əlaqədar beynəlxalq aləmdə dəstəklənməsini iki amillə əlaqələndirmək olar. Bunlardan
birincisi pulla tanınmış şəxslərin ələ alınması, ikincisi isə xristianlıq kartıdır… Mən başqa cür
düşünə bilmirəm. Ona görə də mən məsələni araşdıraraq erməni soyqırımı barədə həqiqətləri
xristian aləminə çatdırmağı qərara aldım və nəticədə bu kitab meydana çıxdı”. ABŞ-da
söylənən “pul, var-dövlət siyasətdə ana südüdür” atalar sözünü yada salan S. Uimz deyir ki,
ermənilər soyqırımını tanıtmaq və ABŞ-lı siyasətçiləri ələ almaq üçün ötən il ABŞ-da 14 milyon
dollar xərclədilər. Klinton dönəmində az qala ermənilər soyqırımının rəsmən ABŞ hökuməti
tərəfindən tanınmasına nail olacaqdılar. Ötən il də erməni soyqırımının tanınması məsələsi son
anda baş tutmadı. O, əmin olduğunu bildirir ki, əgər fransız parlamentində erməni soyqırımının
qəbulu ilə bağlı məsələ araşdırılsa, hökmən burada erməni lobbisinin fransız siyasətçilərini və
parlament üzvlərini pulla ələ aldıqları üzə çıxacaq.
Alman tədqiqatçısı Albert Şneyder: “Mən baxdığım filmlərə, oxuduğum kitab və sənədlərə
həmişə hörmətlə yanaşmağa çalışmışam. Çünki bütün bunlarda bir insan ömrünün izi var. O
yerdəki bəziləri öz yazdıqları və yaxud çəkdikləri əsərlərlə aldatmağa çalışır, o yerdə mən
deyirəm:-məni aldatdın, bəs tarix necə olsun? Tarixi aldatmaq mümkündürmü?...Qarabağdan
Dostları ilə paylaş: |