Ģəfa vardır.”
Həzrəti Əli (ə) buyurub: “Üç şey var ki, hafizəni
artırar və bəlğəmi aparar: onların biri Quran oxumaq,
biri bal, biri də süddür.”
Həzrəti Əli (ə) Cənablarından rəvayət olunur ki,
Rəsuli – Əkrəm (s.ə.s.) buyurdu:
“Beş şey var ki, unutqanlığı aparar, hafizəni artırar
225
və bəlğəmi yox edər. Onlar bu şeylərdir; 1) misvak
etmək (yəni dişləri təmizləmək); 2) oruc tutmaq; 3)
Quran oxumaq; 4) bal yemək; 5) süd içmək.
DiĢi bal arısı
Hər bir arının çoxlu vəzifəsinin olduğu arı pətəklə-
rindəki yeganə istisna erkək arılarla bağlıdır. Erkək
arılar nə pətəyin müdafiəsinə və təmizliyinə, nə qida
toplamağa, nə də pətək və bal hazırlamağa kömək
etmirlər. Erkək arıların pətəkdə yeganə işi şahzadə
arını mayalandırmaqdan ibarətdir.
Cinsiyyət üzvündən başqa heç nəyi olmayan erkək
arılar digər arılardakı xüsusiyyətlərin, demək olar ki,
heç birinə sahib deyillər və elə buna görə də onların
şahzadə arını mayalandırmaqdan savayı bir iş görməsi
də praktiki olaraq mümkün deyil.
Pətəyin bütün yükünü öz üzərinə götürən işçi
arılar şahzadə arılar kimi dişi olsalar da, onların
yumurtalıqları inkişaf etməyib, yəni onlar qısır olurlar.
Işçi arıların pətəyi təmiz saxlamaq, arı puplarına və
körpə arılara qulluq etmək, şahzadə arını və erkək
arıları qidalandırmaq, bal hazırlamaq, pətək qurmaq,
təmir işlərini yerinə yetirmək, pətəyin havasını
müntəzəm şəkildə dəyişmək, pətəyin təhlükəsizliyini
təmin etmək, nektar, çiçək tozu, su, qətran kimi
maddələri tədarük etmək və onları ehtiyata (“anbara”)
yığmaq kimi mühüm vəzifələri var.
Ərəb dilində feilin iki növ işlədilməsi mövcuddur
və feillərin bu cür istifadə edilməsindən icraçının
erkək, yoxsa dişi olması məlum olur. Həmçinin
yuxarıdakı ayələrdə arı üçün işlədilən feillər (altı
cızılmış kəlmələr) feilin dişi üçün olan şəklində qeyd
226
edilmişdir. Beləliklə, Quranda bal hazırlayan arıların
dişi olmasına işarə edilir.
Yaddan çıxarılmamalıdır ki, arılarla bağlı bu həqi-
qətin bundan 1400 il əvvəl bilinməsi mümkün deyildi.
Ancaq Allah diqqəti bu həqiqətə çəkərək Quranın bir
möcüzəsini də göstərmişdir.
Baldakı Ģəfa
Bal yuxarıdakı ayələrdə vurğulandığı kimi, insan-
lar üçün şəfa olmaq xüsusiyyətinə malikdir. Elmdə bir
addım öndə gedən ölkələr balın insan səhhəti baxımın-
dan əhəmiyyətini nəzərə alıblar və bu ölkələrdə arıçılıq
və arı məhsulları artıq ayrıca bir tədqiqat sahəsi ol-
muşdur. Balda olan faydanın ümumi cəhətlərini nəzərə
almaqla onu belə sıralamaq olar:
Asanlıqla həzm edilir. Içindəki şəkərin bir başqa
növ şəkərə (fruktozanın qlükozaya) çevriləbilmə xüsu-
siyyəti sayəsində bal özündə yüksək miqdarda turşu
(asit) ehtiva etsə də o, ən həssas mədə tərəfindən də
asanlıqla həzm edilir. Eyni zamanda bağırsaqların və
böyrəklərin daha yaxşı işləməsinə kömək edir.
