Bütün tarixi xəyanət və namərdliklərlə dolu olan erməni yağıların əlləri ilə minlərlə günahsız
68
Hacı Nərimanoğlu Qubadlı rayonunun Saray
kəndində doğulub. Dondarlı kənd orta məktəbi,
Azərbaycan Dövlət Pedaqoji İnstitutun filologiya
fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sovet
Ordusu sıralarında Kosmodrom Baykonurda həqiqi
hərbi xidmətdə olub. Qubadlı rayon komsomol və
icraiyyə komitələrində, icra hakimiyyətində çalışıb,
16 ildən çox fasiləsiz “AzərTAc” Dövlət İnformasiya
Agentliyinin "Zəngəzur" İnformasiya Mərkəzinin
direktoru, AzərTAc-da buraxılış redaktoru olub,
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzində, AR Sənaye və Energetika Nazirliyində,
AR Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində
çalışıb. Hazırda Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəridir.
"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri,
www.zengezur.com saytının baş redaktorudur.
Azərbaycan Yazıçılar, Jurnalistlər birliklərinin üzvü,
12 kitabın müəllifi, AMEA-nın A.Bakıxanov adına
Tarix İnstitutunun dissertantı, Qarabağ müharibəsi
veteranıdır.