Çörək haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurdu: “Ay Allah, çörəyi
bizə mübarək elə, onu bizdən ayırma. Əgər çörək
olmasa, namaz qılmarıq, oruc tutmarıq, Allahın vacib
etdiyi əməlləri yerinə yetirə bilmərik”.
Rəsuli-Əkrəm (s.ə.v.) cənabları həmişə arpa çörəyi
yeyərdi. O Cənab (s.ə.v.) mübarək əli ilə çörəyi tutub
kəsərdı, bıçaqla kəsməzdi. Sonra yenə əli ilə xırda
tikələrə doğrayıb, üç barmağı ilə öz mübarək ağzına
qoyardı və yaxşı-yaxşı çeynəyərdi. O Həzrət (s.ə.v.)
heç vaxt çörəyi dişləməzdi, çünki bu iş ədəbli şəxsə
yaraşmaz.
Həzrəti Əli (ə) buyurub: “Çörəyə hörmət edin.
Allah-təala onu asimanın bərəkətlərindən bizə nazil
edib, yerin bərəkətlərindən göyərdib”.
Soruşdular ki, ona necə hörmət edək? Buyurdu:
“Onu bıçaqla kəsməyin və ayaq altında tapdalamayın”.
Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Bədən çörək üzərində qurulub”.
2. “Əgər arpadan artıq başqa bir şey də şəfa
olsaydı, Allah-təala onu peyğəmbərlər üçün qida qərar
verməzdi”.
3. “Rəsuli-Əkrəm (s.ə.v.) cənablarının yediyi –
arpa çörəyi, şirnisi – təmr (xurma), çörək qatığısı –
186
zeytun yağı idi”.
Imam Rza (ə) buyurub: “Arpa çörəyinin buğda
çörəyinə nisbət fəziləti, biz Əhli-Beytin başqa kəslərə
nisbətən fəziləti kimidir”.
Bütün peyğəmbərlər arpa çörəyi yeyiblər və onu
bərəkətli hesab ediblər. Odur ki, ona “Qutül-ənbiya”
deyirlər, yəni “Peyğəmbərlər qidası”.
Həqiqətən, insanın əsas qidası çörəkdir və heç bir
şey onu əvəz edə bilmir. Görünür, bu da babamız
Adəmin işi ilə əlaqədardır.
Məlum olur ki, arpada həm qüvvət, həm də şəfa var.
Səviq (qovut). Qovrulmuş buğdanı əzib narın un
halına salandan sonra onu doşab və ya bal ilə isladıb
halvaya bənzər bir kütlə əmələ gətirirlər ki, ərəblər ona
səviq deyirlər. Bizlərdə keçmiş vaxtlarda ona qovut
deyirdilər. Indi isə bizim millətə xas olan bir çox şeylər
kimi, bu da dəbdən düşübdür.
Səviq çox qüvvətli bir təamdır. Bir nəfər Imam
Cəfər Sadiqin (ə) hüzuruna gəlib ərz edir ki, uşaq xəstə
və zəif olduğu üçün gəzməyə taqəti yoxdur. O Cənab
(ə) buyurur ki, ona səviq verin. Səviq – sümüyü
bərkidir və ət bitirir.
Həzrəti Əli (ə) buyurub:
1. “Oruc tutan şəxsin obaşdanlığı üçün ən fəzilətli
təam xurma ilə səviqdir”.
2. “Uşaqlarınıza kiçik yaşlarında səviq içirdin ki,
o, bədəndə ət bitirir və sümüyü bərkidir”.
3. “Hər kəs qırx gün səviq içsə, topuğu qüvvətlə
dolar”.
Səviq və ya qovut bəzən quru halda, bal və ya
doşab qatılmadan, bəzən də duru xəşil halında uşaqlara
içirtmək üçün hazırlanır
187
Q U R A N M E Y V Ə L Ə R Ġ
Meyvə-tərəvəzlər insan qidası üçün qədimdən isti-
fadə olunan qidalı məhsullardır. Meyvə-tərəvəzlər mi-
nerallı maddələrin və vitaminlərin mənbəyidir. Meyvə-
tərəvəzlər mədə-bağırsaq sistemində qidanın hərəkətini
nizamlayır, qidanın həzminə və mənimsənilməsinə
müsbət təsir edir.
Tərəvəzlərdə 5-15%, meyvələrdə isə 10-20%
(Ərəbistan xurmasında 62%) karbohidrat vardır. Mey-
və-tərəvəzlərdə, demək olar ki, bütün vitaminlər vardır.
“Qurani Kərim” – də bir sıra meyvə – tərəvəz və
bitki adlarına rast gəlmək olur. Bəzi ayələrdə onların
ilahi möcüzə olaraq göndərildiyindən, bəzilərində isə
əhəmiyyətindən söz açılır. Bəzi alimlərin meyvə –
tərəvəz və bitkilər adı çəkilən ayələri nəzərə alaraq
verdikləri
açıqlamalarda
yanlış
olaraq məqsəd
bağbanlıq sənətini insanlara aşılamağın vacib olduğunu
qeyd etmişlər, amma bu da “Qurani Kərim” – in ali
hədəflərinə tamamilə yaddır.
“Qurani-Kərim”-in 18 surəsinin 37 ayəsində
meyvə
və
tərəvəz
haqqında
Allah
kəlamları
buyrulmuşdur.
İslam dini meyvə, tərəvəz, bitki mənşəli yeməklərə
elə bir məhdudiyyət qoymur. Yalnız araq çəkilən və
şərab hazırlanan bitkilər müstəsnalıq təşkil edir.
Bunlara üzüm, xurma, arpa və qıcqırmaya məruz qalan
digər bitkilər aiddir.
“Qurani Kərim” – in ayələrində ən çox xurma,
zeytun, üzüm, nar, banan, sarımsaq, soğan,
mərcimək və xiyar haqqında buyuruqlar vardır.
188
“Qurani-Kərim”-də meyvə və tərəvəz haqqında
ayələr
Sıra
sayı
Surənin
nömrəsi
Surənin adı
Ayələrin nömrəsi
1
2
əl- Bəqərə
61
2
6
əl-Ənam
95, 99, 141
3
10
Yunus
24, 59
4
12
Yusif
49
5
13
ər-Rəd
4
6
16
ən- Nəhl
11, 67
7
19
Məryəm
23, 24, 25, 26
8
23
əl-Muminun
19
9
24
ən-Nur
35
10
36
Yasin
34, 35,57
11
43
əz- Zuxruf
72, 73
12
50
Qaf
10
13
55
ər-Rəhman
68
14
56
əl-Vaqiə
20, 29, 32, 33
15
69
əl-Haqqə
23
16
78
ən-Nəbə
32
17
80
Əbəsə
24, 27-32
18
95
ət-Tin
1
“Qurani Kərim”-də yağışın enməsi nəticəsində
toxumun torpaqdan cücərməsi və müxtəlif dənli
bitkilərin, meyvə və tərəvəzin yetişməsi haqqında
ayələr vardır.
“ġübhəsiz ki, toxumu da, çərdəyi də cücərib
çatladan, ölüdən diri, diridən də ölü çıxardan (ölü
yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta
yaradan) Allahdır. Budur Allah! Axı siz Ondan nə
cür üz döndərirsiniz?” (əl-Ənam, 6/95).
189
“Göydən su (yağış) endirən odur. Biz onunla
hər
bir bitkini yetiĢdiririk, yaĢıl fidanlar
göyərdirik, onlardan bir-birinə sarmaĢmıĢ (sünbül
olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından,
onun tumurcuğundan bir-birinə sarmaĢmıĢ salxım-
lar yetiĢdiririk. (Biz həmçinin) üzüm bağları, bir-bi-
rinə bənzəyən və bənzəməyən zeytun və nar
yetiĢdirdik. (Onlardan hər birinin) yetiĢdiyi vaxt
meyvəsinə və onun yetiĢməsinə baxın. ġübhəsiz ki,
bunda (Allahın öz qüdrəti ilə yaratdığı bu şeylərdə)
iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını
sübut edən) dəlillər vardır” (əl-Ənam, 6/ 99).
“Ġnsan hələ bir yeməyinə baxsın! (Görsün ki,
ona necə ruzi veririk). Həqiqətən, Biz yağıĢı bol
yağdırdıq. Sonra yeri yardıq. Belə ki, orada dən
(dənli bitkilər) göyərtdik; üzüm və yonca; zeytun və
xurma bağları; (Ağacları bir-birinə) sarmaĢan bağ-
çalar; (növbənöv) meyvələr və ot (ələf) yetiĢdirdik.
(bütün bunlar) sizin və heyvanlarınızın istifadəsi
üçündür!” (Əbəsə, 80/24-32).
“Sonra sizin üçün onunla (o su ilə) xurma və
üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox
meyvələr vardır ki, onlardan yeyirsiniz.” (əl-
Muminun, 23/19).
“Biz orada xurma və üzüm bağları əmələ gəti-
rir bulaqlar qaynadırıq ki, ... Onların meyvələrin-
dən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmə-
diklərindən) yesinlər. Hələ də Ģükür etməzlər?”
(Yasin, 36/34,35)
“Orada onlar üçün (hər cür) meyvə və
istədikləri hər Ģey vardır” (Yasin, 36/57).
Zeytun, əncir, xurma və üzüm islamda müqəddəs
190
hesab edilir.
“Həm də tumurcuqları (salxım-salxım) bir-
birinin üstünə düzülmüĢ, hündür xurma ağacları
(bitirdik).” (Qaf, 50/10).
“(Qurumuş) xurma ağacını özünə tərəf silkələ,
üstünə təzə yetiĢmiĢ (xurma) tökülsün!” (Məryəm,
19/25).
Bu ayələrlə yanaşı, “ət – Tin” surəsinin ilk ayə-
sində əncir və zeytuna and içilərək insanların diqqəti
onların faydalarına yönəldilir.
“And olsun əncirə və zeytuna.” (ət-Tin, 95/1).
Bu həmin meyvələrin yüksək qədir – qiymətindən
irəli gəlir.
“...(O cavan xidmətçilər Cənnətdə olanların)
bəyənib seçdikləri meyvələr”. “Salxım – salxım
sallanmıĢ möüz (banan) ağacları altında; Çəkilmə-
yən (daimi) kölgəliklərdə; Axar su kənarlarında;
Bol meyvələr. Tükənməz və qadağan edilməyən
(meyvələr) içində ...” (əl-Vaqiə, 56/20, 29-33).
Elə ayələr vardır ki, orada dünya meyvələrindən
bəziləri cənnətin vəsfində istifadə olunmuşdur.
“Orada (o iki cənnətdə) növbənöv meyvələr,
xurma və nar vardır.” (ər-Rəhman, 55/68).
“Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər
müqabilində varis olduğunuz Cənnətdir”. “Orada
sizin üçün bir çox meyvələr vardır, onlardan
yeyəcəksiniz!”(əz-Zuxruf, 43/72-73).
Meyvələr və ağaclar arasında ərəb cəmiyyətində
əsas tikinti materialı və ən başlıca qida məhsulu hesab
olunan xurmaya daha çox yer verilir.
“Yer üzündə bir – birinə yaxın (qonşu) qitələr
(münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər,
191
müxtəlif iqlimli torpaq səhələri) eyni su ilə sulanan
üzüm bağları, əkinlər, Ģaxəli – Ģaxəsiz xurma ağac-
ları vardır. Halbuki, Biz yemək baxımından onların
birini digərindən üstün tuturuq.” (ər-Rəd, 13/4).
“Xatırlayın ki, siz (müəyyən müddət səhrada
qalmalı olduğunuz zaman):” “Ya Musa! Biz (hər gün
yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin
ətindən olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə
dua et ki, bizim üçün torpağın bitirdiyi Ģeylərdən –
tərəvəzindən, sarımsağından, mərciməyindən və
soğanından yetirsin!” - dediniz. (əl – Bəqərə, 2/61).
“(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl,
bitki), zeytun, xurma, üzüm və bütün (başqa)
meyvələrdən yetiĢdirir. DüĢünüb daĢınanlar üçün
bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər
vardır!” (ən – Nəhl, 16/11).
Ayrı
– ayrı meyvələr haqqında verilən
məlumatlarla bərabər onlardan istifadə haqqında da
ayələr mövcuddur.
“Yer üzünə sərilmiĢ və sərilməmiĢ bağ – bağatı
(bostanları və bağları), dadları müxtəlif xurmanı və
taxılı, bir – birinə bənzəyən, həm də bənzəməyən
zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar
verdiyi zaman barından yeyin, yığım günü haqqını
(zəkatını və sədəqəsini) ödəyin, lakin israf etməyin.