Sürətlə qana qarıĢır, sürətli enerji mənbəyidir.
Bal ilıq su ilə qarışdırılanda 7 dəqiqə ərzində qana
qarışır. Özündə ehtiva etdiyi sərbəst şəkərlərə görə,
beynin asan işləməsini təmin edir. Bal fruktoza və
qlükoza kimi sadə quruluşlu şəkərlərin təbii qarışığıdır.
Aparılan son elmi-tədqiqat işlərinin nəticələrinə görə,
şəkərlərin belə özünəməxsus qarışığı halsızlığın, zəifli-
yin, yorğunluğun aradan qaldırılmasında ən təsirli
üsuldur. Bal bu baxımdan adamı gümrah edir, onun
atletizmini və enerjisini artırır.
Qan yaranmasına kömək edir. Bal qan hazırlan-
227
ması üçün bədənin ehtiyac hiss etdiyi enerjinin mühüm
bir hissəsini təmin edir. Bundan başqa, qanın təmiz-
lənməsinə də yardım edir. Qan dövranını nizamlamaq
və asanlaşdırmaq baxımından da təsiri var. Bal damar
sərtliyinə, yəni damarların kirəcləşərək öz elastikliyini
itirməsinə qarşı mühüm bir qoruyucudur.
Balın antimikrob təsir xüsusiyyətləri də var.
Onun antimikrob xüsusiyyəti orqanizmdə müəyyən
bakteriyaların və kifin böyüməsinə mane olur. Balın
bakteriyanın sığınacaq tapmasına imkan verməyən
xüsusiyyəti “inhibinə təsir” adlandırılır. Balın anti-
mikrob olmasını təmin edən çoxlu səbəblər var. Bun-
lardan mikroorqanizmlərin böyüməsi zəruri olan su
miqdarını nizamlayan yüksək şəkərə malik olması,
yüksək turşu nisbəti (aşağı pH), bakteriyaların böyü-
məsi üçün əlverişli şərait yaradan azotun olmaması
bakteriyaların inkişafına mane olur. Balda hidogen-pe-
roksidin olması və balın özündə ehtiva etdiyi antioksi-
dantlar da bakteriyaların çoxalmasına mane olur.
Bal antioksidantdır. Sağlam həyat tərzi keçirmək
və sağlam yaşamaq istəyən hər bir kəsin antioksidant
istehlak etməsi xüsusilə vacibdir. Antioksidantlar hü-
ceyrələrdə maddələr mübadiləsində əmələ gələn zərərli
ətraf məhsullarını təmizləyən qarışıqlardır. Bunlar qida
pozulmalarına və xroniki xəstəliyə səbəb olan dağıdıcı
kimyəvi təsirləri azalda bilən elementlərdir. Mütəxəs-
sislər antioksidant baxımından zəngin olan qidaların
ürək xəstəlikləri və xərçəng kimi xəstəliklərin qarşısını
alacağına inanırlar. Balın tərkibində də güclü antioksi-
dantlar var: pinosembrin, pinobaksin, krisin və qaloqin.
Bunlardan pinosembrin ancaq balda mövcud olan
antioksidantdır.
228
Haşiyə. Aparılan kliniki müşahidə və təcrübələr
nəticəsində balın antibakterial və antienflamatuar
xüsusiyyətlərə malik olduğu ortaya çıxmışdır. Balın
yaralardakı infeksiyanın və buradakı ölü hüceyrə-
lərin ağrısız olaraq təmizlənməsində və yeni toxuma-
ların əmələ gəlməsində çox böyük təsiri vardır. Balın
dərman olaraq istifadə edilməsi ən qədim tarixi
kitabələrdə də bəhs edilir. Günümüzdə də alimlər və
həkimlər balın yaraların müalicəsində təsirini yeni-
dən kəşf etmişlər. 20 ildir balı araşdırmaq məsələsinə
rəhbərlik edən və Yeni Zellandiyadakı Vaykato
(Waikato) Universitetində biokimya professoru olan
dr. Peter Molan balın antimikrob xüsusiyyətləri ilə
bağlı bir mütəxəssis olaraq deyir: “Təsadüfi təcrübə-
lərlə müəyyən olunub ki, bal yanıq yaralarındakı
infeksiyanı öz nəzarəti altında saxlayır, xəstəxanalar-
da əksər hallarda antibakteriya dərmanı olaraq
istifadə edilən gümüş sulfudiazindən daha təsirlidir
və yeni toxumaların inkişafını hərəkətə gətirir”.
Bal vitamin və mineral “anbarı”-dır. Balın tər-
kibində fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı
maqnezium, kalium, kalsium, natrium, xlor, kükürd,
dəmir və fosfor kimi minerallar da var. Nektar və çiçək
tozu öz qaynaqlarının xüsusiyyətlərinə görə dəyişdiyi
üçün balda B
1
, B
2
, C, B
6
, B
5
və B
3
vitaminləri var.
Bunlardan başqa balda az miqdarda mis, yod, dəmir və
sink də olur.
Baldan yaraların müalicəsində istifadə edilir.
Yaraların müalicəsində istifadə edilən balın tərkibində
havadan nəm çəkə bilmək xüsusiyyəti olduğu üçün
sağalma prosesini sürətləndirərək yaranın izinin
qalmasının qaşısını alır. Çünki bal yaranın üstünü örtən
229
təzə dərini təşkil edəcək epitel hüceyrələrin bölünmə-
sini sürətləndirir. Beləliklə, böyük yaraların müalicə-
sində istifadə edilən bal toxumaların köçürülməsinə
ehtiyacı aradan qaldırır.
-
Bal sağalma mərhələsinə daxil olan toxumaları
yenidən böyümələri üçün hazırlayır. Yeni kapilyar
damarların əmələ gəlməsini sürətləndirərək dərinin
daha dərindəki toxuma bağlarının yerini alan
fibroplastların böyüməsini təşviq edir və sağalmağın
gücünü çoxaldan liflərin əmələ gəlməsini sürətləndirir.
-
Balın yaranın ətrafındakı şişi azaldan antienfla-
matuar təsiri də var. Bu, qan dövranını artırır, beləliklə,
sağalmanı sürətləndirir və hiss edilən ağrını azaldır.
-
Bal yaranın altındakı toxumalara yapışmır və
buna görə də toxumaların cırılması və ağrı baş vermir.
-
Bal radiasiya müalicəsi tətbiq edilən xərçəngli
xəstələrin bədənlərində meydana gələn yaranın və
mədə xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə
istifadə edilir.
-
Bundan başqa, balın, əvvəl də qeyd etdiyimiz
kimi, antimikrob təsiri var. Bal infeksiyanın əmələ
gəlməsinin qarşısını alır, mövcud infeksiyanı isə
sürətlə təmizləyir. Bal bakteriyaların antibiotik müqa-
vimət xüsusiyyətlərinə qarşı da təsirlidir. Antiseptik-
lərin və antibiotiklərin əksinə olaraq, bal yaradakı
toxumaların üzərində mənfi təsirlər saxlamır.
Bu məlumatlardan da aydın olur ki, bal şəfaverici
təsirə malik olan çox güclü olan bir qidadır. Şübhəsiz
ki, bu da sonsuz qüdrət sahibi olan Allahın göndərdiyi
Quranın möcüzələrindən biridir.
Haşiyə. 2000-ci il sentyabr ayının 10-13-də
Avstraliyanın Melburn şəhərində keçirilən “Birinci
230
Dünya yara müalicəsi metodologiyası konfransı”-nda
infeksiyalı yaraların müalicəsində baldan istifadə
edilməsindən söhbət açıldı. Konfrans bunları izah
edirdi: “Infeksiyaya yoluxmaq yaraların müalicə-
sində əksər bakteriyalar antibiotiklərə müqavimət
göstərirlər. Bu vəziyyət çox ciddi tibbi problem
yaradır. Həmçinin çoxlu tibbi maddə də yaraların
müalicəsində təsirli deyil. Ancaq bal çox fərqlidir.
Balın yaralı toxumaların müalicəsində istifadə
təcrübəsi 4 min illik bir keçmişə malikdir. Balda çox
güclü antibakterial xüsusiyyətlər var, dolayısı ilə, bal
yaralardakı
infeksiyanın
təmizlənməsində
və
yaraların
infeksiyalardan
qorunmasında
çox
təsirlidir”.
Balın kimyəvi tərkibi və müalicəvi əhəmiyyəti
Bal toplandığı çiçək nektarın müxtəlifliyinə görə 2
qrupa bölünür.
1.
Monofloralı bal, yəni yalnız bir çiçəyin
nektarından hasil edilmiş bal;
2.
Polifloralı bal, yəni bir neçə çiçəkdən toplanmış
nektardan hasil edilmiş bal.
Monofloralı ballardan ən çox yayılmışları cökə,
xaşa, akasiya, xardal, xəşənbül, şabalıd, yonca,
ağcaqayın, moruq, günəbaxan, tütün, pambıq və s.
göstərmək olar.
Polifloralı ballar yığılma mənbələrinə görə bağ, çə-
mən, meşə, dağ, səhra balları müxtəlifliklərinə ayrılır.
Emal edilməsi üsullarına görə bal aşağıdakı kimi
qruplaşdırılır:
- шанлы бал (сотовый, сексионный);
- сентрафуга балы (центробежный);
231
- преслянмиш бал (прессованный);
- юзбашына сцзцлмцш бал (самотечный);
- яридилмиш бал (топленый);
- парча балы (кусковой).
Belə qruplaşdırma bal toplandıqdan sonra onun
müxtəlif üsullarla emal edilməsindən asılıdır.
Bal tərkibcə yüksək qidalılığa malik olan məh-
suldur. Balın kimyəvi tərkibi çiçək nektarından əmələ
gəlir. Yığılma mənbəyindən, emalından asılı olaraq
kimyəvi tərkibi də dəyişir. Balın tərkibində əsasən
şəkər, dekstrin, azotlu maddələr, turşular, minerallı
maddələr, fermentlər, vitaminlər, rəngləyici və ətirli
maddələr vardır. Bunlardan əlavə balın tərkibində onun
müalicəvi və antibakterioloji xassələrini əmələ gətirən
müxtəlif bioloji fəal maddələr də vardır.
Yetişmiş balın rütubəti 22%-dən yuxarı olmama-
lıdır. Əgər rütubət çox olarsa, balın davamlılığı aşağı
düşür. Quru maddələrin miqdarı 80-82%-ə çata bilir.
Balın tərkibində 0,14%, şirə balında isə 1,6%-ə
qədər minerallı maddələr vardır. Bunlardan K, Na, Ca,
Mg, Fe, P, S, Cl, J və s. göstərmək olar. Balın
tərkibində həmçinin mikroelementlər də vardır.
Bunlardan Cu, Ni, Cr, Bi, Be, V, Ag, Co, Au, Sn, Al,
Pb və s. göstərmək olar.
Balın tərkibində quru maddəyə görə orta hesabla
75% monoşəkərlər – qlükoza və fruktoza vardır.
Bunlardan başqa balda saxaroza, maltoza, melisitoza,
kamed və dekstrinlər vardır. Bal nümunələrinin tədqiqi
göstərmişdir ki, bütün bal nümunələrində qlükozanın
miqdarı fruktozadan azdır. Ona görə də fruktozanın
qlükozaya nisbəti (F:Q) balın kristallaşmasında
mühüm rol oynayır. Bu nisbət nə qədər çox olarsa,
232
balın kristallaşması ehtimalı bir o qədər azdır. Balın
alınma mənbələrindən asılı olaraq bu nisbət 1,07-dən
(cökə balı), 1,44-ə (qarabaşaq balı) qədərdir.
Balın tərkibində zülali və zülalsız azotlu maddələr
vardır. Onlar bala nektarla birlikdə və arıların
orqanizmindən düşür. Zülali maddələrin miqdarı çiçək
balında 0,29-0,04; şirə balında isə 0,17-0,08%-dir.
Zülali maddələrlə qarabaşaq (0,3%-ə qədər) və süpürgə
kolu balı (1,86%) daha zəngindir.
Zülalların əsas kütləsini balın fermentləri təşkil
edir.
Fermentlərdən balda ən çox invertaza, diastaza,
katalaza, lipaza rast gəlir. Bunlardan başqa amilaza,
oksidaza, peroksidaza və proteoletik fermentlərə də
rast gəlir. Qızdırıldıqda balın fermentativ aktivliyi
azalır. Ona görə də balın keyfiyyəti yoxlandıqda
diastaza rəqəmi (diastazanın fəallığı) təyin olunur.
Diastaza çox da qiymətli ferment deyildir, çünki insan
orqanizmində onun miqdarı lazımi qədərdir. Buna
baxmayaraq diastaza rəqəmi hətta eksporta göndərilən
bal üçün də keyfiyyət göstəricisi kimi təyin olunur.
Vitaminlərdən balın tərkibində B
1
, B
2
, B
6
(pridoksin), pantoten turşusu, PP (nikotin turşusu) və C
vitamini (askorbin turşusu) vardır. 100 qram balda 2,1-
9,1 mkq B
1
, 35-145 mkq B
2
, 227-400 mkq B
6
, 47-192
mkq B
3
(pantoten turşusu), 0,04-0,94 mq PP, 0,52-6,5
mq C vitamini vardır. Balın tərkibində vitaminlər
kifayət qədər yaxşı saxlanılır.
Balın tərkibində ətirli maddələr vardır ki, bunlar
əsasən güllərin nektarından keçir. Balın tərkibində qaz-
maye xromatoqrafiyasının köməyi ilə 50-dən çox ətirli
maddələr aşkara çıxarılmışdır. Onların içərisində sadə
233
alfatik spirtlər, o cümlədən propanal, 3-metil-butanol,
2-metil-butanol və başqaları vardır. Balın tərkibində
həmçinin metilasetat, metilbutirat,
-diketon, formal-
dehid, asetaldehid, izoyağ aldehidi, diasetil vardır.
Bal yüksək qidalı məhsuldur. 100 qram bal 315-
335 kkal (və ya 1321-1381 kCoul) enerji verir.
Arı balı xalq təbabətinin mühüm müalicə vasitələ-
rindən biri olmuşdur. Bal bir çox xəstəliklərin müalicə
vasitəsi kimi hələ çoxdan tətbiq edilirdi. Bal xalq
tərəfindən isitmə, mədə və bağırsaq yolunun, tənəffüs
orqanlarının, ürək-qan-damar sisteminin, sinir sistemi-
nin və dəri xəstəliklərinin müalicəsində bu gün də
tətbiq olunmaqdadır. Hal-hazırda balı mədə-bağırsaq
xəstəliklərində, ürək xəstəliklərində, sinir sisteminin
müalicəsində, ağciyər xəstəliklərində, yaraların müali-
cə edilməsində, dəri və göz xəstəliklərində, yuxarı nə-
fəs yollarının iltihabında, qaraciyər və böyrək xəstəlik-
lərində tətbiq edirlər. Balın tərkibində orqanizmdə asan
mənimsənilən qlükoza olduğu üçün ürək-damar
sisteminin yaxşı işləməsinə kömək edir.
Balın digər şəkərlərlə müqayisədə üstünlükləri
aşağıdakılardır.
1.
Bal həzm sisteminin selikli qişasını qıcıqlandır-
mır;
2.
Insan orqanizmində asan və tez mənimsənilir;
3.
Insanın sərf etdiyi enerjini tez bir zamanda
bərpa edir;
4.
Idmançılara və fiziki əməklə məşğul olanlara
sərf etdikləri enerjini və gücü tez bərpa etməyə imkan
verir;
5.
Digər şəkərlərə nisbətən böyrəklərdən yaxşı
süzülür;
234
6.
Mədə-bağırsaq
sisteminə
təbii
və
zəif
yumşaldıcı təsir göstərir;
7.
Insan orqanizminə sakitləşdirici təsir göstərir;
8.
Hər insan üçün lazımlı və çox da baha olmayan
məhsuldur.
Təbii balın insan orqanizmi üçün müalicəvi və
profilaktiki əhəmiyyəti böyükdür. Süni baldan isə
əsasən qənnadı məmulatı istehsalında istifadə olunur.
Təbii baldan səmərəli istifadə olunması insan or-
qanizmi üçün fizioloji cəhətdən əhəmiyyətlidir. Baldan
qida maddəsi kimi istifadə etmək üçün vahid resept
təyin etmək çətindir. Lakin bir şeyi unutmaq olmaz ki,
balı natural halda ona heç bir şey qarışdırmadan yemək
yaramaz. Çünki bu zaman o tezliklə həzm sisteminə
daxil olur və orqanizm onu tam mənimsəyə bilmir.
Balın orqanizmdə yaxşı mənimsənilməsi üçün onu
çörəklə, sıyıqla, su ilə, südlə, qaymaqla, yağla və s. ilə
yemək lazımdır. Burada mədə yarası olan xəstələr
müstəsna edilirlər. Çünki onların çox miqdar (səhər
200 qr, günorta və axşam isə hər dəfədə 150 qr) təmiz
halda (duruldulmadan) bal yeməsi məsləhət görülür.
Belə müalicənin məqsədi balın təkcə orqanizm
tərəfindən tam mənimsənilməsi deyil, habelə onun
mədə-bağırsaq traktına yaxılıb mədə və onikibarmaq
bağırsağı mexaniki və kimyəvi təsirlərdən qorumaqdır.
Başqa xəstəliklərdə (orqanizmin zəif düşməsi,
ürək xəstəlikləri) balı çörəklə, sıyıqla, yaxud spirtsiz
içki ilə yemək lazımdır.
Sarılıq zamanı ballı çay, su və südlə qəbul etmək
çox faydalıdır. Bu zaman o qaraciyərin “yuyulmasına”
və ödün ayrılmasına yaxşı təsir göstərir. Sağlam
adamlara yaxmac: çörək, kərə yağı və üstündən bal
235
yaxıb yemək məsləhətdir.
Yarası olan xəstələr istisna olmaqla yaşlı adamların
gündə 100-150 qramdan artıq bal yeməsi faydasızdır.
Uşaqlar üçün norma bir qədər az olmalıdır. Süd-
əmər uşağa çay qaşığının ½ hissəsi qədərdən başlayıb
tədricən 1 çay qaşığına qədər balı ½ stəkan südə qarış-
dırıb gündə 2-3 dəfə vermək yaxşıdır. Mədəsi pozul-
muş uşağa yaxşı olar ki, balla bir az şirinləşdirilmiş
çay içirdilsin.
Yaşlı adamların yuxusuzluğu zamanı yatmağa ya-
rım saat qalmış 2-3 çay qaşığı balı yarım stəkan isti
suya qarışdırıb içməsi məsləhətdir.
Südə, qəhvəyə və sıyığa bal şəkər kimi hər kəsin
öz zövqünə uyğun qarışdırılır. Bir cəhəti də nəzərə
almaq lazımdır ki, bal adi şəkərdən onun tərkibində
olan “canlı təbiət” maddələri – fermentlər, vitaminlər
və s. olması ilə fərqlənir. Hamıya məlumdur ki, yüksək
temperaturda bütün canlılar məhv olur. Buna görə də
balı qəhvəyə və südə, sıyığa bir qədər soyuduqdan
sonra qatmaq lazımdır.
Bəzi adamlar balı duru, şərbət halında yeməyi xoş-
layırlar. Buna görə də əgər bal xarlayıbsa (bərkiyibsə)
onu qızdırmaqla durultmaq olar. Ancaq balı açıq
alovda və 60
0
C-dən yuxarı qızdırmaq yaramaz. Çünki
bu zaman balın ətri uçur, şirniyyata çevrilir və
müalicəvi əhəmiyyətini itirir.
Sağlam olmaq istəyirsinizsə bal yeyin və
yuxarıdakı məsləhətləri nəzərə alın.
Aşağıdakı 1 saylı cədvəldə 100 q balın qidalılıq
baxımdan əsas tərkib hissələri göstərilir.
236
Cədvəl 1. Balın orta hesabla tərkibi
Qida maddələri
(tərkib hissələri)
100 q baldakı
təxmini miqdarı
Su
17,1 q
Cəmi karbohidratlar
82,4 q
O cümlədən:
Fruktoza
38,5 q
Qlükoza
31,0 q
Maltoza
7,2 q
Saxaroza
1,5 q
Kalorinin cəmi
304 kkal
Protein
0,7 mq
Vitaminlər:
B
1
(tiamin)
0,01 mq
B
2
(riboflavin)
0,3 mq
Nikotin turşusu
0,3 mq
Pantoten turşusu
-0,25 mq
B
6
(piridoksin)
0,02 mq
B
9
(Foll turşusu)
0,01 mq
C (askorbin turşusu)
0,5 mq
Minerallar:
Natrium
2,85 mq
Kalsium
4,8 mq
Dəmir
0,25 mq
Sink
0,15 mq
Kalium
50,0 mq
Fosfor
5,0 mq
Maqnezium
2,0 mq
Selen
0,01 mq
Mis
0,05 mq
Xrom
0,02 mq
Manqan
0,15 mq
Mineral tozu (kül)
0,2 q
237
Bal haqqında hədislər
Peyğəmbər (s.ə.v.):
1.
Bal dərmandır.
2.
Iki şəfadan – bal və Qurandan istifadə edin.
3.
Təzə doğan qadınlar üçün təzə xurma, xəstə
üçün isə bal kimi dərman yoxdur.
4.
Allah-Təala
bərəkəti
balda
verib.
Onda
xəstəliklərin şəfası var və yetmiş peyğəmbər onun
faydasının davamiyyətli olmasını Allahdan istəyib.
5.
Bal şərbətindən üstün olan bir dərman yoxdur.
6.
Bal nə yaxşı içəcəkdir: ürəyi qoruyur, sinənin
soyuqluğunu aradan qaldırır.
7.
Bal şəfadır. O, yeli və qızdırmanı qovur.
8.
Əgər bir şeydə şəfa varsa, o, ya qan alanın
ülgücündə, ya da bal yeməkdədir.
9.
Ərəb, qan alanın qan almasından və ya bal
yeməkdən yaxşı bir şeylə müalicə olunmayıb.
10.
Əgər sizin dərmanlarınızda xeyir varsa, bu ya
bal yeməkdə, ya qan alma alətində, və ya da odla
dağlamaqdadır, amma mən dağlamağı sevmirəm.
11.
Şəfa üç şeydədir: bal yeməkdə, qan almaqda
və odla dağlamaqda. Amma mən ümmətimə özlərini
dağlamağı qadağan edirəm.
Imam Əli (ə):
1.
Xəstə bal qədər yaxşı olan başqa bir şeylə
müalicə olunmayıb.
2.
Bal bütün xəstəliklərin dərmanıdır, özündə isə
heç bir dərd yoxdur. O, bəlğəmi azaldır, qəlbi açır.
3.
Bir qaşıq bal bütün xəstəliklərin dərmanıdır.
Allah-Təala buyurur: “...Onların (arıların), qarınla-
Dostları ilə paylaş: |