GÜRCÜstanda türk məNŞƏLİ



Yüklə 1,53 Mb.
səhifə12/22
tarix03.02.2017
ölçüsü1,53 Mb.
#7291
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

Qamışqut- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Quqar r-nunda ) kənd adı(181,110). X1X  əsrin birinci yarısında kənddə  Türkiyədən gəlmə ermənilər  yerləşdirilmişdir (131,418). Həmin əsrin 70-ci illərində Qurtan kənd icmasına mənsub məntəqələrdəndir. X1X əsrin sonlarında azərbaycanlıların bir hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1919-cu ildə həmin  azərbaycanlılar deportasiya edilmiş və onların yerini Türkiyədən gəlmə ermənilər tutmuşlar. Kənd  1935-ci ildən  ermənicə Yekuqnut adlanır. Kəndin adı Azərbaycan dilində  qamış (qarğı) və monqolca xo- "düşərgə" alaçıqlar qrupu" sözlərindən ibarətdir.

Qamışkənd-  Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı (34,160). Toponimin mə'nası barədə dörd fikir ola bilər 1). Orta əsrlərdə Şərqi Türkiyənin Kamis mahapından gəlmələrin özləri ilə gətirdiyi ad;.2) orta əsrlərdə Cənub- Azərbaycanın Komus mahalından gəlmələrin özləri ilə gətirdiyi ad; 3) Qızılbaşların Qaradağlı tayfasının Komuşlu tirəsinin(bax: 16) adı;  .4)Qamışlıqda yerləşən kənd də adlana bilər.

Qamışgödək-  Loru sancağının Loru qəzasında kənd adı (241).

Qamışlıq- Tiflis quberniyasının Borçalı qəzasında ( indi Dmanisi r-nunda) kənd adı (181,112).   Qafqazda mövcud olmuş 7  Qamışlı kəndindən (yenə orada) biridir. Bax: Qamışkənd.

Qanarcis Muxuri- Zuqdidi r-nunda kənd adı(112,168). Türkmənşəli "Qaynarcamuxur"  toponiminin gürcücə yazılışıdır.  Bax: Muxiri.

Qanıxçay- Alazan çayının Siqnax şəhərindən başlanan aşağı axarının adı.Azərbaycanca Qanıx suya olan ehtiyacın ödənilməsi deməkdir.

Qancala- Laqodexi r-nunda kənd adı(112,54). Gəncəli (Gəncə bölgəsindən gəlmə mə'nasında) adının gürcücə yazılış formasıdır.

Qanlıkənd-  Batum dairəsində kənd adı(181,113).Yelizavetpol quberniyasında Kanqlıdağ (181, 113), İrəvan quberniyasında Qanlı və  Azərbaycanda Qanlıkənd (Kəlbəcər r-nu) adı ilə mənşəcə eynidir. Monqolların tərkibində Azərbaycana gəlmiş türkmənşəli Qanlı tayfasının adındandır.

Qanlıkənd- Tiflis quberniyasının Siqnax qəzasında (Eldar vadisində) kənd adı  (146,11). Qazax bölgəsindən gəlmiş Qanlı elinin adındandır (129,197).

Qanlıçay- Dmanisi r-nunda Yuxarı Qarabulaq kəndinin ərazisində Xramçaya qarışan kiçik çay adı (22).

Qaraağac- Tiflis quberniyasının Siqnax qəzasında dağ adı (181,114). Borçalı distansiyasında Salka qalasının yaxınlığında bir dağ Karağac adlanır (179,268). Qarağac Zaqatala rayonundan  Gürcüstana keçidin adıdır. Tup, (Top) Karaqaç kimidir. . Dağın adı zirvəsində topa qaraağac meşəsinin adı ilə bağlıdır. Zaqatala r-nunda Muxax çayının sol qolu da Qarağacçay adlanır. Bax: 6,181.

Qarabağlar- Kaspi r-nunda kənd adı. Qarabağ Qafqazda və Şərqi Anadoluda geniş yayılmış toponimlərdəndir. Azərbaycanda  Qarabağ bölgəsinin adı Qars əyalətinin Ərdahan dairəsində Qarabağ şəhər xarabalığı (181,114). İrəvan əyalətində   bir neçə Qarabağ, Naxçıvanda Qarabağlar(bax: 6,178-179) və b. Erkən orta əsrlərdə  Cənubi Qafqaza gəlmiş peçeneqlərin Qarabağ tayfasının adındandır  . Geniş mə'lumat üçün bax: 11. Türkiyədə Qarabaqlu və  Çobanlu tayfaları barədə bax, 52,.35.

Qarabağlı- Tiflis quberniyasının Siqnax qəzasında dağ adı (181,114).

Qarabağlı- Tiflis quberniyasının Siqnax qəzasında kənd adı (yenə orada).

Qaraboya-  Borçalı bölgəsində kənd adı.(241).

Qarabulaq- Tiflis quberniyasının Borçalı qəzasında (indi Salqa r-nunda) kənd adı. Qafqazda mövcud olmuş 33  Qarabulaq toponimindən (181) biri.Gürcücə Şavskali adlanır.

Qarabulun- Dəmirçi Həsənli nahiyəsində kənd adı  (34,161). Türk dillərində qara və bulun hərfi mə'nada künc (126,124) deməkdir. Coğrafi mə'nada "çayın şaxələnmiş hissəsi", "vadi"(172,101) sözlərindəndir. Bu eyni zamanda çayın “iri döngəsi” mənasında verir.

Qarabuta-  Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı (34 161). Türk dillərində qara və but-"ayrı,yüksəklik, təpə", "dağ çıxıntısı" (172,104) sözlərindəndir.Bu oykonim “ucadan” mə‘nasını ifa edir.

Qaraqaya- Bolnisi r-nunda qaya adı (22,36).

Qaraqala- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı(34, 161). Borçalı qəzanında (isdi Ermənistanın Kalinin r-nunda) kənd adı kimi qeyd olunmuşdur (181,117). Qafqazda mövcud olmuş 18 Qaraqala toponimindən (181,117) biri. Azərbaycan dilində rəng və ya  böyüklük bildirən qara və qala sözlərindəndir.

Qaraqala- Borçalı qəzasında xaraba qala  adı (181,116).

Qaraqalxan-  Borçalı bölgəsində bir dağın adı.("Hallavar körpüsünü keçib Qaraqalxan dağlarına qaçdı"37,53); Oronim qara və qalxan (burada yastı və ya hamar zirvəli dağ) sözlərindəndir.

Qaraquzey- İndiki Borçalı bölgəsində  kənd adı (241). Qaraquzey dağının adındandır.

Qaraquzey- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,117).  İrəvan xanlığının Vedibasar  mahalında Qaraquzey kənd adı (ba . 26, 176) ilə eynidir.  Türk dillərində kora "yüksək dağ örüşü" və quzey (dağın şimal yamacı) sözlərindəndir.

Qaraquzey- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,117).  İrəvan xanlığının Vedibasar mahalında Qaraquzey kənd adı(bax: 26, 176) ilə eynidir.

Qaraquzey- Tiflis quberniyasının Axalsix qəzasında  xaraba kənd adı(181,117).

Qaradağ-Marneuli r-nunda dağ adı (22,36).Bax:  Karadağ.

Qaradaş- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,116).  Qafqazda mövcud olmuş 13 Qaradaş oronimindən (yenə orada) biri.

Qaradaş- Bolnisi r-nunda kənd adı(112,187).

Qaradel-  Marneuli r-nunda kənd adı. Əsli Qaratel. Ərəbcə qəryə -"kənd" və qıpçaqların İd tayfasının adından və el (tayfa) sözlərindən ibarət olub "İd elinə mənsub kənd" mə'nasındandır. Azərbaycanda Dağlıq Qarabağda Edilli kənd adı ilə mənşəcə eynidir.

Qara Dəmir- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı(241).Dəmir şəxs adındandır. Toponimdəki "qara" sözü qədim türk dillərində qara "kütlə", "icma" sözüdür.

Qara Dəmirçilər- Tiflis əyalətinin Baydar nahiyəsində el adı (34,158). "Dəmirçilər eli" mə'nasındadır.

Qara Dəmur- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində məntəqə adı(34,160). Qara Dəmir şəxs adındandır.

Qaradərzi- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı (34,161). Toponim Qara şəxs adından və  dərzi (paltartikən) sözündəndir.

Qaradüz- Tiflis quierniyasŮnın Tia1eti qəzasında yer(düzən) adı(181,110).Bu oronim Böyük düz mə‘nasındadır.

Qarayazı- Tiflis quberniyasının Borçalı qəzasında  dəmir yol stansiyasının adı(181,121).Qarayazı azərbaycanca Böyük düz deməkdir. Stansiya Qarayazı çölünün adı ilə adlanmışdır. 1940-cı illərdə stansiya əsasında yaranmış kənd Qardabani adlandırılmışdır.Gürcü mənbəyində Karaya kimidir (167,13). Qarayazı  Tiflis qəzasında Sesalu, Nəzərli, Yuxarı Qulkənd və Aşağı  Qulkənd, Borçalı qəzasının Kəpənəkçi, İlməzli, Kosalı, Keşalu və  Qara Keşalu kəndlərinin qışlaq yeri olmuşdur (163,219). Qarayazı çölünün sahəsi 392,5 kv.km.-lik qışlaq yeri idi. Zaqatala r-nunda Qaratala (əsli Koratala), Xanldr r-nunaa  Qarayeri (əsli Korayeri) və b.  qışlaq yerləri olmuşdur. Bax: Qaratala

Qarayazı- Tiflis quberniyasının Axalkalaki qəzasında kənd adı (181,117).Əsli Korayazı.Azərbaycanda Göyçay və Qazax  r-larındakı Qarayazı kənd adları ilə eyni mə‘nadadır.

Qarayazı meşəsi- Qardabani r-nu ərazisində meşə adı(22,56).

Qara İsa- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Taşir r-nunda) kənd adı(181,118).1988-ci ildə kəndin əhalisi Azərbaycana deportasiya edilmişdir. X111-X1V əsrlərdə Anadolu yarımadasında yaşamış,Alvan,Göycəli və Ulaş qollarından ibarət olmuş Qara İsa tayfasına mənsub ailələrin məskunlaşmasından yaranmışdır. Bax: 6,177.

Qarakilsə- Tiflis quberniyauının Borçalı qəzasında (indi Ermənistanın Taşir r-nunda) kənd adı(181,117).1778-ci ildə ermənicə Lernovit adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana deportasiya edilmişdir.

Qarakilsə- Dmanisi r-nunda kənd adı.1949-cu ildə gürcücə  Vake adlandırılmışdır(112,66).

Qara Keşli- Borçalı qəzasında kənd adı(167,13). Bax: Keşəli. "Keşəli (Keşlə) qara camaatı" mə' nasındadır.

Qaramanlı-  Tiflis əyalətinin Ağcaqala nahiyəsindlə Təkəli oymağının bir qolunun adı(34,162). Qaraman- qədim türkmənşəli tayfalardan birinin adı (bax: 48). XII-XIII əsrlərdə Anadolu yarımadasında bir əmirlik də Qaraman adlanırdı (234,332). Ona görə də Qaramanlı həm "Qaraman tayfasına mənsub", həm də  "Qaraman əyalətinə mənsub" mə'nasındadır.

Qaramanlı-  Tiflis əyalətinin Ağcaqala nahiyəsində bir elin adı(34,160). Orta əsrlərdə yayı Göycə bölgəsində,qışı Şəmkirçayın kürə qarışdığı ərazidə "Arani-Şəmkir" adlı nahiyədə yaşamış ellərdən biri Qaraman adlanırdı(239,206). Azərbaycanda Ağdam r-nunda  Qaramandağ, Dağlıq Şirvanda Qaramandağ, Salyan r-nunda Qaramanlı kənd, Qazax r-nunda Qaramanlı çay(181,119) adları ilə eyni mənşəlidir (Bax: 48).

Qaramanlı bulağı-Bolnisi r-nun Kəpənəkçi kəndinin ərazisində bulaq adı(22,17).

Qaramanlı Vəli- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı(34). Mənbədə Şərəfəddin tayfasının “Qaramanlı Vəli camaatı" kimidir (yenə orada). Qaraman1ı İsmayŬl- Tiflis quberniyasının Baydar nahiyəsində  el adı (34,157). "İsmayıl adlı şəxsə (bəyə) mənsub" Qaramanlılar mə'nasındadır.Qaramanlı elinin bir hissəsi İsmayılın rəiyyəti idi.

Qaramanlı Həsən-  Tiflis quberniyasının Dəmirçi Həsənli nahiyəsində el adı (181, 159). Mənbədə elin Alaağac adlı yerdə yaşadığı göstərilir(yenə orada). Tam adı "Yüzbaşı tayfasının Alaağac adlı yerdə Qaramanlı Həsən camaatı" kimidir(yenə orada). Həsən adlı şəxsə “mənsub qaramanlı ailələri" mə'nasındadır.

Qaramanlı Həsən- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı (181,119). Orta əsrlərdə Qaramanlı tayfasının Həsən adlı bəyə mənsub  yaylaqları vardı.  Dağ həmin tayfanın  adındanaır.

Qardnikin- Tiflis quberniyasının Borçalı qəzasında çay adı (181,118). Qaranlıq adından və qədim türk dillərində İn "mağara" (126,209) sözündəndir. Bax: Qaranlıq.

Qaranlıq- Tiflis quberniyasının Borçalu qəzasında dağ adı(181,118). Cənubi Qafqazda bir neçə  Qaranlıq və Qaranluq toponimləri vardı (181,118). Qədim türk dillərində kuran (kuren) "hərbi düşərgə", "maldar elin müvəqqəti dayanacaq yeri"(172,117,199,11 cild, 2-ci hissə, s.1455) sözünün danışıqda təhrifi olan qıran (indiki Ermənistan ərazisində İtqıran toponimində "qıran", Tovuz r-nun Xınnakirən kənd adında "kirən") sözündən və “-lıq” şəkilçisindən ibarətdir. X1V əsr müəllifi Rəşidəddin yazır ki, maldar el bir yerdə dayandıqda ortada xanın çadırı yerləşmək e‘tibarilə çadırlardan ibarət dairəvi formalı dayanacaq düşərgə  kuran adlanır. Hər kuran 1000 alaçıqdan ibarət olur. Kuran (kuren), bir qayda olaraq, qohum ailələrdən ibarət qəbilə və ya  tayfanın dayanacağı, düşərgəsidir (192,45).1920-ci ildə Ermənistana birləşdirilmiş Dağ  Borçalısının Loru mahalında  da bir dağ Qaranlıq adlanırdı.

Qaraoğlu- Tiflis quberniyasının Axalsix qəzasında dağ adı (181,118).

Qaraöküzlü- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində bir  elin adı (34,118).Mənbədə  "Muğliyan adlı yerdə Kəpənəkçi tayfasının Qaraöküzlü qışlağı" kimidir(yenə orada). "Qara Oğuzlu"(yə'ni "Oğuzlu qara camaatı" mə'nasındadır. Qaraöküzlü Gürcüstan ərazisində Oğuz etnonimini əks etdirən yeganə oykonimdir.

Qara Rza-  Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində məntəqə adı(34,160). Əsli Qəryə Rza   "Rzanın   qəryəsi”  kəndi.

Qarasu-Tiflis quberniyasının Siqnax qəzasındla göl adı(181,119).  Qafqazda mövcud olan 35 Qarasu toponimindən  biri. Qarasular içmək üçün yararsızdır.

Qarasu- Tiflis quberniyasının Borçalı  qəzasında çay adı (181,119).

Qaratala-  Tiflis əyalətinin Baratlı nahiyəsində kənd adı(34,157). Azərbaycanda Qaratala(Zaqatala r-nu) kənd adı ilə eyni mə‘nadadır.

Qara Təklə- Tiflis quberniyasının Tiflis qəzasında (indi Qardabani r-nunda) kənd adı(181,119) Təklə tayfasının adındandır.Qara Təklə  "Təklə qara camaatı və ya icması" mə'nasındadır. X1X əsrdə Azərbaycanda Cavad qəzasında Qara Təklə kənd adı ilə  (yenə orada) mənşəcə eynidir. Bax: Ağ Təklə.

Qaratəpə-Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı(181,119).  Qafqazda  mövcud olmuş 20 Qaratəpənin (yenə orada) biridir.

Qaratəpə-  Qardabani r-nunda kənd adı. 1932-ci ildən Karaya adlanır(112,265).

Qaratikan- Tiflis quberniyasının Borçalı qəzasında  kənd adı(181,129). "Kitabi Dədə Qorqud" eposunda Qaratikan adı ilə səsləşir.  Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində yer adı(34). Əsli Qəryə Tikan, yə'ni  "Tikan kəndi". Qıpçaqmənşəli Tikan tayfasının  (233) adındandır.Bax: 106,66.

Qaratorpaq- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,119). İrəvan quberniyasının İrəvan qəzasında Qaratorpaq kənd, Yelizavetpol (Gəncə) quberniyasının  Zəngəzur qəzasında Qaratorpaq dağ, Qazax qəzasında Qaratorpaq dağ və Qaratorpaq çay(181,119) adları ilə mənşəcə eynidir.

Qaratuban- Tiflis quberniyasının Axalsix qəzasında(indi Adıgün r-nunda) kənd adı(181,119).Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya edilmiş kəndlərdəndir(29). Tuban tayfasına mənsub qara camaat mə'nasındadır. Türkmənşəli Tuban (Duvan) tayfası barədə bax: Abastuman.

Qaratuban- Tiflis quberniyasının Siqnax qəzasında  kənd adı  (181, 119).

Qaratur- Borçalı bölgəsində kənd adı(241).  Türk dillərində kora - "qışlaq yerində palçıqdan və çiy kərpicdən tövlələr" və tör  "yüksək dağ örüşü" (173,82) sözlərindəndir.Tor sözü Azərbaycanda Əziztori (Yardımlı r-nu) və Tır-Yal (Goranboy r-nu) dağ adlarında saxlanılmışdır.

Qarauldaşı- Lentexi r-nunda kənd adı(112,196). Gürcücə yazılış forması Koruldaşi (yenə orada). Türk dillərində Karaul "Gözətçi qayası" mə'nasındadır. Bax: Qaraultəpə.

Qaraultəpə- Tiflis quberniyasının Axalkalaki qəzasında dağ adı (181,120).  Keçmişdə gözətçi məntəqələri yerləşən təpələr "Qaravul" adlanırdı. Azərbaycanda Qaravuldaşı (Yardımlı r-nu), Qaravultəpə (Lerik r-nu), Qaraulxana (Ordubad r-nu),  Qaravultomba (Gədəbəy r-nu) və s. adlarla mə'naca eynidir. Qaravul düşmənin qəfil basqını haqqında xalqa əvvəlcədən xəbər verən keşikçi dəstəsi idi (89,11,.48).

Qaraxan-  Tiflis əyalətinin Ağcaqala  nahiyəsində kənd adı (34, 162). Qaraxan şəxs adındandır

Qaraxaç- Tiflis quberniyasının Borçalı qəzasında dağ belinin adı(181,120). Cənubi Qafqazda mövcud olmuş 8 Qaraxaç dağ adından biridir(yenə orada). Üstündə xaç rəsmi olan daş və ya qaya mə‘nasındadır(bax: 6, 182).

Qaraçay- Tiflis quberniyasının Borçalı qəzasında (indi Dmanisi r-nunda) çay adı(181,120). Yuxarı Qarabulaq kəndi ərazisində Xramçaya qarışır. Azərbaycan dilində rəng bildirən “qara“ və “çay“ sözlərindən  ibarətdir.

Qaraçala- Tiflis quberniyasının Axalkalaki qəzasında kənd adı(181,120). “Qara“ və “çala“  (çuxur, çökəklik) sözlərindəndir. Azərbaycanda (Abşeron yarımadasında) Qaraçala toponimi ilə mə'naca eynidir.

Qaraçala- Tiflis quberniyasının Telavi qəzasında (indi Telavi r-nunda)  kənd adı(181,116).Gürcücə yazılışı Karaçala (112,74).

Qaraçala-  Calaloğlu kəndi yaxınlığında Çoğa çayına tökülən çayın  adı. Bundan sonra çay  Dəbəd (Dəvədöy) çayı adlanır.

Qaraçılar-   Tiflis quberniyasının Dəmirçi Həsənli nahiyəsində kənd adı (34,159). Mənbədə "Qaratikanlı adlı yerdə Qaraçılar camaatı " kimidir.  Hindistanın Karaçi əyalətindən  çıxdıqlarına görə "qaraçı" adlanan  köçərilərin (qaraçılar  özlərini "roma" adlandırırlar, türklər onlara “qırışmal“ və  “sığan“  deyirlər) adı ilə bağlıdır(yenə orada).

İkinci mülahizəyə görə əsli Qaracalardır. Qaraca  Cənubi Qafqazda yaşamış Azərbaycan ellərindən biridir. Bu tayfanın adı  Gürcüstanda Sa-Qareco r-nun adında  vardır ki, bu da "Su (çay) kənarı Qaraca", yaxud gürcücə Sa(ərazi) sözündən və Qaraca etnonimindən  ibarət olmaqla "Qaraca yeri" mə'nasındandır. Azərbaycanda Qılıclı tayfasının bir qolu Qaraca adlanırdı.  Borçalı bölgəsində Sadaxlı(bax) kəndlərində bir nəsil də Qaraca adlanır.Azərbaycanda Balakən və Saatlı  rayonlarında Qaracalar kənd adları ilə  mənşəcə eynidir. Qaraca adlı tayfa özbəklərdə(143,17) və   türkmənlərdə (210,89) vardır. Bir fikrə görə oğuzmənşəlidir (210,88). Bax: 105,67.

Qaracala- Laqodexi r-nunda kənd adı(112,54)

Qaracalı Kəpənəkçi- Tiflis quberniyasının Telavi qəzasında kənd adı (69). Azərbaycan dilində Qaracalı (Qaraca kəndindən olan). Qaracalını başqa eyni adlı etnonimdən fərqləndirmək üçün Kəpənəkçi coğrafi adından istifadə edilmişdir.

Qaraçoban- XV11 əsrdə Tiflis əyalətinin Pətək  nahiyəsində kənd adı (34,161). Türk dillərində qara (qara camaat) sözündən və peçeneqlərin  Çopan (əsli Çopan) tayfasının adındandır. "Çobankənd" mə'nasındadır.

Qaraçöp-   Saqareco r-nunda kənd adı. Digər adı Yor, Muğanlı, yə‘ni İori çayı sahilində Muğanlı kəndi. Bax: Yor Muğanlı.  Qaraçöp 7 kənd icmasından (Düz Ayrım,  Baldöy, Muğanlı, Keşəli, Ləmbəli, Tüllər və  Qazılar) ibarət nahiyə idi (33,53).Ümumiyyətlə, Qaraçöp indiki Saqareco r-nun bir hissəsinin adıdır (45,57).  Nahiyədə  Muğanlı elinə mənsub ailələr də məskunlaşdıqlarına görə həm də Muğanlı adlanırdı.  QaraÇöp "Çöp tayfasına mənsub qara camaat" mə'nasındadır.Çöp eranın ilk əsrlərindən Cənubi Qafqazda məskunlaşmış bir  türk elinin adıdır. İlk dəfə olaraq VII əsrə aid  mənbədə indiki Ermənistanın Quqar əyalətində Çopapor "Çöp dərəsi(vadisi)" mahal adında  əksini  tapmışdır (71).

Qaraca- Tiflis quberniyasının  Tioneti qəzasında dağ adı(181,156). "Uzaqdan qara rəngə çalan" mə'nasındadır.

Qaracalar- Qardabani r-nunda kənd adı(112,187). Bax: Qaraçılar.



Qaracalı- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı(181,102). Əsli Qəryə Çəpli. Səlcuq oğuzlarının Çəpni tayfasının adındandır.

Qardabani- Gürcüstanda inzibati r-n adı. Rayonun mərkəzi Qarayazı dəmiryol stansiyası əsasında yaranmışdır. Stansiyanın  adı isə   yaxınlıqdakı Qarayazı kəndinin adındandır. Bax: Qarayazı. Sonra  qəsəbəyə və rayona Qardaban(i) adı verilmişdir.  Qədim gürcü mənbələrində ilk dəfə XI əsrdən mə'lumdur (167,7;170,23). Leonti Mrovelinin  əsərində Qardabos kimi qeyd edilmiş və mərkəzinin Xunan qalasının olduğu göstərilmişdir(bax: 164,138). Vaxuştiyə görə Xunan qalası Xramçayın Kürə töküldüyü yerdə  yerləşirdi (Bax: 93) "Alban tarixi"ndə və  qədim  mənbələrdə isə Xunanın (qədim ermənicə Xunanakert) Albaniyanın şəhəri kimi adı çəkilmişdir. Buradan aydın olur ki, erkən orta  əsrlərdə iki Xunan məntəqəsi vardı: biri Albaniyada(indiki Tovuz r-nunda), digəri Gürcüstanda- Xramçay kənarında. Bu qalaların  eyniləşdirilməsi nəticəsində D.L. Musxelişvili Azərbaycanın qərb bölgəsinin Gürcü ərazisi  olması  kimi yanlış nəticəyə gəlmişdir. Tədqiqatçılara görə Xunan toponimi qədim türkmənşəli Hun (Xun) etnonimi ilə bağlılıdır. Erkən orta əsrlərdə Qardman həm də bu əyalətdə bir qalanın adı idi və onu ərəb mənbələrində Qala İbn Kandaman ilə  lokalizə etmək olar.   Bir mə'lumata görə Qardaman qalasının xarabalıqları  Şəmkirçayın şərq qolu Qardmançayın sağ sahilində yerləşirdi (M.Barxudaryan. Arsax. Bakı,1895,s.301).  Lakin başqa fikrə görə bu qala Kürün Xramçaya qarışdığı yerdə idi və Qızqala adlanırdı. Ərəb mənbələrinə görə Xunandan bu qalaya 10 fərsəh1) , qala İbn  Kandamandan Tiflisə 12 fərsəh idi.  Belə nəticəyə gəlmək olar ki, Albaniyanın Qardman əyalətinin müəyyən hissəsi Kartliyə daxil idi və ona görə də qədim gürcü dilinə uyğun olaraq (adda "m" səsinin "b" səsi ilə əvəzlənməsi)  "Qardaban" formasını kəsb etmişdir. Orta əsrlərdə  Albaniyada Qardman adlı iki əyalət vardı: biri Dağlıq Şirvanda Girdimançayın hövzəsi (ilk dəfə XI əsrdən mə'lumdur), ikincisi,  Şəmkir-Qazax bölgəsinin qədim adı.Bu Qardman Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyanın əyalətlərindən biri kimi I əsrin  ortalarına aid hadisələrlə əlaqədə çəkilir ("Alban tarixi", I kitab,27-ci fəsil). Orta əsrlərdə Şəmkirçayın şərq qolunun və oradakı  qalanın adı da Kirdiman idi. 488-ci ildə Alban kilsə yığıncağında Girdimanın hakimi Cəsur Vardan da iştirak edirdi.1X əsrə aid gürcü mənbəyində "Alban katalikosu Qardmanda oturub" ifadəsi vardır (167,7).V1 əsrin sonlarında İrandan Mihran başda olmaqla 30 min ailə Qardmana gəlmişdir. Onlar yerli hakimi öldürmüş və knyazlı təşkil etmişdilər.VII əsr Alban hökmdarı Cavanşir də həmin nəsildən  idi. "Alban tarixi"ndə (“Alban tarixi“,II kitab,7-ci fəsil) "Mihr tayfası" adlanır.İndiki Tovuz r-nunda bir nahiyə Mihran adlanırdı(243).  Girdiman toponimi " Daşti Qardman"("Qardman çölü")X1V əsr müəllifi Rəşidəddin tərəfindən çəkilmişdir. İndiki Qarayazı düzünün müəyyən hissəsi də  bu əyalətə daxil idi və gürcü dilinə Qardabani adlanmışdır. Kirdiman Albaniyanın qərbdə Kürün sağ sahili ərazisini əhatə etmiş və Gürcüstanla sərhəddə olmuşdur.  V əsr  mənbələrində (Koryonun əsərində) "Qardman vadisi" ifadəsi vardır. X1V əsr müəllifi Rəşidəddin də " Qardman çölü" adını işlədir. Alban Girdiman əyalətinin hakimi Xurs ( ermənicə yazılışda Horus, əsli Orus) orada xristianlığı yaymışdı. Onun qəbri Daşkəsən r-nundandır. Deməli, bu rayonun ərazisi də Kirdimana daxil idi.(Bax: 275).Qardman toponimi  İran mənşəlidir. Orta Asiyada Qardman əyalət adı ərəb mənbələrində çəkilmişdir.

Alban tarixçisi bu əyalətini əhalisinin "Qardmanlar" kimi adlanır  ("Alban tarixi" I kitab,3-cü fəsil)  və onların Alban carı  Aranın nəslindən olduğunu yazır(“Alban tarix“i,1 kitab,4-cü fəsil). Aran Sisakanda  çar sülaləsindən olduğuna görə, deməli, sak mənşəli idi. Albaniyada bu əyalətin hakimi "Alban tarix”ində verilən mə'lumata görə ermənicə yazılışda  Hurs kimidir.("Alban tarixi" II kitab,3-cü fəsil). Ermənicə Hurs kimi yazılmış bu şəxsin əsl adı Orusdur. Qədim erməni dilində "o" və "s" səsləri eyni işarə ilə ifadə olunurdu, lakin erməni dilinin qrammatik qanunlarına görə  adın əvvəlinə "h" səsi artırılmış və addakı "u" səsi buraxılmışdır. Təəssüf ki,  Azərbaycan tədqiqatçıları “Alban tarixi"nin ruscada tərcüməsində "h" səsinin ruscadan "x" kimi  verilməsinə görə Xurs kimi yazılan adı qəbul edərək Azərbaycan tarixinə dair  ümumiləşdirilmiş əsərlərə də salmış və beləliklə,Orus yaxud Urus şəxs  adı tariximizə  Xurs kimi daxil olmuşdur.  Urus şəxs adı isə Oris yaxud  Orus adı kimi bərpa edilə bilər. Çünki erməni əlifbasında "o" və "u" səsləri eyni işarə ilə yazılırdı. Bu ad türk dillərində oris- "xoşbəxt əlamət", "qismət", "nəsib", "sərvət" "var-dövlət" sözündəndir-bax: (206,I,667). Beləlilklə,  aydınlaşır ki, V əsrdə Qardman əyalətinin hakimi türkmənşəli  idi. Həmin Orusun qəbri Daşkəsən r-nunda Xaçbulaqda həm xristian ermənilərin, həm müsəlman azərbaycanlıların  sitayiş yeri idi.

VI əsrin ortalarında bu əyalətdə İrandan gəlmə 30 min fars məskunlaşmışdı. Gələnlərin Mehranlar adlanan bu nəslinin başçıları yerli hakimləri ( mənbədə "Aranşahları")  öldürərək hakimiyyəti ələ  almış və knyazlıq  yaratmışdılar. Cavanşir də bu nəsildən idi. VII əsrdə  knyazlığın başçısı Cavanşir bütün Alban dövlətinin başçısı olmuşdur. Gəlmə farslar burada xristian dinini qəbul etmişdilər və ona görə Cavanşir də  xristian idi. Həmin farslar sonra erməniləşdilər. IX-əsr ərəb müəllifi Girdiman əyalətində Kacak məntəqə adını çəkdiyinə görə aydın olur ki, orada türkdilli qazaxlar da yaşayırdılar. Türkmənşəli Tovuz, Tavratapa, Kol,Qaq və b. toponimlər də bu fikri təsdiqləyir.

Qarpiçay- Tiflis quberniyasının Axalsix qəzasında çay adı. Bax: Karbi.

Qartalgöl-Tiflis quberniyasının Axalkalaki qəzasında göl adı (181,123).

Qasımlı-Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli r-nunda) kənd adı (181,227).Qasımlı kəndin əsasını qoymuş kiçik bir elin adıdır.

Qaçağan- Tiflis əyalətinin Pətək nahiyəsində kənd adı (34,161). Həmin mənbəyə görə Qaçağan Saral tayfasının qollarından birinin adıdır. Bu qolun özü Yuxarı Qaçağan, Orta Qaçağan və Aşağı Qaçağan hisssələrindəndir ( yenə orada). Saral eli  mənşəcə  qıpçaqlarla bağlıdır(bax: Saral). İrəvan quberniyasının Aleksandropol qəzasında (sonra Spitak r-nunda) Qaçağan kənd adı ilə  mənşəcə eynidir(bax:6,197) Dağ Borçalıya mənsub bu kənd indi  Ermənistanın Tumanyan rayonundadır və ermənicə Arevadzor adlandırılmışdır. Şimali Qafqazda Stavropol  quberniyasının Açi-Kulak dairəsində Kaçeqan-Tübə(181) kənd adı ilə  müqayisə oluna bilər.

Qaçağan- Loru sancağının Güney nahiyəsində kənd adı(242). Başqa adı Canavat(yenə orada). Bax: Qaçağan və Qoçağan.

Qacar-  Tiflis əyalətinin Baydar nahiyəsində yaşayan bir elin adı(34, 158). Qafqazda mövcud olmuş 10 Qacar kənd adından(181,107) biri. Azərbaycanda Göyçay, Şamaxı və Şuşa rayonlarında Qacar kənd  və Zaqatala r-nun Xırxatala kəndi ərazisində "Qacar meşəsi" adları ilə eynidir. X111  əsrdə monqolların tərkibində Orta Asiyadan gəlmiş və bir hissəsi Gəncə və Qarabağ bölgələrində  yerləşdirilmiş türk tayfalarından birinin də adı Qacar idi (187,90). Orta əsrlərdə Qızılbaş tayfalarından biri kimi Cənubi Azərbaycan və İranda siyasi hadisələrdə mühüm rol oynamışdır. İranda 1795-1926-cı illərdə hakimiyyət Qacar tayfasının əlində olmuşdur. Şah Abbas qacarların bir hissəsini Gəncə bölgəsinə köçürmüşdür. Qacarlar buradan Borçalı bölgəsinə köçmişlər. Gəncə xanlığının xanları bu tayfadan idi. Azərbaycanda Bala Qacar və Böyük Qacar kəndləri (Bərdə r-nu) vardır.


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin