H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə16/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   ...   13   14   15   16   17   18   19   20   21
Axtarış və kəşfiyyat üsulları

Qaz planalması.

Bu üsul ilk dəfə 1929-1930-cu illərdə V.A.Sokolov tərəfindən irəli sürülmüşdür. Onun sərbəst qaz planalması, suda həll olunmuş qaza əsasən planalma və süxurlarda olan qaza görə planalma kimi növləri movcuddur. Qaz planaalması həm geoloji cəhətdən zəif öyrənilmiş, həm də neft və qazlılığı sübut olunmuş vilayətlərdə aparılır. Zəif öyrənilmiş vilayətlərdə qaz planaalması regional xarakter daşıyır.

Qaz planaalması sərbəst qaz və ya neftlə birlikdə olan qaz yataqlarından yuxarıda yerləşən çökmə süxur qatlarına və su laylarına miqrasiya edən karbohidrogen qazlarının yayılmasını və tərkiblərinin öyrənilməsinə əsaslanır. Bəzən sərbəst qaz çatlar və qırılmalarla birbaşa yer səthinə çıxır. Yer səthinə çıxan belə karbohidrogen qazlarını tədqiq etmək çətinlik törətmir. Belə sahədə qaz planalmasının aparılması asan olur. Yəni qaz çıxışlarından götürülən nümünələr şüşə qablara yığılıb laboratoriyaya göndərilir. Burada yüngül və ağır karbohidrogenlərin miqdarı təyin edilir. Tədqiq olunan ərazidə yerüstü çıxışlar müşahidə edilmədikdə planalma məqsədilə 1-4 m dərinlikdə (qaz fonu yüksək olan ərazilərdə isə 6-10 m) qazma işləri aparılır. Həmin qazmalardan xüsusi cihazlarla vakuum üsulu ilə qarışıq hava nümünəsi götürülür və şüşə qablara doldurularaq laboratoriyaya göndərilir. Qaz planalması metan və onun homoloqları kimi (etan, propan, butan, pentan və s.) karbohidrogenlərin təyin olunması əsasında aparılır. Xüsusilə əsas göstərici ağır karbohidrogen qazlarının konsentrasiyası hesab olunur. Adətən, bunların miqdarı 10-5-10-2 % arasında dəyişir. 1940-1950-ci illərdə karbohidrogen qazlarının mikrokonsentrasiyası qaz-xromotoqrafiya cihazı ilə təyin olunurdu. Hazırda isə xüsusi xromotoqrafik qaz analizatorlarından istifadə edilir. Yüngül karbohidrogen qazlarının (metanın) konsentrasiyasının fon qiyməti 10-4 % (V.A.Sokolova görə), ağır karbohidrogen qazlarının (C2-C4) fon qiyməti isə 108 %- dən artıq olmur. Bəzən planalma nəticəsində qeyd olunan qaz anomaliyalarının minimum qiyməti neft-qaz yataqları üzərində, maksimum qiyməti isə yataqların kənarlarında müşahidə edilir. Bu cür uyğunsuzluğun qeyd olunması müxtəlif səbəblərlə (süxurların litoloji tərkibləri və keçiricikləri, çat və tektonik qırılmaların yayılma şəraitləri, suların hərəkəti, ayrı-ayrı komplekslərə görə tağların asimmetrikliyi və s.) izah olunur.

Qaz planalmasının nəticələri müxtəlif geoloji şəraitdən asılıdır. Platforma sahələrində bu geokimyəvi üsulun tətbiqi bir o qədər də yaxşı nəticə vermir. Bunun səbəbini onunla izah edirlər ki, əvvəla platforma tipli strukturlar zəif inkişaf etmişdir və düzgün həndəsi formada deyildir; ikincisi geosinklinal vilayətlərə nisbətən burada qırılma pozulmaları az yayılmışdır; üçüncüsü isə pis keçirici (örtük) süxurlar böyük qalınlıqlı və litoloji tərkibcə eyni cinsli olduqlarından qazın miqrasiyasının qarşısını yaxşı alır. Geosinklinal sahələrdə qaz anomaliyaları özünü daha yaxşı göstərir (xüsusilə qırılmalar üzərində). Qaz planalması üsulunun tətbiqi nəticəsində Azərbaycan, Qərbi Türkmənistan, Saxalin, Qərbi Kuban (RF) və s. sahələrdə yaxşı nəticələr alınmışdır. Qaz planaalması üsulu ilə Abşeron, Gəncə və Quba-Xəzəryanı neftli-qazlı rayonlarında diqqətəlayiq nəticələr əldə edilmişdir. Mərdəkan, Türkan və Zirə sahələrində zəngin neft və qaz yataqları bu üsulla müəyyən edilmişdir. Həmin sahələrdə dürüst məlumatların alınması bu yataqları örtən süxurların xeyli məsaməli olması ilə əlaqədardır. Kür çökəkliyinin Kürovdağ, Qarabağlı sahələrinin neftlilik-qazlılığı haqqında qaz planalmasının verdiyi müsbət nəticələr, sonradan qazılan quyularla təsdiq olunmuşdur. Süxurlarda olan qaza görə planalma qaz-kern planalması adlanır. Belə planalma da neft və qaz yataqlarını örtən süxurlarda aparılır. Bunun üçün həmin sahələrdə geoloji şəraitdən asılı olaraq 3-20 m dərinlikdə dayaz quyular qazılır. Bu quyulardan götürülən kern nümünəsində vakuum yolu ilə qaz ayrılır və analiz edilir. Həmin üsul həm platfora, həm də geosinklinal vilayətlərdə tətbiq edilir. Qaz-kern planalması Rus platformasında (Saratov rayonunda) Türkmənistanda, müvəffəqiyyətlə sınaqdan çıxmışdır.




Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin