Yəhudilərin gördükləri və yazdıqları
•
Aleksandr Naumoviç Kvasnikin 1919-cu il, yanvarın 1-də Bakı şəhərində
Fövqəladə Təhqiqat Komissiyasının üzvü olaraq istintaqa verdiyi ifadədən: “Mən,
Bakı şəhəri, Serkovnaya küçəsi, 138 №-li evdə yaşayıram, yəhudiyəm, həddi-
buluğa çatmışam. 1918-ci ilin mart ayının 17-dən 21-dək olan müddət ərzində Bakı
şəhərində baş vermiş hadisələr haqqında aşağıdakıları deyə bilərəm: “Bu ilin 17-21
mart tarixlərində Bakı şəhərində baş vermiş hadisələrə təmiz vicdanla belə ad
vermək lazımdır: “Müsəlmanların fiziki olaraq məhv edilməsi, bütün əmlakının
mənimsənilməsi və onların bütün rifahının və siyasi üstünlüyünün ermənilərin əlinə
keçməsi məqsədilə, əvvəlcə Bakı şəhərində, sonra isə ucqarlarda erməni əhalisinin
müsəlman əhalisinə qarşı təşkil edilmiş qanlı sui-qəsdi....Ermənilər hesaba gəlməz
sayda insanları güllələyirdilər. Ora qədər gəlib çıxanlar isə tutulur və teatrların
yaxınlığında güllələnirdi. “Daşnaksütun” partiyası guya əsirlərin toxunulmazlığını
qoruyurdu, amma bu mühafizə yalançı və məkrli idi. Erməni dəstələri bir-birinin
ardınca guya ki müsəlmanların təlükəsizliyini qorumaq adı ilə yığışdıqları teatrlara
daxil olur və cüssəli, sağlam tatarları seçir, binadan küçəyə çıxarır və güllələyirdi.
Qətlə yetirilənlərin paltarlarını və qiymətli əşyalarını çıxarır, sonra xəncərlə onların
qarınlarını yarır, daxili orqanlarını açır və tanınmayacaq dərəcəyə qədər eybəcər
hala salaraq, cəsədləri təhqir edirdilər. Bütün küçələrdə və küncdə-bucaqda qalaq-
qalaq meyitlər yığılıb qalmışdı və hər tərəfdə ölüm və dəhşət hökm sürürdü. Demək
olar ki, bütünlüklə ermənilərdən ibarət olan Bakı Sovetinin İcraiyyə Komitəsinin
üzvləri bu rüsvayçılığa son qoymaq istəmirdilər, çünki məqsəd bir idi – şəhərin
bütün Cənubi Qafqazda öz zənginliyi, nüfuzu və səxavəti ilə tanınan müsəlman
əhalisini məhv etmək....Mart hadisələrindən sonra Şaumyanın, Karqanyanın,
Avakyanın əmri ilə ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu yaradıldı. Buraya
17 yaşlı yeniyetmələrdən tutmuş heç bir işə yaramayan qoca ermənilərədək hamı
daxil olmuşdu. Onlar orduya ümumi aclıq dövründə yemək üçün, geyinib-
keçinmək üçün və əlavə olaraq 200 rubl maaş almaq üçün gedirdilər. Onlar bundan
əlavə yürüşlərdə də öz iştahalarına və bəxtlərinə uyğun olaraq “gəlir əldə edirdilər”.
Müsəlmanların şəhərdə ən yaxşı binaları onlar üçün müsadirə edilmişdi və erməni
döyüşçülər burada daima içki içir, zurna çalır, eyş-işrət və kef məclisləri təşkil
edirdilər. Onlara elə gəlirdi ki, cənnətdə yaşayırlar. Belə ki, küçələrdə aclıq, ölüm
hökm sürdüyü halda..., onlar hamısı boğaza qədər yeyirdi, ümumi düşkünlük və
üzüntü hökm sürdüyü halda, onlar ... nəşələnirdilər. Lakin gələcəyi görən insanlar
artıq o vaxt, onların şənliklərini gördükdə, onların soyğunçu alınlarında İncilin tale
yazısını oxuyurdular: “mene, men... tekel upofedkin” – “Zaman hesablanmış, sənin
qan, məkr, həyasızlıq və ikiüzlülük üzərində qurulmuş talançı rifahın tərəzilərdə
çəkilmiş və hazırlanmışdır”. Komissiya üzvü: A.Novatski (imza). Komissiya üzvü:
А.Kluge (imza).
•
Yuda Abramoviç Belenkiy: “43 yaşım var, yəhudiyəm, Bakı şəhəri, Verxnyaya
Priyutskaya küçəsi, 97 №-li evdə yaşayıram. Bu il mart ayının 19-da ...mən bizim
evin yanında, Melniçnaya küçəsi ilə Qluxoy döngənin tinində ermənilərin 11 nəfər
müsəlmanı necə güllələdiklərini görmüşəm. Bir qadın diz üstə çökərək yalvarırdı ki,
60 yaşlı bir qocanı öldürməsinlər. Ona söz verdilər ki, qocanı yalnız əsir
aparacaqlar, lakin elə döngədəcə bir neçə revolver gülləsi ilə onu öldürdülər.
Müsəlmanları əsas etibarı ilə erməni əsgərləri qarət edir və qətlə yetirirdilər.”
İzahatı aldı-Komissiya üzvü: А. Kluge (imza).AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.132.
Eyni məzmunlu ifadələri miliyyətcə yəhudi olan Maks Borisoviç Manaseviç,
Abram Moiseyeviç Edlin də verib.
24
•
Beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut: “İsraildə azərbaycanlıların
təqribən 110 il bundan əvvəl ermənilər tərəfindən soyqırıma məruz qalması
haqqında məlumat yox dərəcəsindədir. İndiyə kimi bu barədə məlumat dünyaya
çatdırılmayıb. 1918-ci ildə Quba ərazisində erməni daşnakları tərəfindən
öldürülmüş azərbaycanlılar və dağ yəhudiləri haqqında dolğun məlumat
yoxdur…Misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən
dəhşətli faciələrindən biridir. …İnsanların əksəriyyətinin Xocalı qətliamı haqqında
heç bir məlumatı yox idi. Fotolarda, dözülməz səhnələrin əks olunduğu sənədli
şəkillərdəki dəhşətli həqiqət Azərbaycan xalqının yaşadığı faciə haqqında dolğun
məlumat verir. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Xocalı şəhəri
cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Artıq tarixi faktdır ki,
erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə
macal tapmayan günahsız Xocalı sakinlərinə aman verməyiblər. Erməni silahlı
birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub,
1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş
işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Xocalı şəhərinin mülki
əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi, bu insanlara yalnız azərbaycanlı
olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşıyıb. Bu gün Ermənistanda
yüksək vəzifə tutan Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert
Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə
qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti
hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq
qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində
törətdiyi Xocalı faciəsinə əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət
verməlidir….Ermənilər illərlə təbliğat aparıb, qondarma erməni soyqırımı
məsələsini 20-dən artıq Avropa ölkəsində tanıtdıra biliblər. Hər bir təbliğat dünyada
bu gün maliyyədən və bizim istəyimizdən aslıdır. Bizim təbliğatımız aqressiv və
güclü olmalıdır. Məsələn, diaspor təşkilatlarımız Xocalını yalnız fevral ayında yada
salmamalıdır. Xocalı hər zaman bizim ürəyimizdə, canımızda olmalıdır. Bununla
əlaqədər biz yalnız anım mərasimləri deyil, daha çox dünyada Xocalı ilə bağlı
böyük və səviyyəli beynəlxalq konfranslar keçirib, oraya dünyada tanınmış hüquq
və insan hüquqları üzrə mütəxəssisləri, jurnalistləri, ombudsmanları, elm adamlarını
dəvət etməliyik. Xocalı ilə bağlı sənədli və bədii filmləri dünyada çəkdirməliyik.
Bu bizim təbliğatımızın əsas istiqaməti olmalıdır. Eyni zamanda bu beynəlxalq
konfranslar vasitəsi ilə biz Azərbaycanın dünyadakı dostlar koalisiyasını yarada
bilərik. Qanlı hadisələrlə, faciələrimizlə bağlı müxtəlif saytlar yaradıb onları
dünyanın əsas dillərinə tərcümə etməliyik. Burada dünyada olan diaspora
təşkilatları və Azərbaycanın diplomatik nümayəndələri bir nöqtədən çıxış
etməlidirlər.”
•
Akademik Marr: “Erməni xalqı kimi, erməni dili də hibrid (calaq) dildir”.
•
S.C.İou yazırdı: «...bütün müharibə ərzində ən dəhşətli qırğın başladı. Milyondan
çox müsəlman kəndli camaatı öldü... Ərzincana doğru çəkilən Osmanlı ordusu ilə
birlikdə getməyə cəhd edən minlərlə qaçqın yolda parça-tikə edildi...»
|