Hacı Nərimanoğlu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə23/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   19   20   21   22   23   24   25   26   ...   70
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


31 

 

Almanların gördükləri və yazdıqları 

 

Missioner Kathe Ehrold 1937-ci ildə Drezdendə  nəşr etdirdiyi xatirə kitabında 



yazır: "Vanda 20 min adam yaşayırdı. 20 aprel 1915-ci ildə rusların yaxınlaşması 

ilə birlikdə ermənilər özlərində saxladıqları silahları  çıxararaq döyüşə başladılar. 

Şəhərdə böyük bir vətəndaş müharibəsi, qardaş döyüşü başladı. Günlərlə küçə 

qarşıdurmaları oldu. Ruslar şəhərə yaxınlaşınca, türklər  şəhəri boşaltma qərarı 

aldılar və bir gecədə  vətəndaş  və  əsgər  şəhəri tərk etmək məcburiyyətində qaldı. 

Geriyə yalnız qadınlar, yaşlılar və  xəstə türklər qaldı. Ertəsi gün şəhər erməni 

şəbəkələrinin və rusların  əlinə keçincə, ermənilər qaça bilməyən qadın, yaşlı  və 

xəstə türkləri qətl etdilər. Dindar bir xristian olaraq əvvəl özlərinə bu qətliamları 

dayandırmağı söylədim, lakin onlar buna əhəmiyyət vermədilər, bu cinayətlərin 

böyük bir günah  olduğun dedim. Rusların gəlməsindən sonra döyüş müxbirlərinin 

yazdıqları yalanları görüncə, bu jurnalistlərin yazdıqlarına inamım qalmadı. 

Ermənilər türklərin geridə buraxdıqları mal və mülkə  əl qoydu və sanki özlərinin 

imiş kimi, qamarlayıb istifadə etməyə başladılar. Yetimxanama ətraf kəndlərdən 

türk qadınlar gəlməyə başladı. Rusların bölgədə tapıb topladığı bu qadınları 

qorumağa aldıq. Yoxsa bu zavallılar çetelərin əlində qalacaqdılar. Bu qadınlara çox 

köməkçi ola bilmədik. Çünki çeteçilərdən çox pis rəftar görmüş, namuslarına 

təcavüz edilmiş bu qadınlar qorxudan tir-tir əsirdilər. Türk millətinin geridə qalan 

bu çarəsiz qadınlarına çeteciler tərəfindən  şüurlu və istəkli olaraq edilmiş bu 

təcavüzlər və pisliklər Vanda qaldığım müddət içində yaşadığım ən qaranlıq və ən 

kədərli hadisələrdir.Türk birliklərinin Van şəhərinə yaxınlaşdığını görən rus 

generalı 3 avqust 1915-ci ildə döyüşmədən  şəhəri tərk etmə  qərarı aldı.  Şəhər 

boşaldıqdan sonra yandırılması  qərarı verildi. Xəyal qırıqlığına uğramış erməni 

xalqı geri çəkilən rus ordusu ilə birlikdə  ən az 10 min adam olaraq şəhəri tərk 

etməyə  və Rusiyaya doğru köç etməyə başladı. Bu köçkünlərin kiçik bir hissəsi 

Rusiyaya çata bildi. Günlərlə yollarda piyada olaraq gedən bu qaçqınlar, yorğunluq, 

xəstəliklər və epidemiyalar səbəbiylə öldülər. Sərhədə çatanları isə ruslar ölkə içinə 

almayıb, sərhəddəki qaçqın düşərgələrində gözlətdilər. Guya qurtarıcı olaraq gələn 

ruslar, geri çəkilərkən birlikdə gələn bu xalqı, "bizdə kifayət qədər kasıb xalq var" 

deyə sərhəddən içəri qoymadı. Bu zavallılar pərişanlıq içində aclıq və susuzluqdan 

öldülər. Ruslar şəhəri yandırdıqdan sonra şəhəri tərk edərkən yetimxanadakı 

uşaqların özləriylə birlikdə  gələ bilməyəcəyini, uşaqların bu yanmış  şəhərdə 

buraxılmasını istədilər. Anladığım qədəriylə onlar bu erməni uşaqlarını istəmirlər, 

onların burada qalıb aclıq və susuzluqdan ölmələrini istəyirdilər.  Şəhəri tərk edən 

ermənilər və ruslar şəhəri tamamilə yandırdılar. Gedərkən yetimxanaların başçısı 

İsveçrəli missioner Rahib Spörri mənə bir miqdar pul verdi. Rus əsgərləri mənə və 

yetimxanalarda uşaqlarına bələdçilik edərək bizi sərhədə  qədər aparacaqlarına söz 

verərək, qayığa mindirib Van gölünə getdik. Rus əsgərləri daha sərhədə 

yaxınlaşmadan bizi türk sahillərində sahilə  çıxartdılar və bizi ortada üz üstə 

buraxaraq qaçdılar. Döyüş bölgəsinin ortasında qalmışdıq və Vana geri dönməkdən 

başqa çarəmiz yox idi. Aclıq və susuzluq içində günlərlə gedərək Van şəhərinə geri 

dönmək məcburiyyətində qaldıq. Daha sonra kiçik bir birlik olaraq türk əsgərləri 

şəhərə girdilər. Yanmış bomboş bir şəhər gördülər. Birlikdə geri gətirdiyim pərişan 

haldakı erməni yetim uşaqlara kömək edib  binamızı təmir etdilər. Sanki Tanrı türk 

