Ziyadağ-Tiflis quberniyasının Axalsix qəzasında dağ adı (181,98).
Ziyarət-Tiflis quberniyasının Axalsix qəzasında dağ adı (181,98).Ziyarət olunan,sitayiş edilən dağ mə'nasındadır.
Zəngənə- Tiflis əyalətinin Aqcaqala nahiyəsində bir elin adı (34,162). Məmməd Həsən Vəliyevə görə, XIV əsrdə Hulaku hökmdarlarının Türküstandan İrana göçürüb gətirdiyi tayfalardan biri Zəngənə idi. Hazırda Zəngənə tayfası İraqda və İranda yaşayır. Orta əsrlərdə bu tayfa Qızılbaşlara qoşulmuşdur. Sonra Səfəvi şahları Zəngənə tayfasına Azərbaycanda, Ermənistanda və Gürcüstanda yerlər ayırmışdır. (187,94). Cavad qəzasında 24 ailədən ibarət bir maldar el Zəngənə adlanırdı.
Zəngişali- Tiflis əyalətinin Baydar nahiyəsində kənd adı (34,158).
Znauri-Gürcüstanın bir inzibati rayonu və mərkəzinin adı (112,184). Ehtimal ki, xəzərlərin Znaur tayfasının (82,13) adını əks etdirir.
Zod-Kutaisi quberniyasının Şorapan (indi Çiaturi r-nunda) qəzasında kənd adı (181,99). Gürcü mənbələrində qeyd olunur (III,125). İrəvan quberniyasının Novobayazid qəzasında (ondan əvvəl İrəvan xanlığının Göycə mahalında) Zod (kənd) və Azərbaycanda Kəlbəcər rayonunda Zod (aşırım) adları ilə eynidir.
Eramızın I əsrinin ortaları ilə əlaqədar hadisələrdə V əsr erməni tarixçisi Moisey Xorenasi tərəfindən Sodk kimi qeyd olunmuşdur. Musa Kalankatlının “Alban tarixi” əsərində bu tayfanın adı Savdey kimidir (Alban tarixi, II kitab, 40-cı fəsil). II əsr müəllifi Klavdi Ptolemey Sod (zod) tayfasının yaşadığı ərazini (Ptolemey, V, 12,9)Sodukene yazmışdır.
Alban tarixçisinin bu tayfanın alban çarı Ərənin nəslindən olduğunu yazması göstərir ki, bu tayfa türkmənşəli idi. Çünki hökmdar Ərənin adı türk dillərində ərən - “igid” sözündəndir. Bax:6,264.
Zraut- Tiflis sahəsində əhalisi azərbaycanlılardan ibarət kənd adı(142).
Zülfüqarlı-Tiflis əyalətinin Baydar nahiyəsində kənd adı (34,158).
= İ=
İakublo- Dmanisi r-nunda kənd adı(112,184). Yaqublu adının gürcücə yazılışıdır.
İbrahimağa qışlağı-Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı (34,160). Mənbədə kəndin Kəpənəkçi tayfasına mənsub olması göstərilir (yenə orada).
İvanetəpə-Tiflis quberniyasının Axalsix qəzasında dağ adı (181,98). “İvane“ şəxs adından və azərbaycanca “təpə“ sözündən ibarətdir.
İdleti-Kaspi r-nunda kənd adı (112,184). İdli etnonimindən və gürcü dilində məkan bildirən “eti“ şəkilçisindən ibarətdir.Mənbədə Gəncə bölgəsində yaşayan ellərdən birinin İdlu adlandığı göstərilmişdir (239,217). Erkən orta əsrlərdə Cənub- şərqi Avropada yaşamış qıpçaqların Ed (İd, İt) tayfasının adını əks etdirir. 1095-ci ilə aid rus mənbəyində İtlar kimidir (194,277). X1V əsrə aid başqa rus mənbəyində isə bu tayfa Etebiçi formasındadır ki, bu da İd etnonimindən, "oba" sözündən və rusca " içi" patronomik şəkilçisindən ibarətdir (196). Nəhayət, 1193-cü ilə aid mənbədə rusca yazısında bu tayfanın adı İtil kimidir (194,II,675). Ermənistanda bu etnonim İtqıran kənd adında və Azərbaycanda Yeddilər qalası (Quba r-nu) adında əksini tapmışdır (6,271).Bax:Eto
İdliani- Mesti r-nunda kənd adı(112,184). Qıpçaqların İd tayfasının adını əks etdirir. Bax: Qaradel və İdleti.
İkiyataq- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı(181,101). Türk dillərindlə ik "küləkdən daldanacaq yer", "sığınacaq"(206.1.651)və yataq (qışlaqda mal-qaranın saxlandığı yer) sözlərindəndir.
İkitan- Tiflis quberniyasının Borçals qəzasında qışlaq adı(181,101). Azərbaycan dilində say bildirən "iki" və türk dillərində tan(q)- "xarabalıq" sözlərindəndir.
İkitəpə- Tiflis quberniyasının Axalralaki qəzasında dağ adı(181,101). Qoşa təpə mə'nasındadır.
İkişlu- Tiflis quberniyasının Tianeti qəzasında kənd adı(181).Ehtimal ki,nəsil adıdır.
İlandağ- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,101). İrəvan quberniyasının Aleksandropol qəzasında İlandağ (yenə orada), Azərbaycanda Füzuli və Naxçıvan rayonlarda İlanlıdağ, Culfa rayonunda İlandağ adları ilə eynidir. Şərqi Anadoluda Qars əyalətində üç İlanlı dağ vardı (yenə orada) . Ehtimal ki, qədim türkmənşəli Alan tayfasının adını əks etdirir. Türkmənistanda İlanlar adlı tayfa barədə bax: 236,175
İlməzli- Tiflis quberniyasının Borçals qəzasında (indi Ermənistanın Taşir r-nunda) (Dağ Borçalıda) kənd adı(181,102). 1988-ci ildə kəndin əhalisi Azərbaycana deportasiya edilmişdir. (bax: 6,268).
İlməzli- Tiflis quberniyasının Borçalı qəzasında(indi Marneuli r-nunda) kənd adı(181,102). Gürcücə yazılış forması İlmazlo (112,185).
İlxıdağ- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,101).At ilxısı saxlanılan dağ mə'nasındadır.
İlxıçı Yusif qışlağı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəiində yaŮayış mə_təqəsinin adı(34,159). Mənbədə “Kəpənəkçi tayfasının İlxıçı Yusif qışlağı” kimidir (yenə orada).
İmaşkəndi- Tiflis əyalətinin Ağcaqala nahiyəsində oymaq adı(34,163). İmaş şəxs adıdır.
İmeri- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(131,410).X1X əsrin II yarısında kəndin əhalisi Türkiyədən gəlmə yunanlar və ermənilər idi(yenə orada). İmir adının gürcücə yazılış formasıdır. Gürcüstanda İmer və İmir Səlcuq oğuzlarının Eymur tayfasının adının danışıqda fonetik forması və ya Əfşarların Əmirli tayfanın (17,36) adıdır. Azərbaycanda bu tayfasının adı Emir kənd adında (Gədəbəy r-nu) vardır (6,97). Türkiyədə Emir tayfası barədə bax: 52. X1V əsr müəlliYi Rəşidɦddin oğuzların Eymur tayfasının adını İmur kimi vermişdir(Sbornik letopisey. I, M.,1952. s.76)
İmerxevi- Kareli r-nunda kənd adı(112,185). İmir (əsli Eymur) tayfa adından və gürcücə xevi "dərə" sözündəndir. Bax:İmir.
İmirasani- Bolnisi r-nunda kənd adı. İndi gürcücə Svaneti (Hürriyyət qəz.1997,№20) .İmir Həsən kənd adının gürcücə yazılışıdır. Bax: İmir.
İmir- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,102). Tam adı İmir Həsənlidir. Mənbədə Tiflis əyalətində İmir Həsənli adlı tayfanın yaşaması qeyd olunmuşdur (34,157). İmir sözünün oğuzların Eymur tayfası adının təhrif forması olması mümkündür. Lakin Şimali Qafqazda yaşayan türk noqaylarda bir tayfa İmir adlanır.Noqaylar mənşəcə qıpçaqlara bağlıdır.Bu səbəbdən güman etmək olar ki, İmir tayfası Cənubi Qafqaza qıpçaqların tərkibində gəlmişdir.
İmir- Tiflis quberniyasının Borçalı qəzasında xaraba kənd adı(181, 102).
İmirli- Tiflis əyalətinin Baydar nahiyəsində kənd adı(181,102). Mənbədə kəndin İmir eli,Onbaşı və Xızır məhəllələrindən ibarət olduğu göstərilir.Azərbaycanda İmirli (Bərdə r-nu) və Ermənistanda Abaran r-nunda İmirli (1950-ci ildən sonra ermənicə Tutcur adlandırılmışdır) kənd adı ilə mənşəcə eynidir (Bərdə r-nundakı İmirli kəndi 1951-ci ildə Ermənistanın İmirli kəndindən köçürülmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.)Bax:6,268,X11-X111-əsrlərdə Anadolu yarımadasında yaşayan tayfalardan (İnallı, Hacılı, Karali və İmir) biri də İmir idi.
İmir Əhmədli-Tiflis əyalətinin Baydar nahiyəsində yaşayan bir kiçik elin adı (34,158).
İmir Əhmədli- Dəmirçi Həsənli nahiyəsində bir el adı(34,160) Mənbədə "Pir Əhməd ağa qışlağında İmir Əhmədli camaatı" kimidir(yenə orada).
İmirçay- Suxumi r-nunda kənd adı. Gürcücə yazılış forması İmerskali.1955-ci ildə kənd gürcücə Şubara adlandırılmışdır (112,265).
İmir Xəlil qışlağı- Tiflis əyaləsinin Baydar nahiyəsində qışlaq adı(34,158).
İmir Həsənli- Bolnisi r-nunda kənd adı. Gürcücə yazılış forması İmirasani (112,185).
İnəkdağ- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,102). İrəvan quberniyasının Novobayazid qəzasında İnəkdağ kənd adı(181,102) ilə mə'naca eynidir. Cənubi Qafqazda 14 İnəkdağ adı vardı. Türk dillərində in “mağara” (126,209) və məkan bildirən -“nək“ (lək) şəkilçisindən ibarətdir. “Mağaralı dağ” mə'nasındadır.
İnəkdağı- Dmanisi r-nu ərazisində dağ adı(22,30).
İncədağ- Tiflis quberniyasının Axalsix qəzasında dağ adı (181,103). İrəvan əyalətinin Dərəkənd Parçenis mahalında İncəkənd, Maku nahiyəsində İncə, Vedi nahiyəsində İncədərə, Zəngəzur qəzasında İncəvar (bax: 6, 269). Azərbaycanda İncilli və Oncallı kənd adları ilə mənşəcə eynidir. Qıpçaqların Əncə(82,71) tayfasının adını əks etdirir.
İncəoğlu- Bolnisi r-nunda kənd adı(112,185) Gürcücə kəndə Samsevrisi adı verilmişdir. Qıpçaqların Əncə tayfasının(82,71) adındandır.
İncə Su- Tiflis quberniyasının Axalsix qəzasında çay adı(181,103). Qazax qəzasında İncə Su və Qars əyalətində İncə Su çay adları var.İncə sözünün mə'nası iki cür izah oluna bilər: 1) qıpçaqların Əncə tayfasının adını əks etdirir; 2) çayın adı azərbaycanca incə “dayaz”, “yay aylarında suyu azalan” mə'nalarındadır.
İori- Gürcüstan və Azərbaycan ərazilərindən axan və Kürə tökülən çayın adı. İlk dəfə 1 əsr Roma tarixçisi Plini tərəfindən İver kimi qeyd olunmuşdur (Plini,V1,26). İori çayının adı gürcü mənbələrində 1447-ci ilə aid sənəddə çəkilmişdir(111,159). Azərbaycanda axan hissəsi Qabırrı adlanır. Avarların dilində ior “çay”, “su” sözündəndir. İori çayı Adıgözəlçay da adlanmışdır(179,11,338). Bax: Qabırrı.
İrənçatıq- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı(34,160).
İrqançay- Tiflis quberniyasının Borçalı qəzasında (indi Dmanisi r-nunda) çay adı (181,104). Başqa adı Çandar İrqançay (yenə orada). Yerli tələffüz forması Yırğançay. Əhalisi 1921-ci ildə Türkiyəyə köçüb getmiş kəndlərdəndir. Bax: Ağalıq. X1X əsrdə İrəvan quberniyasının İrəvan qəzasında İrəqannı kənd adı ilə (181,103) eynidir.Ehtimal ki, "Yarğançay" (yarğanlı yerdən axan çay mə'nasında) adının danışıqda təhrifidir. Ola bilsin, monqol dilində ereq “sıldırım sahil” , “ yarğan” (172,638), ya da türk dillərində ir “çayın qırışıq hissəsi"(173,235) və əqin “təpə” (172, 627) sözündəndir.
İrema-Dzebi- Xulo r-nunda kənd adı(112,185). Türk dillərində irim, irem "yayda quruyan çayın su axar hissələri" “burulğan” (172,235), ya da urema “çaysahili meşəlik (kolluq)” sözündəndir (bax:Xramçay). Borçalıda yaşayan azərbaycanlıların dilində irəmə “dağın arana enən yamacı” mə'nasındadır. Azərbaycanda irəm sözü Nizaminin “Xosrov və Şirin” poemasında “Cirəm dağları” (hirəm sözü səhvən Cirəm kimi yazılmışdır) ifadəsində var. Şair yazır:
Cirəm dağlarından Buğra çölünə,
Baxsan hər yan batmış bahar gülünə.
Türk dillərində “irəm“ sözü danışıqda əvvəlinə “h səsinin əlavə olunması və sonra da gürcü dilində həmin səsin “x” səsinə çevrilməsi Xram çayı adının da kökünü təşkil edir. Bax:Xramçay.
İskari- Kutaisi quberniyasının Leçxum qəzasında kənd adı (181,104). Şimali Qafqazın Teymurxanşura dairəsində İskir-Başı dağ (181,104) adı ilə eynidir. Türk dillərində askar "yüksək, alınmaz dağ , qaya" (150,8) sözündəndir.
İshaqlı qışlağı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində məntəqə adı(34,159). Mənbədə "İshaqlı qışlağında Kəpənəkçi camaatı" kimidir(yenə orada).
İç-Ərək məzrəsi- Loru sancağının Loru qəzasında kənd adı(34).Türk dillərində iç (içəri tərəf) və örək "istehkam" sözlərindəndir.
İçki- Borçalı bölgəsində kənd adı.
= Y=
Yabaneti-Korarx- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. 1930-cu illərdən Əzizkənddir. Bax: Əzizkənd.
Yavuqlu-Dmanisi (Baş Keçid) r-nunda kənd adı. Yerli tələffüz forması Yavaxlı və ya Yavıxlı. Əsli Yabqulu. Türk dillərində yabqu- “şahzadə” sözündəndir.
Yaqdan- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan r-nunda) kənd adı(181,304).X əsr ərəb müəllifi əl- İstəxri Bərdə yaxınlığında Yəqtan toponimini qeyd edir(9,88).Altay dillərində yaq “şam ağaclığı” və tan(q) “xaraba” (126,532) sözlərindəndir. Dağlıq Qarabağda Müsəlman Tan, Xırxa-Tan ( Şəki-Zaqatala bölgəsində indi Xırxatala), Bulu-Tan (1828-ci ildə orada ermənilər yerləşdirildikdən sonra Plıtan) (242) və s. toponimlərdə tan" sözü vardır. X1X əsrdə Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) Ağdam kəndi vardı. Bax: 6,106 və 272.
Yağlıca- Tiflis quberniyasının Borçalı qəzasında və düzənlik dağüstü (yamacı) adı (181,304). Qədim gürcü mənbəyində Yağlucadağ kimidir(145,367). İndi gürcücə Londiqori (“Yağlıca dağ” adının tərcüməsi) adlanır(22). Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında və Şərqi Türkiyədə Qars əyalətini Kaqızman dairəsində Yağlıca (yenə orada), Qars əyalətinin Ərdahan dairəsində Yağlıdağ(181,304), Şimali Qafqazda Dağıstan əyalətini Samur dairəsində Yağlı Güney, Şamaxı qəzasında Yağlıtəpə , Zəngəzur qəzasında Yağlıdərə, Qazax qəzasında Yağlıçay (yenə orada), X1X əsrdə Cəbrayıl qəzasında Yağlı Güneydağ Ordubad rayonunda Yağlıdərə, Türkmənistanda Yağlıolum, Şərqi Anadoluda Yağlıboğaz toponimləri ilə mə'naca eynidir. Toponimlərdə yağ sözü ya monqol dilində yaq “şibyə ilə örtülü şam ağacı”, “şamlıq” (172,646), ya da türk dilllərində yağ sözü ilə bağlıdır. Burada yağlıca çöl landşaftına malik olan bərəkətli,məhsuldar mə‘nasındadır. Yağlı sözü heyvanların yağlı,kök olmasını tə'min edən otlaq mə‘nasındadır.Bax: 6,272.
Yağlıca- Tiflis quberniyasının Tiflis qəzasında xaraba kənd adı (181,304).
Yağlıca- Borçalının şimalında dağ adı(32,17). Yerli tələffüz forması Yağılca(yenəlorada).nYaqubkə
d- Loru sancağının Loru qəzasında kənd adı(241)
Yalançı- 1590-cı ildə Borçalı bölgəsində kənd adı(241). Qədim türkmənşəli Alan tayfa adındandır. Bax. İlandağ.
Yaquboğlu qışlağı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində qışlaq adı(34, 160). Mənbədə Kosalı Yaquboğlu qışlağı kimidir(yenə orada).
Yaqublu- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa r-nunda) kənd adı(181,305). Başqa adı Şindilər Kəpənəkçi . 1942-ci ildə kənd Çapayevka adlandırılmışdır. (112,265).
Yadigar oğlu Əhməd camaatı- Tiflis əyalətinin Baydar nahiyəsində bir elin adı(34,158).
Yayla- Tiflis quberniyasının Axalkalaki qəzasında kənd adı(181,239). Dağ düzənliklərinə verirən addıl.
Yaycı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı(34,160). Cənubi Qafqazda mövcud olmuş 8 Yaycı kənd adından(181,305) biridir. Səlcuq oğuzlarının Yaycı tayfasının adını əks etdirir. Bax: 6,273.
Yazıköy- Loru sancağının Quzey nahiyəsində kənd adı(241). "Çaykənarı düzdə yerləşən kənd" mə'nasındadır.
Yalançı- Tiflis quberniyasının Telavi qəzasında dağ adı(181,305).
Yalançı Mirzə- Loru bölgəsində kənd adı(141).
Yal Quaca-Tiflis qəzasında bir dağın adı(179,1,282).
Yanlı- Dmanisi r-nunda kənd adı(112,249). Ehtimal ki,nəsil adıdır.
Yalcığazlı- Borçalı sahəsində kənd adı(141).
Yaraqlı- Tiflis əyalətinin Ağcaqala nahiyəsində Təkəli tayfasına mənsub elin adı(34,162).
Yarılı qışlağı- Loru sancağının Loru qəzasında kənd adı(241.
Yassı- Loru sancağının Quzey nahiyəsində kənd adı(142).Mənbədə Yassı-Köydür(141)
Yastı Kar- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,307).
Yataq- Tiflis quberniyasının Tiflis qəzasında dağ adı(181,307). Azərbaycanda Cavanşir qəzasında Yataqtəpə (yenə orada) və hazırda Xaçmaz rayonunda Yataqoba toponimləri ilə mə'naca eynidir.
Yataq-Boy-Tiflis quberniyasının Siqnax qəzasında arx (kanal) adı(181,91).
Yeddikilsə- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa rayonunda) kənd adı(181,91). Gürcücə yazılışı Edikilisa (112,178). X1X əsrin II yarısında kəndin əhalisi Türkiyədən gəlmə yunanlar idi(131,413).
Yeldağ-Tiflis quberniyasının Axalkalaki qəzasında kənd adı(181,92). Yelli dağ mə'nasındadır.Bax: Yelnətaq
Yeldəyirman- Babakar dağının (bax) Ləcbədin kəndi yaxınlığında zirvəsinin adı. Mənbədə bu dağın zirvəsində yel dəyirmanının qalıqlarının olduğu qeyd olunmuşdur (179,11,268).
Yenikənd- Marneuli r-nunda kənd adı. Gürcücə yazılışı İenikendi(112,178).
Yelnətaq- Loru qəzasında dağ adı(241).
Yenikoy- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı(181,92).Gürcücə yazılışı Eenqikevi. Yerli tələffüz forması Yenqikov. 1944-cü ildə Axısqa türklərinin deportasiya olunmuş kəndlərindəndir.(29). Keçmişdə Yengicə(yaxud Yenicə) və Ayrıca (Əyricə) dedikdə oturaq kənddən bir qrup ailənin (yaxud bir nəslin) həmin kəndə məxsus icma torpağında yaratdığı yeni məntəqə nəzərdə tutulurdu. Lakin Yengicə və ya Yenicə adlandırılan məntəqə ana kəndin (yə'ni ayrıldığı kəndin) tərkib hissəsi olaraq qalırdı və Ayrıca (təhrif forması Əyricə) adlanan məntəqədən fərqli olaraq vergini də birlikdə ödəyirdi. Bax: 6,277-278. Azərbaycan dilində yeni(təzə) və türk dillərində köy- "kənd" sözlərindən ibarətdir.
Yenicə- Borçalı bölgəsində kənd adı(241).
Yeni Uzunlar- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. X1X əsrin əvvəllərində Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.X1X əsrin ortalarında Mqrat kənd icmasına mənsub məntəqələrdən idi. Bax: Uzunlar.
Yengixan-Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı(34,161).
Yəmənli-Marneuli r-nunda kənd adı(112,178). Yəmənli (Yəməndən gəlmə) mə'nasındadır.
Yırğançay- Bolnisi r-nunda çay adı. Əsli İrğançay. Bax: İrğançay.
Yor Muğanlı- Saqareco r-nunda kənd adı. Gürcücə yazılışı İormuqanlo(112,185). Əsli İori Muğanlı yə‘ni İori çayının kənarındakı Muğanlı. Qədim adı Qara Çöp. Yor(İori) sözü Marneuli, Bolnisi, Dmanisi və Sartçala rayonlarında olan digər Muğanlı kəndlərindən fərqləndirici əlamət bildirir.
Yumrutəpə- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,304). Azərbaycanda Şuşa və Cavad qəzalarında Yumrutəpə dağ və İrəvan quberniyasının İrəvan qəzasında Yumrutəpə (181,304) dağ adları ilə mə‘naca eynidir.Dəyirmi formalı təpə mə'nasındadır.
Yumrutəpə- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,324).Dağın adı onun zirvəsinin yumru olması ilə əlaqədardır.
Yumrutəpə- Tiflis quberniyasının Siqnax qəzasında dağ adı(181,324).
Yuxarı Avçala- Tiflis quberniyasının Tiflis qəzasında kənd adı(181,3). Qars əyalətinin Oltin dairəsində Avçala qışlaq adı(yenə orada) ilə mə'naca eynidir. Gürcü mənbələrində adı çəkilir.(111). X1X əsrin ortalarında bu kənddən yeni yaşayış məntəqəsi (Aşağı Avçala) yarandıqdan sonra Yuxarı Avçala adlanmışdır. Toponim türk dillərində av “ov” və çala “çökəklik”, “çaysahili meşə” sözlərindən ibarətdir. Bax: Aşağı Avçala.
Yuxarı Ağkalafa- Tiflis quberniyasının Tiflis qəzasında (indi Tetriskaro r-nunda) kənd adı. Gürcücə yazılışı Zemo-Axkalapi(112,181). Kəlbəcər və Laçın r-larında Kalafalıq çay və kənd adları ilə mə'naca eynidir.Dağ Borçalının(indi Ermənistanın Taşir r-nunda) Cücəkənd(Qızıl Şəfəq) kəndi ərazisində “Kalafalar” yer adı vardır. Azərbaycan dilində kalafa “heyvan saxlamaq üçün tikilmiş yarımqazma pəyə” deməkdir. Bax: Aşağı Ağkalafa.
Yuxarı Alvan-Axmeti r-nunda kənd adı. Gürcücə yazılışı Zemo Alvani. Qədim türkmənşəli Alban etnonimindəndir.
Yuxarı Amirni- Duşet r-nunda kənd adı(50,181). Gürcücə yazılışı Zemo Amirni.
Yuxarı Apançi- Suxumi r-nunma kənd -dı 1955aci ildə gürcücə Verxinapinc adlandırılmışdır(950,265). Gürcücə yazılışı Zemo Apançi.
Yuxarı Aşqala- Salqa r-nunda kənd adı. Gürcücə yazılışı Zemo Aşkala (112,181). Bax: Aşqala
Yuxarı Bənəfşəçay- Borçalı bölgəsində kənd(241).
Yuxarı Qarabağlar- Tiflis quberniyasının Tiflis qəzasında kənd adı(181,104). Mənşəcə peçeneqlərin Qarabağ tayfasının adını əks etdirir. Bax: Qarabağlı.
Yuxarı Qarabulaq- Dmanisi r-nunda kənd adı(112,182). Gürcücə yazılışı Zemo Karabulaqi.
Yuxarı Qaradərzi- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı(34,161).
Yuxarı Qoşaqalası- Bolnisi r-nunda da kənd adı. Gürcücə yazılışı Zemo Koşakalasi(112,182).
Yuxarı Qoşakilsə- Bolnisi rayonunda kənd adı Gürcücə yazılışı Zemo Koşakilisa.
Yuxarı Quləvar- Tiflis quberniyasının Borçalı qəzasında (indi Bolnisi r-nunda) kənd adı(181,5). Yerli tələffüz forması Yuxarı Güləvar. İndi gürcücə yazılışı Kvemo Qulaveri. Qulavar kəndindən X1X əsrin ortalarında digər yaşayış məntəqəsi Aşağı Quləvar kəndi yarandıqdan sonra Yuxarı Qulavər adlanmışdır. Ehtimal ki, əsli Qul Avar, Qula (qulama) yə'ni saray xidmətçisinə mənsub Abar (kəndi) mə'nasındadır.
Yuxarı Qullar- Tiflis quberniyasının Borçalı (indi Marneuli r-nunda) qəzasında kənd adı(181,182). İndi gürcücə yazılışı Kvemo Kulari. Bax: Qullar.
Yuxarı Dmanisi- Tiflis quberniyasının Tiflis qəzasında kənd adı(181,89). Bax:9Dmanisi.
Yuxarı Kəpənəkçi- Qardabani r-nunda kənd adı. Gürcücə yazılışı Zemo Kapanaxçi (112,181). Kəpənəkçi tayfasının adındandır.
Yuxarı Qurqulu- Duşet r-nunda kənd adı. Gürcücə yazılışı Zemo Korkula(112,182).
Yuxarı Maqara- Sıqnax r-nunda kənd adı. Gürcücə yazılışı Zemo Maqaro(112,182).
Yuxarı Oruzman- Tiflis quberniyasının Borçalı qəzasında (indi Bolnisi r-nunda) kənd adı (112, 182). Gürcücə yazılışı Zemo Orozmani(112,182). Hamamlı kənd icmasına mənsub məntəqələrdəndir. Mənşəcə qıpçaqların Orus (Urus) tayfasının ( bax: 105 ) adını əks etdirir.
Yuxarı Saral- Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli r-nunda) kənd adı(181,214). Gürcücə yazılışı Zemo Sarali(112,182). Mənbədə Tiflis əyalətində yaşayan ellərdən birinin adıdır (bax:34). Elin məskunlaşması nəticəsində Saral, Yuxarı Saral və Aşağı Saral kəndləri yaranmışdır. Mənşəcə qıpçaqlarla bağlı bu elin adı “Sarı el” dir. Bax: Saral və Aşağı Saral.
Yuxarı Sarımsaqlı- Borçalı bölgəsində kənd adı(241).Sarı Musahlı el adının təhrif formasıdır.
Yuxarı Tarsa- Kutaisi quberniyasının Zuqdidi qəzasında kənd adı(181,246). Türk dillərindlə tör “yüksək dağ örüşü” sözündəndir.Bax: Tarsa.
Yuxarı Xandaq- Tiflis quberniyasının Qori qəzasında( indi Kaspi r-nunda ) kənd adı(181,260). Gürcücə yazılışı Zemo Xandaki. Qədim türkmənşəli Xandak tayfasının adındandır. Bax: Xandak və Aşağı Xandak.
Yuxarı Cığalı- Borçalı bölgəsində bir kəndin adı(241).Bax: Cığallı.
Yuxarı Çarqalı- Tiflis quberniyasının Tioneti qəzasında kənd adı(181,280). Bax: Çarqalı
Yuxarı Cinis- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,83).X1X əsrin 1 yarısında kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Türkmənşəli Cin tayfa adının gürcücə yazılışıdır.
Yüzbaşı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində yaşayan bir camaatın adı(34). Mənbədə “Qaraçıbaşı qışlağında Yüzbaşı” kimidir(yenə orada). Yüzbaşı Dəmirçi Həsənli elinin bir qolunun adıdır (yenə orada). Bax: Dəmirçi Həsənli.
Yüzbaşı oğlu Vəliağa qışlağı- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində qışlaq adı(34). Qışlaq Yüzbaşı tayfasına mənsub idi(yenə orada).
= K=
Kabala- Tiflis quberniyasının Siqnax qəzasında (indi Laqodexi r-nunda) çay adı(181,106). Laqodexi r-nunda bir kənd də Qabala adlanır(bax: Qabala). Gürcüstanın şərqində Qabala və Kabala toponimin mənşəyi barədə iki fikir söyləmək olar: 1. Bu toponimlər Alban dövlətinin paytaxtı Qəbələ şəhər adı (I-II əsrlərə aid mənbələrdə müvafiq olaraq Xabala və Kabalaka formalarında çəkilir) ilə eyni mənşəyə malikdir.Ehtimal ki, tayfa adıdır.2. Bu toponimlər ehtimal ki, gürcü hökmdarlarının X11 əsrdə Qəbələ şəhərindən köçürdükləri ailələrin yaratdıqları məntəqə adlarıdır.
Kabalatskali- Tiflis quberniyasının Siqnax qəzasında çay adı(181,106). Qabala- çay mə'nasındadır. Oradaki Qabala kəndiniy adı ilə əlaqədardır. Bax: Qabala.
Kabri Muğanlu- Tiflis quberniyasının Tiflis qəzasında kənd adı(181,106). Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqə adlarından biridir. "Kabur kəndi yaxınlığında Muğanlı" mə'nasındadır.
Kabur- Tiflis quberniyasının Borçalı qəzasında (indi Tsalka rayonunda) iki kənd adı(181,106). Azərbaycanda Nuxa qəzasında Kabur və Quba qəzasında Kaburdağ (yenə orada) və Qax rayonunda Əyriçayın sol qolu Qavraçay adları ilə eynidir. Ehtimal ki, xəzərlərin Kabar tayfasının (81,237) adındandır.
Kavadağ- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı(181,106). Türkiyənin Qars əyalətinin Kağızman dairəsində Kavkazlıq (dağ) və İrəvan xanlığının Zəngibasar mahalında Kavankert (kənd) adları ilə (yenə orada) eynidir. Erkən orta əsrlərdə Albaniyanın mahallarından biri Kava adlanırdı. Türk dillərində kapki "keçid", "dərənin dar yarğanlarla doğranmış yuxarı hissəsi", "sıldırım qayalı yamaclı, ensiz, eroziyalı dərə, vadi" və s. (172,123) və “dağ“ sözlərindən ibarətdir.
Kavazin- X1-X11 əsrlərdə Şulaveri çayının sağ sahilində yerləşmiş qalanın adı. Gürcü mənbələrində Kaozian və Kavazin formalarındandır (144, II, s.343 və 384). Sultan Calaləddinin XIII əsrin 20-ci illərində Gürcüstana basqını ilə əlaqədar Kavazin qala adı çəkilir(176,226). Z.M. Bünyadov bu mənbəyə şərhində həmin qalanın Borçalı r-nunda yerləşdiyini yazmışdır (176,396). Kavazin toponimi Kavaz(bax: Qavaz) və qədim türk dillərində in "ayı yuvası", " heyvanın yataq yeri"(126,209), "mağara"(172,234) sözündən ibarətdir. Azərbaycanda Göyəzən (Qazax r-nu) dağ adı ilə mə'naca eynidir.
Dostları ilə paylaş: |