıl İsfahana geri döndü. Daha öncəki İsfahana saldırısında şəhərdən qaçıb və sonra geri dönənləri şəhərin meydanında topladı. Hamısının malını yağmalayıb özlərini öldürdü. Sonra onun ordusuyla qəfəsdə daşınan Məhəmməd Kərrənin gətirilməsini istədi. Şəhərin meydanında böyük bir atəş yaxdılar. Məhəmməd Kərrənin gözləri önündə bütün ailəsini diri-diri yaxdırdı. Sonra da Məhəmməd Kərrənin özünü qəfəsi ilə bir yerdə yavaş yavaş kabab etdilər.267 Şah İsmayılın atası Heydər Təbərsəranda öldürülmüşdü. Şah İsmayıl bir tabur (batalyon) qızılbaş Təbərsərana göndərdi. Təbərsəranın əhalisi qətl edildi.268 Təbərsəran əhalisinin Heydərin ölümündə heç bir suçları yox idi. Tək suçları sünni olmaları idi. Əmir Nəcməddin Rəştinin vəsatəti üzərinə Rəşt əhalisinə toxunulmamışdı. Çox ilginç olan budur ki, İsmayılı qoruyub səhnəyə çıxaran Karkiya ailəsindən və sülaləsindən daha xəbər olmamışdı. Bu Əmir Nəcməddin Rəşti daha sonra Səfəvi dövlətində “Vəkili nəfsi hümayun” təşkilatının başqanı olacaq və ölkədə farslaşdırma sürəci başladacaqdı. Bunun sonucu olaraq da qızılbaşlar tərəfindən teror ediləcəkdi. Şah İsmayıl dörd qızılbaş taburunu Kürdistanı almaq üçün göndərdi. Qızılbaşların dağlarda savaşacaq təcrübələri olmadıqları üçün çoxlu tələfat verdilər. Taburlardan ikisinin komutanları da öldü. Yenilərək Şah İsmayılın yanına geri döndülər.269 Bundan sonra Şah İsmayıl heç vaxt Kürdistana saldırmadı. Bir neçə kərə məktub yazaraq onları mənsux məzhəblərindən “haq məzhəbi!”nə dəvət etdi, buna da kürdlər önəm vermədilər. Kürdlərin şiələşməmələrinin də səbəbi bu olmuşdur. Bu gün də İranda kürdlərin farslaşmamalarının əsas səbəbi onların Səfəvi nəfəsi ilə zəhərlənməmələri olmuşdur. Sünni qalmaları onların kürd kimliklərinin qoruyucusu olmuş, öz tarixi köklərindən səfəvizə edilən türklər kimi qopmamışdılar. Ancaq qızılbaşlardan qorxmaları onları Osmanlı ilə birləşməyə sövq etdi.
Murad bəy Bayındır Şirazdan qaçıb Bağdada getmişdi. İraqın hakimi daha öncə Murad bəyə tabe olan Barıq bəy Pornak idi. Pornakı bu vəzifəyə Sultan Murad təyin etmişdi. Murad Bayındırın yenilməsindən sonra Barıq Pornak bağımsız dövlət olmaq istəmiş və bayındırlılardan qurtulmaq istəmişdi. Bu üzdən Murad bəy Bayındır Bağdada getdiyində ona etinasız qaldı. Sultan Murad Hələbə gedib Məmluklardan yardım dilədi, ancaq cavab ala bilmədi. Ordan da türk dulqədir boyundan olan Əlaəddövlə Zülqədərə sığınmışdı. Zülqədərin Osmanlı və Məmluklar arasında kiçik dövləti var idi. Burada Sultan Murad onun qızı ilə evlənmiş və Zülqədər ona yardım edəcəyini söyləmişdi.270 Ancaq ortaya çıxan olaylar onun Murad bəy Bayındıra yardım etməsini önləmişdi. Şah İsmayıl Murad Bayındırı yaxalamaq üçün İstanbula xəbər vermədən iznsiz Osmanlı torpağına girdi. Osmanlının gücündən çəkindiyi üçün qızılbaşlardan Anadoluda yağmalama yapmamalarını istəmişdi. Ancaq bunu anlamamışdı ki, bu qədər ordu ilə Osmanlı torpağına girməsi öz-özünə savaşa səbəbiyət verə bilər. Şah İsmayılın şansı gətirmişdi ki, bu zaman daha çox barışdan yana olan İkinci Bayəzid kimi padşah iş başında idi. Bu xəbəri duyan Bayəzid Anadoluya bir tabur ordu göndərdi və İsmayıla da elçi göndərib bunun səbəbini sormaqla yetindi. Xətasını anlamış olan İsmayıl İkinci Sultan Bayəzidə farsca çox həlim və dostca bir məktub yazdı. “Padşah mənim atam hökmündədir və mən onun ölkəsinə göz dikməmişəm.”271 İsmayılın amacının Əlaəddövləyə saldırmaq olduğunu duyan Bayəzid bu olaya göz yumdu. Orada Əlaəddövlənin ortadan qaldırılması Osmanlının da yararına idi. Əlaəddövlə, Osmanlı ərazisindən İsmayılın saldıracağını ağlına gətirməmişdi. Yenilib dağlı bölgəyə qaçdı. İsmayıl Bostana girib şəhəri yağmaladı. Maraş əhlini sünni olduqlarından dolayı qətl etdi. Daha sonra Bitlisə saldırıb oranı ələ keçirdi. Ərzincanda Səfəvi idarəsini bərqərar edib iqtidarını Xanməmməd Ustacluya buraxdı. Bu savaşın ayrıntıları Şahin Fazilin tərcümə etdiyi İskəndər bəy Türkmənin əsərində anlatılmışdır.
Şah İsmayıl 1508-ci ilin yayında Barıq bəy Pornaka qızılbaş papağı və qayışı hədiyə göndərərək onu tabe olmağa dəvət etdi.272 Barıq bəy itaəti qəbul edib Şaha tabe oldu. Şahın göndərdiyi qızılbaş papağı başına qoyub qızılbaşlar kimi oldu. Bundan başqa çarəsi qalmamışdı. Qarşılıqlı olaraq Təbrizə bolluca hədiyələr göndərdi. Bunun üzərinə Şah onu Təbrizə dəvət etdi. Bundan üşənən (əndişələnən) Barıq Şahın onu şiə etmək istədiyini düşünüb Təbrizə getmədi və Bağdadı savunmağa hazırlandı. İsmayıl payızda İrağa saldırdı. Tam bu saldırı sırasında Barıq bəyin ordusunda qiyam baş qaldırdı. İsmayılın da saldırı xəbərini duyan barıq ailəsi ilə bir yerdə fərar edib Misir Məmluklarına sığındı. Bağdad əhalisi şiə və sünni olaraq könüllücə İsmayıla təslim oldu. Bağdad işğal edildikdən sonra Bağdadın sünnilərini qətl etməyə başladılar. Barıqın bütün soyunu qətl etdilər. İsmayılın əmri üzərinə sünni fəqihləri yaxaladılar. Sünnilikdə qalmaqda israrlı olanları öldürüb ailələrini qızılbaşlara buraxdı. Qızılbaşlar Bağdadda o qədər adam öldürdülər ki, Şah İsmayılın məddahlarının yazdığına görə Fıratın suyu qan rənginə döndü.273
Şah İsmayıl Əlinin və O´nun oğullarının intiqamını almaq istəmişdi. Baxalım görəlim Hz. Əli öz qatili ilə necə davranmışdır? Hz. Əli yaralandıqdan sonra, oğullarına vəsiyət edir ki, Onun qatili ilə ədalətli davranılsın. Hz. Əli yaraladıqdan sonra qaçarkən İbni-Mülcəm də yaralanıb yaxalanır. Hz. Əli oğullarına deyir ki, onu tutuqlayın. Yemək və su verin. Mən diri qalsam, istərsəm qısas alaram, istərsəm bağışlaram. Əllərini və ayaqlarını zəncirləməyin. Ancaq bu zərbə ilə ölsəm, ondan qısas almaq sizin üzərinizə düşər. Onu öldürmək istərsəniz, yalnız bir tək qılıc zərbəsi vurmalısınız. Çünkü mən bir qılıc zərbəsi ilə yaralanmışam. Burnunu, qulağını və digər bədən üzvlərini kəsməyin.274 Hz. Əliyə süt gətirdilər. İçdikdən sonra oğlu Hüseynə “Bu sütdən məni yaralayan və özü də indi yaralı olan İbni-Mülcəmə də verin içsin və onunla bir əsir kimi ədalətli davranin” dedi.275 Şəhriyar Hz. Əliyə həsr etdiyi şeirində Əlinin ölüm anındakı ədalətini bu şəkildə övmüşdür: “Əlidən başqa kim öz oğluna deyər ki, mənim qatilim indi sənin əsirindir. Əsirlə ədalətli davran!”276 Hz. Əli öz qatili ilə belə ədalətli davranırkən 900 ildən sonra Şah İsmayıl, Əli və Onun oğullarının intiqamını almaq üçün on minlərcə əhalini sırf sünni olduqları üçün qətl etdi.
Bağdadda bir çox sünni memarlıq abidələrini yox etdilər. Bu memarlıq abidələrindən biri də Hənəfi məzhəbinin qurucusu olan Əbuhənifənin məzarının üstündəki yapım idi. Bu məzar bir məsciddən və ona bitişik bir də mədrəsədən ibarət idi. Əbuhənifənin məzarı üstündəki mədrəsəni və məscidi Səlcuqlar yapdırmışdılar. Şah İsmayılın əmri üzərinə mədrəsə və məscidi yerləbir etdilər. Əbuhənifənin də məzarına bir dəlik açdılar. Əbuhənifənin sümüklərini çıxarıb onun yerinə bir köpək basdırdılar. Sonra Əbuhənifənin məzarının üstündə bir tualet düzəltdilər. Bağdadın küçələrində qızılbaşlar car çəkdilər ki, kim bu tualetə gedib hacətini bərtərəf etsə, ona 25 Təbriz dinarı veriləcəkdir.277 Bu zaman Qumlu bir şair İsmayılın yanında idi. Bu şairin yazdığı bir beyt şeiri tualetin divarına yazdılar. Şeir bu məzmunda idi: Şiə Əbuhənifənin məzarına sıçdı, şiənin sıçdığı məzara sünni səcdə etdi. Şiənin sıçdığı yer sünninin səcdəgahı oldu.278
Bu zaman İsmayıl 22 yaşındadır və ölkəsinin sınırlarini gündən günə genişlətmək üzrədir. Qısa sürədəki uğurları artıq qızılbaşların təsəvvüründə onu Allahın özü kimi təsvir etmişdi. Onun yeniləcəyinə inanmırdılar. Allahın ruhu olan bu adam sünniləri tarixdən silmək və Əlinin, Hüseynin intiqamını onlardan almaq üçün göndərilmişdi. Bu şəkildə inanırdılar. “Şiə əhli qızılbaşlar Allahın adını tam olaraq unutmuş, yalnız İsmayılın adını zikr edirlər. Biri qaranlıqda atdan yıxılsa, Allahdan deyil İsmayıldan yardım diləyir. Müsəlmanlar “Lailaə illəllah, Muhəmməd rəsulullah” deyirlər. Şiə qızılbaşlar isə “Lailahə illəllah, İsmayıl vəliullah” söyləyirlər.279 İsmayıl qızılbaşlar üçün həm Allah, həm peyqəmbər, həm də təriqət şeyxidir.280 Qızılbaş ozanlar şeirlər yazıb Xətai adına yayımlayırdılar. Onu Əlinin qılıcı “zülfüqar” adlandırır, şeirlə İsmayıl kimliyini təbliğ edirlər. Daha sonra bütün bu anonim şairlərin, xətailərin yazdığı şeirlərin hamısı Şah İsmayıl adına tarixə keçiriləcəkdi. Bu haqda irəlidə ayrıntılı bilgi veriləcək. Burada isə, qızılbaş ozanların İsmayıl kimliyini necə anladıqlarından bir örnək gətirmək istəyirəm:
Ta kəlamullahi-natiq höccəti-tənzildir
Əlləməl əsmai-hüsnün surəti-təvildir
Ləşkəri- ərvahə bu söz qüvvəyi-təhsildir
Kim Əlinin Zülfüqarı Şah İsmaildir.
*
Mətlə-i həcci imamətdən doğub xurşidi-zât
Ərsə-i nuri təcəlli oldu xəlqi-kainat
Çağırır əflaku, əcramu, cəmadatu nəbat
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
*
Getdi ərş üstündə rəhman surətin, ruh-ul əmin
Lövhi-məhfuzi ilahi oldu Qurani-mübin
Zahiri eyn-ül yəqindir, batini həqq-ül yəqin
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
*
Çün Xətaidir kəlamullahi-natiq çakəri
Oldu “Heydər” qullarının kəmtərindən kəmtəri
Pəs hidayət kim ona oldu bu ismin rəhbəri
Kim Əlinin zülfüqarı Şah İsmaildir.281
Şah İsmayılı Əbuhənifənin məzarına belə sayqısız davranmağa zorlayan inanc nə idi? Hənəfi Məzhəbi İslamiyətdə ən liberal məzhəbdir. Xoşgörü və dözümə dayalıdır. Əbuhənifə öyrətilərində nifrət və lənət göndərmə deyə bir qural yoxdur. Hənəfi öyrətilərində yalnız Quranda lənətlənənlərə və zalimlərə lənət göndərmək gərəklidir. Əhli-sünnət öyrətilərinə görə Yəzid-Hüseyn qarşıdurması müsəlmanların əbədiyən davam edən sorunu olmamalıdır. Hz. Hüseynin haqlılığına və Yəzidin haqsızlığına baxmayaraq bunu tarixi şərtlərinə görə dəyərləndirməkdə yarar var. Bu üzdən də Əbuhənifə öyrətilərində “Allah Yəzidə lənət eyləsin!” söyləmi keçməmişdir. İmam Məhəmməd Qəzzali “Kimya-i səadət” əsərində bu görüşü daha da geniş açıqlar. Qəzzali dilin 20 afətini sayar. Bədənin ən aktiv üzvü dil olduğundan ən çox zərərlər də dildən gələr. Qəzzali, yalan, sancma, kötü, saçma sözlər söyləmə, qiybət, qarayaxma kimi özəllikləri sayar və sonra da bu “lənət” məsələsi üzərində durar. Qəzzali “Yəzidə lənət!” söyləmənin doğru olmadığını izah edər. Çünkü gerçəkdən də biz Yəzidin suçlu olduğunu bilmirik. Onu bilən Allahdır və suçlu isə, cəzasını Allah verməlidir, “Allah Yəzidə lənət eyləsin!” deməklə Yəzid cəzalanmaz. Zâtən bizim cəzalandırma imkanımız da yoxdur. O imkan Allaha xasdır. Ayrıca, İslamda müsəlmanlardan “Allah lənət eyləsin” kimi bir söylənim istənməmişdir. Bu üzdən də “Allah Yəzidə lənət eyləsin” demədiyimiz üçün o dünyada yaxamızdan yapışmazlar. Çünkü belə bir istək olmamışdır. Ancaq Yəzid suçlu deyilsə və biz “Allah Yəzidə lənət eyləsin!” deyiriksə, o dünyada adamın yaxasından yapışarlar ki, nədən bilmədiyin işə burnunu soxmuşsan?282 Quranda lənətlənmişlərin dışında müsəlmanın kimsəyə lənət göndərmə haqqı yoxdur. Bu, Allahın işinə qarışmaqdır. Ancaq Quranda açıqca Əbuləhəb və digər zalimlər lənətlənmişlər. “Allah zalimlərə lənət eyləsin!” söyləmək doğrudur və Quran da bunu istəmişdir. Səfəvilərdən bizə miras qalan sürülər şəklində camilərdə toplaşıb mələşərək “Allah Yəzidə və onun dədə-babasına lənət eyləsin!” söyləmək olmuşdur.* Şah İsmayılın uçurub dağıtdığı Əbuhənifənin məzarını Sultan Süleyman Qanuni Bağdadı aldığında yenidən onarıb əski durumuna qovuşduracaqdı.
Şah İsmayıl İraqı aldıqdan sonra Kərbəlaya ziyarətə gedər. Kərbəlada Hüseynlə bir yerdə şəhid olmuş Hürrün məzarını açar. Görər ki, Hüseynin Hürrün yarasına təpdiyi dəsmal yerindəcə durmaqdadır! Dəsmalı çıxardığında qan axmağa başlar! Sonra dəsmalı nə qədər yerinə qoysa da, qan durmaq bilməz! İsmayıl xəta etdiyini anlayıb təxəllüsünü “Xətai” qoyar! Bütün bunlar Şah İsmayılı tanrılaşdırmaq üçün uydurulmuş yalanlardan başqa bir şey deyildir. İran-İraq savaşında xalqın gənclərini anlamsız bir savaşda dəstə-dəstə ölümə göndərən və modern səfəvilik olaraq dirilən Xomeynizm bu yalanları qullanmaqda və radiovə TV-lərdə İsmayılın bu yalan macərasını anlatmaqda idi. İnsan ağlının soru sormasını yasaqlayacaq şəkildə sunulan yalanlar. Hürr sanki, sadəcə kiçik bir bıçaqla yaralanmış ki, o yaraya da Hüseyin dəsmalını qoymuş. O savaşda insanları param-parça doğradılar. Hüseynin başını kəsdilər. Hürrü doğram-doğram doğradılar. Ayrıca, İsmayıl nədən Hürrün qəbrini açmalı idi? Buna bir yetkisi varmı idi? Bu, yalandan və uyduruqdan başqa bir şey olmamışdır. 900 ildən sonra torpağın altında qanmı qalar? Tamam çürüyüb torpağa qarışar. Anlaşılan odur ki, İsmayıl Hürrün qəbrini də açmamışdır. Çünkü 900 ildən sonra Hürrün qəbrinin harda olduğunu necə tapmaq olardı? Ya da yenicə ölmüş birinin qəbrini Hürrün məzarıdır deyə açımışlar ki, qızılbaşlarda sünni düşmənliyini daha da dərinləşdirsinlər. Sadəcə o zaman və sonrakı modern səfəviyə dönəmində bu yalan, kütləni aldatmaq üçün gərəkli olmuşdur. Şah İsmayıla aid olub olmadığı bəlli olmayan bu yalan hekayəni anladan qəzələ baxalım:
Ey müsəlmanlar, əsir-i zülfi yarəm doğrusu,
Bir sitəmkarın əlindən biqərarəm doğrusu.
Derdim ol dilbər yanında etibarım var mənim,
Yoxladım etdim yəqin, bietibarəm doğrusu.
Şah Xətai gəştə çıxdı, açdı Hürrün qəbrini,
Bar ilahi əfv qıl, kim tövbə karəm doğrusu.283 **
Şah İsmayılın farsca və türkçə şeirləri qarşılaşdırıldığında önəmli bir gerçək ortaya çıxır. Farsca şeirlərdə şiə, türkçə şeirlərdə ələvi dünyagörüşü hakimdir. Türkçə şeirlərdə Anadolu ələviliyinin duyquları yansımaqda ikən, farsca şeirlərdə İran şiə zehniyəti daha ağırlıq təşkil etməkdədir. Sanki bunları eyni adam yazmamışdır. Ayrıca, İsmayılın dil bilinci şəkilləndiyi zaman tam olaraq fars-Gîlək mühitində yaşamışdır. Eytimini farsca almış, türkçənin incəlikləri yayqın olan ortamda böyüməmişdi. O zaman bu şeirləri necə yaza bilmişdi? Türk dilinin dərinliyini bilməyən türkçə necə şeir yaza bilər? Şeirin əski çağlarda siyasətlə dərin ilişkisi olmuşdur. Petruşeviski yazır ki, Orta Çağlarda günümüz media işlərini şeir öz üzərinə götürmüşdü. İqtidarların mədhi şeirlə edilir və şeirlə şahlar xalq içində bəyəni (sempati) toplayırdılar. Bu açıdan baxdığımızda İsmayılın tanrılığını təbliğ etmək üçün ona tapınan ozanlar Anadolunun coşqulu ələvi-bəktaşilərini daha da coşdurmaq üçün Xətai adına şeir yazmış ola bilərlər. Çünkü bu şeirlər ideoloji xarakterlidir. İsmayılın timsalında qızılbaşlıq ideolojisini təbliğ etməkdədir. Ömrü savaşlarda keçən Şah İsmayılın, özəlliklə iqtidara gəldiyi ilk illərdə bu qədər şeir yaza biləcəyi mümkün deyildir. İlk illərdə yazılan şeirlərin amacı Səfəvi dövlətinin qurulmasını gerçəkləşdirmək üçün təbliğatdan başqa bir şey olmamışdı. “Xətai” ləqəbi ilə Anadoluda şeir yazan bir çox ələvi-bəktaşi ozanlar olmuşdu. İrene Məlikoff yazır: Xətai nüsxələri çox çabuq kopyalar yapıldığı üçün pozuldu. Ona aid olmayan şeirlər içinə qatıldı. Digər tərəfdən daha çox aşırı dini fikirləri daşıyan şeirləri yazmalardan çıxarıldı. Bu nədənlə Anadolu bəktaşi və ələviləri arasında şeirlərin daha çox qarışdığı görülməkdədir.284 Fuad Köprülü yazır: “Xətai, bütün təzkirələrin rəvayətinə görə “Şah İsmayıl Səfəvi”nin təxəllüsüdür. Buna baxıb da bütün “Xətai” təxəllüslü əsərlərin Şah İsmayıla aid olduğu düşünülməməlidir. Klasik şairlərimiz arasında nasıl eyni təxəllüsü daşıyan müxtəlif adamlar mövcud isə, bu təkyə şairləri arasında eyni duruma təsadüf olunur. Özəlliklə Bəktaşilərdə, tarixi vəsiqələrin əksikliyindən dolayı, bu kimi məsələləri qəti surətdə həll etmək mümkün deyildir.285 Ziya Gürəl yazır: Şah Xətai təxəllüslü bu deyişin əsil “Xətai”nin, Şah İsmayıl Xətainin olamayacağı və bu təxəllüsü bu biçimdə qullanan başqa bir kimsə bulunduğu ap-açıq ortaya çıxmış bulunmaqdadır. Bu da Xətai təxəllüsünün bir ünvan, bir sifət əkləmək yolu ilə pərvasızca örnəklərindən biri olmaqdadır.286 Xətai divanındakı şeirlərin həpsi əruzla yazılmış. Kəndindən öncəki Azəri şairlərinin də əruzla yazdıqları diqqətə alınırsa, Şah İsmayıl Səfəvinin onları izləməsi doğru görülməlidir. Bu baxımdan qoşma tərzindəki nəfəslər istər Sultan Xətai olsun istər Şah Xətai olsun heç biri İsmayıl Xətainin olamaz. Dil və anlatım yönündən başqa Azəri şairlərinə də mal ediləməz. Bunların gerçək sahibləri 16-20-ci əsr arasında Anadolu xətailəridir. Qul Xətai, Can Xətai, Dərdmənd Xətai, Dərviş Xətai, Sultan Xətai tapşırmalı nəfəslər ən çox Toqat, Sivas, Yozqat, Çorum, Malatya, Elazığ və Tunceli yörəsində düzənlənən cönklərdə yer almaqdadır. Bu şairlərin də o çevrələrdə yaşaması icab edər. Özəllikllə Ələvi köylərində yapılacaq araşdırmalar qonuya açıqlıq gətirəcəkdir. Şah İsmayıl Xətai həm pir, həm də bir mürşiddir. Onun başqa bir pirə xitabən şeir yazması düşünüləməz. 336 Anadolu Xətailəri bölümündə 219 heca, 23 qəzəl olmaq üzərə 242 şeir yer almaqdadır.287
Anlaşıldığı kimi “Xətai” adı ilə şeir yazan bir tək kişi olmamış, başqaları da olmuş və amac isə, qızılbaşlıq fikirlərini bu yolla təbliğ etmək olmuşdur. Bu şeirlərin estetik dərinliyi də olmamışdır. Hətta 19-cu əsrin Ələsgər, Alı, Şənlik kimi ozanlarının da qoşmaları şeiriyət baxımından xətailərin yazdıqlarından daha anlamlı və etkiləyici olmuşdur. Anadoluda öz tarixi yerini bulmamış ələvi kütləsini coşduraraq siyasi səfərbərliyə hazırlamaq üçün təbliğat içərikli şüarlardır. Geniş bəşəri məzmundan yoxsundur. Qapalı bir inanc sisteminin sirlərini anlatan siyasi şüarlar bütünüdür. Sırf siyasi həyəcana xidmət etdiyindən bu şeirlərin bir çox xətaiyə aid olması doğaldır. Xətailərin ortaq siyasi çalışmalarının ürünüdür. Sırf siyasi bir ideolojinin mənzum olaraq bəyanatıdır. Eyni dönəmdə yazıb yaratmış Füzuli də var. Füzuli adına şeir yazmaq mümkün olamazdı. Bunun üçün fəlsəfi dərinlik, şeirlə düşüncənin, musiqinin və varlığın sənət duyumunda bütünləşməsi gərəkir. Ancaq xətailərdə bu imkan olmamışdı. Çünkü xətailərin yazdığı şeir deyil, nəzmdir, şüardır.
Şah İsmayıla aid edilən bir şeiri incələyəlim:
Dünyadan əlin çək divanə gönlüm
Ulaş bir ustada ər ilə görüş
Mürşid nəzərini yad edərsə dil
İkilikdən geçib bir ilə görüş
Ər ətəyinə yüz sürmək dilərsən
Əslinə, zatına ərmək dilərsən
Haqqın cəmalını görmək dilərsən
Nur ilə nur olub sirr ilə görüş
Aşiqi-sadiqlər ola gəlmişdir
Ağlayanlar bir gün gülə gəlmişdir
Əl ələ, əl Haqqa bula gəlmişdir
Tanrı kəndi özün pir ilə görüş
Xətayi biçarə quldur şahına
Hünkar Hacı Bəktaş nəzərgahına
Dəli könül Haqq ol düş dərgahına
Ər olayım dersən ər ilə görüş!
Məlum olduğu kimi Xətai qızılbaşların mürşidi idi. Xətai mürid deyildi. Bu şeir isə, bir mürşidin şeiri deyil, bir müridin şeiridir. Çünkü Xətai məqam olaraq qızılbaş kültüründə Hacı Bəktaş Vəlidən ya yüksəkdir, ya da eyni düzeydədir. Necə ola bilər Xətai mürşid ola-ola özünü hacı Bəktaş Vəlinin müridi hesab etsin. Bu, mürşidlik məqamına tərsdir. Bu qoşquda ” Ulaş bir ustada ər ilə görüş” misrası Xətaiyə aid ola bilməz. Çünkü Xətai özünü mürşid saymasa idi, o qətiyətlə müridləri üzərinə hökm edə bilməzdi. Müridlər də mürşid olmayan birinin əmrinə belə canü-könüldən bağlı olmazdılar. Bu misra isə, hələ mürşid olmamış və mürşid arayan birinin ruh halıdır. Bu qoşma başdan sona qədər mürşid arayan müridin ruh halının tərcümanıdır. Həm də Hacı Bəktaş dönəmində yaşamış bir Xətainin ruh halının tərcümanıdır. Bu şeir Şah İsmayılın divanında keçsə də, ona aid ola bilməz. Özü mürşid olan özündən 250 il öncə yaşamış Hacı Bəktaşı övə bilməzdi. Həm də hökmdar və dövlət başçısı olan Şah İsmayıl hacı Bəktaşı özündən üstün görə bilməzdi. Bu da göstərir ki, Xətai divanındakı şeirlər bəlli olan və bəlli olmayan bütün xətailərə aiddir. Xətai özü şah ikən şahın qulu olamazdı. Bu üzdən də ” Xətayi biçarə quldur şahına” kəsinliklə ona aid ola bilməz.
Şah İsmayılın oğlu Sam Mirzə “Töhfə-i Sam” adlı əsərində atasına aid olan farsca bir beyt örnək şeir vermişdir.* Orta Çağlarda və indi də böyük bir imperatorluğun başında duran adam şeir yazası olsaydı, onun şeirinə onlarca təqdirlər, təşviqlər, mədhlər və yaltaqlanmalar yazılardı. Həm də imperatorun yazdığı dildə. Şah İsmayıl bu qədər türkçə şeir yazmış, ancaq çevrəsindəki məddahlar və yaltaqlar, vəzifəyə göz dikmiş olanlar, nədənsə onun yazdığı türkçə şeirləri təfsir etməmiş, haqqında onlarca deyil, yüzlərcə kitab yazmamışlar. Şah İsmayıl yazmış və çevrəsindəki təzkirə yazanlar, hətta oğlu da buna işarə etməmiş! İskəndər bəy Türkmən öz əsərində sadəcə Şah İsmayılın “Xətai” təxəllüsü ilə şeir yazdığına kiçik bir işarə edər: Şeir yazmaqda o həzrətin yüksək yetənəyi vardı. Ancaq türkçə şeir yazmağa meyli daha çoxdu. Təxəllüsü “Xətai” idi.288 Şah İsmayılın bu şeirləri əzbər söylədiyi və Anadoludan axın edən qızılbaşları coşdurmaq istədiyi ola bilər və olmuşdur. Ancaq bu, onun əzbər söylədiyi şeirlərin kəndisinə aid olduğu anlamına gəlməz. Şah İsmayıldan çox öncələr Anadoluda bu tür şeir yazmalar yayqın idi. Bu şeir türü və dünyagörüşünün Azərbaycanda kökləri olmamışdı, bütünüylə Anadolu ələvi-bəktaşilərinin dünyagörüşüdür. Bu dünyagörüşünün doğruluğu və ya yanlışlığı söz qonusu deyildir. Səfəvilik iki əsas üzərində qurulmuşdur: 1- İrançılıq. 2- Şiəçilik. Hər ikisi də fars kimliyinin təməllənməsinə xidmət etmişdir. Səfəvilikdə ələvi-bəktaşiliyin siyasi sürəkliliyi olmamışdır. Səfəviyət bir şüubiyə zehniyətidir. Bu üzdən də Azərbaycanda türk kimiliyi hər tərəfdən sıxışdırılmışdır. Kitabi-Dədə Qorqudda övülən bayındırlı türk kimliyi yox edilərək üzərinə şiə-fars kimliyi təsis edilmişdir. Azərbaycan tarixində ən milli özəlliklər daşıyan bayındırlılar dövləti olmuşdur. Kitabi-Dədə Qorqud da bayındırlı varlığının ürünüdür. Əsər “Xanlar xanı Bayındır xan...” ifadəsi ilə başlar. Şah İsmayıl Təbrizi işğal etdikdən sonra bütün sünni qaynaqlı kitabları yaxdı. Kitabi-Dədə Qorqud da bu kitabyaxma olayənda yandırılmışdır. Şah İsmayılın törətdiyi soyqırımdan Osmanlıya qaçan sünni türk təbrizlilər Kitabi-Dədə Qorquddan bir nüsxə İstanbula aparmış olmalılar ki, ordan da Derzdenə aparılmış. Bu qorxunc kitabyaxma olayında Təbrizdə bulunan venizli tacirlər də Kitabi-Dədə Qorquddan bir nüsxə İtaliyaya aparmış olmalıdırlar. Bir çox araşdırmaçılar Bayındırlı dövləti dönəmində Qurani-Kərimin türk dilinə tərcümə edildiyini289 və daha sonra bu tərcümənin yox olduğu fikrindədirlər. Əlbəttə ki, bu tərcümə sünni yorumu içərdiyindən və Bayındırlı tərcüməsi olduğundan Şah İsmayıl tərəfindən yaxmlışdı. Təbriz camilərində bulunan bütün kitablar şiə-şüubi dünyagörüşünə uyqun gəlmədiyindən Şah İsmayıl tərəfindən yandırıldı. Qaraqoyunlu və Bayındırlı kültür uzantısının ürünü olan Həqiqi, Kişvəri, Həbibi, Füzuli kimi şairlər Səfəvilər dönəmində, daha sonrakı dönəmlərdə də yetişmədi, yetişəməzdi. Çünkü Cüneydlə sapdırılaraq siyasətə arac edilən səfəvilik Azərbaycanda soyu olmayan köksüz bir ideoloji idi. Füzuli özünü Əlişir Nəvai məktəbinin uzantısı olaraq görürdü.
Türküstan saldırıları
Soğd, Xarəzm və Gürgan Şahbəy Xan ləqəbi ilə tanınan özbək əmiri Məhəmməd Xanın əlində idi. Qızılbaşlar “Şahbəy Xan” sözünü doğruca tələffüz edə bilmədikləri üçün “Şeybək” tələffüz etmişlər. Ən önəmlisi onlar “şah” ləqəbini mürşidləri İsmayıla xas bilirdilər. Bayqaranın ölümündən sonra oğulları anlaşamadığından onun da ölkəsi Şeybək Xanın idarəsinə keçmişdi. Fərqanəni də Babürlülərdən alaraq ölkəsinin sınırlarını genişlətmişdi. O, Şah İsmayıl zülmündən qaçan alimləri öz yanına alırdı. Qızılbaşların təhdid oluşdurduqlarını hiss edib, böyük bir savaşa girmək istədi. Şah İsmayıla yazdığı bir məktubda ona savaş elan etdi, Şah İsmayıl isə, ona cavab olaraq yazdı ki, Əlinin qulu olmayan adam dünyanı tutsa, yenə də adam sayılmaz. İsmayılın elçiləri Şeybaninin (Şeybəkin) hüzuruna vardıqlarında onlardan sorduğu ilk soru bu olmuş ki, nədən İsmayıl yeni məzhəb gətirmiş və peyqəmbərin ən yaxın yavərlərini aşağılamaqdadır? Elçilər də ona demişlər ki, O, Xorasanı Şaha təslim edərsə, Şah İsmayıl çayötəsini (Soğd və Xarəzm) Şeybək Xana buraxmağa razıdır. Ayrıca, İsmayıl, Şeybək Xana yazdığı məktubda iddia etmişdi ki, Məryəm surəsində keçən 54-cü ayət onun haqlılığına işarə etməkdədir.***290 Şeybək Xan elçiləri cavabsız buraxıb Şah İsmayıla sərt bir məktub yazaraq onu “İsmayıl daruğə” adlandırdı. Burada bu ifadə çətə rəisi anlamındadır. Ayrıca, Məkkə və Mədinəni ziyarət etmək istədiyini və yolda İsmayılın ona qolaylıq sağlaması gərəkdiyini də yazdı. Harda qarşılaşacaqlarını sordu.291 İsmayıl Daruğə əmrimə tabe olmazsa, savaşa hazır olmalıdır və savaşın yerini də özü təyin etməlidir. Şah İsmayıl da qarşılaşma yerini Məşhəd olaraq yazdı. 8-ci imamın məzarını novruz bayramından sonra ziyarət etmək istədiyini bildirdi.292 1510-ci ildə Şah İsmayıl Simnandan keçərək Xorasan vilayətinə girdi.293 Şeybək Xan da böyük saldırıya hazırlandı. Ancaq o, savaşa yollanmaq istərkən Qıpçaq çölünün şahı Moğol Qaim Sultan Xarəzmə saldırdı. Şeybək Xan bu təhlükəni durdurmaq üçün onunla savaşa yollandı. Şeybək Xan, Qaim Sultanla savaşarkən Orta Xorasanda Hezarə qəbilələri qiyam etdilər.294 Şeybək Xan ordusunun bir bölümünü də Hezarə qiyamını söndürmük üçün göndərdi. Şeybək Xan Qaim Sultanla savaşında yenilib Mərvə çəkildi və Xarəzm Moğol dövlətinə qaldı. Hezarələrin yaşadığı yer də dağlıq olduğundan Şeybək Xan çox tələfat verdi. Bu yenilgələr onun ordusunda ruh düşgünlüyü yaratmış və savaşçılıq gücünü azaltmışdı. Şeybək Xanın yenilgə xəbərlərini alan Şah İsmayıl novruz bayramından sonra bütün gücü ilə Məşhədə saldırdı. Rey, Damğan və İstərabadı ələ keçirib Məşhədə doğru irəlilədi. O zaman Məşhədin əhalisi hənəfi məzhəbində idi. 8-ci imamın orada uyuması üzündən Məşhəddə qətl olmamışdı. Şah İsmayıl Sərəxsi də alıb Mərvi quşatdı. Hezarə savaşından yorğun dönən Şeybək Xan Mərvdə möhkəmləndi. Səmərqənd və Buxaraya məmur göndərərək oradakı orduları yardıma çağırdı. Qızılbaşlar Mərv qalasında onu mühasirə etdilər. Qalanın alınmasının mümkün olmayacağını düşünən qızılbaş komutanlar hiylə işlətdilər. Onlar Şeybək Xanı qaladan çıxarıb düz yerdə savaşmaq istəyirdilər. Şah İsmayıl Şeybək xana məktub yazıb barış önərdi və dedi ki, Azərbaycanda sorunlar ortaya çıxmış geri dönməliyik. Yazmışdı ki, bizim buraya gəlişimizi sən özün istəmişdin. Biz gəldik, ancaq sən sözünü tutmadın və qalaya sığındın.295 İsmayıl məktubuna cavab bəkləmədən zahirən Təbrizə tərəf ordusuyla yola düşdü. Mərvə yaxın olan Mahmudabad adında bir kənddə durdular. Bu arada 300 kişilik qızılbaşa Şah dedi ki, Mərvə yaxın yerdə bəkləyin Şeybək Xan qaladan çıxıb Sizə saldırsa, Mahmudabada tərəf qaçın. Üç gün sonra Mərvin yaxınında görünən qızılbaşlara saldırdılar. Qızılbaşlar Mahmudabada qədər qaçdılar və Mahmudabad da Şeybək Xan Şah İsmayılla qarşılaşdı. Şeybək Xanın yanında az ordusu var idi, savaşmaqdan başqa çarəsi qalmamışdı. Bütün cəsarəti ilə Şah İsmayılla savaşa başladı. Savaşın birinci mərhləsində bir çox qızılbaş öldürdülər. Şah İsmayıl adəti üzərinə savaş zamanı savaş meydanından uzaqda əylənməklə məşğul olurdu. Qızılbaşlar yenilmək üzərə ikən Şahı savaş meydanına çəkdilər. İsmayılın gəlişi ilə qızılbaşlar ruhlandılar. Qızılbaşlar göylərdən vəhy alan pirlərinin meydana girməsi ilə qələbəyə olan inancları möhkəmləndi, çünkü İsmayıl vəliullah yenilməz idi və heç bir savaşda yenilməmişdi. Savaşın ikinci mərhələsində Şeybək Xan yenildi. 500 savaşçısı ilə bir dərəyə qaçdı. Qızılbaşlar bu çıxmazda onları quşatdılar. Hamısını öldürüb, Şeybək Xanın da cəsədini bulub başını kəsərək Şaha apardılar. Şah əmr verdi ki, Şeybək Xanın cəsədini də gətirsinlər. Qızılbaşlara Şeybək Xanın ətini yemələrinə əmr verdi: Padşah kinini söndürmək üçün Şeybək Xanın cəsədinə üç zülfüqar zərbəsi vurdu. Qarnını sökdü. Əllərini kəsdi. Sonra dedi: Kim mənim başımı sevirsə, düşmənimin ətini yesin. Qızılbaşlar pirlərinin əmrini yerinə yetirmək üçün bir-biri ilə yarışırdılar. Şeybək Xanın cəsədinin ətini yemək üçün bir-birinin əlindən qapırdılar. Hətta bir-birinə qarşı qılıc çəkməkdə idilər. Ac qurdlar leşi necə yeyərsə, Şeybək Xanın leşini o şəkildə yedilər.296
Şərəfxan Bitlisi bu savaşda Şeybək Xanın şiə vəziri Xacə mahmud Sağərçinin ihanət etdiyini yazmış. Bu ihanətdən sonra Sağərçi Səfəvi dövlətində böyük vəzifə tutmuşdur.297 Şeybək Xanın başının dərisini soydurdu. Kəlləsini təmizlətdi və sarayda bu kəllə ilə şarab içərdi. Şeybək xanın bir əlini kəsib Babür şaha göndərdi. Məktubda da yazdı ki, Şeybək xan sənin əlini Səmərqənddən kəsmişdi, indi mən onun kəsik əlini sənə göndərirəm. Başqa əlini də ləndhör bir qızılbaşa verib Saridə Mazəndəran əmiri “Əmir Rüstəm Ruzəfzun”a göndərib və məktubda yazdı ki, sən mənə tabe olmayan Şeybək Xana sığındın. İndi mən onun əlini sənə göndərirəm. Şeybək Xanın başının dərisini samanla dolduraraq Orta Xorasandakı zəfərinin ayrıntılarını anladan bir məktubla Osmanlı padşahı İkinci Bayəzidə göndərdi.298
Mərvdən sonra sıra Herata gəlmişdi. Sultan Əbusəid Teymuri, Sultan Bayqaradan sonra Heratı özünə başkənd seçmişdi. Herat Xorasanın ən qalabalıq şəhəri idi. Şəhərin mədrəsəsində Əllamə Təftazani adında ünlü bir alim var idi. Bu mədrəsədə Osmanlıdan, Hindistandan və Türküstandan bir çox öyrənci təhsil alırdı. Ayrıca, şəhərdə Əlişir Nəvai adına böyük bir kitabxana mövcud idi. Bu kitabxananın on minlərcə kitabı var idi. Heratın əhalisi Hənəfi sünni məzhəbində idilər. Orucluq ayı idi. Əhalini Heratın Camisinə çağırdılar. Camidə Heratın baş yarqıcından şiə olmasını və minbərə çıxıb təbərra etməsini, Əbubəkiri, Öməri, Osmanı və Ayişəni aşağılamasını istədilər. Bunu qəbul etməyən fəqih ordaca öldürüldü. İkinci bir fəqih də qəbul etmədiyi üçün onun da başını kəsdilər. Daha sonra camidə olan bütün əhalini sünni olduqları üçün qətl etdilər. Bir neçə şəhər böyüklərini də Şahın özünün qərar verməsi üçün öldürməyib saxladılar.299 Əllamə Təftazani o zaman İslam dünyasının ən böyük və ən ünlü alimi idi. Onun dədəsi Sə´dəddin Təftazani də İslam Dünyasının böyük alimlərindən olmuş və Əmir Teymur tərəfindən böyük hörmətlər görmüşdü. Təftazani 70 yaşın üzərində idi. “Təftazani 30 il Heratın baş öyrətmənliyini etmişdi.”300 O zaman Herat alimlərinin yazmış olduqları və Heratın dışında yayımlanmış olan kitablar günümüzdə də islamşünaslıq elminin ana qaynaqlarından sayılmaqdadır. İsmayılın əmri üzərinə “haqq məzhəbi”ni qəbul etmədiyi üçün Təftazanini öldürüb param-parça etdilər. Təftazani oruc idi. Onu Şahın yanına gətirdilər. Ismayıl ondan “batil məzhəb”dən vaz keçməsini istədi. O isə, qəbul etmədi. Təftazaninin başını kəsib, cəsədini yaxdılar.301 Bu arada içkili qızılbaşların nə kimi xəta etdikləri olmuşsa, ya da yağmalanmış qənimətlər üzərinə anlaşamamışlarsa, Şah Heratda içki içməyi durdurur. Hətta bir neçə qızılbaşı qılıca taxıb öldürür.302 Şah İsmayıl dörd ay Heratda qaldı. Heratda tanınmış adamlardan, yalnız ikisi diri qaldı. Biri rəssam Behzad idi, digəri də Təftazaninin öyrəncisi və Hənəfi fiqhindən dərs verən Mirqiyasəddin idi. Mirqiyasəddin and içdi ki, şiə idi və sadəcə təqiyə edib həyatını davam etmişdir. Şeybək Xanın kəlləsini Heratın zərgərlərinə tapşırıb yaxşı qədəh düzəltmələrini istədi. Herat və Mərvin valiliyini Hüseyn bəy Lələyə, Bəlx və Doğu Xorasanı Bayram bəy Qaramana buraxıb ordan ayrıldı. Mirqiyasəddini də Xorasanda dini işlərdən sorumlu etdi.303 1501-ci ildə Şah İsmayıl Təbrizi işğal edib Səfəvi dövlətini qurduğunda Əlişir Nəvai vəfat etmişdi. Anlaşılan budur ki, Əlişir Nəvai də həyatda olsaymış Təftazani kimi Heratda öldürüləcəkmiş. Əmir Teymurun türk dilinə verdiyi önəm dolayısıyla Türküstanda türkçə yazma gələnəyi güclənmiş və davamında türkçənin düşüncə dili olma imkanlarını açıqlayan Əlişir Nəvai kimi dil bilimcilər yetişmişdi. Şah İsmayılın Xorasanı və Türküstanı işğalından sonra türkçə yazma gələnəyi də söndürüldü. Bir çox əsərlər yaxılıb yox edildi.
Şeybək Xanın ölümündən sonra Kabilda yerləşmiş olan Zəhirəddin Babür Soğda saldırıb Səmərqəndi işğal etdi. Babür Teymurun nəvələrindən idi. Babür şair idi. Əlişir Nəvai “Məcalis-un nəfayis” (nəfslərin məclisi) adlı təzkirə əsərində onun şeirlərindən örnəklər vermişdir. Şeybək Xan öldükdən sonra ortaya çıxmış boşluqdan yararlanaraq Səmərqəndə və Fərqanəyə saldırdı. Özbəklərin yardımı ilə Şeybək Xanın qardaşı oğlu Ubeydullah taxta çıxdı. O, Babürə qarşı savaş açdı. Babürlə Şah İsmayılın münasibətləri yaxşı idi. Bu da türküstanlıların onu sevməməsinə səbəb olmuşdu, çünkü Şah İsmayılın törətdiyi cinayətlər bu tezlikdə unudula bilməzdi. Babür, Ubeydullah ilə savaşda yenilib Bəlxin yanında “Hisar şadman” adlı qalaya çəkildi. Orada qızılbaşlardan yardım diləyində bulundu. İsmayıl, Əmir Nəcm-Sani komutanlığında bir ordu göndərdi və Hüseyn bəy Lələ ilə Bayram bəy Qaramana bu orduya qatılmalarına əmr verdi. Qızılbaşlar Babürlə bir yerdə Buxaranın yanında olan Xəraz qalasını quşatdılar. Babürün yardımına getsələr də siyasi əxlaqı ayaq altına ataraq, Babürə sormadan təslim olan Xəraz hakimini sırf sünni olduğundan dolayı öldürdülər. Bütün ona tabe olanları qılıcdan keçirdilər. Əmir Nəcm, Xəraz əhlinin qətlinə fətva verdi. Xərazda 15 min nəfər adam öldürdülər. Çoluq-çocuğunu götürüb camilərə sığnanlar var idi. Bütün camiləri içindəkilərlə bir yerdə yaxdılar.304 Camiyə yığışanlar “seyyid” olduqlarını iddia edirdilər. Ancaq Nəcmi-Sani sünnidən seyyid olmaz deyə qətldə israr edirdi. Babürşah qətllərə etiraz edirdi. Onun etirazı qəbul edilmədiyi üçün aralarında ədavət başladı.305 Babür Şah qızılbaşlardan istədiyi yardımdan dolayı peşman olmuşdu. Bu üzdən qızılbaşların Soğdda irəliləmələrini durdurmaq istədi. Babür Nəcmi-Saninin Ğəcdvana doğru saldırmasını durdurmaq istədi. Ancaq Səmərqəndə gedib oranın da əhalisini qətl edəcəyini söyləyən Nəcmi-Sani Babür Şahın uyarısını dinləməz oldu. Ğəcdvan qalasını quşatdı. Ğəcdvan qızılbaşların saldırısı qarşısında dirəndi və Ubeydullah Xandan da yardım istədilər. Ubeydullah Xan Ğəcdvana saldırmaq üçün Babür Şahla anlaşdı. Qızılbaşların cinayətlərindən bezmiş olan Babür şah Nəcmi-Sanini buraxıb getdi. Mirqiyasəddin də qızılbaşların Xəraz və Qərşidə seyyid qətl etmələrini qəbul etmədi və qızılbaşları buraxıb Babür Şaha qatıldı. 1512-ci ildə baş verən savaşda Qızılbaşlar yenildilər. Hüseyn bəy Lələ əldə qalan ordusuyla Herata fərar etdi, Bayram bəy öldürüldü. Nəcmi-Sani yaxalandı. Ubeydullahın əmri üzərinə Nəcmi-Saninin başını kəsdilər.306 Bu qələbə üzərinə Ubeydullah Bəlxə və bütün Xorasana hakim oldu. Heratı ələ keçirmək üçün özbəkləri birləşdirdi. Özbək orduları Herata girmədən Hüseyn bəy Lələ fərar edib İsfahanda yenilgə xəbərini Şaha çatdırdı. Herat əhalisi şəhərdə bulunan təbərrayan təşkilatının mənsublarını yaxalayıb öldürdülər. Bu zəfər üzündən Ubeydullah Xan Məşhədə gəlib 8-ci imamın qəbrini ziyarət etdi. Qış keçdikdən sonra Şah İsmayıl yenidən Xorasana saldırıya keçdi. Ancaq öncə novruz qutlamalarına qatıldı. Ubeydullah Məşhədi başkəndi olaraq seçmişdi. Ordusunun böyük bölümü Herat və Mərvdə olduğundan qızılbaşlar Məşhədə girdiklərində o, Mavəraünnəhrə getdi. Məşhəd əhli Ubeydullaha dəstək verdiklərindən dolayı qətl edildilər. Şah İsmayıl Özbəkləri yenib Herata girdi. Təbərrayanın qanının intiqamını almaq üçün şəhərdə qadın-kişi, çocuq-yaşlı demədən hər kəsi qətl etdi. Minlərcə evi və tarlaları yaxdı. Heratdan sonra Bağisə girdi. orada da Təbərrayan qətl edilmişdi. Buna qarşılıq olaraq minlərcə insan Bağdisdə qətl edildi. İçində alovlanan nifrətini bu qətllərlə söndürdükdən sonra Herat və Mərvi, Zeynal bəy Şamlunun valiliyinə buraxıb geri döndü.307 Bu savaşdan sonra Soğd, Fərqanə və Gürgan Ubeydullahın əlində qaldı. Qızılbaşların əlindən canlarını qaçaraq qurtarmış olan bir çox sünni bilim adamları və dindarlar Ubeydullahın ölkəsinə sığındılar. Bunların ən ünlülərindən biri Fəzlullah Ruzbehan Xonci olmuşdur. Xonci “Süluk-ul Müluk” və “Mehmannamə-i Buxara” adlı əsərlərini yazıb Ubeydullaha həsr etmişdi. Xonci, Bayındırlı dövlətinin tarixinə həsr etdiyi ”Tarixi-aləm arayi-əmini” adlı əsərin də müəllifidir. “Əmin” ləqəbi ilə tanınırdı. Buxarada vəfat etmişdi.
Şah İsmayılın törətdiyi bütün bu cinayətlər Türküstan və Azərbaycan arasında izləri silinməyəcək nifrət və kin toxumu əkirdi. Azərbaycan Türküstanın və Anadolunun ortaq tarixi mədəniyətindən qoparılıb dar bir tarixi məkana sıxışdırılaraq fars dili, fars kimiliyi qarşısında savunmasız buraxılırdı. Şah İsmayılın tətbiqatının mərkəzi Azərbaycan olduğundan, Azərbaycan ölkəsi ıldırım sürəti ilə öz soyundan, dilindən, kimliyindən və ortaq türk-İslam tarixindən ayrılıb şüubiyənin görəvli məmuru olan Şah İsmayılın təxribatına meydan olurdu. Daha sonra şüubi Şah İsmayıl təxribatının nəticələrini yozlaşaraq farscalaşan və türkçələrdən bağlarını qoparan dilimizin yazqısında görməkdəyik. Ölkəmizdə əski mədəniyəti, memarlıq abidələrini məhv edən şüubi Şah İsmayıldan bir tək mədəni miras qalmamışdır. Şüubi Səfəvilərlə eyni zamanda Azərbaycan türklüyü tarixin qaranlığına gömüldü. Ölkə doldu imamzadalarla. İslamın kitabı, peyqəmbəri bir yana buraxılıb imamzadalara tapınıldı. Hər kənddə, hər şəhərdə onlarca imamzada məzarları təsis edilib ziyarətə açıldı. Təbrizin tarixi pozisionu dəyişdi. Türk mədəniyətinin beşiyi olan Təbrizin çevrəsini imamzada məzarları ilə doldurdular. Təbrizə bitişik təpələrin adlarını dəyişdirib Əvnəli (xalq ağzənda Eyin-Əli (Eynalı) və Zeni-Əli (Zeynalı) qoydular. Qurani-Kərimin təkasür (102) surəsində qəbirlərin ziyarəti ilə oyalanma anlamsızlığı açıqlanmışdır. “İslamın ilk yüz ilində qəbirlərin ziyarəti ilə ilgili heç bir bilgi mövcud deyildir.”308 Bu doğrultuda mövcud olan hədisləri doğru olaraq qəbul etsək qəbirlərin ziyarəti peyqəmbər tərəfindən yasaqlanmışdır. “Hz. Peyqəmbər buyurmuşdur ki, qəbirləri ziyarət edənlər bizdən deyillər.”309 Əski çağlardan qalma qəbir var idi. Yalan ya da gerçək bu qəbirlərin əski peyqəmbərlərə aid olduğu söylənirdi. Hz. Peyqəmbər bu qəbirlərin heç birini ziyarət etməmişdir. Peyqəmbərin öz xanımı Hz. Xədicənin və oğlunun məzarını ziyarət etməsi qonusunda da heç bir bilgi mövcud deyildir.310 Hətta peyqəmbərin şəhid əmisi Həmzənin də məzarı ziyarət edilməmişdir.311 Peyqəmbərlərdən yalnız üçünün qəbri bəllidir: 1- Yəməndə qumsal bir təpənin başında olan Hud peyqəmbərin qəbri. 2- İsmayılın Kəbəyə yaxın olan qəbri. 3- Hz. Məhəmmədin Mədinədəki qəbri. Bu qəbirlərin ziyarəti ilə ilgili olaraq İslamda heç bir bilgi yoxdur. Peyqəmbərlərin məzarının ziyarəti ilə ilgili olaraq heç bir bilgi olmazkən nədən imam və imamzadaların məzarları ziyarət edilməli, nəzirlər verilməlidir?312 Peyqəmbərin qızı Hz. Fatiməni Hz. Əli gizlincə dəfn etdi, məzarının harada olduğu bilə bəlli deyil. Qəbir ziyarəti gərəkli olsaydı Hz. Fatimənin qəbri ziyarətgah kimi olardı, həm də peyqəmbərin qızı idi.313 İslamda qəbirlərin ziyarəti ilə bağlı olaraq heç bir sifariş olmazkən Səfəvilərdən sonra İslam öz təməl qaynaqlarından sapdırılaraq imamzada ziyarəti səviyəsizliyinə düşürüldü. Peyqəmbərin qızı ilə ilgili heç bir məzar qalmazkən Qumda Məsumə adında möhtəşəm imamzada ziyarətgahı təsis edildi.
Quma yaxınlaşdığımda hər yanda kiçik məscidlər və üstü yaxşıca yapılmış qəbirlər görürdüm. Bu qəbirlər Əlinin törəmələrinin məzarlarıdır. Iranlılar bunlara imamzada deyirlər. İsanın həvariləri kimi. İranın (Səfəvilərdən öncə Azərbaycan adlanırdı) hər tərəfində imamzadalar var. Onların hamısına müqəddəs məzarlar kimi baxırlar. Qum və çevrəsində 400-dən artıq imamzada var.314 Sadəcə xalqı qılıcdan keçirməmiş, iqtidar uğruna öz ailələrini də qılıcdan keçirən Səfəvi soylarının da məzarları İsmayıldan Şah Abbasa qədər imamzadalar cərgəsinə qatıldı. Çünkü özlərini imam soyundan bilməkdə idilər. Ancaq nədənsə Şeyx Heydərin oğlu İbrahimdən və İsmayılın digər dörd qardaşından xəbər çıxmamışdır. Onların başına nələr gəldi?
Təbrizdə Eynalı və Zeynalı imamzadələri: Bu məzar Sorxabın ən yüksək yerindədir. Bu məzarlardakılar Əli oğulları Əvnəli və Zeynəli olaraq bilinir. Belə inanılır. Ancaq mötəbər qaynaqlar Əlinin bu adda oğullarının olmadığını yazır. Böyük olasılıqla bunların heç birisinin gerçək aləmdə varlıqları olamışdır.315
Şüubi Səfəvilərin “mənəvi” mirası Azərbaycan üçün bunlar olmuşdur. Türk dilinin farsca qarşısında savunmasız buraxılma əməliyatı səfəvilərlə başlamışdır. Humbolt dillərdəki gəlişməni üç bölümə ayərar: 1- Dillərin orqanik yapısının (strukturunun) ilk, ancaq tam olaraq oluşması, biçimlənməsi. 2- Dillərin yenidən durağan duruma keçməsi üçün yabancı qarışımlarla dəyişmələri. 3- Dillərin başqa dillərə qarşı dışdan sınırları bəlli edildikdən və yapıları bir bütün olaraq dəyişməz bir biçimdə yerləşdikdən sonra içdən və incədən incəyə gəlişmələr.316 Səfəvi dövləti Azərbaycanda yerləşdikdən sonra türk dilinin yabancı dillərə qarşı yüzillər boyunca oluşdurduğu sınırı ortadan qaldırıldı. Fars dili türk dilinin mərkəzi nöqtəsini hədəf aldı. Yüz illər boyunca millətin başına döydürərək şaxsey-vaxsey mərasimlərində farscanın dil bilgisinə görə hazırlanmış ədəbiyatla dilin özəyini sökdülər. Fars dilindən türkçəyə devrik cümlələr və “mi” sual əki olmayan sual sorma şəkli keçdi. Səfəvi saldırısı qarşısında dilin sınırları ortadan qaldırıldığından dolayı türkçənin doğal quruluşu dəyişdi. Səfəvi tətbiqatı nəticəsində farsizə olmuş bir türkçə ortaya çıxdı. Fars dilindəki danışıq və cümlə şəkli türkçəyə tətbiq edildi. Səfəvi nəfəsi toxunan yerlərdə bayındırlı Dədə Qorqud dilinin yerinə devrik bir dil yerləşdirildi. Türkçənin qurtuluş yolu səfəvilik bəlasından qurtularaq Dədə Qorqud dünyasına dönməsindədir.
Çaldıran Savaşına doğru
Dostları ilə paylaş: |