Allah israf edənləri sevməz!” (əl – Ənam, 6/141).
Buradan görünür ki, meyvəsi bol olan şəxslər üçün
Allah Təbarəkə Təala onun zəkatının da verilməsini
insanlara göstərir.
Digər mövzular kimi meyvələrin növ və əhəmiy-
yətindən söz açmaqda məqsəd Allahın qüdrət və əzə-
mətini bəyan etmək, onun tükənməyən nemətləri
192
müqabilində şükrü yerinə yetirmək, onlardan səmərəli
istifadə
etmək,
hər
birinin quruluş, dad və
faydalarından ibrət almaqdır. Diqqət yetirmək lazımdır
ki, “Qurani Kərim” – də xurmanın meyvə və ağacından
istifadə olunması haqqında daha çox söz açılır.
“Daha sonra insanların bol yağıĢ (bərəkət) görə-
cəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm,
xurma və s. meyvələrin) Ģirəsini sıxacaqlar (onlardan
bol-bol istifadə edib bəhrələnəcəklər)”. (Yusuf, 12/49).
“Siz xurma ağaclarının meyvəsindən və
üzümlərdən Ģərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş,
mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz.
ġübhəsiz ki, bunda da ağılla düĢünənlər üçün bir
ibrət vardır.” (ən – Nəhl, 16/67).
Göründüyü kimi bu ayələrdə meyvələrdən alınan
qidalı məhsullarla yanaşı, şərabdan da söhbət gedir. Bir
daha qeyd olunmalıdır ki, təfsirlərdə bu ayənin içki ha-
ram edilməzdən əvvəl Məkkədə nazil olduğu göstərilir.
Peyğəmbərimiz (s.ə.v.) insanların qidalanmasında
meyvə və tərəvəzə xüsusi yer vermişdir. Bu xüsusda
Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur: “Süfrənizi
yaĢıl meyvə – tərəvəzlə doldurun”, “Üzərində
yaĢıllıq olmayan süfrə ağılsız Ģey kimidir.”
Qaynaqlarda göstərilir ki, Peyğəmbərimiz (s.ə.v.)
“Mərciməklə qabağı birlikdə biĢirib yeməyi sevər-
di”, “Qarpızı təzə xurma ilə yeyərdi”, “Üzümlə
qarpızı sevərdi.”
Rəvayətə görə Peyğəmbərimiz (s.ə.v.) belə buyur-
muşdu: “Əgər cənnətdən gələn bir meyvə olduğunu
söyləsə idim, bunun əncir olduğunu söylərdim.
Çünki cənnət meyvələrinin çəyirdəyi olmaz”.
“Üzüm yeyin yorğunluğu çıxarır. Sinirləri qüvvət-
193
ləndirir. Bir kimsə gündə 21 ədəd quru üzüm yeyər-
sə vücudunda xoĢlanmayan bir Ģeyə rastlaĢmaz.”
Alma yemək mədəni ətirli edər.
Heyva zərif ürəyə qüvvət verər, mədəni ətirlən-
dirər, huşu iti edər və övladı gözəlləşdirər. Hamilə qa-
dınlara heyva verin ki, övladlarınız gözəl olsun.
Cənnət meyvəsi - xurma
“Qurani-Kərim”-də və hədislərdə ən çox adı
çəkilən meyvələrdən biri də xurmadır. Xurma Qurani-
Kərim-in bir çox ayələrində vəsf olunur.
“Göydən su (yağış) endirən Odur. Biz onunla
hər bitkini yetiĢdirdik, yaĢıl fidanlar göyərtdik,
onlardan bir-birinə sarmaĢmıĢ (sünbül olmuş) də-
nələr çıxartdıq. Biz xurma ağacından, onun tumur-
cuğundan bir-birinə sarmaĢıq salxımlar yetiĢ-
dirdik… “. (əl-Ənam, 6/99).
Mütəxəssislərin fikrincə, xurma Fars körfəzindən
gətirilmişdir. Hələ eramızdan əvvəl Nil və Dəclə
çayları arasında yetişdirilmiş və insanlar tərəfindən
geniş istifadə olunmuşdur. Tarixi mənbələrin yazdığına
görə, hətta Daş dövründə Hindistanın şimalında xurma
ağacının bir neçə növü mövcud olub. Ərəbistanın
qərbində isə xurmanın yetişməsi ilk dəfə eramızdan
4000 il əvvələ aid olunur. Bədəvi həyat tərzi sürən
əhali xurmaya xüsusi əhəmiyyət verər və onu
yeməklərinin əsas hissəsi sayardılar. Sonralar calaq
vasitəsilə xurmanın müxtəlif növləri alınır və ərəblər
Ispaniyanı fəth etdikdən sonra onu özləri ilə aparırlar.
Indinin özündə xurmanın 300 növünə rast gəlmək olur.
194
Xurmanın yetiĢmə mərhələləri
Xurmanın meyvəsi dörd mərhələ keçdikdən sonra
yeməli olur.
Birinci mərhələdə xurma yaşıl, bərk və acı olur.
Bu mərhələdə xurma tərkibində qlükoza və fruktoza
toplanır.
Ikinci mərhələ 6 həftə davam edir. Bu mərhələdə
də hələ meyvə bərk olur. Rəngi sarıdan narıncıya, daha
sonra qırmızıya dəyişir. Və bu müddət ərzində
xurmanın tərkibində qlükoza və fruktozadan saxaroza
sintez olunur.
Üçüncü mərhələ 4 həftə çəkir. Bu müddət ərzində
meyvəsi yarıkal və qəhvəyi rəngdə olur.
Sonuncu – dördüncü mərhələ isə 2 həftə çəkir. Bu
mərhələdə meyvəsi artıq tam yetişir və yığılır. Xurma
təzə və qurudulmuş halda istehlak edilir.
Xurmanın kimyəvi tərkibi
Xurmanın tərkibində 75% karbohidrat (əsasən
şəkərlər), 20% su, 2,2% protein, 2,4% vitaminlər
vardır. 100 qram xurmada 72 mq fosfor, 65 mq kal-
sium, 65 mq maqnezium və 5 mq dəmir var. Aparılan
araşdırmalardan belə məlum olur ki, gün ərzində 7
ədəd (100 q) xurma yeməklə orqanizmin gündəlik
bütün tələblərini ödəmək olar. Xurma həm də həzm
prosesini yaxşılaşdırır. Xurmanın toz halına salınmış
tumu böyrək daşlarının tökülməsinə müsbət təsir gös-
tərir. Eyni zamanda baş gicəllənməsinin, iştah pozğun-
luğunun, astma xəstəliyinin, öskürəyin və mədə
xəstəliklərinin aradan qaldırılmasına kömək edir.
Xurma ağacı səhralıq kimi qeyri-münbit yerdə inkişaf
195
edir. Adətən hündürlüyü 30 m olan xurma ağacı nadir
hallarda 75 m-ə qədər uzana və 60 il bar verə bilir.
Dünyanın ən qədim bitkilərindən hesab olunur
(eramızdan 5000 il əvvəl), Iran, Iraq, Səudiyyə
Ərəbistanı yarımadası və bir çox ölkələrdə yetişdirilir.
Xurma ağacından çoxməqsədli istifadə
Ərəblər arasında belə bir atalar misalı var: “Xur-
manın faydası ilin günlərinin faydası qədərdir”. Bədəvi
ərəblər indinin özündə də yaşıl xurmanın yarpaq və
qabıqlarından səbət və həsirlər toxuyurlar. Tumunu un
halına salaraq una qatıb çörək bişirir, ədviyyə qataraq
qəhvə kimi istifadə edir, qalığını dəvələrinə yedirdir,
meyvəsindən isə şirə çəkirlər. Xurmadan müalicəvi və
pəhriz əhəmiyyəti olan doşab da (bəhməz) hazılanır.
Səhrada yeganə bitki olan xurma, demək olar ki,
bədəvi ərəblərin bütün ehtiyaclarını aradan qaldırır.
Qədim ərəblər xurmanın günəşdən enerji aldığını
hesab edər, elə bu səbəbdən də güc tapmaq məqsədilə
ondan çox istifadə edərdilər. Ərəblər cinsi zəifliyin
aradan qaldırılması üçün kal xurmadan da istifadə
edərdilər. Kal xurmanın tumundan isə müalicəvi
məhsul
hazırlayaraq,
cinsiyyət
orqanlarının
müalicəsində istifadə edirlər. Xurma tumundan
hazırlanan müalicəvi dərmanlardan həm də kirpiklərin
tökülməsinin qarşısını almaq məqsədilə istifadə olunur.
Ərəblər hələ qədim zamanlar xurmanın meyvəsi və
tumu ilə yanaşı, gülündən də bir çox xəstəliklərin
müalicəsində istifadə edərdilər. Daim fiziki işlərlə
məşğul olan və cinsi yaxınlığa meyl göstərməyən şəxs-
lər gündəlik xurmadan istifadə etməklə çətinliklərini
196
birdəfəlik aradan qaldıra bilərlər. Xurma ağacına xas
olan xüsusiyyətlərdən biri də təklikdə inkişaf edə
bilməməsi və əks cinsdən olan xurma ağacına ehtiyac
duymasıdır. Başqa ağaclardan fərqli olaraq, xurma
ağacı başdan kəsildikdə bir daha bar verə bilmir. Xurma
ağacına xas olan xüsusiyyətlərdən biri də onun
sayılması ilə əlaqədardır. Sən demə, ərəblər xurma
ağaclarını saydıqları zaman dənə əvəzinə insana xas
olan “nəfər” kəlməsindən istifadə edirlər. Məsələn, 100
xurma ağacı əvəzinə 100 nəfər xurma ağacı deyirlər.
Məryəmin (ə) xurması
Quran ayələrindən bizə belə məlum olur ki,
Həzrəti Məryəmin doğuşu yaxınlaşdıqda şəhərdən
çıxaraq çöllüyə üz tutur və orada qurumuş xurma
ağacının altında oturur. Bu barədə “Qurani-Kərim”-in
Məryəm surəsində bir neçə ayə var.
“…KaĢ ki, mən bundan əvvəl ölüb qurtaraydım
və ya tamamilə unudulub getmiĢ olaydım!”.
(Məryəm, 19/23).
Allahdan ona belə bir vəhy gəlir:
“…Kədərlənmə, Rəbbin sənin üçün (ayağının)
altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı
hörmət sahibi etdi)”. (Məryəm, 19/24).
HaĢiyə. Yeni il şənliklərində bəzədilən şam (yolka)
ağacının üstündəki müxtəlif formalı və bəzəkli şarlar
simvolik mənada meyvə gətirən xurma ağacını,
yolkanın altına qoyulan bir qab su isə Allah-Təalanın
xurma ağacının altından irmaq axıtmasına (su arxı
şəklində) işarədir.
Bu an Ilahi möcüzə baş verir, Allahın əmrilə
197
qurumuş xurma ağacı bar verir və Məryəmə ağacı
silkələmək əmri verilir.
“(Qurumuş) xurma ağacını özünə tərəf silkələ,
üstünə təzə yetiĢmiĢ (xurma) tökülsün!”. (Məryəm,
19/25).
Məryəm ana Isa (ə) peyğəmbəri dünyaya gətirdikdən
sonra aclıq və susuzluğunu yatırmaq məqsədilə yetişmiş
xurmalardan yeyir, ağacın altından axan sudan içir.
Peyğəmbərin (s.ə.v.) xurma möcüzəsi
Günlərin biri Həzrəti Muhəmməd (s.ə.v.) Məkkə
ətrafında yaşayan qəbilələri Islama dəvət edərkən
qəbilə başçıları belə şərt irəli sürürlər. Sənə yalnız
möcüzə göstərəcəyin təqdirdə iman gətirəcəyik.
Peyğəmbər (s.ə.v.) onlardan nə möcüzə görmələrini
soruşduqda deyirlər: “Sənə yalnız o zaman iman
gətirəcəyik ki, bağdakı xurma ağaclarından birini
yerindən çıxarıb gəzməsini və yenidən yerinə qayıt-
masını əmr edəsən”. Peyğəmbər (s.ə.v.) onların bu
təklifini qəbul edib, Allahdan onların istəklərini yerinə
yetirməkdə ona izn verməsini istəyir. Allahın izni ilə
bir xurma ağacı yerindən çıxaraq onlara tərəf irəliləyir.
Lakin müşriklər bunu sehr adlandırıb yenə də iman
gətirməkdən imtina edirlər. Burada “Hər şey bir olan
Allahın izni ilə baş verir” kəlamı öz təsdiqini tapır.
Dostları ilə paylaş: |