yaratdıq ki, onlardan hansının daha gözəl əməl
sahibi olduğunu yoxlayıb ayırd edək”. (əl-Kəhf,
306
18/7).
Deməli, “Qurani-Kərim” izah edir, bizi başa salır,
köməklik göstərir ki, biz həyatda atdığımız hər bir
addım üçün özümüz cavabdeh olaq. Ona görə də
“Qurani-Kərim” – dən şərab haqqında deyilən bütün
buyruqlar insanı öz seçiminə buraxır. Əgər bizlərdən
kimsə şeytanın fitnəsinə davam gətirməyib şəraba
qurşanırsa, nə olacaq? Bu barədə “Qurani-Kərim” – də
belə buyrulur:
“Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr
(müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin
onların nə etdiklərindən qafil deyildir!” (əl-Ənam,
6/132).
Lakin Peyğəmbərimizin (s.ə.v.) hədislərində şərəb
içilməsi haqqında daha kəskin və qəti qadağalar
qoyulmuşdur.
ġərab haqqında hədislər
Şərab haqqında Muhəmməd Peyğəmbərin (s.ə.v.)
və imamların bir çox hədisləri vardır.
İbni Tariq Həzrəti Peyğəmbərdən (s.ə.v.) şərab
haqqında soruşdu:
Həzrəti Peyğəmbər (s.ə.v.) onu çəkindirdi.
O dedi: “Dərman üçün istehsal edirəm”.
Həzrəti Peyğəmbər (s.ə.v.) buyurdu: “Şərab
dərman deyil dərddir.”
Həzrəti Peyğəmbər – in (s.ə.v.) Ģərab haqqında
hədisləri.
“Allah Təala şərabı, onu istehsal edəni, hazırlaya-
nı, istehlak edəni, təklif edəni, satanı, alanı, qiymətin-
dən istifadə edəni, daşıyanı və yiyələnən şəxsi
lənətləndirmişdir.”
307
“Şərab içənin ürəyindən iman işığı məhv olub
gedər.”
“Şərabla iman bir yerə yığışmaz, şərab içənin
qəlbində iman olmaz.”
“Qəlbində Allahın bir kəlamı ya ayəsi olan şəxs
şərab içməklə onu bulandırsa, qiyamət günündə Quran
ona qarşı duracaqdır.”
“İnsan nə qədər ki, şərab içməyibdir dinin qapısı
onun üzünə açıq olar, şərab içəndən sonra Allah onun
örtüyünü yırtar, şeytan onun dostu, gözü və qulağı olar,
onu pisliklərə yönəldib yaxşılıqlardan çəkindirər.”
“Şərabxorun sözünü təsdiq etməyin, elçi
göndərdikdə ona qız verməyin, xəstələndikdə onu
yoluxmayın, öldükdə dəfnində iştirak etməyin, ona
əmanət tapşırmayın, ona bir əmanət tapşırılan şey itib –
batsa, Allah onun əvəzini verməyəcəkdir, onu bir işə
qəbul etməyin. Çünki, Allah Quranda buyurmuşdur ki,
öz mallarınızı səfehlərə (kəmağıllara) tapşırmayın,
şərabxor isə daha səfehdir.”
“Allah şərabxora salam verən, onunla kef - əhval
edən və görüşən şəxsin 40 illik əməlini məhv edər.”
“Yəhudi və xristiana salam verin, lakin şərab
içənə salam verməyin və əgər o, sizə salam versə,
salamını almayın.”
“Yəhudi və xristianla qonşu olmaq şərabxorla
qonşu olmaqdan yaxşıdır. Şərabxorla dostluq etməyin,
onunla dostluq etmək peşmançılıq gətirər.”
“Namazı yüngül sayan şəxs mənimlə deyildir,
Allaha and olsun o, Kövsər bulağında mənə
qoşulmayacaqdır, həmçinin şərab içən şəxs də məndən
deyildir. And olsun Allaha ki, o da Kövsər bulağında
mənə qoşulmayacaqdır.”
308
“Allaha, qiyamət gününə inanan şəxs ortasında
şərab olan süfrənin başında oturmaz.”
“Bir azacıq (qaşıq) belə şərab içən şəxsə - ona 80
zərbə şallaq vurun.”
“Şərab içən şəxsə şallaq vurun, əgər bir daha etsə,
yenə şallaq vurun, əgər dördüncü dəfə olaraq içsə, onu
öldürün.”
“Şərabxor Allahın rəhmətindən uzaqdır. O
bütpərəstlər kimidir, qiyamət günündə Firon və
Hamunla məşhur olacaqdır (məhşərə gələcəkdir).”
“And olsun məni haqq olaraq göndərənə, şərabxor
susuz öləcək, qəbirdə də yanğın olacaq, qiyamət
günündə isə susuz qalxacaq və min ilə kimi su deyib
bağıracaq.”
“And olsun məni haqq olaraq göndərənə, şərabxor
qara üzlə, göyərmiş gözlə, əyri dodaqla qiyamətə
gələcəkdir. Ağzının suyu ayaqlarına axan bir halda
gələcək, onu görən napak biləcəkdir.”
“Şərabxor qəbirdən duranda alnında yazılmış
olacaqdır ki: “Allahın rəhmətindən uzaq düşmüşdür”.
“Mənim şəfaətim sərxoş şəxsə yetişməz. And
olsun
Allaha
o,
Kövsər
bulağında
mənə
qoşulmayacaq.”
“Allah qiyamət günü 4 dəstəyə baxmayacaq.
Valideynlərə ağ (nankor) olana, minnət vurana, qəza –
qədəri yalan hesab edənə və şərabxora.”
“Allah şərabxora 360 növ əzab verər.”
“Şərab bütün pisliklərin köküdür; şərab içənin
namazı 40 gün qəbul olunmaz. Şərab içmiş halda ölsə,
cahiliyyət dövrü ölüsü kimi hesab olar.”
“Sərxoş halda yatan şəxs, yatdığı gecə şeytanın
gəlini olacaqdır.”
309
“Dörd şeydən biri hər hansı bir evə daxil olsa, o ev
birtəhər xarab olar və bərəkətlə belə düzəlməz. O dörd
şey bunlardan ibarətdir: xəyanət, oğurluq, içki içmək
və zina (pis işlə məşğul olmaq).”
“Allah şərab içən şəxsin namazını 40 gecə qəbul
etməz, əgər tövbə etsə, 3 dəfəyə kimi tövbəsini qəbul
edər, əgər 4 – cü dəfə içsə, Allah haqlıdır ki, onu xibal
arxından suvarsın. Soruşuldu ki, xibal necə bir arxdır?
Buyurdu: Cəhənnəm əhlinin irin – çirklərindən
ibarətdir.”
“Ey İbni Məsud! Məni haqq olaraq göndərən
Allaha and olsun; bir zaman gələr ki, camaat şərabı
halal bilər və ona “nəbiz” deyərlər. Allahın, mələklərin
və insanların lənəti onlara olsun, mən onlara qarşı
nifrət edirəm, onlar məndən uzaqdırlar.”
“Şərab pisliklərin kökü və ən böyük günahdır.
Şərab içən şəxs ola bilər ki, anasına, bibisinə, xalasına
da belə təcavüz (cinsi yaxınlıq) etsin.”
“Şərabdan çəkinin ki, ondan başqa günahlar əmələ
gələr, necə ki, ağacdan ağac göyərər.”
“Şərab günahlara batmağa amil olan, pisliklərin
qaynağı və çirkin işlərin açarıdır.”
“Şərab içənlə oturub durmayın, onların xəstələrini
yoluxmayın, cənazələrini müşayiət etməyin, ölülərinə
namaz qılmayın, onlar cəhənnəmin itləridirlər. Necə ki,
Allah Qurani Kərim – də buyurub: “Rədd olun,
mənimlə danışmayın”.”
ġərab haqqında imamların hədisləri.
Həzrət Əli (ə) buyurub:
“Şərabxor Allahla bütpərəst kimi görüşər. Hücrub-
nu Ədiy soruşdu: Ya Əmirəl – möminin şərabxor
kimdir? Həzrət buyurdu: Əlinə şərab keçdikdə şərab
310
içən şəxsə deyilir.
Həzrət Əlidən (ə) soruşuldu ki, şərab içmək, zina
etmək və oğurluqdan pisdirmi? Həzrət buyurdu: Bəli,
şərab içən həm zina edər və həm də oğurluq, həm
adam öldürər və həm də namazı tərk edər.
İmam Riza (ə) buyurub:
“Allah hər bir peyğəmbəri məbus etdikdə
(göndərdikdə) şərabı haram etmiş və ona etiraf
etdirmişdir ki, Allah hər nə istəsə onu edər.”
Həzrət İmam Sadiq (ə) buyurub:
“Şərabxorla bir yerdə oturmayın, ona görə ki,
Allahın lənəti gələndə orada olan bütün şəxsləri əhatə
edər.”
“Dörd dəstə cənnətə daxil olmayacaqlar: 1 –
Cadugarlıqla məşğul olan; 2 – Münafiqlər; 3 –
Şərabxor; 4 – Söz gəzdirən.”
Müfəzzəl deyir ki, Həzrəti İmam Sadiqdən (ə)
soruşdum ki, nə üçün şərab haram olmuşdur: İmam
Sadiq (ə) buyurdu:
“Allah Təala şərabı bir sıra pozğunluqlar və mənfi
təsirlərinə görə haram etmişdir, ona görə ki, şərab
içmək azğınlığa çəkər və insanlığı aradan aparar.
Comərdliyi yox edər, insanı günaha batmağa, qan
tökməyə və zina etməyə vadar edər. İnsan sərxoş olan
vaxt ola bilər ki, bilməyərəkdən öz məhrəm adamlarına
təcavüz (cinsi yaxınlıq) etsin və nəhayət şərab adamı
bütün bədbəxtliklərə salar.”
Bir şəxs İmam Sadiqdən (ə) soruşdu: “Şərab
içmək pisdirmi, yoxsa namaz qılmamaq?” İmam Sadiq
(ə) Həzrətləri buyurdu:
“Şərab içən namaz qılmayandan daha pisdir,
bilirsən niyə? O şəxs dedi: Bilmirəm. İmam buyurdu:
311
O şəxsdə elə vəziyyət irəli gəlir ki, nə böyük Allahı
tanıyır və nə də bilir ki, onu kim yaradıbdır.”
Həzrəti İmam Sadiq (ə) buyurub:
“Allah Təala bütün pisliklərə qıfıl vurmuşdur.
Şərab isə bu qıfılların açarıdır.”
“Üç dəstə cənnətə daxil olmayacaqlar: 1 – Qan
tökən; 2 – Şərab içən; 3 – Söz gəzdirən.”
Həzrət İmam Baqir (ə) buyurub:
“Allah şərab içənin namazını qırx gün qəbul
etməz. Bu qırx gündə namazını tərk etmiş olsa, namazı
tərk etdiyinə görə əzabı iki qat artar.”
312
S I Q A R E T I N Z Ə R Ə R L Ə R I H A Q Q I N D A
1. Siqaret tütün bitkisinin (Nicotina tabacum)
qurudulmuş olan yarpaqlarından hazırlanır. Tütün
müxtəlif vasitələrlə, yəni burunotu ilə, trubka ilə çəkilə
bilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə
də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın
siqarlardan istifadə olunsun, bütün bunlar nikotinin
insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını
ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı
çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən
zərərli olan şey, heç şübhəsiz ki, siqaret çəkmək
vərdişidir.
2. Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi
maddənin olduğu müəyyənləşdirilmişdir. Gördüyünüz
kimi, siqaretin tüstüsündəki 4000-ə qədər mövcud olan
maddənin heç birinin insan orqanizminə bir faydası
yoxdur və bunların hamısı zərərlidir. Bunlardan ən
zərərli olanları isə nikotin, qətran, karbon monoksid
(CO)
və
xərçəng
yarada
bilən
(kanserogen)
maddələrdən ibarətdir.
Nikotindən tibbi məqsədlər üçün istifadə olunmur
və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək
dərəcədə təsirlidir. Əgər 100-120 mq miqdarında
nikotin hər hansı bir şəxsin damarına vurularsa, bu,
həmin şəxsin ölümünə səbəb ola bilər. Burada məsə-
lənin maraqlı cəhəti həmin həcmdə olan, yəni 100-120
mq miqdarındakı nikotinin iki qutu siqaretdə olmasıdır.
Məlumdur ki, gündə iki qutu siqaret çəkən
insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər? –
deyə soruşula bilər. Buna cavab olaraq onu göstərmək
313
lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş
zəhərlənir. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək
ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq
çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən,
siqaretdəki nikotin havaya yayılır və yalnız nikotinin
müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə
bir siqaret çəkən hər hansı bir şəxsin orqanizminə 1,2-2
mq miqdarında nikotin keçə bilir.
3. Nikotin böyrəküstü vəzilərdən adrenalin və
noradrenalin hormonlarının ifraz olunmasına səbəb
olur. Belə bir vəziyyət isə bir müddətdən sonra mədə
yarasının yaranmasına gətirib çıxardır. Bundan başqa,
siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və bunun
nəticəsində isə qan təzyiqi yüksəlir.
4. Davamlı olaraq siqaret çəkən adamlar bir
müddət siqaret çəkmədikdə, bu zaman əl və ayaqlarına
az qan gedir və həmin orqanlarda temperatur aşağı
düşür. Belə vaxtlarda yalnız siqaret çəkildikdən 15-20
dəqiqə sonra əl və ayaqlardakı temperatur normal
səviyyəsinə çatır.
5. Nikotinin mərkəzi sinir sisteminə təsiri
nəticəsində qusma, baş gicəllənməsi kimi hallar
meydana gələ bilir.
6. Əgər bir şəxsin damarına 2 mq nikotin
vurulursa (bu, təqribən yalnız bir siqaretin çəkilməsi
ilə orqanizmə qəbul olunan miqdardır), bu zaman ürək
bir dəqiqə ərzində 15 dəfə daha çox döyünür. Ürəkdən
vurulan qanın həcmi 10 litr olduğu halda, 12 litrə qədər
artır. Belə bir halda siqaret çəkən şəxsin ürəyi, yerində
sakit bir vəziyyətdə oturduğu və ya dayandığına
baxmayaraq, sanki şəxs ağır bir iş görürmüş kimi daha
çox işləyir. Buraya bir şeyi də əlavə etmək lazımdır ki,
314
əvvəllər infarkt keçirmiş şəxslərdə ürək ağrıları siqaret
çəkməklə yenidən başlaya bilir.
7. Göründüyü kimi, nikotin sakitləşdirici bir vasitə
deyil, əksinə orqanizmi yoran bir maddədir.
8. Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif
xəstəliklər özünü göstərə bilir. Belə xəstəliklərdən
aşağıda qısaca bəhs olunur.
Siqaretin həzm sistemi ilə əlaqədar zərərləri
1. Siqaret çəkmək iştahanı pozur.
2. Həzm prosesini çətinləşdirir.
3. Dişləri saraldır.
4. Mədə yarasına səbəb olur.
5. Dodaq, dil və yemək borusu xərçənglərinə
səbəb olur.
Siqaretin tənəffüs sistemi ilə əlaqədar zərərləri
1.
Öskürdür və bəlğəm əmələ gətirir.
2.
Xroniki bronxitə və emfizemaya səbəb olur.
3.
Qırtlaq və ağciyər xərçəngləri siqaret çəkənlər
arasında daha çox müşahidə edilir.
4.
Ağciyər və qırtlaq xərçəngi hadisələrinin əmələ
gəlməsinin 90%-nin səbəbi siqaretdir.
Siqaretin qan dövranı sistemi ilə əlaqədar zərərləri
1.
Damar divarlarının elastikliyinin azalmasına
səbəb olur (Ateroskleroz).
2.
Qol və qıç damarlarında tıxanmalar əmələ
gətirir. Qanqren olur. Əl və ayaqların kəsilməsinə,
şikəstliyə gətirib çıxardır.
315
3.
Beyni qidalandıran damarlarda da elastikliyin
azalmasına səbəb olur. Iflicolma (insult) hadisələri
meydana gələ bilir.
4.
Ürək xəstəliklərinin, xüsusilə də ürək əzələsi
infarktının əmələ gəlməsinə zəmin yaradır. Miokard
infarktı bu gün ölkəmizdə və bütün dünyada ölümə ən
çox səbəb olan xəstəliklərdən biridir. Siqaret çəkənlər
arasında çəkməyənlərlə müqayisədə həm infarkt, həm
də infarktdan ölüm hadisələri 10 dəfə çox müşahidə
edilir.
Siqaretin digər zərərləri
1.
Hafizə zəifləyir. Ona görə ki, damarlarda
kirəclənmə (arteriyoskleroz) baş verir.
2.
Əhvali-ruhiyyə pozulur, yuxusuzluq əmələ
gəlir.
3.
Dəridə qırışlar yaranır.
4.
Hamilə qadınların hələ doğulmamış uşaqları
ana bətnində zərər çəkir: cılız, zəif uşaqların doğumu,
hətta ölü doğum ehtimalı artır.
5.
Uşağını əmizdirən analarda nikotin ana südü
vasitəsilə körpəyə keçir və bunun ona mənfi təsirləri
olur.
6.
Siqaret çəkənlərin
yanında oturanlar da
siqaretdən zərər çəkir. Evdə siqaret çəkən bir ata öz
uşaqlarını da zəhərləyir.
7.
Siqaret çəkməyin zərərləri, şübhəsiz ki, burada
göstərilənlərdən daha çoxdur. Indiyə qədər siqaret
çəkməyin faydasını heç kim görməmişdir. Nəticə
olaraq da aşağıdakıları söyləmək istəyirik:
Siqaret çəkməyə vərdiş etməyənlər heç bir zaman
bu işə başlamasınlar, çəkənlər isə tərgitməyin yollarını
316
axtarsınlar.
Bir tək siqaret belə ürək ağrılarını sürətləndirmək
üçün kifayətdir. Siqaret çəkən şəxsin orqanizmi, heç
bir iş görmədən belə yorulur. Bununla birlikdə,
əvvəldən infarkt xəstəliyi keçirənlərin ürək ağrıları
siqaret çəkdikdən sonra yenidən başlaya bilir.
Siqaret çəkənin gücü, qüvvəti azalır
Siqaret çəkən bir şəxsin yaşa dolduqca müxtəlif
xəstəliklərə tutulması işin yalnız bir tərəfidir. Burada
məsələyə bir də başqa bir cəhətdən baxmaq lazımdır.
Məsələn, eyni yaşda olan iki şəxsi müqayisə edək.
Onlar hər ikisi istər fiziki, istərsə də digər potensial
imkanlarına görə eyni bir səviyyədə olsunlar. Bunlar-
dan siqaret çəkən şəxs siqaret çəkməyənlə müqayisədə
gücdə, qüvvətdə, müxtəlif atletik hərəkətlərdə, hər cür
iş görməkdə daima geri qalacaqdır. Ona görə ki,
siqaret orqanizmin hər cür məhsuldarlığını 20%
nisbətində aşağı salır.
Bir sözlə, insanın gücünü, qüvvətini azaldan bir
maddəyə gənclərin böyük həvəs göstərməsini heç cür
izah etmək mümkün deyildir.
Siqaret əleyhinə kompaniya
Siqaretin insan səhhətinə olan zərərli təsirləri başa
düşüldükdən sonra, başda ABŞ olmaqla, bir çox qərb
ölkələrində siqaret çəkməyin əleyhinə böyük bir
təbliğat kompaniyası başladılmışdır. Məsələn, 30 il
əvvəl Amerikada siqaret reklamları televiziya
verilişlərindən çıxarılmış və siqaret qutularının üstünə
“Siqaret çəkmək səhhətiniz üçün zərərlidir!” cümləsi
yazılmışdır. Bu cür təbliğat vasitələrinin təsiri zaman
317
keçdikcə özünü göstərmişdir. Bu gün Amerika xalqının
əksəriyyətinin siqaret çəkmədiyi müəyyənləşdiril-
mişdir. Ölkəmizdə də siqaret əleyhinə, kifayət dərə-
cədə olmasa da, bəzi tədbirlər həyata keçirilməyə baş-
lanmışdır. Məsələn, siqaret çəkməyənlər üçün qatarda
ayrıca vaqon ayrılması, təyyarədə də onlara ayrıca bir
yer verilməsi bu baxımdan təqdirəlayiqdir. Bundan
başqa, siqaret qutularının üstündə “Səhiyyə Nazirliyi
xəbərdarlıq edir. Siqaret çəkmək səhhətiniz üçün
zərərlidir!” cümləsi yazılmışdır. Arzumuz bu cür
tədbirlərin daha da genişləndirilməsindən ibarətdir.
Gündə sadəcə bir qutumu siqaret çəkirsiniz? Bir il
müddətində həmin qutuların kiçik bir təpə əmələ
gətirdiyini heç ağlınıza gətirdinizmi? Yanıb kül olan
pullarınızı,
vaxtsız
itirilən
sağlamlığınızı
heç
düşündünüzmü?
Siqaret və qadın
Dünyada işləyən qadınlar və tələbələr arasında
siqaret çəkmək vərdişinin getdikcə yayılmaqda olduğu
özünü göstərir. Halbuki, bu vərdiş qadınlar üçün baha
başa gəlir. Beləliklə, siqaret çəkməyin qadınlara gös-
tərdiyi mənfi təsirləri aşağıdakı kimi yekunlaşdırmaq
mümkündür.
1. Qadın orqanizmi siqaretin mənfi təsirlərinə
kişilərinkindən daha həssasdır. Eyni vəziyyət içki
düşgünlərində də özünü göstərir. Kişilər arasındakı içki
düşgünlərinin qaraciyər serrozuna tutulma riski hər
gün 132 q təmiz alkoqol qəbul edildikdə baş verir.
Qadınlarda isə eyni risk gündə yalnız 52 q alkoqol
qəbul etməklə də meydana gələ bilir. Eyni bir şəkildə
içki içən və siqaret çəkən qadınların kişilərlə
318
müqayisədə xərçəng xəstəliyinə tutulma ehtimalı daha
böyükdür.
2. Siqaret çəkən qadın öz səhhətinə zərər verdiyi
kimi, hamilə olduğu zaman hələ anadan olmamış
uşağının da zəhərli bir təsirə məruz qalmasına səbəb
olur.
17000 uşaq üzərində aparılan tədqiqatlar siqaret
çəkən bir ananın uşağının müxtəlif mənfi təsirlərə
məruz qaldığını göstərmişdir. Ortaya çıxan nəticə
həqiqətən qorxuducudur.
Hamiləliyin dördüncü ayından etibarən hər gün 10
ədəd siqaret çəkən anaların uşaqlarında doğum zamanı
ölüm nisbətinin 30%-lik bir rəqəm miqdarında artdığı
müşahidə edilmişdir. Bundan başqa, siqaret çəkən
anaların dünyaya gətirdikləri uşaqların normaldan daha
az bir çəkidə olduğu, belə analarda düşük və ölü uşaq
doğma ehtimalının da daha böyük olduğu qəbul edilir.
Bütün bunlarla birlikdə, ananın siqaret- çəkmə vərdişi
uşağının şikəst və fiziki cəhətdən qüsurlu olaraq
doğulma ehtimalını da artırır.
3. Sadəcə siqaret çəkən deyil, siqaret çəkilən
otaqda olan bir qadın da olduğu yerdə tüstülü havanı
tənəffüs etməklə özünə zərər verir. Bir sözlə, siqaret
çəkən bir qadının doğum əsnasında da bir çox başqa
problemləri ola bilir.
4. Evdə siqaret çəkən bir qadın evində ağır bir
havanın əmələ gəlməsinə səbəb olur. Əgər körpə
uşaqlar belə bir evdə qalırlarsa, tənəffüs yolları
xəstəliklərinə daha tez tutulurlar. Şübhəsiz ki, eyni bir
vəziyyətin ortaya çıxmasında siqaret çəkən kişinin də
təqsiri vardır.
5. Siqaret çəkən bir qadın uşağına yalnız hamilə
319
olduğu
zaman
deyil,
doğumdan
sonra
onu
əmizdirdikdə də ziyan verir. Ona görə ki, siqaretdəki
zərərli bir maddə olan nikotin ana südü vasitəsilə
uşağın orqanizminə daxil olur.
Siqaret haqqında dini hökm
Din alimlərimiz siqaret çəkmək barəsində açıq və
qəti hökmlər olmadığına görə, içki kimi bu pis vərdiş
haqqında müəyyən bir söz söyləyə bilməmişdirlər.
Buna baxmayaraq, müqəddəs dinimizin siqaret
çəkməyə də yaxşı gözlə baxmadığı aydındır.
Məlumdur ki, insan bədəni Yaradan tərəfindən ona
bir nemət olaraq verilmişdir. Hər bir kəs bu gözəl
nemətdən necə istifadə edəcəyi barədə hesabat
verəcəyini yaxşı bilməlidir. Nikotin də insan orqanizmi
üçün zərərli olan maddələrdən biri olduğuna görə, hər
hansı bir siqaret çəkənin bu baxımdan məsuliyyət
daşıdığı aydındır. Bundan başqa, məsələnin bir də
maddi tərəfi vardır. Hər şeydən əvvəl, siqaret olduqca
yüksək bir qiymətə satılır. Bu hesab hər ay müəyyən
bir məbləğdə olur ki, həmin pul da zəruri ehtiyaclardan
kəsilərək siqaretə verilir. Bu da, şübhəsiz ki, Quran
ayələrindən birində deyilən “…Yeyiniz, içiniz, israf
etməyiniz. Çünki (Allah) israf edənləri sevməz!” (əl-
Əraf, 7/31) fikri ilə ziddiyyət təşkil edir.