əsgərlərini bizə kömək etsin deyə göndərmişdi. Sonra rusların yaxınlaşdığı  xəbəri 

gəlincə Vana girmiş bu kiçik türk birliyi şəhəri tərk etdi. Ardından ruslar təkrar 

şəhərə girdilər. Bir müddət sonra türklərin böyük bir birliklə geri gəlməkdə olduğu 

xəbəri gəlincə, ruslar şəhəri yenə boşaltma qərarı aldılar. Erməni yetim uşaqlarını 

onlarla birlikdə götürməyimə ruslar yenə icazə vermədilər. Bu sırada zəngin bir 

erməni tacirinin Vandaki gizli anbarında saxladığı parçaları almaq üçün böyük 



32 

 

rüşvətlər ödəyərək Vana gəldiyini və parçaları alıb Tiflisə gedəcəyini eşitdim. Bu 



tacirə yalvardım, yalvardım, lütfən yalnız qumaşlarınızı deyil, bu zavallı özünüzdən 

olan erməni yetim uşaqları da birlikdə Tiflisə götürünüz- dedim. Adam sonunda 

“bəli” dedi. Eşitdiyimə görə sözündə durmuş və uşaqları Tiflisə aparmışdır." 

 



Alferd Kerte (Alman səyyahı): “Türklərlə  iş görəndə sözlə danışmaq kifayətdir, 

müqavilə bağlamağa da ehtiyac yoxdur… Əgər yunanla iş görmək istəyirsinizsə, 

mütləq müqavilə bağlayın, erməni ilə belə bir fikriniz olarsa, onda heç bir 

sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə 

rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir.” 

 



Almaniyanın “Spiegel” jurnalının müxbiri olmuş publisist, siyasi analitik Rixard 

Kissler: “Mən Xocalıda olmuşam. Yalnız onu deyə bilərəm ki, kədərli, boşaldılmış 

mənzərə  dəhşətlidir. Hər yerdə dağıntıların izi görünür. Sizi ermənilərin xaraba 

qoyduğu  şəhər qarşılayır. Mən onların bir neçəsinə Xocalı haqda sual vermək 

imkanı tapdım. Amma onlar ya heç nə bilmədiklərini deyir, ya da bu haqda 

ümumiyyətlə  eşitmək istəmirdilər. Onlar faciənin tarixini tamamilə  təhrif edərək 

iddia edirdilər ki, guya azərbaycanlıları Azərbaycan ordusu güllələyib. Bu, 

absurddur.  Əgər siz daha sonra Şuşaya getsəniz, burda kitabxana xarabalıqlarına, 

dağıdılmış  məscidə rast gələrsiniz. Bütövlükdə  mən Dağlıq Qarabağda heç bir 

iqtisadi tərpəniş görmədim. Ora heç kim sərmayə qoymur. Ermənilərdə pul yoxdur, 

Rusiya isə bu məsələyə qarışmır. Dağlıq Qarabağ çox gözəl yerdir. Amma hazırda 

orada məhkumluq atmosferi hökm sürür.” 

 

 Alman tədqiqatçısı Albert Şneyder: “...Mən baxdığım filmlərə, oxuduğum kitab və 



sənədlərə həmişə hörmətlə yanaşmağa çalışmışam. Çünki bütün bunlarda bir insan 

ömrünün izi var. O yerdəki bəziləri öz yazdıqları  və yaxud çəkdikləri  əsərlərlə 

aldatmağa çalışır, o yerdə  mən deyirəm: - məni aldatdın, bəs tarix necə olsun? 

Tarixi aldatmaq mümkündürmü?...Qarabağdan həmişə azərbaycanlı  ətri gəlib. 

Məni heç kəs aldatmasın”. 

 



İsveçrə xarici işlər naziri C.Deiss: “...Biz 87 il əvvəl olduğu iddia edilən və əsli 

bilinməyən hadisəyə görə Türkiyə ilə əlaqələrimizi poza bilmərik”. 

 

Ser Edvin Pirzin “40 il Konstantinopolda” (1915) kitabından: “Ermənistanda və 



Bolqarıstanda siyasi fitnələrin təhrikçiləri katolik və ya protestant missioner 

məktəblərinin müdirləri idilər”.  

 



Xasse Arfa yazır: “1914-cü il-də Sarıqamışda türklərin məğlubiyyətindən və 

ruslar tərəfindən türk torpaqlarının işğalından sonra tərkibi Qafqaz və Türkiyə 

ermənilərindən ibarət çoxlu könüllü alaylar gəldi. Bunlardan (alaylardan-red.) 

birinin komandiri, əvəzi olmayan qaniçən Andronik idi... Bu ermənilər kürdlər 

tərəfindən öldürülmüş  həmyerlilərinin intiqamını almaq məqsədilə görünməmiş 

vəhşiliklər törətdilər. 1915 və 1918-ci illər arasında onlar tərəfindən Türkiyənin 

şərq vilayətlərində 600.000 kürd öldürülmüşdür.” 

 

 



 

 

 




33 

 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin