Hacı Nərimanoğlu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə19/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   15   16   17   18   19   20   21   22   ...   70
Samuyel A. Uimz. "Ermənistan terrorçu "xristian" ölkənin gizlinləri", Ermənlərin 

böyük fırıldaq seriyaları, I cild: "Biz Xocalı faciəsinin  şahidiyik. Biz Xocalı 

müdafiəçilərinin, yüzlərlə dinc sakinlərinin-qadınların, uşaqların, qocaların 

eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu 

da atəşə tutduqlarına görə  çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən 

gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, 

tükürpədici mənzərə idi. 5-6-yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları 

vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər". 

 



 

Tarixçi yazar Mark Sayks: “Ermənilərin “qeyri-təbii” adətləri var. Başqa qüvvətli 

dövlətləri onlara kömək etməyə qane etmək üçün özlərini təhlükəyə  məruz 

qoyurlar. Məndə olan əsaslı  dəlillər belə  qənaətə  gəlməyə imkan verir ki, bu 

bədbəxtlər türkləri cinayətkar kimi qələmə vermək və Amerikanın (Türkiyəyə) 

müharibə elan etməsi ümidi ilə amerikalı missionerləri öldürmək planı 

qurmuşdular. 1896-cı il Malatya hadisələrində bu əclaf köpəklər fransız rahibləri 

monastırdan qaçarkən 200 yardlıq məsafədən onları atəşə tutublar ki, avropalılardan 

birinin öldürülməsi güclü dövlətləri bu işə qarışmağa vadar etsin. Onlar haqqında 

olan yüksək fikirlərim tamamilə yox olub getdi”. 

 



 



1896-cı ildə İstanbula “Nyu-York Hərald” qəzetinin müxbiri kimi gəlmiş jurnalist 

Sidney Veytman yazır: " Küçə vuruşmaları zamanı ermənilərin qumbaralarından və 

güllələrindən yaralanmış 40-a qədər türk əsgərin yatdığı xəstəxanaya da 

getdim.Həmin gün polis Pera küçəsindəki bir mənzildə çoxlu qumbara və partladıcı 

maddələr tapmışdı. Deyilənlərə görə, onları bura  ruslarla gizli razılaşma vasitəsilə 

gətiriblərmiş.” 

 



 



Odisnom Çarlz Eliotun “Türkiyə Avropada” (1900) kitabından: “…hətta 1877-

1878-ci illər rus-turk müharibəsindən sonrakı illərdə türklər və ermənilər  əla 

dostluq  şəraitində yaşayırdılar... Ruslar erməni kilsələrini, məktəblərini və dinini 

sıxışdırırdılar, türklər isə tamamilə  əksinə, bütün işlərdə daha səbrli və daha çox 

sərbəstlik verən idilər... Onlar türklərin arasında yaşamaqlarından razı idilər... 

Sərvət tərəzisi də artıq burada (Türkiyədə) tamamilə xristianların xeyrinə idi. 

Türklər onlara səmimi-qəlbdən inanırdılar”. 

 



 

S. Uimzin “Turkish Deyli Nyus” qəzetinə müsahibəsindən: “Mən Ermənistana 

qarşı cəza tədbirləri görməyən ölkəmin xarici siyasətinə görə xəcalət hissi duyuram. 

ABŞ Dövlət Departamentində bilirlər ki, Ermənistanda bir dənə də məscid fəaliyyət 

göstərmir. Ermənilər bu gün qaranlıq orta əsr qanunları ilə yaşayırlar. Ermənistan 

əhalisinin 95 faizi təmiz qanlı ermənilərdir və bu nasist Almaniyanın irqçi siyasəti 

ilə müqayisə oluna bilər”.  

 



 

ABŞ-ın Azərbaycandakı  səfiri Robert Sekuta: “Dünyanın heç bir ölkəsi 

Azərbaycanın yaxın tarixdə məruz qaldığı zorakılıq kimi hallardan sığortalanmayıb. 

Ona görə  də biz belə halların baş verməməsi üçün birgə çalışmalıyıq. Ölkənin 

yaşadığı  ağrı-acı, xüsusilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır və bu 

hadisəni mən yaxından öyrənməliyəm. Bu, mənim üçün önəmlidir”. 




23 

 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin