Hacı Nərimanoğlu


duelə çağırır, halbuki bizim müstəqilliyimizə təhlükə Rusiyadan gəlir...Biz SSRİ-dən ayrılaraq



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə55/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   51   52   53   54   55   56   57   58   ...   70
duelə çağırır, halbuki bizim müstəqilliyimizə təhlükə Rusiyadan gəlir...Biz SSRİ-dən ayrılaraq 

müstəqilliyimizə qovuşmuşuq. Ancaq özümüzü elə aparırıq, sanki Türkiyənin tərkibindən 

çıxmışıq. Xarici siyasətimizdə  əsas xətti Türkiyəyə  əlcək atmaq üzərində qurmuşuq. Ancaq 

suverenliyimiz üçün Rusiya təhlükəsi var. Biz kiçik addımlarla Rusiyaya öz müstəqilliyimizi 

təhvil verməkdəyik. Bu cür siyasət yaramaz....100 illik tədbirlər keçirməkdənsə, hakimiyyət 

xalqa, dövlətçiliyə qoyduğu hörməti bir qədər artırsa daha yaxşı olar. Belə siyasət bizim 

əhalinin həyatına mənfi təsir edir. Məsələlərə belə köndələn yanaşmaq  əleyhimizədir.” 

Liparityan ermənilərin Xocalı soyqırımını törətdiyini də  qəbul edən siyasət və bilim 

adamlarındandır: “Soyqırıma məruz qaldığını deyən xalq soyqırıma imza atmaz”. 

 

1813-cü və 1828-ci illərdə Rusiya və  İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" 



müqavilələrındən sonra - 1849-cu ildə  İrəvan quberniyası yaradılmış, ermənilərin  İrandan və 

Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülmələrinə 

başlanılmışdır. Təkcə 1825-1926-cı illərdə Rusiya-İran müharibəsi zamanı 18 min,1828-ci ildən 

1830-cu ilədək  İran və Osmanlı imperiyasından 57226 nəfər erməni Cənubi Qafqaza 

köçürülmüşdür. Rusiya imperiyasının həyata keçirdiyi məqsədyönlü və sistemli şəkildə  təşkil 

olunmuş köçürülmə siyasəti sayəsində baş vermişdir. 1914-16-cı illərdə Osmanlıdan gələn 350 

min erməni də Qafqazda məskunlaşmışdı, Andranik isə öz ardınca 30 min ermənini gətirib 

Zəngəzurda qırdığı türk, kürd kəndlərində yerləşdirmişdi. Bu insan qəssabı Xoyda, Urmiyada da 

talanlar törətmiş, minlərlə insanı  qətlə yetirmişdi. 1914-cü ildə aparılmış siyahıya almaya görə 

Osmanlıda yaşayan ermənilərin sayı 1 milyon 170 min idi.  1915-ci ilə qədərki bütün siyahıya 

almalarda ermənilərin Osmanlı hüdudlarındakı sayı heç vaxt şişirtmələrdən sonra belə 1,3 

milyonu keçməyib. Buyurun hesablayın, hardan çıxdı 1,5 milyon erməninin qətli, “genosidi”. Ağ 

yalan olduğu heç kimdə şübhə doğurmur, ancaq nə fayda, türk-islam düşmənlərinə bu yalanlar 



60 

 

lazımdır. Bunun adı beynəlxalq siyasətdi. Və XX əsrin  əvvəlində  və sonunda törədilən türk 



soyqırımlarında bu dövlətlər də sorumludur. Ermənilərin 1918-ci ildə Bakıda, Quba, Şamaxı, 

Naxçıvan, İrəvanda, əsrin sonunda Dağlıq Qarabağ, özəlliklə Xocalıda törətdikləri qanlı qırğınlar 

soyqırımın bir-birindən dəhşətli səhifələridir. Tək Zəngəzur mahalında 3257 kişi, 2276 qadın və 

2196 uşaq öldürülmüş, 1061 kişi, 797 qadın və 485 uşaq isə yaralanmışdı. Öldürülmüş və şikəst 

olmuş müsəlmanların ümumi sayı 10.068 nəfərə çatmışdı. “Azərbaycan” qəzetinin 12 oktyabr 

nömrəsində Bakıya gəlib çıxmış 80 zəngəzurlu qaçqının söylədiklərinə əsasən yazırdı ki,  türk 

əsgərlərinin bölgəni tərk etməsindən sonrakı ilk günlərdə Zəngəzurda 110 müsəlman kəndi qarət, 

talan edilib dağılıb xarabaya çevrilmiş, 70-nin əhalisi tamamən qırılmış, sağ qalanların böyük bir 

hissəsi isə aclıq, səfalətdən, soyuqdan ölümə  məhkum vəziyyətdədirlər. Ümumiyyətlə, 1905-

1906-cı illər erməni qırğınları  nəticəsində  İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları 

ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi soyqırıma məruz 

qoyulmuşdur. “Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin