“Insanlara doğru yolu göstərən, bu yolu açıq
dəlilləri ilə aydınlaĢdıran və (haqqı batildən) ayıran
(Quran) Ramazan ayında nazil edilmiĢdir. Aya
(Ramazan ayına) yetiĢən Ģəxslər (bu ayı) oruc
tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə
tutmadıqları günlərin sayı qədər baĢqa günlərdə
tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük
istər
ki,
fövtə
gedən
günlərin
orucunu
tamamlayasınız və sizi düz yola yönəltməsinə görə
ona (“Allahu əkbər” deməklə) təzim və Ģükr
edəsiniz”. (əl-Bəqərə, 2/185).
Məclisi bu barədə yazır: “Hicrətin ikinci ilində
Şaban ayının 15-də qiblənin dəyişilmə hökmü verildi.
Şaban ayının iyirmi səkkizində isə Ramazan ayının
orucluq hökmü verildi”. Koleyni Imam Baqirdən (ə)
nəql etdiyi rəvayətdə deyir: “Şaban ayının axırına üç
gün qalmış Peyğəmbər (s.ə.v.) camaatı bir yerə
toplayaraq onlara qarşıdan gələn Ramazan ayının vacib
orucunu elan etdi”.
Ramazan ayında baĢ verən mühüm hadisələr
1.
Hicridən üç il əvvəl Peyğəmbərin (s.ə.v.)
sevimli zövcəsi Həzrət Xədicə Ramazan ayında 65
yaşında vəfat edir. Bu hadisədən üç gün sonra Imam
Əlinin (ə) atası Əbu Talib 86 yaşında (başqa bir
rəvayətdə 90 yaşında) vəfat edir.
2.
Hicrətin ikinci ilində Peyğəmbər (s.ə.v.)
Məkkədən Mədinəyə hicrət etdikdən 18 ay sonra
273
Ramazan ayının on yeddisində cümə günü cihad
hökmü verildi və müsəlmanlarla Məkkə müşrikləri
arasında ilk müharibə baş verdi.
3.
Hicrətin 8-ci ilində Ramazan ayının ikinci
gecəsi (başqa bir rəvayətə görə onuncu gecəsi) Pey-
ğəmbər (s.ə.v.) Məkkəni fəth etmək, yəni müşriklərdən
azad etmək məqsədilə Mədinədən xaric olur. Bu hadisə
baş verdiyi zaman orucluq hökmü verildiyi üçün Islam
qoşunu oruc idi. Lakin Peyğəmbər (s.ə.v.) onlara iftar
etmələri, yəni oruclarını sındırmalarını əmr edir.
4.
Imam Həsənin (ə) mövludu. Hicrətin 3-cü ili
Ramazan ayının 15-də Imam Əlinin (ə) böyük oğlu
Imam Həsən (ə) dünyaya gəlir.
5.
Möminlərin əmiri Imam Əlinin (ə) şəhadəti.
Islam tarixində Ramazan ayında baş verən mühüm
tarixi hadisələrdən biri də hicrətin 40-cı ilində
Ramazan ayının 19-u günü Imam Əlinin (ə) Kufə
məscidində Əbdül-Rəhman ibn Mülsəm tərəfindən
zərbələnməsi (yaralanması) olur. Imam Əli (ə) iki gün
sonra, yəni Ramazan ayının 21-i şəhadətə qovuşur.
Oruc tutmağın vacibliyi
Öz bəndələrinə son dərəcə mərhəmətli olan Allah
onları ilin ən isti günlərində ziyafətə dəvət edir, onlara
aclıq və susuzluqla qonaqlıq verir. Qonaqlığa dəvət
olunanların özləri ilə Allaha gətirdikləri sovqat səbir və
imanlarıdır. Orucluğa hamı dəvət olunsa da, dəvəti
qonaqlığa layiq olanlar qəbul edir. Allah öz sevimli
bəndələrinə “Ey iman gətirənlər!” xitabı ilə müraciət
edir. Sanki onların könlünü alır və orucluğun çətin
anlarını unutdurur. Onlar qorxuya düşməsinlər deyə,
orucun onlardan əvvəlki ümmətlərinə vacib olduqla-
274
rına toxunur. Bu barədə “Qurani Kərim”-in əl-Bəqərə
surəsinin 183, 184 və 185-ci ayələrini oxumaq
lazımdır.
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən
əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib
edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən
çəkinəsiniz!”. (əl-Bəqərə, 2/183).
“(Oruc tutmaq) sayı müəyyən olunan (bir ay)
günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə
olanlar tutmadığı günlər qədər baĢqa günlərdə oruc
tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə
(hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər
fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iĢ
görərsə, (həm oruc tutub, həm də fidyə verərsə), bu
onun üçün daha yaxĢı olar. Bilsəniz oruc tutmaq
sizin üçün nə qədər xeyirlidir!”. (əl-Bəqərə, 2/184).
“Insanlara doğru yolu göstərən, bu yolu açıq
dəlilləri ilə aydınlaĢdıran və (haqqı batildən) ayıran
(Quran) Ramazan ayında nazil edilmiĢdir. Aya (Ra-
mazan ayına) yetiĢən Ģəxslər (bu ayı) oruc tutma-
lıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadıqları
günlərin sayı qədər baĢqa günlərdə tutsunlar. Allah
sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə
gedən günlərin orucunu tamamlayasınız və sizi düz
yola yönəltməsinə görə ona (“Allahu əkbər”
deməklə) təzim və Ģükr edəsiniz”. (əl-Bəqərə, 2/185).
Oruc tutmaq niyyəti ilə dan yerinin ağarmasından
günəş batıncaya qədər bir şey yeyib-içmək, dadına
baxmaq kimi şeylərdən özünü məhrum etmək surətilə
bədənlə edilən bir ibadətdir.
Yetkinlik yaşına gələn, ağıllı hər bir müsəlmanın
Ramazan ayında bir ay oruc tutması fərzdir.
275
Oruc dəlilərə, uşaqlara fərz deyildir.
Qadınların aybaşı və zahılıq vaxtlarında oruc
tutmaları haramdır. Xəstələrin, yolçuların (səfərdə
olanların), əmzikli qadınların Ramazanda oruc
yemələrinə izn vardır. Yedikləri günlərin oruclarını
Ramazandan başqa bir zamanda tuta bilərlər.
Oruc tutmaq üçün niyyət etmək, niyyətin başlama
və bitmə zamanı bilmək, dan yerinin ağarmasından
günəş batıncaya qədər orucu pozan şeylərdən
çəkinmək orucun fərzlərindəndir.
Ödənən Ramazan orucu ilə, diləmə və kəffarət
(cəza) oruclarında günəşin batmasından dan yerinin
ağarmasınadək niyyət etmək lazımdır. Niyyət qəlb ilə
olur. Dillə söylənilməsi savabdır.
Orucun növləri aşağıdakılardır.
Fərz olan oruclar: Ramazan ayında tutulan oruc-
la, sonradan ödənən (qəza edilən) Ramazan orucudur.
Vacib olan oruclar: Diləmə orucu, bilərək yeyi-
lən diləmə oruclarının ödənilməsi (qəzası) vacibdir.
Sünnət olan oruclar: Fərz və vacib olmayan
oruclardır. Məhərrəm ayının 9 və 10-cu günləri tutulan
oruclar kimi.
Müstəhəb olan (xeyirxah bir iĢ kimi) oruclar:
Qəməri ayların 13, 14 və 15-ci günləri tutulan oruclar.
Məkruh olan oruclar: Novruz günü və Məhərrəm
ayının yalnız 10-cu günü tutulan oruclar.
Haram olan oruclar: Ramazan bayramının ilk
günü ilə, Qurban bayramının birinci 4 günləri oruc
tutmaq haramdır.
Oruc tutmaq istəyən şəxslər oruc tutacağı günün
axşamı və ya səhəri sübh azanından qabaq niyyət
etməlidir. Niyyəti dilə gətirməsi şərt deyil, qəlbindən
276
keçirsədə kifayət edər. Axşam və ya sübh namazından
qabaq niyyət etməyi unutduqda, günorta namazına
qədər niyyət edə bilərlər. Əgər niyyət etmədən bütün
batil edən şeylərdən çəkinsə belə və günortadan sonra
yadına düşərsə, orucu batil olar. Ramazan ayının
niyyətini hər axşam səhəri gün üçün, ya da Ramazan
ayının birinci axşamı bütün ay üçün etmək olar. Oruc
tutmağa başlamazdan əvvəl kimin boynunda qüslü
olarsa, onu almalı və sonra orucunu tutmalıdır.
Orucu pozan Ģeylər
Orucu batil edən hallar aşağıdakılardır:
1.
Oruc tutan şəxs bilərəkdən bir şey yeyib-içərsə,
orucu batil olar. Əgər unutqanlıq üzündən nəsə
yeyərsə, orucu batil olmaz. Baş və sinəsinin bəlğəmi
ağızın içinə daxil olmayıbsa, onu udmaq orucu batil
etməz, daxil olduqda isə onu udmaması vacibdir. Ağız
suyunu udmaq isə, istər az olsun, istərsə də çox, orucu
batil etməz.
2.
Bilərəkdən cinsi əlaqədə olmaq orucu batil edir.
Unutqanlıq üzündən olduqda isə batil etmir. Əgər cinsi
yaxınlıq zamanı oruc olduğu yadına düşərsə, davam
etməməli və dərhal dayanmalıdır, cinsi yaxınlıq etmə-
dən mazaqlaşmaq isə orucluq vaxtı bəyənilməyən
əməllərdəndir.
3.
Insanın ananizm ilə məşğul olması haram
olmaqla yanaşı, onun orucunu da batil edir. Lakin əgər
yuxuda ikən ondan sperma xaric olarsa, bu hal orucu
batil etməz. Bu zaman sübh namazına qədər qüsl
alınmalıdır.
4.
Yaxşı olar ki, insan oruc tutduğu vaxtlarda bu-
xar və tüstünün də boğazına çatmasına imkan ver-
277
məsin. Bu hal qeyri-ixtiyari olaraq baş verdikdə oruc
batil olmur.
5.
Unutqanlıq və ya məcburiyyətdən başını suya
batırdıqda isə orucu batil olmur. Lakin dənizdə və ya
hovuzda başı suya batırmaq orucu batil edir.
6.
Allahın, Peyğəmbərin (s.ə.v.) və Məsum
Imamların (ə) adından yalan danışmaq orucu batil edir,
yəni Quranda olmayan hər hansı bir ayəni Quranla
əlaqələndirmək və ya Peyğəmbər (s.ə.v.) və Məsum
Imamların (ə) demədikləri bir sözü onlara aid etmək
orucu batil edir. Yaxşı olar ki, insan dəqiq bilmədiyi
Quran ayəsini, Peyğəmbər (s.ə.v.) və Məsum
Imamların (ə) hədislərini də bilmədən deməsin. Bu işi
səhvən gördükdə orucu batil olmur.
7.
Məcburiyyət və ya müalicə üzündən olsa belə,
imalə orucu batil edir. Bu müddət ərzində oruc tuta
bilməyən şəxslər sağaldıqdan sonra tutmadıqları
günlərin müqabilində qəza orucları tutmalıdırlar.
8.
Cənabət və ya heyz halında bilərəkdən sübh
namazına qədər qüsl almamaq da orucu batil edir.
Sübh azanından sonra yuxudan oyanaraq boynuna qüsl
gəldiyini
görən
şəxslər cənabət qüslü alaraq
namazlarını qılıb oruclarını davam edə bilərlər. Heyz
qanı görən qadınlar eyni qaydada olaraq sübh azanına
qədər qüsl alıb oruclarını davam etməlidirlər.
9.
Orucu batil edən şeylərdən biri də qusmaqdır.
Bu iş qeyri-ixtiyari olaraq baş verdikdə, orucu batil
etmir.
Orucu pozmayan Ģeylər
1.
Unudaraq bir şey yeyib-içmək. Yada düşüncə
dərhal dayandırılmalıdır.
278
2.
Yuxuda cünüb (natəmiz) olmaq, cünub olaraq
səhər ayağa qalxmaq və qüsl almaq, özündən asılı
olmayaraq boğaza, buruna toz və duman kimi şeylərin
girməsi orucu pozmaz.
3.
Sahura (obaşdanlıq) qalxmaq, sahuru gec
yemək, iftara hazırlaşmaqda tələsmək və dua oxumaq
savabdır.
4.
Oruc Yaradanımıza qarşı bədənlə edilən böyük
bir ibadətdir. Orucun əcrini Allah özü verir.
5.
Orucun bədən və ruh sağlığınız baxımından da
bir çox faydaları vardır.
IMSAK (SABUR) VƏ IFTAR YEMƏYI
HAQQINDA
Allahın bəşər övladına bəxş etdiyi nemətlərdən ən
önəmlisi can sağlıdır. Can sağlığı isə daha çox səmərəli
qidalanmadan asılıdır. Islam mötədil dindir. Hər şeydə
olduğu kimi, yemək-içməkdə də mötədil olmağı
tövsiyə edir.
Tibbi cəhətdən orucluğun insan orqanizminə
müsbət və mənfi təsiri vardır. Bu ilk növbədə imsak və
iftarda yeyilən qidalardan asılıdır.
Məlumdur ki, insanlar susuzluğa daha az dözüm-
lüdürlər, nəinki aclığa. Insan aclığa 40 gün tab gətirə
bilsə də, susuzluğa müəyyən əziyyətlə üç gün dözə
bilir. Xüsusən, yay aylarında xarici temperatur bədən
temperaturuna yaxın, hətta daha artıq olduğundan,
bədəndən çoxlu miqdarda maye xaric olunur və
orqanizm də bunun əvəzinə, təbii ki, su tələb edir.
Qəbul olunan qidalar özlərinin həzm prosesində
əmələ gələn aralıq məhsulların, şlakların aradan götü-
rülməsində su tələb etdiyindən, səhər imsak (sahur)
279
yeməyi, ilk öncə, mümkün qədər kalorili, daha asan
həzm olunan, susuzluq gətirməyən qidalar olmalıdır.
Duzlu və çox şirin yeməklər, ət xörəkləri, müxtəlif
qızartmalar susuzluq gətirən qidalar olduğundan, bun-
lardan az istifadə etmək daha məqsədəuyğundur. Yaxşı
olar ki, imsakda kəsmik, xama, kərə yağı, qaymaq və
ya soyutma yumurta yeyilsin. Bu şərtlə ki, bütün qi-
dalarda duzdan az istifadə olunması gözlənilsin. Istə-
nilən qədər maye (su, çay, şirə) qəbul oluna bilər.
Lakin qəbul edilən bütün mayenin miqdarı üç stə-
kandan çox olmamalıdır. Azərbaycanlılar bir qayda
olaraq qara məxməri çaydan daha çox istifadə edirlər.
Lakin həm susuzluğu yatırmaq, həm də orqanizmə
müsbət təsirləri baxımından yaşıl çay daha xeyirlidir.
Yaşıl çay immuniteti gücləndirir, insanın susuzluğa dö-
zümünü artırır, bundan əlavə, orqanizmə sakitləşdirici
təsir göstərir. Ona görə də, səhər yeməyi (imsak)
zamanı yaşıl çaydan istifadə etmək məqsədəuyğundur.
Bəzi insanlar imsakda şirin çay, yağ və pendirlə
(duzu az olsa, daha yaxşıdır) çörək yeyir, digərləri bal-
yağla çay (şit çay), çörək yeyirlər. Belə yemək insanı
ağırlaşdırmır və gün ərzində insan susuzluqdan əziyyət
çəkmir.
Imsakda və iftarda kolbasa və sosislərdən istifadə
olunmasına diqqəti artırmaq məsləhətdir. Kolbasa və
sosislərin nə dərəcədə halal olması sual altındadır.
Oruc tutanlar bu məhsulları alanda və yeyəndə son
dərəcə diqqətli olmalıdırlar. Hisə verilmiş kolbasaların
tərkibində duz və ədviyyatlar olduğundan, bunlar in-
sanda susuzluq yaradır. Ona görə də kolbasa və sosis-
lərdən istifadə etdikdə, əsasən halal olaraq hazırlanan-
lardan, tərkibində duz və ədviyyatlar nisbətən az olan,
280
hisə verilməmiş, bişmiş kolbasalardan (məsələn,
“həkim”, “pəhriz”, “dana” və s. kolbasa növləri)
istifadə edə bilərlər.
Imsakdan sonra dərhal yatmaq orqanizm üçün
ziyandır. Yaxşı olar ki, yüngül fiziki işlə məşğul ol-
sunlar, açıq havada gəzsinlər, yaxud mütaliə etsinlər.
Bunlardan ən önəmlisi Quran oxumaqdır. Kim ərəbcə
bilirsə, hər gün imsakdan sonra bir cüz (yəni 10 səhifə)
oxusa, etdiyi ibadətlər Allah-Təala tərəfindən daha çox
savaba yazılar.
Bir-iki saat vaxt keçdikdən sonra və ya 10-11
radələrində (və yaxud günorta namazından sonra) bir
qədər uzanıb yatmaq olar.
Imsak bitdikdən sonra, “Hələ vaxtım var, yata
bilərəm” - deyə yatıb gec durmaq, əlbəttə ki, insan
orqanizminə mənfi təsir göstərir. Ümumiyyətlə, səhər
saat 5-8 arası havada ozon daha çox olur. Belə hava
insan orqanizmini sağlam və gümrah etdiyi üçün açıq
havada gəzmək çox yaxşı olar.
Iftar vaxtı barədə xüsusi cədvəllər var və bu
cədvəllərə ciddi riayət edilməlidir. Bəziləri hesab
edirlər ki, orucu iftarın vaxtından yarım saat, bir saat
gec açsalar, daha da savab olar. Amma bu, səhv
fikirdir. Orucluq o demək deyil ki, insan özünə əziyyət
versin. Əgər axşam azanı vaxtı oruc tutan şəxs yolda
və ya işdə olarsa, azandan dərhal sonra orucunu
açmalıdır. Bu zaman 1-2 ədəd xurma yemək, bir qədər
su içmək kifayətdir.
Gün ərzində insan ən çox suya ehtiyac duyduğun-
dan, iftar vaxtını səbirsizliklə gözləyir ki, susuzluğunu
yatırsın. Qeyd etmək lazımdır ki, axşam azanına 20-30
dəqiqə qalmış iftar süfrəsi hazırlanmalıdır. Oruc
281
tutanın hazırlanmış iftar süfrəsi başında oturub axşam
azanını gözləməsi savab sayılır. Bunun elmi açıqlaması
fikrimizcə belədir: Ac insan süfrədəki təamlara baxıb
gözlədikcə onda şərti refleks yaranır, mədəaltı vəzi şirə
ifraz etməyə başlayır və beləliklə də iftarda yeyilən
qidanın həzminə və mənimsənilməsinə müsbət təsir
göstərir.
Orucu açan zaman yaxşıdır ki, ilk olaraq soyuq
mayelər yox, qaynanmış ilıq su, süd və ya çay içsinlər,
əlbəttə yaşıl çay olsa, daha yaxşıdır. Əgər qara
məxməri çay içirsinizsə, çox tünd olmamalıdır. Mayeni
“susuzam” deyib, birnəfəsə yox, aramla, tədricən
udum-udum içmək lazımdır.
Bəzən oruc tutanlar iftarı 1-2 ədəd xurma və bir
stəkan su ilə açır, axşam namazını qıldıqdan sonra
yemək yeyirlər. Yaxşı olar ki, oruc açanda, ilk növbədə
bir az da olsa (200-250 ml) duru yemək yeyilsin, 5-10
dəqiqədən sonra ikinci yemək də yeyilə bilər. Bir-
birinin ardınca çox yemək olmaz. Mədənin birdən-birə
yüklənməməsi və qidanın daha rahat həzm olunması
üçün iftarı 50-60 dəqiqə davam etdirmək məsləhətdir.
Yeməkdən sonra dərhal su və çayı çox içmək məsləhət
görülmür.
Meyvə-tərəvəz və çərəz yeyilməsini iftardan 1,5-
2,0 saat sonra yemək daha yaxşı olar. Iftar açan kimi
uzanmaq və yatmaq olmaz. Müsəlmanların Ramazan
ayında axşamlar (iftardan təxminən 2 saat sonra) təra-
viq namazı qılmaları iftarda yeyilən qidanın daha yaxşı
həzm olunmasına və qidalı maddələrin daha bəsit
maddələrə parçalanıb qana sovrulmasına müsbət təsir
göstərir.
282
Qədr gecəsi
“Qurani Kərim”-in Qədr gecəsində nazil olması,
əl-Qədr surəsində buyurulmuşdur. Surədə buyurulduğu
kimi:
“Qədr gecəsi (savab cəhətdən) min aydan daha
xeyirlidir! (O Ramazan ayının on doqquzuna, iyirmi
birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə
isə iyirmi yeddisinə təsadüf edir)”. (əl-Qədr, 97/3).
Qədr gecəsi və orucluq haqqında hədislər
Əbu Hüreyrədən (A.o.r.): Peyğəmbər (s.ə.v.)
buyurmuşdur:
1.
“Kim ki, Qədr gecəsinə inanaraq (onun böyük-
lüyünü, ehtiva etdiyi savab və bağışlanma imkanlarını)
düşünərək keçirərsə, onun bütün günahları bağışlanar”.
2.
“Kim ki, Ramazan orucunu inanaraq və (onun
savab və rəhmət amilini) nəzərə alaraq tutarsa, bütün
keçmiş günahları əfv edilər”.
3.
“Sizin hər hansı biriniz müsəlmanlığını yaxşı
yerinə yetirərsə, hər etdiyi bir savabın əvəzinə ona on
qatı yazılır. Bu, yeddi yüz dəfəyə qədər artır. Hər
etdiyi günah (isə ancaq) bir günah (olaraq) yazılır”.
4.
“Oruc bir qalxandır! (Həmin günlərdə) heç kim
çirkin söz danışmasın, özünü nadan kimi aparmasın,
bir adam onunla döyüşmək istəyərsə və ya onu
söyərsə, iki dəfə “Mən orucam!” deyin. Nəfsim əlində
olana (Allaha) and içirəm ki, oruc olanın ağız qoxusu
Allahın dərgahında müşk qoxusundan da yaxşıdır!
Yeməkdən, içməkdən və şəhvətindən mənə görə əl
çəkin… Oruc Mənim üçündür. Onun mükafatını Mən
verəcəyəm. Bir savab əvəzinə on savab verilib
283
hesablanacaq”.
5.
“Kim Allahın yolunda iki axca (belə) xərclə-
yərsə, Cənnət qapılarından ona; “Ey Allahın qulu, bu
bir xeyirdir!” - deyə nida gələcək, əgər o, namaz qılan
olarsa, namaz qapısından çağırılar, mücahid olarsa,
cihad qapısından çağırılar, oruc tutandırsa, (Reyyan)
qapısından çağırılar, zəkat verəndirsə, zəkat qapısından
çağırılacaqdır”.
6.
“Ramazan ayı girəndə Cənnətin bütün qapıları
açılır…”.
7.
“Ramazan girəndə səma qapıları açılır,
Cəhənnəm qapıları bağlanır və şeytan isə zəncirlənir”.
8.
“Kim ki, Qədr gecəsi (ona) inanıb, (ülviyyətini)
nəzərə
alaraq,
əhya edərsə, onun günahları
bağışlanar…”.
9.
“Kim ki, Ramazan orucunu, (ona) inanaraq və
(mükafatını) nəzərə alaraq tutarsa, onun keçmiş
günahları əfv edilir”.
10.
“Allahın yalan sözdən və onu işlətməkdən
çəkinməyən şəxsin yeməkdən və içməkdən əl
çəkməsinə ehtiyacı yoxdur”.
11.
“Adəm oğlunun hər əməli onun özü üçündür.
Təkcə oruc müstəsnadır… Şübhəsiz ki, o, Mənim üçün-
dür. Və onun mükafatını (şəxsən) Mən verəcəyəm. Oruc
tutanın iki sevinci (anı) vardır ki, onlarla könülü şad
olur: iftar etdiyi zaman sevinməsi və Rəbbinə
qovuşacağı zaman oruc tutduğuna görə sevinməsi”.
12.
“Ayı görən kimi oruc tutun və təzə ayı görən
kimi (də orucu) qurtarın! Sizə gizli qalarsa, Şaban
ayını otuz (günə) tamamlayın!”.
13.
“Kimsə unudaraq yeyib-içərsə, orucunu
axıradək davam etdirsin. Çünki onu Allah yedirib-
284
içirmişdir”.
14.
“Sizin hər biriniz cümə günü qətiyyən oruc
tutmasın, amma ondan bir gün əvvəl və ya bir gün
sonra tutsun…” (Əlbəttə ki, bu Ramazan ayının cümə
günlərinə aid deyil – Ə.C.Ə.).
15.
“Iki oruc və iki alış-veriş qadağan edilir:
Ramazan bayramı ilə Qurban bayramında oruc
tutmaq… Əl toxundurmaqla yaxşıca baxmadan,
seçmək imkanı və sərbəst olmayan alış-veriş,
Munabaza etmə (görmədən alıb-satma)…”.
16.
“Kim ki, Ramazana (gecələrinə) inanıb və
(savabını dərk edib) səhərə qədər oyaq qalarsa, (bütün)
onun keçmiş günahları bağışlanar”.
17.
“Kim ki, Qədr gecəsinə, (ona) iman gətirərək
(və əzəmətinə) əhya edərsə, (bütün) keçmiş günahları
ona bağışlanar”.
18.
“Peyğəmbər (s.ə.v.) hər Ramazanın (son)
onuncu günü (başlayanda) etikafa girərdi. Vəfat etdiyi
ildə isə etikafda iyirmi gün qalmışdır”.
19.
Dostum (s.ə.v.) mənə üç şeyi tövsiyə etmişdi:
“Hər ayda üç gün oruc… Iki rükət duha namazı…
Yatmazdan əvvəl vitr namazı qılmaq…”.
20. Ey millət! Allahın ayı sizə tərəf üz tutub
gəlmişdir (Biharul-ənvar).
21. Əziz Peyğəmbərimiz (s.ə.v.) hər vaxt Ramazan
ayı yaxınlaşanda buyurardı: - Sübhənallah. Nə qədər
böyük bir ayı qarşılamağa gedirsiniz və nə qədər
əzəmətli bir ay sizə tərəf gəlir (Biharul-ənvar).
22. Əgər insan Ramazan ayında nə etməli
olduğunu bilsəydi, arzu edərdi ki, ilin hamısı Ramazan
olsun (Biharul-ənvar).
23. Səma qapıları, yəni Allahın rəhmət qapıları
285
Ramazan ayının əvvəl gecəsində açılar və axır
gecəsinədək bağlanmaz (Biharul-ənvar).
24. Ramazan ayı elə bir aydır ki, əvvəli rəhmətdir,
ortası məğfirət (bağışlanma), axırı isə Cəhənnəm
odundan qurtulmaq (Biharul-ənvar).
25. Ramazan ayına ona görə Ramazan deyilib ki,
bu ay günahları yandırar (Kənzül-ümmad).
26. Ramazan ayı gələndə Cəhənnəm qapıları
bağlanır. Cənnət qapıları açılır və şeytanlar zəncirlənir
(Biharul-ənvar).
27. Əgər bir nəfər Ramazan ayında bağışlanmasa,
hansı ayda bağışlanar? (Biharul-ənvar).
28. Oruc tutun, sağlam olarsınız. Mədə bütün
xəstəliklərin evi, oruc isə dərmanıdır (Biharul-ənvar).
29. Bir gün Həzrət Muhəmməd (s.ə.v.) minbərə
çıxdı və buyurdu: -”Amin”. Sonra bunun səbəbini belə
açıqladı: “Ay camaat! Həzrət Cəbrayıl mənim yanıma
gəlib dedi: - Ey Muhəmməd (s.ə.v.), kim Ramazan
ayını dərk etsə və bağışlanmamış ölsə, Allah-Təala onu
öz rəhmətindən məhrum edər” (Biharul-ənvar).
30. Həqiqi bədbəxt o şəxsdir ki, bu əzəmətli ayda
Allahın bağışlanmasından məhrum qala (Biharul-
ənvar).
Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur:
1.
“Cənnətdə Riyan (sirab olmuş) adlı bir qapı var.
Oradan yalnız oruc tutanlar daxil olacaq”. Şeyx Səduq
hədisin şərhində yazır: “Cənnətə belə bir ad oruc tutanın
daha çox susuzluqdan əziyyət çəkdiyi üçün verilmişdir.
Oruc tutanlar bu qapıdan daxil olduqları zaman elə sirab
olarlar ki, bir daha susamazlar”.
2.
“Əgər ümmətim Ramazan ayının orucunun nə
qədər fəzilətli olduğunu dərk etsəydi, ilin bütün
286
günlərini oruc tutmaq istərdi”.
Əmirəl-möminin Imam Əli (ə) buyurmuşdur:
1.
“Allah-Təala orucu insanlarda sağlam bədən və
sağlam ruh tərbiyə olsun deyə, vacib etmişdir”.
2.
“Insan Ramazan ayında yemək-içməkdən uzaq
olduğu kimi, bütün haramlardan da uzaq olmalıdır”.
3.
Səhabələri Peyğəmbərdən (s.ə.v.) soruşur:
“Şeytanın bizdən uzaq olması üçün nə etməliyik?” O
Həzrət buyurur: “Oruc tutmaq şeytanın üzünü qaraldır,
Allah yolunda sədəqə vermək belinə qırar, Allaha xatir
sevmək və davamiyyətli halda əməli-saleh işlər
görmək quyruğunu kəsər, Allahdan bağışlanmağı
diləmək ürəyinin damarını qırar”.
Aişədən (A.o.r.):
1.
Qureyşilər cahiliyyə (dövründə) Aşura günü
oruc tutardılar. Allahın elçisi (s.ə.v.) də Ramazan
orucu fərz qılınanadək həmin gün oruc tutulmasını əmr
etmiş və belə buyurmuşdur: “Istəyən onu (Aşura
orucunu) tutsun, istəməyən tutmasın!”.
2.
Bilal gecə (sübh çağı) azan oxuduğu zaman
Allahın elçisi (s.ə.v.) belə buyurdu: “Ibn Ümmi
Məktum əzan oxuyana qədər yeyin-için. Çünki o, Fəcr
(vaxtı) çatanadək azan oxumur…”.
3.
“Peyğəmbər (s.ə.v.) oruc olarkən öpərdi və
qucaqlayardı. Onun şəhvəti hamımızın şəhvətindən
çoxdur. Çünki oruc olarkən, cinsi əlaqədən başqa,
öpmək və qucaqlamaq kimi hallar orucu pozmur”.
4.
“Peyğəmbər (s.ə.v.) Ramazanda (əlaqədən
sonra) sübh (çağına qədər) yatır və (o, səhər) yuyunub
orucunu tuturdu”.
5.
Həmzə b. Amr əl-Əsləmi (çox oruc tutan bir
şəxs idi) Peyğəmbərdən (s.ə.v.) soruşdu: “Səfərdə oruc
287
tutummu?”
“Istəyirsən
tut,
istəyirsən
tutma!
(sərbəstsən)” deyə buyurdu”.
6.
Allahın elçisi (s.ə.v.) buyurmuşdur: “Kim oruc
borcu olduğu halda ölərsə, valisi (himayəçisi) onun
yerinə tuta bilər”.
7.
“Allahın elçisinin (s.ə.v.), Ramazan ayını
çıxmaq şərtilə bir ay ərzində oruc tutduğunu heç
görməmişəm. Şaban ayında tutduğu orucdan da artıq
oruc
tutduğunu
görməmişəm
(yəni
Ramazan
orucundan sonra, gün hesabı ilə, ən çox oruc tutduğu
ay Şaban ayı idi…)”.
8.
“Allahın elçisi (s.ə.v.) Aşura günü oruc (tut-
mağı) əmr etmişdir. Ramazan (orucu) fərz edilən kimi
(Aşura günü orucunu) istəyən tutdu, istəməyən tut-
madı”.
9.
“Allahın elçisi (s.ə.v.) Qədr gecəsinin
Ramazanın son on günündə olmasına əmin idi və belə
buyurmuşdu: “Qədr gecəsini Ramazanın son on
günündə axtarın!”“.
10.
“Peyğəmbər (s.ə.v.) (son) on gün girdiyi vaxt
Hizarını bağlayardı (yəni, zövcələrinə yaxınlaşmazdı).
Gecəni oyaq keçirər və ailə üzvlərini də oyadardı”.
11.
“Peyğəmbər (s.ə.v.) məsciddə yanında
oturduğum vaxt, başını mənə tərəf əyərdi, mən də
heyzli olduğum halda onun başını darayardım”.
12.
“Peyğəmbərin (s.ə.v.) bədəni bədənimə mən
heyzli olduğum vaxt dəyərdi. O, etikafda olduğu
zaman başını məsciddən çıxarardı və mən heyzli
olduğum halda onun başını yuyardım”.
13.
“Peyğəmbər (s.ə.v.) vəfat edənə qədər
Ramazanın son on günündə etikafa girərdi. Sonra onun
ardınca zövcələri də etikafa girərdilər”.
288
14.
Allahın elçisi (s.ə.v.) buyurmuşdur: “Qədr
gecəsini Ramazanın son on günündəki tək (gündə)
axtarın!”.
Iman Sadiq (ə) buyurmuşdur:
1.
“Allah-Təala Tövratı Ramazan ayının 6-da,
Incili Ramazan ayının 12-də, Quranı isə Qədr
gecəsində nazil etmişdir”.
2.
“Oruc tutmaq tək insanın özünü yemək-içmək-
dən saxlaması deyil”. Bir vaxtlar Həzrət Isanın (ə) anası
Həzrəti Məryəm dedi: “Allaha xatir oruc tutmağı nəzr
etdim. Yəni Allaha pərəstiş etməkdən savayı ağzıma söz
alıb danışmayacağam”. “Oruc tutduğunuz zaman
dilinizi haramdan qoruyun (qeybət etməyin, yalan
danışmayın və s.), oruc tutduğunuz zaman gözünüzü
haramdan qoruyun, haram şeylərə baxmayın. Bir-
birinizlə çəkişməyin, bir-birinizə həsrəd aparmayın”.
3.
Ravi (A.o.r.) rəvayət edir ki: “Hişan ibn Həkəm
Iman Sadiqdən (ə) orucun nə üçün vacib olduğunu
soruşur. Imam Sadiq (ə) cavabında buyurur: “Oruc
Allah tərəfindən varlı ilə kasıb bərabər olsun və varlı
yoxsulun il boyu keçirdiyi aclıq və susuzluq hisslərini
keçirməsi üçün vacib edilmişdir. Çünki varlılar,
adətən,
istədiklərinə
sahib
olarlar.
Allah-Təala
bəndələri arasında bərabərlik bərqərar olmasını və
varlıların yoxsullara rəhm etmələrini istəyir”“.
Imam Rza (ə) buyurmuşdur: “Insanlar oruc
tutmağa əmr olunmuşlar ki, aclıq və susuzluğun nə
olduğunu dadıb, onun vasitəsilə Axirət dünyasının
yoxsulluq və çarəsizliyini dərk etsinlər”.
Talha b. Ubeydullahdan (A.o.r.): Saçları bir-birinə
qarışmış bir (bədəvi) ərəb Allahın elçisinin (s.ə.v.)
yanına gəlib ondan: “Allah mənə aid nəyi fərz
289
etmişdir?” - deyə soruşdu. Peyğəmbər (s.ə.v.): “Beş
dəfə namazı! Əlavə də qıla bilərsən!” - deyə buyurdu.
“Oruca aid nəyi fərz etmişdirsə mənə bildir!”.
“Ramazan orucunu! Əlavə oruc da tuta bilərsən!
(yəni nafilə oruc da tuta bilərsən!)” - deyə buyurdu.
Ibn Ömərdən (A.o.r.): Peyğəmbər (s.ə.v.) Aşura
orucu tutardı və (onu tutmağı) əmr etmişdi. Ramazan
orucu (Allah tərəfindən) vacib edilən kimi, Aşura
orucu tutulmadı.
Səhldən (A.o.r.): Peyğəmbər (s.ə.v.) buyurmuşdur:
“Cənnətdə “Ər-Reyyan” adlı bir qapı vardır. Qiyamət
günü o qapıdan ancaq oruc tutanlar girəcək, onlardan
başqa isə heç kim girə bilməz!”.
Əbu Bəkir (A.o.r.) demişdir: “Ata-anam sənə
qurban olsun, Ey Allahın Elçisi, beləcə ayrı-ayrı
qapılardan çağrılmaq zəruridirmi? Kimsə bu qapıların
hamısından (eyni vaxtda) çağrıla bilərmi?”.
“Bəli! Ümidvaram ki, sən onlardan olacaqsan…”.
Ibn Ömərdən (A.o.r.): “Onu (ayı) gördüyünüz vaxt
oruc tutun, onu gördüyünüz vaxtda da orucu açın,
görməsəniz, onu (ayı) təxmin edin” (və ya başqa bir
hədisdə deyildiyi kimi, otuz gündə tamamlayın).
Abdullahdan (A.o.r.): Peyğəmbərlə (s.ə.v.) bir
yerdə idik. Belə buyurdu: “Evlənməyə gücü çatan şəxs,
evlənsin. Çünki o (evlilik) gözü haramdan çəkindirən
ən gözəl vasitədir. Fərci (cinsiyyət orqanını) də
(haramdan) ən yaxşı qoruyandır… Buna gücü
çatmayan şəxs isə oruc tutmalıdır. Çünki orucun
şəhvəti söndürən bir gücü vardır…”.
Abdullah b. Ömərdən (A.o.r.): Allahın elçisi
(s.ə.v.) Ramazan haqqında söhbət edərək belə buyurdu:
“Ayı görməyincə oruc tutmayın və onu görməyincə
290
orucluqdan çıxmayın! Əgər görə bilməsəniz, (o zaman)
onu (yaxşı-yaxşı) hesablayın (təxmin edin)!”.
Abdullah b. Ömərdən (A.o.r.): Allahın elçisi
(s.ə.v.) buyurmuşdur: “Ay iyirmi doqquzuncu gecə
(çıxır). Onu görməyincə oruc tutmayın. Əgər görə
bilməsəniz, sayı otuza çatdırıb (oruc tutun)!”.
Ibn Ömərdən (A.o.r.): Peyğəmbər (s.ə.v.) buyur-
muşdur: “Şübhəsiz ki, biz yazıb-oxumağı bilməyən bir
millətik, yazmırıq, hesablamırıq…”. Ay barədə:
Belədir-elədir… Onun gah iyirmi doqquz, gah da otuz
(gün) olduğunu nəzərdə tutun…
Səhl b. Saddan (A.o.r.): Ailə üzvləri ilə birlikdə
sahura qalxırdım və sonra isə Allahın elçisi (s.ə.v.) ilə
səcdələrə (namaza) çatmaq üçün tələsirdim.
Zeyd b. Sabitdən (A.o.r.): Peyğəmbərlə (s.ə.v.) sa-
hura qalxdıq (yeyib-içəndən) sonra namaza durduq. So-
ruşdum ki: “Əzanla obaşdan arasında nə qədər var?”.
Buyurdu ki: “50 ayə (oxunacaq) qədər (bir vaxt)”.
Abdullahdan (A.o.r.): Peyğəmbər (s.ə.v.) iftar
etmədən orucu tutmuşdur; insanlar da belə etdilər.
Sonra bu onlar üçün çətin olduqda Allahın Elçisi
(s.ə.v.) (bunu) onlara qadağan etdi. Dedilər: “(Axı) sən
belə edirsən!”.
“Mən sizin kimi deyiləm, şübhəsiz ki, mən həm
yedirilirəm, həm də içirdilirəm” - deyə buyurdu.
Ənəs b. Malikdən (A.o.r.): Peyğəmbər (s.ə.v.)
buyurmuşdur: “Sahur edin. Şübhəsiz ki, sahurda
bərəkət vardır”.
Ibn Abbasdan (A.o.r.): deyib ki, “Peyğəmbər
(s.ə.v.) oruc olduğu halda qan aldırmışdır”.
Ibn Abbasdan (A.o.r.): Allahın elçisi (s.ə.v.)
Ramazanda Məkkəyə səfərə çıxdı. Məkkəyə çatdığı
291
zaman (camaatla birgə) orucunu dayandırdı (yəni
səfərdə olduqları üçün oruc tutmadılar).
Əbu Dərdadan (A.o.r.): Peyğəmbər (s.ə.v.) ilə isti
bir gündə səfərə çıxdıq. Elə isti idi ki, adam günəşin
yandırıcı şüasından qorunmaq üçün əli ilə başını
tuturdu. Aramızda Peyğəmbərlə (s.ə.v.) Ibn Rəvahadan
başqa oruc tutan bir adam yox idi.
Cabir b. Abdullahdan (A.o.r.): Allahın elçisi
(s.ə.v.) bir səfərdə idi. Böyük bir izdiham gördü. Bir
nəfərin üstünə kölgə salmaq (üçün örtük) çəkilmişdi.
Peyğəmbər (s.ə.v.): “Bu nədir belə?” - deyə soruşdu.
“Oruc tutmuş bir nəfərdir!” - dedilər.
“Səfərdə oruc tutmaq təqvaya aid deyil!” - deyə
buyurdu.
Ənəs b. Malikdən (A.o.r.): “Biz Peyğəmbərlə
(s.ə.v.) səfərə çıxardıq; nə oruc tutan tutmayanı, nə də
oruc tutmayan tutanı məzəmmət etməzdi…”.
Əbu Said əl-Xudridən (A.o.r.): Peyğəmbər (s.ə.v.)
buyurmuşdur: “Qadın aybaşı olduğu zaman namaz
qılmır, oruc tutmur, elə deyilmi? Bax bu, onun dində
nöqsan olmasıdır”.
Ibn Abbasdan (A.o.r.): Bir nəfər Peyğəmbərin
(s.ə.v.) yanına gəlib dedi: “Ey Allahın elçisi, anam, bir
aylıq orucu qaldığı halda vəfat etdi. Olar ki, onun
əvəzinə, orucun qəzasını mən tutum?”.
“Bəli, Allahın borcunu ödəməyə ən layiq olan
(budur)!” - deyə Peyğəmbər (s.ə.v.) buyurdu.
Səhl b. Saddan (A.o.r.): Allahın elçisi (s.ə.v.)
buyurmuşdur: “Iftarda tələsdikcə, insanlar xeyirlədir”.
Ibn Abbasdan (A.o.r.): Allahın elçisi (s.ə.v.)
buyurmuşdur: “Ramazandan başqa, heç bir ayda tam
oruc tutmayıblar”.
292
Abdullah b. Əmr bin Aslan (A.o.r.): Allahın elçisi
(s.ə.s.) bizə gəldi və belə buyurdu: “Şübhəsiz ki,
qonağının sənin üstündə haqqı var. Zövcənin də sənin
üstündə haqqı var”.
“Davud (ə) orucu necədir?” - (deyə ondan)
soruşdum.
“Dəhril (zamanın) yarısı qədər, (yəni bir gün oruc
tutardı, bir gün tutmazdı) deyə buyurdu”.
Abdullah b. Ömərdən (A.o.r.): Peyğəmbər (s.ə.v.)
buyurmuşdur: “Hər ayda üç gün oruc tut!”.
Əbu Səyyiddən (A.o.r.): Peyğəmbər (s.ə.v.)
Ramazan bayramı ilə Qurban bayramında oruc
tutulmasını qadağan etmişdir.
Ibn Ömərdən (A.o.r.): Qurban bayramının birinci
üç günündə oruc tutmağa icazə verilmədi. Ancaq
qurban tapmayan adama izn verilmişdir.
Səlim atasından (A.o.r.): rəvayət edir: Peyğəmbər
(s.ə.v.) buyurmuşdur: “Aşura günü istəyən (adam) oruc
tuta bilər…”.
Sələmətə b. Əl-Əkvədən (A.o.r.): Allahın elçisi
(s.ə.v.) Əsləm qəbiləsindən olan bir nəfərə hamıya
bunu elan etməyi əmr etdi: “Hər kim yeyibsə, günün
qalanını oruc tutsun, yeməyibsə, orucunu tutsun. Çünki
bu gün Aşura günüdür”.
Ibn Ömərdən (A.o.r.): Qədr gecəsi Peyğəmbərin
(s.ə.v.) səhabələrinin bir hissəsinə (ayın) son yeddi
günündə göstərildi. Bunu izah edərək Allahın elçisi
(s.ə.v.) buyurmuşdur: “Görürəm yuxunuz son yeddi
günə uyğun oldu. Belə olduğu halda, kim onu
axtarırsa, son yeddi gündə axtarsın”.
Dostları ilə paylaş: |