H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə17/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   ...   13   14   15   16   17   18   19   20   21
Axtarış və kəşfiyyat üsulları

Bitum-lüminesstent planalması.

Bu üsul torpaqda, süxurlarda (kernlərdə) bitumların miqdar və tərkiblərini spektrlərin

rənginə və lüminessensiyanın intensivliyinə görə təyin edir. Bunun üçün günəş və lampa lümineskoplarından istifadə olunur. Tədqiqat qaranlıq otaq şəraitində aparılır. Süxur nümunəsində səpinti bitum olduqda onların üzərinə bir neçə damci həlledici əlavə edərək ultrabənövşəyi şüalar saldıqda (bitumun miqdarı 0,05 %-dən artıq olduqda) parıldamağa başlayır. Bitumlar çökmə süxurlarda sərbəst və əlaqəli formalarda rast gəlir. Çökmə süxurlarda olan sərbəst bitumlar birbaşa üzvi həlledicilərlə müəyyən olunur. Əlaqəli bitumlar isə turşu ilə işləndikdən sonra aşkar edilir. Müxtəlif fraksiyalı bitumlar rənglərinə görə bir-birindən fərqlənir. Məsələn, lüminesstent təhlildə yağlar mavi, qatranlar sarı, asfaltenlər isə mixəyi rəngdə olur. Üzvi birləşmələrdə olan bitumların miqdarı həlledicilərdə, bitumların tərkibi isə lüminesstent təhlil vasitəsilə təyin olunur. Süxurlarda bitumların miqdarı onların parıltılarının intensivliyi ilə ölçülür. Bitumun miqdarı çox olduqca parıltı da daha intensiv olacaqdır. Süxurlarda bitumun miqdarı 0,1 %-dən çox olarsa, onlar əsasən neftliliyin dolayı nişanəsi kimi qəbul olunur.


Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin