3. Elektrometrik üsullar.
Bu üsullar da neft və qaz yığımlarının birbaşa axtarışında tətbiq olunan geofiziki tətqiqatlar sırasına aiddir. Elektrometrik üsullar neft və qaz yataqlarının birbaşa tətqiqində neftli-qazlı kollektorlarla onların yerləşdiyi ətraf süxurların elektrik xüsusiyyətləri fərqinə əsaslanır. Əksər neft və qaz yataqlarında müəyyən edilmişdi ki, qazlı kollektor
ların elektrik keçirmə qabiliyyəti sulu kollektorlardan 10 dəfə, neftli kollektorlardan isə 3 dəfə azdır. Ona görə də neft və qaz yataqlarının üzərində şaquli zondlanma əyriləri fərz olunan xüsusi müqavimətin lokal maksimum qiyməti ilə xarakterizə olunur. Elektrometrik üsullardan da neft və qazın birbaşa axtarışında ölçülərinə görə iri, (neftli-qazlı horizontların qalınlığı 100 m-dən çox), yatma dərinliyi 2 km- dən artıq olmayan və ümumi fonda geoelektrik kəsilişi kiçik müqavimətlə səciyyələnən rayonlarda istifadə edilir.
Dostları ilə paylaş: |