H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari


Oksidləşmə-reduksiya potensialı (ORP) üsulu



Yüklə 127,86 Kb.
səhifə19/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   ...   13   14   15   16   17   18   19   20   21
Axtarış və kəşfiyyat üsulları

Oksidləşmə-reduksiya potensialı (ORP) üsulu.

ORP göstəricisi neft və qaz yataqlarından miqrasiya edən karbohidrogenlərin təsiri nəticəsində geokimyəvi mühitin dəyişməsini xarakterizə edir. Həmin dəyişmənin xarakterini öyrənməyə əsaslanan bu üsulu ilk dəfə V.E.Levenson işləyib hazırlanmışdır. Bu üsulun mahiyyəti təbii mühitdə (torpaq, süxur, su) hidrogen elektronları arasındakı potensialın ölçülməsindən ibarətdir. Potensial isə oksidləşmə-reduksiya mühitini xarakterizə edir. Onun qiyməti oksidləşmə mühitində böyük, reduksiyaedici mühitdə isə kiçik olur.

Geokimyəvi fasiyalar rh və Eh ilə xarakterizə olunur. Məlumdur ki, oksidləşən maddələr reduksiya olunan maddələrə nisbətən mənfi elektronlarla səciyyələnir. Ona görə də Eh potensialı çöküntütoplanma vaxtı oksidləşmə və reduksiyaedici proseslərin intensivliyini xarakterizə edir. Yəni mühit çox oksidləşəndə Eh potensialının qiyməti böyük, əksinə olduqda isə kiçik olur. Deməli, karbohidrogenlərin əmələ gəldiyi mühit reduksiyaedici mühit olduğundan Eh- ın qiyməti çox kiçik olacaqdır. Eh potensialı xüsusi cihazların köməyilə təyin olunur, və milli voltla ölçülür.


Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin