H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə13/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
Axtarış və kəşfiyyat üsulları

4. Radiometrik üsullar.

Neft və qazın birbaşa axtarışında tətbiq olunan radiometrik tədqiqatlar yer üzərindən və ya təyyarədən aparılır. Aparılan tədqiqatların nəticəsi göstərir ki, əksər neftli-qazlı rayonlarda neft və qaz yataqları qamma planalma xəritəsində kontura nisbətən daha kiçik qamma-aktivlik qiyməti ilə xarakterizə olunur. Neft və qaz yataqlarının qamma-aktivliyin kiçik qiymətinə malik olması iki cəhətdən izah olunur. Bir qrup tədqiqatçılar qamma-şüalanmanın aktivliyini karbohidrogenlərlə, digər qrup isə yatağı örtən süxurların litoloji xüsusiyyətləri ilə əlaqələndirirlər. Radiometrik tədqiqatlarda qaz-su və neft-su konturları daha yaxşı izlənilir. Bu da sulu zonada qamma-şüalanmanın çox olması sularda uran birləşmələri çox olan duzların iştirakı ilə izah edilir. Planda təbii qamma-aktivliyin qiyməti kontur xaricində, neft və qaz yatağı yerləşən sahəyə nisbətən 15-25 % çox olur. Toplanan materiallar göstərir ki, neft və qaz yataqları üzərində radioaktiv anomaliyaların az olması təkcə neftlilik-qazlılıqla deyil, həm də relyefin morfoloji-stratiqrafik şəraiti, torpağın duzluluq dərəcəsi, qrunt suları, litoloji xüsusiyyət, süxurların yaşca dəyişilməsi, bitki örtüyünün xarakteri ilə müəyyən olunur.




Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin