rından insanlar üçün Ģəfa olan müxtəlif rəngli bal
238
çıxar...”.(ən-Nəhl, 16/69) Bal yemək, Quran oxumaq
və buxur çeynəmək bəlğəmi kəsir.
4.
Balda şəfa var.
Imam Kazim (ə):
1.
Hər kəsin bel suyu (sperması) dəyişikliyə
məruz qalarsa, ona sağılmış südlə bal faydalıdır.
2.
Balı şanısından ayırsan da, o bütün xəstəliklərin
dərmanıdır.
“Kafi” - Həmzə İbn Təyyar Imam Kazimdən (ə):
Insanlar qan almaq və bir müzə bal yeməkdən daha
faydalı olan bir metodla müalicə olunmayıblar.
Mən soruşdum: - Sənə fəda olum, müzə bal nə
olan şeydir?
Dedi: - Bir qaşıq bal.
“Imam Rzanın (ə) fiqhi”: Imam Kazim (ə)
buyurdu: “Balda bütün xəstəliklərin şəfası var. Hər kəs
acqarına bir qaşıq bal yeyərsə, bəlğəmi kəsilər, sarılığı
yatar, zərdabın qarşısı alınar, zehni saflaşar. Buxurla
yeyildikdə hafizəsi yaxşılaşdırar”.
Imam Rza (ə): Hər kəs bütün qışı zökəmə
tutulmaq istəmirsə, hər gün üç loxma bal şanısı yesin.
Imam Hadi (ə):
1.
Günaşırı baş verən qızdırma haqqında soruşul-
duqda: Bal və qara çörəkotu qatışdırılıb yeyilsə, qızdır-
ma aradan qalxar. Onların hər ikisi mübarək qidalardır.
Allah-Təala bal haqqında belə buyurur: “Onların
(arıların), qarınlarından insanlar üçün Ģəfa olan
müxtəlif rəngdə bal çıxır”. (ən-Nəhl, 16/69).
2.
Iki gündən-bir qızdırması qalxan şəxs üçün ən
faydalı dərman həmin gün baldan hazırlanmış və
zəfəranı çox vurulmuş şərbət içməkdir və həmin gün
başqa heç nə yeməməkdir.
239
“Möcəmül-əvsət” - Saib ibn Yəziddən: Allahın
Rəsulu (s.ə.v.) qan almağı əmr etdi və dedi: “Insanlar
üçün qan almaq və bal yeməkdən yaxşı xəstəlikləri
çıxartma vasitəsi yoxdur”.
“Dəməşqin tarixi” - Amir İbn Malikdən:
Qızdırmalı olduğuma görə bir nəfəri Peyğəmbərin
(s.ə.v.) yanına göndərdim, ondan dərman və şəfa
istədim. Həzrət də mənə bir qab bal göndərdi.
“Dəməşqin tarixi” - Abdulla İbn Bureydədən:
Amir İbn Tüfeyl Amirinin əmisi mənə danışdı ki, Amir
İbn Tüfeyl Allahın Rəsuluna (s.ə.v.) bir at hədiyyə etdi
və Həzrətə bir məktub yazdı: “Bədənimdə böyük bir
çapıq əmələ gəlib, mənə bir dərman göndər”.
Peyğəmbər (s.ə.v.) onun atını qaytardı, çünki o,
müsəlman olmamışdı, amma ona bir qab bal göndərdi
və dedi: “Bununla müalicə olun!”.
Imam Baqir (ə): Ərəbin tibbi yeddi şeydədir:
qanalma alətində, imalədə, hamamda, burunotunda
(buruna tökülən dərmandır), qusmaqda və bal
yeməkdə. Axırıncı dərman dağlamaqdır.
BAL TƏFSIRI
Belə rəvayət edirlər ki, Həzrəti Əli (ə) əfəndimiz
bir gün qalibiyyətlə hərbdən evinə dönür. Həzrəti Əbu
Bəkir (ə), Həzrəti Ömər(ə) və Həzrəti Osman (ə) onun
evinə gəlir: “Qələbən mübarək olsun, ey Allahın
aslanı” deyərək təbrik edirlər.
Həzrəti Əli (ə) əfəndimiz büllur kimi parıldayan,
işıq kimi yanan haşiyəli bir tabaqda bal gətirib
müsafirlərinə ikram edir. Həzrəti Əbu Bəkir (ə)
əfəndimiz əlini uzadıb baldan yemək istədikdə balın
içində bir uzun tük (qıl) olduğunu görür və onu balın
240
içərisindən çıxarmaq istəyir. Həzrəti Ömər (ə) mane
olub deyir: “Ya Əbu Bəkir dəymə. Bizlər Allah
Rəsulunun ən yaxınlarıyıq. Umulur ki, bizləri təcrübə-
dən keçirmək üçün bu qıl buraya qoyulmuşdur. Bu-
nunla bağlı gəlin hər birimiz bu bal haqqında bir təfsir
söyləyək”.
Həzrəti Əbu Bəkir (ə) əfəndimiz öz təfsirində belə
söyləyir: “Namaz qılan möminlərin qəlbi bu tabaqdan
nurludur. Dünya məşğuliyyətlərini yada salmadan
namaz qılmaq bu baldan dadlıdır. Məxluqatdan tam
uzaq olmaq şərtilə Cənabi Haqqa yönəlmək bu qıldan
incədir”.
Həzrəti Ömər (ə) əfəndimiz öz təfsirində belə
söylədi: “Müsafirlərini sevən ev sahibinin qəlbi bu ta-
baqdan nurludur. Müsafirlərlə səmimi söhbət etmək bu
baldan dadlıdır. Müsafirlərin qəlbi bu qıldan da
incədir”.
Həzrəti Osman (ə) əfəndimiz öz təfsirində belə
söylədi: “Alimlərin qəlbi bu tabaqdan nurludur.
Alimlərlə söhbət etmək bu baldan dadlıdır. Qurani-
Kərim-ə məna vermək bu qıldan incədir”.
Həzrəti Əli (ə) əfəndimiz öz təfsirində belə
söylədi: “Islam dini uğrunda döyüşə gedən möminlərin
qəlbi bu tabaqdan nurludur. Kafirlərlə vuruşub qalib
gəlmək bu baldan dadlıdır. Qul kimi əsir düşməyib
evinə qayıtmaq bu qıldan incədir”.
Bütün bu hikmətli təfsirləri dinləyən Həzrəti Fat-
ma (A.o.r.) çox duyğulanmış və özünə görə aşağıdakı
təfsiri söyləmişdir: “Qocasını məmnun edən qadının
qəlbi bu tabaqdan nurludur. Qocasına əzab-əziyyət
vermədən gözəl həyat sürmək bu baldan dadlıdır.
Qocasının tələbini yerinə yetirmək və onu məmnun
241
etmək bu qıldan incədir”.
Bu anda Rəsulullah əfəndimizə xəbər verildi. Bu
sıradan Rəsulullah “Dostlarım, bir təfsir də mən
deyim” buyurdu: “Ümmətimin qəlbi nurludur bu
tabaqdan. Kövsər şərabı dadlıdır bu baldan. Şəriətimin
yolu incədir bu qıldan”.
Bu əsnada Cənabi Haqq Cəbrayılı (ə.) göndərmiş-
di. Cəbrayıl da bir təfsir söylədi: “Qardaşım Ya Mu-
həmməd! Sənin peyğəmbərliyin nurludur bu tabaqdan.
Gələcək Qiyamət günündə ümmətinə şəfaət etmən
dadlıdır bu baldan. Sirat körpüsü incədir bu qıldan”.
Bu hikmətli təfsirlərdən sonra cümləsi əl qaldırıb
amin dedi. Rəsulullah da belə dua buyurdu: “Ya
Rəbbi! Bu bal təfsirini oxuyana, dinləyənə iki yüz
iyirmi dörd min peyğəmbər savabı ver” buyurdu. Hamı
birlikdə amin dedi.
Cənabi Haqdan xitab gəldi: “Ya Muhəmməd!
Qullarımdan hər kəs bu bal təfsirini oxuyarsa, yaxud
oxudarsa və yaxud yazdırıb yanında daşıyarsa, yaxud
yazdırıb ümmətimə hədiyyə edərsə, izzəti cəlalım
haqqı üçün o qullara 224 min peyğəmbər savabı
verərəm” buyurdu.
Indi bir kimsə bu bal təfsirini özü üçün yazıb və ya
yazdırıb hər gün oxusa və oxumağa davam etsə,
keşməkeşli dünya darlığı görməz. Dünyada zərurətə
düşməz. Ölərkən iman ilə ölmək nəsib olar. Hüsnü
xatimə ilə ölmək iman salamatilə axirətə getmək
deməkdir. Bu səbəbdən uca Cənabi Haqq onu gələcək
bəla və qəzalardan mühafizə edər.
Açıqlama: Ey Cənnət Yolçusu Qardaş! Bu bal
təfsirindəki hikmət və incəlik, dörd böyük xəlifələri-
mizin hikmətli izah və təfsirləri, Həzrəti Fatimə
242
Valideynimizin ibrət dolu təfsirləri, Rəsulullahın
(s.ə.v.) mübarək təfsirləri və Cəbrayılın (ə.) təfsir və
izahlarının gözəlliyidir. Bunun əsası olaraq Islam bir
bütün olaraq yaşamaqdadır.
Namaz ibadəti bir mömin üçün əsasdır. Insan
ibadət üçün yaradılmışdır. Həzrəti Əbu Bəkir (ə)
əfəndimiz bu incəliyi dilə gətirməkdədir.
Islamda müsafirlik çox önəmli bir amildir. Bu
incəliyi Həzrəti Ömər (ə) əfəndimiz dilə gətirməkdədir.
Alim və elm əhlini digərlərindən fərqləndirmək
Islamda çox mühümdür. Həzrəti Osman (ə) əfəndimiz
bu önəmə işarə etməkdədir.
Islamda Cihadın önəmini bilməyən yoxdur.
Həzrəti Əli (ə) əfəndimiz çox önəmli olan bu əsası dilə
gətirməkdədir.
Həzrət Fatimə valideynimizin işarət buyurduğu
incəlik Islam ailəsinin təməlidir. Bir xanımın qocasına
olan böyük sayqısı və qocaya olan haqqını yerinə yetir-
mək təfsiri, doğrusu cildlər dolusu izah və açıqlamaları
özündə əks etdirən vacib və lazımlı bir təfsirdir.
Rəsulullahın (s.ə.v.) mübarək izahları isə, mömin-
lərin könüllərinə sonsuz fərəh bəxş etməkdədir. “Sirat
qıldan incə, qılıncdan kəskindir” demişdir. “Dinimiz
qıldan incə, qılıncdan kəskindir” deyimləri hələ də
incəliklə dayanmaqdadır.
Hələ Cəbrayılın təfsirindəki “Qiyamət günü
Rəsulullahın (s.ə.v.) ümmətinə şəfaət etməsinin dadı və
zövqü, əlbəttə ki, dünya balında ola bilməz”.
Dini işlərdə savab və fəzilət əldə edtmək üçün
niyyətlərin düzgün və Allah üçün olması gərəkdir. Bir
iş Allah üçün edilərsə, Allah qullarının qəlbindəki niy-
yətləri çox yaxşı bildiyindən, o qulunun niyyətlərinə
243
görə müamilə yapacaqdır. Allah eşqinə iş tutanlar,
Allahdan sonsuz mükafat alacaqlar. Biz müsəlmanlar
buna inanırıq.
ġəkər haqqında
Şəkər qamışı və şəkər istehsalının vətəni Cənub-
Şərqi Asiya sayılır. Şəkər qamışı Hindistanda
eramızdan 3000 il əvvəl, Yaxın Şərqdə, Aralıq dənizi
ölkələrində və Çində VI əsrdən becərilir.
Makedoniyalı Iskəndərin ordusu Hindistan torpa-
ğına qədəm basdıqda gördükləri çoxlu möcüzələr içə-
risində bir şey onların diqqətini cəlb etmişdi. Hindlilər
xoş şirin dada malik olan ağ rəngli bərk məhsul
yeyirdilər. Makedoniyalı Iskəndərin silahdaşlarından
biri o vaxt yazmışdı ki, Hindistanda yetişən qamış
arısız bal verir. Sonralar Çinə gətirilən həmin məhsul
Daş bal, Misirdə isə Hind duzu adlanırdı. Beləliklə
şəkər istehsalı Hindistanda başlamış, sonralar Irana
keçmiş və VII əsrdə ərəblər onu Avropaya aparmışlar.
Rus dilində “Caxap”, indusca “Sarkara” və ya
“Sakkara” sözündən yaranmışdır.
Şəkər qamışının tərkibində 20%-dək şəkər (saxa-
roza) olur. Şəkər qamışından şəkər alınması qədimdən
məlumdur. Sənaye üsulu ilə şəkər qamışından şəkər
istehsalına Hindistanda XVI əsrdə başlanmışdır.
Hazırda Dünyanın 100-dən çox ölkəsində istehsal
olunan şəkərin təxminən 55%-i subtropik və tropik
iqlim şəraitində yetişən şəkər qamışından, 45%-i isə
şəkər çuğundurundan alınır.
1746-cı ildə Alman alimi Andrey Markqraf ilk
dəfə çuğundurda saxaroza olduğunu kəşf edir və bu
barədə Berlin Elmlər Akademiyasına məlumat verir.
244
XVIII əsrin axırlarında bu bitkiyə maraq artır və
demək olar ki, Avropanın bir çox ölkələrində onun
becərilməsinə başlanır. Şəkər çuğundurundan ilk dəfə
zavod şəraitində şəkəri almanlı F.K.Aşar almışdır.
Təqdirə layiq haldır ki, artıq “Azersun Holdinq”
şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən “Azər-
baycan ġəkər Istehsalat Birliyi” (AġĠB), başqa sözlə
Imişli Şəkər Zavodu nəinki respublikanın şəkərə olan
tələbatını ödəyir, hətta xarici ölkələrə də şəkər ixrac
edir.
Şəkər əsas qida maddələrindən biridir. Şəkərdən
kulinariyada, qənnadı sənayesində, spirtsiz içkilər, mü-
rəbbə, cem və digər konservləşdirilmiş meyvə-gilə-
meyvə məhsulları istehsalında istifadə edilir.
Insanların qidalanmasında şəkərin böyük əhəmiy-
yəti vardır. Şəkər orqanizmdə yaxşı mənimsənilir (95%
və çox) və yüksək qidalılıq dəyərinə malikdir. 100
qram şəkər 374 kkal və ya 1565 kCoul enerji verir.
Şəkərin qidalılıq dəyərinin yüksək olması ondan irəli
gəlir ki, o suda yaxşı həll olur və tezliklə qana sorulur.
Şəkər gündəlik qida rasionuna daxildir. Qeyd
etmək lazımdır ki, 1-11 yaşlı uşaqlar gündə 50-60
qram, 11-14 yaşlı yeniyetmələr 60-70 qram, yaşlılar isə
70-90 qram şəkər yeməlidirlər. Digər məhsullarla
qəbul olunan saxaroza da nəzərə alınmaqla sağlam
insan gündə 100-125 qram şəkər qəbul edə bilər. Lakin
artıq miqdarda şəkər qəbul edildikdə qan qlükoza ilə
doyur, maddələr mübadiləsi və eləcə də şəkər
mübadiləsi pozulur, mədəaltı vəzinin işi çətinləşir. Yu-
xunun pozulması, iltihab proseslərinin inkişafı da
çoxlu şəkər qəbul edilməsi ilə əlaqədardır. Lakin
şəkərin insan orqanizmi üçün fizioloji əhəmiyyəti
245
böyükdür.
Şəkər haqqında “Qurani-Kərim”-də heç bir
buyuruq yoxdur. Lakin imamların hədislərində şəkər
çuğunduru və şəkər haqqında bir neçə kəlamlara rast
gəlmək olur.
ġəkər haqqında hədislər
Imam Cəfər Sadiq (ə) buyurub: “Mənim şəkərdən
artıq sevdiyim bir şey yoxdur”.
Imam Rza (ə) buyurub:
1. “Hər kəs yatanda iki tikə şəkər yesə, ölümdən
qeyri bütün xəstəliklərdən şəfa tapar”.
2. “Əgər bir kişinin min dirhəm pulu olsa və o,
pulun hamısını verib şəkər alsa, o şəxs israf
etməyibdir”.
3. Qızdırma xəstəliyinə görə on dirhəm ağırlığında
şəkər götürüb ac qarına su ilə içginən”.
4. “Üç şey var ki, adamların çoxuna zərər verməz:
raziqi üzümü, qənd qamışı, bir də alma”.
5. “Qənd qamışı qəbzliyi açar, onda heç bir dərd
və ya təhlükə yoxdur”.
ġəkər çuğunduru. Imam Rza (ə) buyurub:
1.
“Sizə şəkər çuğundurunu tövsiyə edirəm. O
Firdövs Behiştində bir çayın kənarında bitir. Onda hər
dərdin dərmanı var. Əsəbi bərkidir, qanın hərarətini
söndürür və sümükləri qalınlaşdırır”.
2. “Xəstələrinizə çuğundur yedirdin ki, onda şəfa
var, amma heç bir dərd yoxdur. O xəstəyə yuxu bəxş
edir”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Şəkər çuğunduru
yeyən şəxs cüzamdan arxayın olar”.
246
Xörək duzu haqqında
Xörək duzu yeyinti məhsulu kimi həm şəxsi isteh-
lak üçün və həm də sənaye məqsədləri üçün geniş
miqyasda istifadə olunur. Xörək duzu müxtəlif yeyinti
məhsullarının konservləşdirilməsində bir konservant
kimi tətbiq olunur.
Dünyada duz ehtiyatı çoxdur. Okean sularında 38
trilyon ton natrium-xlor ehtiyatı vardır. Yer altındakı
daş duz ehtiyatı isə 34 trilyon tona qədərdir. Beləliklə,
insanlar milyon illər bundan sonra da duzla təmin
olunacaqlar.
Insan bədəninin təxminən 0,5 kq-ı natrium-xlorid
duzu təşkil edir. Bu duzun orqanizmdə çatışmamazlığı
nəticəsində həyati əhəmiyyəti olan bir sıra fizioloji
proseslər pozula bilər. Xörək duzu qana daxil olmaqla
bərabər orqanizmdə olan hüceyrə protoplazmalarında,
qanda, limfalarda osmotik təzyiqin yaranmasını təmin
edir. Bunun sayəsində qanın iştirakı ilə müxtəlif
toxumalardan maddələr mübadiləsi normal surətdə baş
verərək, hüceyrə və toxumaların həyat fəaliyyətini
mühafizə edir.
Insanın mədəsinin selikli qişa vəziləri xörək duzun-
dan mədə şirəsinə lazım olan duz turşusunu hazırlayır
ki, bu həzm prosesləri üçün çox əhəmiyyətli sayılır.
Insan orqanizmi hər gün müəyyən miqdarda
natrium-xlorid duzu qəbul etməlidir, çünki orqanizm-
dən müntəzəm olaraq natrium-xlorid xaric olunur.
Beləliklə, bütün fizioloji funksiyanın normallığını
təmin etmək üçün insan hər gün bütün yeməklərlə
birlikdə 10-15 q xörək duzu qəbul etməlidir. Lakin
247
müasir təbabət gündə 7-8 qramdan çox duz qəbul
etməyi məsləhət görmür. Xüsusən yaşlılar və qan-
damar xəstəliklərindən əziyyət çəkənlər duz istehlakını
azaltmalıdırlar.
Xörək duzu təbiətdə 2 tipdə olur:
1.
Mədən duzu – bərk kristallı mineraldan ibarət
olub, yer altında böyük yataq şəklində olur. Bu növ du-
za mineralogiyada qalit adı verilir. Yeyinti sənayesində
və ticarətdə belə duza Daş duz deyilir.
2.
ġora – yalnız suda həll olmuş halda göllərdə,
dənizdə, hövzələrdə olur. Bunun alınma üsulları
müxtəlifdir.
Duz yataqlarının xarakterindən və duzun alınması
texnologiyasından asılı olaraq xörək duzu aşağıdakı
növlərə ayrılır:
1. Daş duz. Bu duzu yeraltı duz yataqlarından iri
parça halında çıxarıb duz dəyirmanlarında xırdalayır-
lar. Naxçıvan MR-da daş duz yataqları vardır.
2. Çökdürülmüş duz və ya hövzə duzu. Bu duzu
süni surətdə düzəlmiş hövzələrdə, dəniz suyunu
buxarlandırıb çökdürməklə əldə edirlər.
3.
Şoran duzu və ya göl duzu. Bu duzu duzlu göl-
lərin dibindən çıxarırlar. Abşeronda şoran duz yutaq-
ları vardır. Masazır gölü ən böyük şoran duz mənbə-
yidir.
4.
Buxarlandırılmış duz. Bu duzu yer altından çı-
xarılmış duzlu suyun buxarlandırılması nəticəsində
əldə edirlər.
5.
Yodlaşdırılmış duz. Bu duzu adi xörək duzuna
kalium-yodat duzu qatmaqla hazırlayırlar.
Azersun Holding” şirkətlər qrupunun tərkibində
fəaliyyət göstərən “Azərbaycan Duz Istehsalat
248
Birliyi” QSC müasir avadanlıqların köməyi ilə dünya
standartlarına cavab verən texnologiyanı tətbiq etməklə
yüksək keyfiyyətli duz istehsalını təşkil etmişdir.
Masazır gölündəki şoran duzunun analizləri
göstərmişdir ki, bu duz tərkibinə görə MDB-nin digər
bölgələrindəki şoran duzlardan çox az fərqlənir.
Zavodda müxtəlif çeşiddə xörək və süfrə duzu
istehsal olunur.
Duz haqqında “Qurani-Kərim”-də heç bir
buyuruq yoxdur. Lakin Peyğəmbərimizin (s.ə.v.) və
imamların hədislərində duz və duzun istifadəsi
haqqında bir neçə kəlamlara rast gəlmək olur.
Xörək duzu haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) Əliyə (ə) etdiyi vəsiyyətlə-
rində buyurur:
1. “Ya Əli, duz ilə yeməyə başla, duz ilə də qurtar.
Duzda yeddi xəstəliyə şəfa var: dəlilik, cüzam, alalıq,
boğaz ağrısı, diş ağrısı, qarın ağrısı”.
2. “Kim yeməkdən qabaq və yeməkdən sonra duz
yesə, Allah-Təala ondan üç yüz otuz növ bəlanı
uzaqlaşdırar. Belə ki, onların ən yüngülü cüzam olar”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs təamın
əvvəlinci loxmasına duz səpsə, üzündə olan çillər
gedər”.
Imam Rza (ə) öz səhabələrindən soruşdu ki, hansı
“çörək qatığı” yaxşıdır? Onların bəzisi dedi: - ət, bəzisi
dedi: - zeytun yağı. Sonra o Cənab (ə) buyurdu: “Yox,
o duzdur. Bir dəfə biz gəzməyə çıxmışdıq, qulam
yaddan çıxarıb duz götürməmişdi. Təam yeyəndə heç
bir şey duzu əvəz etmədi”.
249
Sirkə haqqında
Yeyinti turşularına sirkə, limon, süd, alma və digər
turşular aiddir.
Limon turĢusu - limon və yabanı nar şirəsindən,
eləcə də tənbəki yarpaqlarından, şəkər məhlulunu
xüsusi göbələklərlə ( Asperiglies niger) qıcqırtmaqla
alınır. Pərakəndə satış üçün limon turşusu 10-20 qr
kütlədə karton qutucuqlarda və sellofan paketlərdə
qablaşdırılır. Yeyinti sənayesində, spirtsiz içkilərin,
şirniyyat məmulatının, kompotların istehsalında və
kulinariyada istifadə olunur.
Sirkə turĢusu – asetat turşusunun (CH
3
COOH)
zəifləşdirilmiş 3-10%-li məhlulundan ibarətdir. Sirkə
turşusunu qədimdən tərkibində şəkər olan meyvə və
giləmeyvə şirələrinin sirkə turşusuna qıcqırdılması
( Mycaderma aceti bakteriyalarının iştirakı ilə bioloji
üsulla
) yolu ilə əldə ediblər. Lakin müasir dövrdə sirkə
digər üsullarla da (Ağacın quru distilləsi və sintetik
üsulla asetilendən) alınır. Yeyinti məqsədləri üçün
əsasən bioloji üsulla alınmış sirkədən istifadə edilir.
Hazırlandığı xammaldan asılı olaraq sirkə müxtəlif
adlarda – üzüm sirkəsi, alma sirkəsi, tut sirkəsi, bal
sirkəsi və s. adlarda satışa buraxılır. Sirkəni pərakəndə
satış üçün 0,1; 0,25 və 0,5 litr tutumlu şüşə butulkalara,
istehsalata göndərmək üçün 15; 25 və 60 litr tutumlu
balonlara doldururlar.
Ağacın quru destilləsindən sirkə cövhərini 70-
80%-li olmaqla 40; 60 və 100 ml tutumlu şüşələrdə
satışa verirlər. Sirkəni quru və sərin yerdə saxlamaq
lazımdır.
250
“Qurani –Kərim”-də buyurulur:
“Siz xurma ağaclarının meyvəsindən və üzüm-
lərdən Ģərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mö-
vüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. ġüb-
həsiz ki, bunda da ağılla düĢünənlər üçün bir ibrət
vardır.” (ən – Nəhl, 16/67).
Göründüyü kimi bu ayədə meyvələrdən alınan
qidalı məhsullarla yanaşı, sirkədən də söhbət gedir.
Sirkə haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Hər kəs sirkə yesə, onun başı üstündə bir
mələk durar və o, yeyib qurtarana qədər onun üçün
istiğfar edər”.
2. “Nə yaxşı çörək qatığıdır sirkə? Sirkə olan ev
kasıb deyil”.
3. “Nə yaxşı çörək qatığıdır sirkə! Ey Allahım,
sirkəni bizə mübarək elə. O məndən qabaqkı
peyğəmbərlərin də çörək qatığı olub”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Sizə tövsiyə
edirəm sirkəni. O sizin daxilinizdə olan bütün canlıları
(qurdları) qətlə yetirər”.
251
YE MƏ K VƏ I Ç M Ə K Q A YD AL A RI
Məlumdur ki, insanın həyatı və səhhəti bilavasitə
onun təmiz və pak olması ilə əlaqədardır. Təsadüfi
deyil ki, bütün şəriət kitabları təharət bəhsi ilə başlanır.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Din özü paklıq
üzərində qurulub”.
Çünki o pak bir mənbədən, ilahi bir çeşmədən öz
başlanğıcını götürüb. O çeşmə münəzzəh və pakizədir.
Peyğəmbər (s.ə.v.) buyurub: “Allah-təala özü pakdır,
pak olmağı da xoşlayır”. Odur ki, insanın bədəni və əli
nə qədər təmiz və pak olsa da, yeməkdən qabaq əlləri
yumaq lazımdır, bunun böyük fəziləti vardır. Rəsuli-
Əkrəm (s.ə.v.) buyurub ki, hər kəs xeyir və bərəkətini
artırmaq istəyirsə, yeməkdən qabaq əllərini yusun.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Yeməkdən qabaq
dəstəmaz almaq fəqirliyi aparar, yeməkdən sonra
dəstəmaz almaq qəm-qüssəni aparar və gözə sihhət
verər”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs təamdan
qabaq əllərini yuyub dəsmal ilə silməsə, əlində rütubət
qaldığı müddətdə o təamın bərəkəti getməz”.
Böyük din rəhbərlərimizdən bizə yetişən bu
xəbərlərə müvafiq olaraq, bizim yerlərdə qabaqkı dövr-
lərdə hər məclisdə “əl suyu” verilərdi. Bundan ötrü
xüsusi yaraşığı olan bədii zövqlə bürüncdən qayrılmış
“aftafa-ləyən” olardı, süfrənin əvvəlində və axırında
məclisi idarə edən “xəlifə” həmin “aftafa-ləyən” ilə
məclis əhlinin qabağına gəlib, onların əlinə su tökərdi,
sonra qolu üstə gəzdirdiyi dəsmalı onlara təqdim
edərdi. Bu “əlyuma” mərasimi məclisə xüsusi bir
252
rövnəq verərdi. Təəssüf ki, bu gözəl adət sonralar
aramızdan götürüldü. Müasir cavanlar indi o “aftafa-
ləyən”-i bəlkə muzeylərdə görə bilərlər.
Bizim keçmiş zamandakı məclislərin qaydası belə
idi. Hər məclisdə yeməkdən qabaq əllər yuyulub pak
və təmiz olurdu; ona görə də aş və plov kimi xörəkləri
qaşıqla yox, əl ilə yeyərdilər. Bu adət Peyğəmbərimiz
(s.ə.v.) cənablarından bizə gələn miras idi. O Cənab
(s.ə.v.) buyurub ki, yeməkdən sonra barmaqlarınızı
yalayın, ondan sonra yuyun və ya dəsmalla silin.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Mən təvazökar bəndəyəm, qullar ilə birlikdə yer-
də oturub təam yeyirəm, barmaqlarımı da yalayıram”.
2. “Məclisin əvvəlində gərək mənzil sahibi əvvəlcə
əlini yusun, məclisin axırında isə mənzil sahibi əlini ən
axırda yusun. Çünki o, ev sahibidir, əli batıq halda məc-
lisin axırına qədər durub gözləyə bilər, amma qonaqları
əli batıq halda intizarda qoymaq ədəbsizlik olar”.
Rəvayət edirlər ki, o Cənab (s.ə.v.) süfrənin axırın-
da əlini yuyub, üzünə və başına çəkərdi, sonra dəs-
malla qurulayardı və bu duanı oxuyardı: “Əllahum-
məcəlni mimmən la yərhəqü vücuhühum qətərün və la
zillə”. Yəni: “Ay Allahım, məni o kəslər cümləsindən
qərar ver ki, onların üzünə simiclik və zillət gəlməz”.
3. “Hər kəs öz evində xeyir-bərəkəti artırmaq
istəyirsə, təam başlayan vaxtda və təam qurtarandan
sonra əlini yusun. Hər kəs buna riayət etsə, həmişə
firavan yaşayar və bədənində heç bir naxoşluq olmaz”.
4. “Yeməkdən sonra əlinizi yuyub, onda qalan
rütubətlə gözlərinizə məsh edin ki, göz ağrısından
əmanda olasınız”.
Həzrəti Əlidən (ə) rəvayət olunur ki, buyurdu:
253
1. “Təam yeməyə başlayanda Allah-Təalaya zikr
elə ki, o təam Allahın nemətlərindən biridir. Ondan
ötrü şükr etmək lazımdır”.
2. “Təam yeyəndə qullar kimi yerdə oturub ye,
ayaqlarını bir-birinin üstünə aşırma və dizi üstə
oturma. O cür oturmaqdan Allahın xoşu gəlmir və
adam üçün günahdır”.
Imam Cəfər Sadiq (ə) buyurub ki, süfrə üstə olan
müddəti uzadın, çünki o müddət sizin ömrünüzdən
hesab olunmayır.
Imam Həsən (ə) buyurub ki, süfrəyə aid on iki xis-
lət var. Hər müsəlmana vacibdir ki, onları bilsin. On-
ların dördü vacib, dördü müstəhəb, dördü isə ədəbdir.
Vacib olan şeylər bunlardır: 1) mərifət, yəni Allahı
öz sifətlərilə tanımaq; 2) riza, yəni Allahdan gələn hər
bir şeyi razılıqla qəbul etmək; 3) təsmiyə, yəni
“Bismillahir-rəhmanir-rəhim” demək; 4) şükr etmək.
Müstəhəb olan şeylər bunlardır: 1) yeməkdən qa-
baq əli yumaq, boynunda cənabət qüslü olan adama bu
iş daha təkidlə lazımdır; 2) yemək zamanı bədənin
ağırlığını sol tərəfə salmaq; 3) təamı üç barmaqla gö-
türüb yemək; 4) yeyib qurtarandan sonra barmaqları
yalamaq.
Ədəbə aid olan şeylər isə bunlardır: 1) təamın sənə
tərəf çevrilmiş yerindən yeyəsən; 2) loxmaları kiçik-
kiçik edəsən; 3) təamı yaxşı-yaxşı çeynəyəsən; 4)
süfrədə oturan adamların üzünə az baxasan.
Əmir Ibni Qeys nəql edir ki, Mədinədə Imam
Muhəmməd Baqir (ə) mənzilinə varid oldum. Gördüm
ki, o Cənabın qabağında süfrə var, təam tənavül edir.
Soruşdum ki, bu süfrənin həddi (həqqi) nədir? O
Cənab (ə) buyurdu: “Süfrəni salanda “Bismillah” de,
254
qurtaranda “Əlhəmdülillah” de, yeyəndə isə təamın
kənarlarından götürüb ye. Bunlar süfrənin həddidir”.
Imam Cəfər Sadiq (ə) sol əl ilə yeməyi və içməyi
məkruh hesab edərdi.
Rəsuli-Əkrəm (s.ə.v.) Həzrəti Əli (ə) cənablarına
buyurur: “Ya Əli, yeməyə duz ilə başla, qurtaranda da
duz ilə qurtar. Çünki duzda yetmiş dərdin şəfası var.
Onlardan bəzisi bu xəstəliklərdir: dəlilik, cüzam,
alalıq, boğaz ağrısı, diş ağrısı, qarın ağrısı”.
“Tibbül-əimmə” kitabında Imam Cəfər Sadiqdən
(ə) nəql edilir ki, o Cənab (ə) buyurub: “Imkan olan
halda yol gedə-gedə yemə”.
Rəvayət edirlər ki, o Cənabı söykənmiş halda təam
yeyən görməyiblər. O Cənab (ə) özü də buyurub ki,
Rəsuli-Əkrəm (s.ə.v.) cənabları vəfat gününə qədər
söykənmiş halda heç bir şey yeməzdi.
Həzrəti Əli (ə) buyurub:
1. “Süfrədən qayıdan bütün şeylər, onunla şəfa
tapmaq istəyən kəslər üçün şəfadır”.
2. “Təama üfürmək, onun bərəkətini aparar”.
Bu üfürmək ya təam soyutmaq üçün, ya da başqa
məqsəd üçün ola bilər. Hər məqsədlə olsa da, bu iş
məsləhət deyil.
Bir dəfə Rəsuli-Əkrəm (s.ə.v.) hüzuruna çox isti,
qaynar təam gətirdilər. O Həzrət (s.ə.v.) buyurdu:
“Qoyun qalsın, soyusun, bərəkət soyuqdadır, isti şey
bərəkətsiz olar”.
Əmirül-möminin Əli (ə) buyurub:
1. “Hər kəs öz kasasını yalasa, mələklər ona
sələvat göndərər və onun ruzisinin bol olması üçün dua
edərlər, onun üçün əlavə səvablar yazılar”.
2. “Hər kəs təmiz və pakizə təam yesə, təamı
255
yaxşı-yaxşı çeynəsə, meyli və iştahası olan halda təamı
tərk etsə və mədəsini boşaltmaq lazım olan vaxtda ona
mane olmasa, ölüm xəstəliyi gəlməyincə heç vaxt
xəstələnməz”.
Imam Cəfər Sadiq (ə) zəmanə imamı olmaqla
bərabər, həm də bütün dünya elmlərinə vaqif bir alim
və bir haziq təbib idi. O Cənab (ə) buyurub:
1. “Yaşlı qoca gərək qarnı təam ilə dolu olarsa
yatmasın. Bu, onun yuxusu üçün yaxşıdır, həm də
ağzının qoxusunu yaxşılaşdırır”.
2. “Əgər sizi təama dəvət ediblərsə, məbadə öz
oğlunuzu da aparasınız. Əgər belə etsəniz, həram
yemiş olarsınız və özünüzə günah qazanarsınız”.
3. “Tox qarına yemək, alalıq xəstəliyinə səbəb
olar”.
4. “Çox yemək məkruhdur”.
5. “Hər kəs dəvət olunmadan bir təam yesə, elə bil
ki, bir parça od yeyib”.
Imam Rza (ə) buyurub: “Yeməkdən sonra arxası
üstə uzanıb, sağ ayağı sol ayağın üstünə qoy”.
Fəzl Ibni Yusif adlı bir şəxs nəql edir ki, bir gün
evin xadimi xəbər verdi ki, qapıda bir nəfər durub,
səninlə görüşmək istəyir. Adı Musa Ibni Cəfərdir.
Dedim, ey ğulam, əgər o mənim nəzərimdə olan şəxs
olsa, səni azad edərəm. Özüm qapıya getdim.
Həqiqətən. Onun Imam Musa Kazım (ə) olduğunu
gördüm. Dedim, ey mənim ağam, buyur. Sonra ona
evin yuxarı başında yer göstərdim. O Cənab (ə)
buyurdu: - Ey Fəzl, evin yuxarı başında oturmağa ev
sahibi daha çox layiqdir. Lakin Bəni Haşim nəslindən
orada bir kəs olarsa, evin yuxarı başı ona məxsusdur.
Sonra ərz elədim ki, sənə qurban olum, bizim üçün
256
təam hazırlanıb, izn versən gətirərəm. O Cənab (ə)
buyurdu: - Xəlq bunu “gözlənməz” (nağafil) təam
adlandırırlar, lakin mən onda bir kərahət görmürəm.
Sonra əmr etdim, ğulam əl yumaq üçün teşt
gətirdi. O Cənab (ə) teştə yaxınlaşıb buyurdu: - Həmd
olsun o Allaha ki, hər şey üçün hədd qoyub. Dedim: -
Sənə fəda olum, bunun həddi nədir? Buyurdu: - Bunun
həddi odur ki, əvvəlcə ev sahibi başlayıb əlini yusun
ki, qonaqlarda fərəh və xoşhallıq yaransın.
Sonra o Cənab (ə) “Bismillah” deyib əlini yudu.
Teşti qaldıranda “Əlhəmdülillah” deyib süfrəyə gəldi.
Dedim: - Sənə qurban olum, bu süfrənin həddi nədir?
Buyurdu: - Bunun həddi odur ki, başlayanda “Bismil-
lah”, qurtaranda “Əlhəmdülillah” deyəsən.
Süfrədən sonra ğulam diş qurdalamaq üçün çöp
gətirdi. Soruşdum: - Mənim ağam, bəs bunun həddi
nədir? Buyurdu: - Bunun həddi odur ki, çöpün ucunu
sındırasan ki, dişin ətini yaralayıb qanatmasın.
Sonra ğulam bir qabda şərbət gətirdi. Soruşdum ki,
bunun həddi nədir? Buyurdu: - Bunun həddi odur ki,
qabın qulpu olan yerdən və ya qabda sınıq yer varsa, o
yerdən içməyəsən. Çünki o yer şeytanların yığılıb otu-
ran yeridir. Bir həddi də odur ki, başlayanda “Bismil-
lah”, qurtaranda “Əlhəmdülillah” deyəsən. Sonra o
Cənab (ə) buyurdu: - Ey Fəzl, süfrənin axırında süfrə
əhli əllərini yuyandan sonra ev sahibi ən axırda öz əlini
yumalıdır. Süfrənin ədəb qaydası belədir.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:
1. “Bazarda yemək alçaqlıqdır”.
Bir nəfər o Həzrətdən (s.ə.v.) soruşdu: - Ya
Rəsuləllah (s.ə.v.), biz bazarda yeyirik, amma doyunca
yox, buna necə baxırsız? O Həzrət (s.ə.v.) buyurdu:
257
“Görünür ki, siz təamı bir dəfədə yox, müxtəlif
vaxtlarda hissə-hissə yeyirsiniz. Onları bir yerə yığıb,
Allahın adını zikr edərək yeyin ki, bərəkətli olsun”.
2. “Süfrədə oturan şəxs gərək təamı öz qabağından
götürüb yeyin. Məclisdə süfrə əhlinə ümumi qabda
təam qoyularsa, başqalarının qabağından bir şey
götürüb yeməsin. Həmçinin, qoyulmuş təamın ortasın-
dan götürməsin. Əgər şəxs yeyib doysa, yenə də əlini
süfrədən çəkməsin ki, hələ doymamış süfrə yoldaşları
xəcalət çəkməsinlər, yeyib doysunlar. Belə hallarda
şəxs gərək özünü məşğul edib, süfrədən çəkilməsin”.
Səhabələrdən biri nəql edir ki, bir dəfə yeməkdən
sonra Peyğəmbər (s.ə.s) cənabları hüzurunda gəyirdim.
O Cənab (s.ə.v.) buyurdu:
3. “Gəyirməyini dayandır, adamların çoxu
dünyada tox olur, Qiyamət günündə isə aclıqları uzun
müddət çəkir”.
4. “Hikmət nuru – aclıqda, Allahdan uzaq olmaq –
toxluqda, Allaha yaxın olmaq- miskinləri sevməkdə və
onlara yaxın olmaqdadır”.
5. “Çox yeyib-içməklə qəlblərinizi öldürməyin,
çünki qəlblər də nəbatat kimidir, çox su içdikdə
ölürlər”.
6. “Çox yeməyin ki, mərifət nuru sizin qəlbinizdə
sönməsin. Hər kəs təamı yüngül etmək (əritmək) üçün
namaz qılıb yatsa, Cənnətin huriləri onun yanında
yatar”.
Rəsuli-Əkrəm (s.ə.v.) cənablarından xəbər aldılar
ki, hansı kəslərdən Cəhənnəmə gedən çox olar?
Buyurdu: “Içi boş olan iki şey: qarın, bir də qadın
tənasül üzvü”.
Başqa təbirlə desək belə olar: “Qarınqulular, bir də
258
cinsi əlaqə hərisləri”.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Hər kəs həlal
yesə, onun başı üstə bir mələk durar və yeyib qurtarana
qədər onun üçün istiğfar edər. Amma bəndənin
mədəsində həram şey olsa, o loxma onun mədəsində
olduğu müddətdə asimanın və yerin mələkləri ona
lənət edərlər. Allah-təala ona nəzər salmaz. Əgər bəndə
həram bir loxma yeyibsə, tövbə etməmiş ölsə,
Cəhənnəmə layiq olar”.
Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Qızıl və gümüş qabdan su içmək və təam
yemək olmaz”.
2. “Gümüşdən hazırlanmış və ya üzünə gümüş
çəkilmiş qabdan su içmək məkruhdur. Hətta, əgər bu
cür qabdan qeyri bir qab olmasa, su içəndə ağzınızı
gümüş çəkilməmiş yerə qoyun”.
Imam Cəfər Sadiqdən (ə) soruşdular ki, su içəndə
birnəfəsə içmək olarmı? Buyurdu:
3.
“çox şiddətli hərarətiniz olsa, birnəfəsə içə
bilərsiniz. Lakin üçnəfəsə içmək, birnəfəsə içməkdən
əfzəldir”. Sonra o Cənab (ə) əlavə etdi:
4.
“Özünüzü dəvəyə oxşatmayın”. Dəvə birnəfəsə
doyana qədər su içir, həm də suyu böyük cürələrlə
qəbul edir və zərbə ilə onun mədəsinə tökülür. Bu cür
su içmək insan üçün zərərlidir.
Rəsuli-Əkrəm (s.ə.v.) suyu üçnəfəsə içərdi. Hər
nəfəsin əvvəlində “Bismillah”, axırında “Əlhəmdülil-
lah” buyurardı. O Cənab (s.ə.v.) ayaq üstə su içməkdən
nəhy edib. Yemək barəsində soruşanda, o Cənab
(s.ə.v.) buyurdu ki, ayaq üstə yemək, ayaq üstə su
içməkdən də pisdir.
Imam Cəfər Sadiqdən (ə) suyun dadını soruşdular.
259
O Cənab (ə) buyurdu: “Suyun dadı, həyatın dadı kimi-
dir”.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, haçan sizin su
və ya xörək qabına milçək düşsə, onu tamamilə o suya
və ya xörəyə batırın, sonra çıxarıb atın. Çünki onun bir
qanadında xəstəlik, o biri qanadında şifa var. O həmişə
xəstəlik olan qanadını suya və ya təama vurur. Onu
orada tamamilə çimdirin ki, şifa olan qanadı o xəstəliyi
aparsın.
Dostları ilə paylaş: |