Bundan əlavə, Peyğəmbərimiz (s.ə.v.) müxtəlif
hədisi-şəriflərində insan səhhətinin qiyməti üzərində də
dayanmışdır. Məsələn:
1. “Insanların çoxunun başa düşmədiyi və
qiymətini düzgün təqdir etmədiyi iki nemət vardır:
bədənin sağlamlığı və boş vaxt”.
2. “Iman müstəsna olmaqla, heç bir kimsəyə
320
sağlamlıqdan daha xeyirli bir nemət verilməmişdir”.
3. “Alahın qulu qiyamət günündə, dörd şeydən
hesabat vermədikcə, Hüzuru-Rəbbil-Aləmindən ayrıla
bilməz: bunlardan birincisi, öz ömrü barədə hesaba-
tıdır. Yəni ömrünü nəyə həsr etdiyini göstərməlidir.
Ikincisi, elmindən və elmi ilə nə iş gördüyündən hesa-
bat verməlidir. Üçüncüsü, malını nəyə sərf etdiyini,
dördüncüsü isə canına necə baxdığını söyləməlidir”.
4. “Sağlamlıq qaydalarına riayət edərək qüvvətli
olan mömin həmin qaydalara əməl etmədiyi üçün
gücsüz və zəif düşmüş mömindən Allah qarşısında
daha xeyirli və daha sevimlidir”.
Hədisi-şəriflərdən də göründüyü kimi, hər bir
insan öz səhhətini qorumalıdır. Daha doğrusu, hər bir
şəxs orqanizmi zəhərləndirən və ona pis təsir edən hər
şeydən çəkinmək məcburiyyətindədir. Siqaret və
papiros da, şübhəsiz ki, bu hökmün xaricində deyildir.
Peyğəmbərimiz (s.ə.v.) başqa bir hədisi-şərifində
də buyurmuşdur: “Müsəlman əlindən və dilindən digər
müsəlmanların incimədiyi bir insandır”. Belə ki,
şəhərlərarası avtobuslarda və yaxud ümumi bir yığın-
caqda siqaret çəkən bir şəxs digər siqaret çəkməyənləri
də müəyyən bir dərəcədə zəhərləyir. Bu, onun siqaret
çəkməyən digər mömin qardaş və bacılarına əziyyət
verməsi deyil, bəs nədir? Qul haqqının axirətdə
hesabını verməyin ən çətin bir iş olduğu isə hamımıza
yaxşı məlumdur.
Burada Türkiyə Diyanət Işləri Başqanlığı Din
Işləri Yüksək Kurulunun bir qərarını verərək mövzunu
bitirmək istəyirik: “Siqaret və ya papiros çəkməyin
qırtlaq, eləcə də ağciyər xərçəngi başda olmaq üzrə bir
çox digər xəstəliklərə səbəb olduğu mütəxəssislər
321
tərəfindən müəyyənləşdirilmişdir. Bundan başqa,
dinimiz də hər hansı bir şəxsin özünə və başqa birisinə
zərər, yaxud əziyyət verməsini, eləcə də israfçılığı
haram etmişdir. Bəzi din alimləri siqaret və ya papiros
çəkməyin istər çəkənə, istərsə də ətrafdakılara olan
zərərini, əziyyətini, eləcə də israfçılığı nəzərə alaraq,
onun haram olduğunu söyləmişdirlər. Siqaret çəkmək
haqqında dinimizdə qəti bir hökm olmadığından, bəzi
alimlər onu “məkruh” hesab etmişlər. Buna görə də
siqaret çəkməyin ən azından məkruh olduğuna heç
şübhə yoxdur. Istifadə edilməsi haram və ya məkruh
olan bir şeyin satışı da eyni dərəcəyə aid olur”.
Unutmayın ki, yalnız özünüzü deyil, ailənizi,
birlikdə çalışdığınız iş yoldaşlarınızı və hətta eyni bir
avtobusda sizinlə birlikdə yol gedən vətəndaşları belə
siqaretin tüstüsü ilə zəhərləyirsiniz. Bir sözlə, başqala-
rının haqqını əlindən alırsınız. Siz heç siqareti
tərgitməyi düşündünüzmü?
Dostları ilə paylaş: |