Qacardağ- Tiflis quberniyasının Tiflis qəzasında dağ adı (181, 107). Qacar tayfasının adındandır. Bolnisi r-nunda "Qacaroğlu Qulunun yataq yeri" toponimi ilə (22,23) mənşəcə birdir.
Qacarlı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində bir elin adı (34,160). Həmin nahiyədə yaşayan Qacar tayfasının adındandır. (bax: Qacar).
Qaşqatala- Tiflis əyalətinin Baratlı nahiyəsində kənd adı. (34, 157). Borçalı qəzasında indiki Dmanisi r-nunda kəndlərdən biri (181, 143). 1949-cu ildə kənd gürcücə Sakire adlandırılmışdır (112,265). Azərbaycanda Qax rayonunda Əyriçayın sağ qolu(uz.33 km) olan Qaşqaçay hidronimi ilə səsləşir.
Qaş iuğanlı-aax: BalB Muğanlı. Muğanlı tayfasının adındandır.
Qədimxan qışlağı- Tiflis əyalətinin Baydar nahiyəsində kənd adı (34, 158).
Qədirqulu- Tiflis əyalətinin Borçalı distansiyasında kənd adı (179). Hamamlı kənd icmasına mənsub məntəqələrdən biri. Qədirqulu şəxs adıdır.
Qəmbəroğlu- Borçalı bölgəsində kənd adı (241).
Qəmərli-Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı (34, 160). Mənbədə "Kəpənəkçi adlı yerdə Yüzbaşı tayfasına tabe olan Qəmərli camaatı" kimidir (yenə orada) İrəvan xanlığının Karbibasar mahalında da bir kənd Qəmərli adlanırdı (bax: 6, 199). Mənşəcə eramızdan əvvəl VIII əsrdə şimaldan Cənubi Qafqaza gəlmiş qədim türkmənşəli Qəmər (əsli Qamər ) tayfasının adındandır. Cənubi Qafqazda və İranda həm də Qamar ,həm Kamar formasında da kənd adlarında qalmışdır (bax: Kəmərli və Kəmərt).
Qəribqaya- Tiflis əyalətinin Ağcaqala nahiyəsində kənd adı (34, 162).
Qəribüzən- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı (34,161). Qərib şəxs adından və türk dillərində üzən "çay", "vadi" (206,I,510) sözündəndir.Bax: Qızılözən.
Qirqalı-Tiflis quberniyasının Telavi qəzasında dağ adı (181,62). Türk dillərində kırka - "üst-üstə düşmüş buzlaq mənşəli daşlar(qaya parçaları)" (172, 260) sözündəndir. Azərbaycanda Zaqatala rayonunda Qarqalı və Naxçıvanda Qarqalı dağı(181,121), Qazaxıstanda Karqalı (149,127) adları ilə eynidir.
Qirxana- Tiflis quberniyasının Borçalı qəzasında təpə adı(181,66). Batumi dairəsində Qorxanauli kənd adı(yenə orada) ilə eynidir.
Qızqala- Tiflis quberniyasının Tiflis qəzasında xaraba qala adı(181,150). "Qoçulu qalası" da adlanmışdır(33,136). Cənubi Qafqazda mövcud olmuş 6 Qızqaladan biridir. Bax:6,200-201
Qızılqaya - Borçalı bölgəsində kənd adı(241).
Qızılqaya- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181,132). Cənubi Qafqazda mövcud olmuş 16 Qızılqayadan (yenə orada) biridir.
Qızılqala- Tiflis quberniyasının Borçalı qəzasında xaraba qala adı(181,132). Qızılqala qırmızı daşdan tikilmiş qala deməkdir.
Qızılqala-Tiflis quberniyasının Axalsix qəzasında kənd adı(181,132).
Qızıldağ- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,132). Qırmızı rəngə çalan dağ mə'nasındadır.
Qızıldaş- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Qukasyan r-nunda) kənd adı(181,132).
Qızıldaş- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,132).
Qızılin- Tiflis quberniyasının Axalsix qəzasında çay adı (181,132). Türk dillərində gizil (qırmızı) və in "mağara" , "yarıq" (172, 234) sözlərindəndir.
Qızılkilsə- Tiflis quberniyasının Borçalı qəzasında (indi Dmanisi r-nunda) kənd adı(181, 132).Gürcücə yazılışı Kizilkilisa(112,194). Qırmızı rəngli daşdan tikilmiş kilsə deməkdir.
Qızılkilsə- Salqa r-nunda kənd adı(112,194).
Qızılözən- Loru sancağının Quzey nahiyəsində kənd adı(241). Türk dillərində qızıl "qırmızı" və özən, üzən "çay" sözlərindən ibarətdir. Cənubi Azərbaycan ərazisində Qızılüzən çay adı ilə eynidir. Bax: Qəribüzən.
Qızılhacılı- Tiflis quberniyasının Borçalı qəzasında(indi Marneuli r-nunda) kənd adı(181,131). "Qaradağ" adlı təpədə yerləşir(33,39). Gürcücə yazılış forması Kizil Aclo (112, 194). Azərbaycanda Goranboy və Qazax r-larında Qızılhacılı kənd adları ilə mənşəcə eynidir. QızılHacılı tayfasının bir hissəsi başqa Kəngərli,Qaraqoyunlu, Səfikürd, Boy Əhmədli , Cinli və b. tayfalarla birlikdə Borçalı bölgəsin dən Qarabağa köçmüşdü. Yelizavetpol quberniyasının Yelizavetpol qəzasında yaşayan və maldarlıqla məşğul olan tayfalardan biri də Qızılhacılı idi (58,11).
Qızılhacılı- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı (181,131).
Qızılhacılı- Bolnisi r-nunda kənd adı. Kənd Marneuli rayonundakı Qızılhacılı kəndindən çıxmış ailələrdən məskunlaşmışdır.
Qızılhacılı-Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,131). Digər adı Cinis(yenə orada).
Qılıclı- Tiflis əyalətinin Ağcaqala nahiyəsində Saral tayfasının qollarından birinin adı(34,162). Mənbədə "Saral tayfasına tabe Qılıclı qışlağı" kimidir(yenə orada). İrəvan quberniyasının Dərələyəz qəzasında Qılıclı (181,133) və Azərbaycanda Kəlbəcər və Laçın rayonlarında Qılıclı kənd adları ilə mənşəcə eynidir.X1X əsrin əvvəllərində ( Türkiyədə yaşayan tayfalardan biri də Kılıçlı adlanırdı(274,.84)).
Mənşəcə Cənub- şərqi Avropada 1X-X111 əsrlərdə yaşamış qıpçaqların Kiliç tayfası ilə bağlıdır. Rus salnamələrində Kiliç tayfası 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqlar arasında vuruşma ilə əlaqədar çəkilir (194,V,18). Qaraqalpaqlarda bir tayfa indi də Kılışlı adlanır.Azərbaycan ərazisində bu tayfa XV1 əsrdən mə'lumdur.1588-ci ilə aid mənbədə "Qarabağın Ahiştabad aranında" qışlayan bir tayfanında adı Kılıçlı idi.(bax: 239). Qılınclı adlı tayfa orta əsrlərdə Şirvanda da yaşayırdı. Qılıclı tayfası Cənubi Qafqaza qıpçaqların tərkibində erkən orta əsrlərdə gəlmişdir.
Qırıqlı- Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli r-nunda) kənd adı (181,134). Gürcücə yazılış forması Kirixlo (112,195). XV111 əsrdə İrəvan xanlığının Vedibasar mahalında Əli Qırıq (əsli "Eli Qırıq", yə'ni "Qırıq eli və ya tayfası")kənd adı ilə mənşəcə eynidir (Bax:6,249). Azərbaycanda əsas e'tibarilə qərb bölgəsində yaşamış bu elin məskunlaşması nəticəsində el Qırıqlı (Goranboy və Xanlar r-ları), Alakol Qırıqlı, Dönük-Qırıqlı və Düz Qırıqlı kənd adları yaranmışdır. Orta Asiyada qədim türk tayfalarından biri Kırık idi (212,116). Orta əsrlərdə bu tayfa oğuzların Əfşar tayfasının bir qolu kimi mə'lumdur(bu barədə bax:17,36). Nadir şah Əfşar Qırıqlı tayfasından idi. İ.P.Petruşevskiyə görə Qızılbaşların Zülqədər tayfasının da bir qolu Qırıqlı adlanırdı(187,94). Əfşarların Qırıqlı qolunun Azərbaycanın qərb bölgəsində və Borçalı mahalında məskunlaşması XV1-XV11-əsrlərdə aiddir.Culfa r-nunda Qırıxlar(əsli Qırıqlar) dağ kənd adı da bu sıraya aiddir.
Qırıqlı- Bayazidli- Borçalı sahəsində kənd adı(141). Bax: Bayazidlu.
Qırıqlı-Muğanlı- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı (181,134). Muğanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Muğanlı kəndlərinin bir-birindən fərqləndirmək üçün "qırıqlı kəndi yaxınlığında yerləşən Muğanlı kəndi" mə'nasındadır.
Qırrı- Tiflis quberniyasının Borçalı qəzasında suayırıcının adı (131,134).
Qırxbulaq- Tiflis quberniyasının Axalkalaki qəzasında çay adı(181,153). Cənubi Qafqazda mövcud olmuş 10 Qırxbulaqdan biridir. Çay "Qırxbulaq" adındandır. Bulağın adı türk dillərində kırka "üst-üstə düşmüş buzlaq mənşəli daş (qaya) parçaları"(172,260) və bulaq sözlərindən ibarətdir, ona görə də bə'zi tədqiqatçıların toponimlərdə "qırx" sözünü say(40) hesab etmələri səhvdir. Ermənistanın Aleksandropol qəzasında Qırxdəyirman, Azərbaycanda Qırxpilləkən, Kirk və s. dağ adları da bu sözdən yaranmışdır.
Qırxbulaq- Loru sancağının Quzey nahiyəsində kənd adı(141). İlk dəfə adı 1590-cı ilə aid türkcə mənbədə çəkilir (241).
Qışlaq- Borçalı sahəsində kənd adı(141). Tiflis əyalətinin Pətək nahiyəsində (34,161) göstərilir. Başqa adı Nuhas (yenə orada). Türk xalqlarında, o sıradan azərbaycanlılarda keçmişdə qışlaq dedikdə həm mal-qaranın qış aylarında saxlandığı yer, həm də maldarların qışlaqda müvəqqəti yaşayış məntəqəsi nəzərdə tutulurdu. Qışlaq iki cür olurdu: sığırxana və yataq. Sığırxanada iribuynuzlu mal-qara, yataqda isə xırdabuynuzlu heyvan saxlanılırdı. Yataq yaşayış evlərindən bir qədər kənarda, sığırxana isə alaçıqların yaxınlığında yerləşirdi. Onun güney tərəfinə üstünlük verilirdi. Sonralar maldar ellərin tədricən oturaq həyata keçməsi ilə əlaqədar olaraq qışlaqların bir hissəsi daimi yaşayış məntəqələrinə çevrilmişdir.
Qışlaqkənd- Loru sancağının Güney nahiyəsində kənd adı(241).
Qobuqışlaq- Tiflis əyalətinin Baydar nahiyəsində kənd adı (34,161). "Qobu yaxınlığında yerləşən qışlaq" mə'nasındadır.
Qovaqluq-Suxumi r-nunda Qovaqlıq ərazidə salınmış kənd adı. 1948-ci ildə Haçandərə adlandırılmışdır (112,265). Qovaq ağaclığı olan yer mə'nasındadır.
Qovuzduçala-Dmanisi r-nu ərazisində çala adı(22,27). "Qozluçala" adının yerli tələffüzüdür.
Qoyundağ-Tiflis quberniyasının Borçalı qəzasında kənd adı (181,14). Qars əyalətinin Artvin dairəsində Qoyundağ adı (yenə orada) ilə eynidir.
Qoyundərə- Aspinza r-nunda kənd adı. Gürcücə yazılışı Konundara. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuş kəndlərdəndir(29).
Qolu Qaralı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı (34,158).
Qomani - Axalkalak rayonunda kənd adı (112,158). Qədim türk- mənşəli Kuman tayfasının adındandır.
Qomareti- Dmanisi r-nunda kənd adı(112-39). E.ə. VIII əsrdə Qara dənizin şimal çöllərindən Cənubi Qafqaza gəlmiş Qamar (Kəmər) tayfasının adındandır.
Qomaro- Tiflis quberniyasının Axalsix qəzasında (indi Adigün rayonunda ) kənd adı (181 ,64).Bax: Qomareti.
Qombori-Saqereco r-nunda kənd adı(112,70).Əhalisi azərbaycanlılardan ibarət kəndlərdəndir .Bax: Qambori.
Qonbor- Dmanisi r-nunda dağ və 120 km. uzunluğunda yayla adı(hünd.2506 m).
Qorqul- Adıgün r-nunda kənd adı(112,168).Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya edilmiş kəndlərdəndir(29). Qurqulu tayfa adındandır. Türkmənlərdə Qurqulu tayfası vardır. Bax: 106,67.
Qoruq -Znauri r-nunda kənd adı (112,197). Gürcücə yazılış forması Koruqi(yenə orada). İrəvan quberniyasının Eçmiədzin qəzasında Qoruq (və ya İlxı Qoruğu) kənd adı ilə eynidir .Səlcuq oğuzlarının Karık tayfasının adını əks etdirir. Bu tayfanın məskunlaşması nəticəsində yaranmış Karıqlı kənd və dağ adlarının bə'ziləri sonralar təhrif olunaraq Koroğlu şəklinə salınmışdır. Qeyd edilmişdir ki, bu ad türk dillərində koruq(qoruq) "feodala məxsus yer, otlaq"(belə yerlər maldarlıqda yaylaq məqsədilə istifadə edilə bilməzdi) sözü ilə bağlı ola bilər.
Qorqori- Tiflis quberniyasının Tioneti qəzasında çay adı(181,66). İrəvan quberniyasının Eçmiadzin qəzasında Qurqura-Naval, Şimali Qafqazda Xasavyurt dairəsində Qurqur-Kutan və Qurqur-Tubə(yenə orada) toponimləri ilə mənşəcə eynidir. X1X əsrdə Quba qəzasının cənub hissəsində də bir dağın adı Qurqur kimi qeyd olunmuşdur. Qədim türkmənşəli bolqarların Kuriqur tayfasının( 81,227 ) adını əks etdirir.
Qoruncuq- Dmanisi r-nunda kənd adı. 1943-cü ildə kənd gürcücə Maşavera adlandırılmışdır(112,263).
Qorçubaşı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı(34,157). Kənd 58 ailədən ibarət Qorçubaşı elinin(yenə orada) adı ilə adlanmışdır. Türk dillərində qorçi "silahdaşıyan", "sultan qvardiyasının üzvü"(monqolca xorçi "atıcı" sözündəndir. İranda və Türkiyədə qorçi sözündən düzəlmiş çoxlu yaşayış məntəqəsi adı vardır. Bə'zi tədqiqatçıların "qorçi" sözünü toponimlərdə "gürcü" etnonimi hesab etməsi səhvdir. Bax: Qurcaani.
Qoturbulaq- Loru sancağının Quzey nahiyəsində kənd adı (241). Mənbədə kəndin Qaraxaç dağının ətəyində yerləşdiyi göstərilir (yenə orada).
Qoturbulaq- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,141). Qoturbulaq Muğanlı elinin yaylaq yerinin adıdır.
Qoca Becan- Borçalu bölgəsində kənd adı(241).
Qoçağan-Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,161) .Bax: Qaçağan.
Qoçqala-Duz - Borçalı distansiyasında dağ adı (179,268).
Qoçuqışlağ məzrəsi- Loru sancağının Güney nahiyəsində kənd adı(241). Başqa adı Fars Məhəmməd məzrəsi(yenə orada).
Qoçukənd- Borçalı bölgəsində kənd adı(241).
Qoçular- Tiflis əyalətinin Pətək nahiyəsindlə kənd adı(34,161).
Qoçulu- Bolnisi r-nunda kənd adı. Tiflis əyalətinin Baydar nahiyəsində kənd adı (34,157) kimi qeyd olunmuşdur. Yerli əhali içərisində tam adı Qoçulu Çavala olmuşdur (46,211). Yaxınlarda kənd gürcücə Çapalo adlandırılmışdır (Hürriyyət qəz.1997,№20).
Qoçuluqala- Bolnisi r-nunda qalası olan bir dağın adı.
Qocabəy- Boqdanov r-nunda kənd adı(112,235). Gürcücə yazılışı Xocabeqi (yenə orada).
Qoca Qara- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı (241) Ehtimal ki, əsli Xoca Qaradır. Xoca Qara kəndin əsasını qoymuş şəxsin adıdır.
Qoca qışlağı- Tiflis quberniyasının Dəmirçi Həsənli nahiyəsində kənd adı(34,160). Mənbədə qışlağın Kəpənəkçi tayfasına mənsub olması göstərilir(yenə orada).
Qocaəli qışlağı- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,160).
Qocaköy- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,160).
Qocaköy - Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı(34,161).
Qoşabulaq- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,16 s.).
Qoşabulaq- Borçalı bölgəsində kənd adı(241).
Qoşaqala- Tiflis əyalətinin Borçalı distansiyasında, sonra Borçalı qəzasında(181,127) kənd adı. Həmin əsrin 70-ci illərində Hamamlı kənd icmasına mənsub məntəqələrdən idi. Kənd oradakı "Qoşaqala" qalasının adı ilə adlanmışdır.
Qoşadağ- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,143).Qoşadağ dağ adı ilə əlaqədardır. Bax: Qoşadağ.
Qoşadağ- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,143). X1X əsrdə Qazax qəzasında Qoşaçal(yenə orada) dağ adı ilə mə'naca eynidir.
Qoşakar- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,143).Qoşa və ərəb dilində qar "mağara" sözlərindən ibarətdir.
Ququm- Su- Loru sancağının Güney nahiyəsində kənd adı(241).
Quzeyqışlaq- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,161). Qədim türk dillərində quz "dağın gün düşməyən tərəfi"(126,475)( Azərbaycan dilində quzey) və qışlaq sözlərindən ibarətdir.
Quzey Həmzəçiməni- Borçalı bölgəsində Pəmbək sancağının nahiyələrindən birinin adı(241).
Quzey Olanyurt- Borçalı bölgəsində Pəmbək sancağının nahiyələrindən birinin adı(241).Qədim türkmənşəli Alan tayfasının adını əks etdirir.Bax: Güney Olanyurt.
Quzudağ- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,146). Türk dillərində küz- "payız"(payızda qoyun- quzu otarılan yer, məsələn, Abşeronda Güzdək) və dağ sözlərindəndir.
Quzut- Borçalı distansiyasında (Şınıx kəndinin arxasında) bir dağın adı (179,268).
Qul- Tiflis quberniyasının Leçxum qəzasında dağ adı(181,68). Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Qul kənd adı ilə mənşəcə eynidir. Qıpçaqların Kul tayfasının adını əks etdirir.Bax: Qullar.
Qulabənd- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,68)." Qul keçidi" mə'nasındadır.
Qulbağı- Marneuli r-nunda kənd adı(112,170). Qul (qulam), yəni saray mühafizəçi və bağ sözlərindən ibarətdir.Bax: Kulbaq
Qulbulaq- Borçalı distansiyasında dağ adı (179,268)
Qul Qara- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,68).
Qul Qulu- Tiflis quberniyasının Telavi qəzasında kənd adı(181,68). Gürcü mənbələrində Qulqula kimidir. Türk dillərində qol-"çayın qolu", "vadi"(126,453) sözündəndir. Azərbaycanda Türyançayın qollarından biri Qulçu adlanır.
Qul Əkərək- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,69). Yerli əhali içərisində tələffüz forması Gül Əkərək. Əsli Kol Əkərəkdir(241). "Kol kənarı Əkərək" mə'nasındadır.Bax: Güləkərək.
Qullar- Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli r-nunda) kənd adı(181,68). Gürcücə yazılış forması Zemo Kulari(112,182). Vaxuştinin əsərində Kulari kimidir. O yazır ki, Ktsi(Xramçay) sahillərində Kulari adlanan el yaşayır(93,35). İlk dəfə 1728-ci ilə aid mənbədə Tiflis əyalətinin Baydar nahiyəsində kənd kimi qeyd olunur(34,158). Qədim türkmənşəli qıpçaqların Kul tayfasının adını əks etdirir. Rus salnamələrində, 1182-ci ilə aid mənbədə bu tayfanın adı Kulobici kimidir ki, bu da Kul etnonimindən, oba sözündən və rusca əlavəolunma "içi" patronimik şəkilçisindən ibarətdir (196,226). Azərbaycanda Ağdam,Balakən, Bərdə və Qusar r-nlarında Qullar kənd adları ilə mənşəcə eynidir(bax: 106,35). Bax: Ağ Qullar.
Qulu- Loru sancağının Güney nahiyəsində kənd adı(34). Mənbədə kəndin Qaravultəpəsi adlı təpənin yaxınlığında yerləşdiyi qeyd olunur( yenə orada).
Quludaş-Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181, 147) Azərbaycanda Quludaş dağının (Yardımlı r-nu) adı ilə mə'naca eynidir. "Qulu qayası" mə'nasındadır.
Qulikam- Axalkalaki r-nunda kənd adı(112,170). Bax: Kulikam.
Quluçala- Kutaisi quberniyasının Leçxum qəzasında çay adı (181,68).
Qumaçi- Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı(181,68).
Qunyaqala- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salka r-nunda) kənd adı (131,413). Gürcücə yazılış forması Qunni-Kala(112-170).Hunqala (Hun qalası) adının təhrifidir.
Quniani-Tiflis quberniyasının Tioneti qəzasında kənd adı(181,68).
Qunni Ozni- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,69).
Qurdbəyoğlu- Borçalı bölgəsində bir kənd adı(241).
Qurdlar- Marneuli r-nunda kənd adı.Gürcücə yazılışı Kurotları(112,198). Tiflis əyalətinin Ağcaqala nahiyəsində yaşayan Təkəli tayfasının bir qolu (34,162).ilə bağlıdır.
Qurtan- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(131,418). Dərəkənd, Kolagirən, Qamışqut, Qurtan və Şaqalı məntəqələrini əhatə edən kənd icması idi.X1X əsrin II yarısında kəndə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdi.. Türk dillərindlə kora- "qışlaqda mal-qara üçün palçıqdan və çiy kərpicdən pəyə" (199,11,1,551) və tan "xaraba" (126, 532) sözlərindən ibarətdir.
Qurd Artəpə- Tiflis quberniyasının Borçalı qəzasında təpə adı(181,150).
Qurudərə məzrəsi- Loru sancağının Quzey nahiyəsində kənd adı(242). Dmanisi r-nun ərazisində indi Qurudərə-su çayının adında(22,39) qalmışdır. Türk dillərində kora, kora "qışlaqda mal- qara üçün pəyə, tövlə" və dərə sözlərindən ibarətdir.Bax: 6.223-224.
Qurumçu- Borçalı bölgəsində kənd adı(241).
Quruli- Tiflis quberniyasının Borçalı qəzasında qışlaq adı(181,69). Qars əyalətinin Kağızman dairəsində Qurudağ, Şimali Qafqazda Kura-Ayan, Dağıstan əyalətinin Samur dairəsində Qurudağ, Ter əyalətinin Maykop dairəsində Kuru-Kutan, Azərbaycanda Şəmkir rayonunda Qurudağ, Cəbrayıl raylonunda Kürədağ, Oğuz(keçmiş Vartaşen) r-nunda Kurçub dağı (bu dağda may ayında azərbaycanlılar tərəfindən ziyarət olunan xristian mənşəli "Yığış Arakel" adlı pir vardır), Zaqatala r-nunda Kortala toponimləri ilə mə'naca eynidir. Türk dillərində kora(kura) "qışlaq yerində gecələr mal-qara salmaq üçün tikinti, tövlə"(199,11,1,551) sözündəndir.
Quruli-Tiflis quberniyasının Telavi qəzasında dağ adı (181,169).
Quru Tuban- Axısqa r-nunda kənd adı(29).Bax: Abastuman.
Qurcaani- Qurcaani r-n mərkəzinin adı. Türk dillərində qorçi- "silahaşıyanların başçısı", "sultan qvardiyası üzvü" sözündəndir. Azərbaycanda Laçın rayonunda Qorçu və X1X əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında (indi Ermənistanın Qukasyan r-nunda) Gürcüyol kənd, Zaqatala r-nunda Kurcüdaq(181,71), Oğuz r-nunda Qurçular yaylağı, Laçın r-nunda Qorçu kəndi və Qorçu çayı (Şəlvə çayının sağ qolu, uz.20 km) ilə eynidir. X1X əsrdə Zəngəzur qəzasında əhalisi azərbaycanlılardan ibarət Gürcülü (əsli Qorçulu) kənd adı, Quba qəzasında X1X əsrdə Sənqələ -Gürcü yaylaq adı da bu adlarla sıra təşkil edir.Qax rayonunda Xavəna Hamam bulağının yaxınlığında Gürcüqoşun adlı(181,72) yer vardır ki, bu da qorçi və monqolca qoşun- "düşərgə" sözlərindən ibarətdir. Bax: 6,328.
Qutan-Kar-Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,70). Türk dillərində kutan- "heyvan üçün dəyərli formalı tövlə"(149,150) və qar- "sıldırım qaya", yaxud ərəbcə qar- "mağara" sözlərindən ibarətdir. Azərbaycanda Laçın rayonunda Kotanqaya dağı, Dəvəçi və Quba r-nları sərhəddində Kotandağ (Hünd. 1481 m), Dəvəçi r-nunda Kotandağ (hünd.570 m), Naxçıvanda Kotandağ (Hünd. 1267), Keş-Qutan kənd adı (Zaqatala r-nu), Qax rayonunda Qutan düzü(Cudulu k.), Kotan düzü(Qımırlı k.) , Kotantala (Zaqatala r-nu Mıxlıqovaq k.), Dağıstanda Qurqur-Kutan(181,71) və b. toponimlərlə mə'naca eynidir. Şamxorçaydan çəkilmiş bir arx Kotançı arxı adlanırdı(58,52). Oğuz rayonunun Qışlaq kəndi ərazisində Kotantala, Qəbələ r-nun Mıxlıqovaq kəndi ərazisində Kotantala, Ağdam rayonunda Kotanbağ, Ağdaş rayonunda Kotanarx toponimləri də bu sıradandır.
Quşçu - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(131,427). Borçalı qəzasında Quşi adlı kənd də vardı( (Erməni Quşi və Tatar Quşi). Qədim türkmənşəli Quşçu tayfasının adını əks etdirir.Quşçu tayfası barədə bax: 118. Azərbaycanda Aşağı Quşçu və Yuxarı Quşçu (Tovuz r-nu) kənd adları ilə eynidir. X1X əsrin ortalarında Tovuzçay kənarında 80 xırda məntəqəni əhatə edən Quşçu eli 257 ailədən ibarət idi.
Quşçu düzü-Salqa r-nu ərazisində düzən adı (22,27). Azərbaycanda Quşçu dağı(Daşkəsən r-nu) və Quşçu Qalası (Laçın r-nu Quşçu k.) toponimləri ilə mənşəcə eynidir.
Quşçular- Tiflis əyalətinin Ağcaqala nayihəsində Təkəli tayfasının bir qolunun adı(34,162). Bax: Təkəlu.
= D=
Dağ Arıqlı- Dmanisi r-nunda kənd adı (112,171). Yerli tələffüz forması Dağarxalı, gürcücə yazılışı Daqaruxlo(yenə orada). Arıqlı tayfasının adındandır. Bax: Arıqlı
Dağ Muğanlı- Başkeçid r-nunda kənd adı. Muğanlı tayfasının adındandır. Bax: Muğanlı.
Dağma- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı (34,161). Qədim türk dillərində tamqa "çayın qolu" (126,.530) sözünün təhrif formasıdır.
Dağ Sarvan- Marneuli r-nunda kənd adı. Digər adı Ərcivan Sarvan Kənd keçmişdə yaylaq yerində Sarvandan (Aran Sarvandan) dağlıq ərazidə yaşayan hissənin məskunlaşması nəticəsində yaranmışdır. Bax: Sarvan və Aran Sarvan.
Dalavər- Bolnisi r-nunda Faxralı kəndinin içərisindən axan çayın və dərənin adı.
Dalari- Dmanisi r-nunda kənd adı(112,171). Dəllər kənd adının gürcücə yazılışıdır. Bax: Dəllər.
Dalbanda- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,75). X1X əsrdə Qars əyalətində Dalbantlu kəndinin adı ilə eynidir. Ehtimal ki, əhalinin hərəkəti ilə Anadoludan gətirilmə addır.
Dalisvar-Yataq-Kutaisi quberniyasının Axalsix qəzasında dağ adı(181,74) .
Dalma Kora- Kutaisi quberniyasının Axalsix qəzasında dağ adı (181,74)."Dalma" və türk dillərində kora, "gecələr qışlaqda mal salmaq üçün tövlələr"(89,11,144). sözlərindəndir. Bax:6,225
Dalma Yol- Siqnax qəzasında kənd adı(181,74). Qazax qəzasında Dalma qışlaq adı(yenə orada) ilə eynidir.
Damia Qiaxurarxi- Marneuli r-nunda kənd adı(50,171). Dəmyə Gavurarxı adının gürcücə yazılışıdır.
Damqaçı- Marneuli r-nunda Ləcbədin və Xram çayı arasında düzən adı (33,3d). Qədii türk dmllərində tamqa "çayın qolu", "kiçik çay"(126,530) sözündəndir.
Damkalo- Axalkalak r-nunda kənd adı(112,171). Əsli Damqalı.Azərbaycanda Dağlıq Qarabağda (Ağdərə r-nu) Damqala kənd adı ilə mənşəcə eynidir. Kəndin əsasını qoymuş elin adıdır. X111 əsrdə monqolların tərkibində gəlmiş Tamqalık tayfasının (200) adını əks etdirir.
Dampaleti- Tsxinvali r-nunda kənd adı(112,171).
Dampalo- Msxeti r-nunda kənd adı. 1945-ci ildə gürcücə Vaziani adlandırılmışdır(112,263). Telavi qəzasında Dompalu kimidir və kənd həm də Əkrəm Lənibli adlanmışdı (142).
Dambulut- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,74). Bax: Damiyə.
Damiyə- Tiflis quberniyasının Borçslı qəzaaında(indi Marneuli r-nunda) kənd adı(181,74). İrəvan quberniyasının Eçmiadzin qəzasında Dəm, Surməli qəzasında Dəmitəpə, Şarur-Dərələyəz qəzasında Dəmitəpə və Dəmibulaq, Yelizavetpol(Gəncə) quberniyasının Zəngəzur qəzasında Dəmidaq adları ilə mə'naca eynidir.
Darakon- Bolnisi r-nunda kənd adı(112,171). Dərəköy (azərbaycanca dərə və köy "kənd" sözlərindən) adının gürcücə yazılışıdır.
Darbaz- Tiflis quberniyasının Borçalı qəzasında(indi Bolnisi rayonunda) kəndin adı. Mənbədə Tiflis əyalətinin Pətək nahiyəsində yalnız bir Darbaz kəndinin adı qeyd olunmuşdur (34,160). Əhalisi azərbaycanlılardan ibarət idi (142). Cənubi Azərbaycanda Babək üsyanı ilə əlaqədar olardq adları çəkilən Darvaz, Zəngəzur qəzasında Bazarçayının sol sahilində Darvaztəpə (dağ adı), Zaqatala rayonunda Darvazbinə kənd adları ilə mə'naca eynidir. Suriya dilində daira- "monastır", "mə'bəd"(ərəb dilində deyr "monastır") və türk dillərində baz(qədim forması bays,bayz)- "dik qaya" "sıldırım dağ" sözlərindən ibarətdir.Qəbələ r-nu ərazisində İrəvaz adlı dağ vardır ki, bu da türk dillərində ir "yüksəkliyin dalğavari zirvəsi" və baz (əsli bays) sözlərindən ibarətdir. Cənubi Qafqazda bir sıra dağ adlarında baz sözü barədə bax:15
Dostları ilə paylaş: |