H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə18/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   ...   13   14   15   16   17   18   19   20   21
Axtarış və kəşfiyyat üsulları

Bakteriya planalması.

Bu üsul neft və qaz yataqlarının üzərində geokimyəvi anomaliyanı qeyd edir. Qeyd olunan geokimyəvi anomaliya karbohidrogen qazları ilə qidalanan bakteriyalar hesabına yaranır. Karbohidrogenlərin sırasından asılı olaraq müxtəlif növ bakteriyalar (məsələn, metan, etan, propan və s. qrup bakteriyalar) movcuddur. Təmiz qaz yataqları üzərində metan bakteriyaları, qaz-neft yataqları üzərində isə metan-etan-propan bakteriyaları müşahidə edilir. Bakteriyalar qrupunu müəyyən etmək üçün torpaq, süxur (kanal, şurf xəritəalma quyuları vasitəsilə, xəritəalma quyuları 12 m dərinlikdə, gəlmə torpaq qatı çox olan ərazilərdə isə 3-4 m dərinlikdə qazılır), bulaq və artezian quyularından su nümünələri götürülür. Götürülən nümünələr hermetik bağlanaraq laboratoriyalara göndərilir. Həmin nümünələrdə bakteriyaların

varlığını müəyyən etmək üçün iki: manometrik və plastik üsullardan istifadə edilir. Birinci üsul ilə bakteriyaları müəyyən edərkən müəyyən miqdar süxur (torpaq) nümünəsi xüsusi cihazda qaz qarışığı ilə (40 % metan və ya etan, 60 % hava) qarışdırılır. Qarışıq cihazda sabit temperaturda (300C) 30 gün saxlanır. Hər beş gündən bir cihazda olan manometrin qiyməti qeyd edilir. Əgər istifadə etdiyimiz torpaq və ya süxur nümünəsində bakteriyalar (metan və ya etan bakteriyaları) varsa onlar metan və ya etan qazını tədricən yeyəcəklər. Bu da qazın azalmasına, eləcədə manometrdə təzyiqin aşağı düşməsinə səbəb olacaqdır. İkinci üsül ilə bakteriyaları təyin edərkən süxur (torpaq) nümünəsi toz halına salınıb plastik lövhələr arasında (hər iki plastik lövhə arasında 0,1 q nümünə olmaq şərtilə) yerləşdirilir. Plastik lövhələr eksikatorda yuxarıda qeyd edilən qaz qarışığında 20-30 gün sabit temperaturda (300C) saxlanır. Süxur (torpaq) nümünəsi içərisində metan qrupu bakteriyaları olduqda lövhələr üzərində sarımtılqəhvəyi ləkə, propan bakteriyaları olduqda ağ ləkə müşahidə edilir. Bakteriyaların miqdarı isə ləkələrin qalınlığından asılıdır. Şəkil 4.5- də bakteriya planalması göstərilmişdir.


Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin