•
Yuda Abramoviç Belenkiy: “43 yaşım var, yəhudiyəm, Bakı şəhəri, Verxnyaya
Priyutskaya küçəsi, 97 №-li evdə yaşayıram. Bu il mart ayının 19-da ...mən bizim
evin yanında, Melniçnaya küçəsi ilə Qluxoy döngənin tinində ermənilərin 11 nəfər
müsəlmanı necə güllələdiklərini görmüşəm. Bir qadın diz üstə çökərək yalvarırdı ki,
60 yaşlı bir qocanı öldürməsinlər. Ona söz verdilər ki, qocanı yalnız əsir
aparacaqlar, lakin elə döngədəcə bir neçə revolver gülləsi ilə onu öldürdülər.
Müsəlmanları əsas etibarı ilə erməni əsgərləri qarət edir və qətlə yetirirdilər.”
İzahatı aldı-Komissiya üzvü: А. Kluge (imza).AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.132.
Eyni məzmunlu ifadələri miliyyətcə yəhudi olan Maks Borisoviç Manaseviç,
Abram Moiseyeviç Edlin də verib.
24
•
Beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut: “İsraildə azərbaycanlıların
təqribən 110 il bundan əvvəl ermənilər tərəfindən soyqırıma məruz qalması
haqqında məlumat yox dərəcəsindədir. İndiyə kimi bu barədə məlumat dünyaya
çatdırılmayıb. 1918-ci ildə Quba ərazisində erməni daşnakları tərəfindən
öldürülmüş azərbaycanlılar və dağ yəhudiləri haqqında dolğun məlumat
yoxdur…Misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən
dəhşətli faciələrindən biridir. …İnsanların əksəriyyətinin Xocalı qətliamı haqqında
heç bir məlumatı yox idi. Fotolarda, dözülməz səhnələrin əks olunduğu sənədli
şəkillərdəki dəhşətli həqiqət Azərbaycan xalqının yaşadığı faciə haqqında dolğun
məlumat verir. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Xocalı şəhəri
cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Artıq tarixi faktdır ki,
erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə
macal tapmayan günahsız Xocalı sakinlərinə aman verməyiblər. Erməni silahlı
birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub,
1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş
işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Xocalı şəhərinin mülki
əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi, bu insanlara yalnız azərbaycanlı
olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşıyıb. Bu gün Ermənistanda
yüksək vəzifə tutan Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert
Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə
qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti
hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq
qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində
törətdiyi Xocalı faciəsinə əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət
verməlidir….Ermənilər illərlə təbliğat aparıb, qondarma erməni soyqırımı
məsələsini 20-dən artıq Avropa ölkəsində tanıtdıra biliblər. Hər bir təbliğat dünyada
bu gün maliyyədən və bizim istəyimizdən aslıdır. Bizim təbliğatımız aqressiv və
güclü olmalıdır. Məsələn, diaspor təşkilatlarımız Xocalını yalnız fevral ayında yada
salmamalıdır. Xocalı hər zaman bizim ürəyimizdə, canımızda olmalıdır. Bununla
əlaqədər biz yalnız anım mərasimləri deyil, daha çox dünyada Xocalı ilə bağlı
böyük və səviyyəli beynəlxalq konfranslar keçirib, oraya dünyada tanınmış hüquq
və insan hüquqları üzrə mütəxəssisləri, jurnalistləri, ombudsmanları, elm adamlarını
dəvət etməliyik. Xocalı ilə bağlı sənədli və bədii filmləri dünyada çəkdirməliyik.
Bu bizim təbliğatımızın əsas istiqaməti olmalıdır. Eyni zamanda bu beynəlxalq
konfranslar vasitəsi ilə biz Azərbaycanın dünyadakı dostlar koalisiyasını yarada
bilərik. Qanlı hadisələrlə, faciələrimizlə bağlı müxtəlif saytlar yaradıb onları
dünyanın əsas dillərinə tərcümə etməliyik. Burada dünyada olan diaspora
təşkilatları və Azərbaycanın diplomatik nümayəndələri bir nöqtədən çıxış
etməlidirlər.”
•
Akademik Marr: “Erməni xalqı kimi, erməni dili də hibrid (calaq) dildir”.
•
S.C.İou yazırdı: «...bütün müharibə ərzində ən dəhşətli qırğın başladı. Milyondan
çox müsəlman kəndli camaatı öldü... Ərzincana doğru çəkilən Osmanlı ordusu ilə
birlikdə getməyə cəhd edən minlərlə qaçqın yolda parça-tikə edildi...»
25
Gürcülərin gördükləri və yazdıqları
•
Gürcü yazıçı və mütəfəkkiri İ.Çavçavadzenin Rus çarına məktubundan:
“Əlahəzrət! Mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə
verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-
küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır.”
•
Rus ordusunun gürcü generalı L.Odişelidzenin 1915-ci il tarixli məlumatından:
"Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri
Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın
fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin
satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü,
onlarda müsəlmanlara qarşı qəzəb, kin-kudrət hissini heç kimə məlum olmayan
gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən
qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı
fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…"
•
Gürcüstan Respublikasının vətəndaşı Levan Vladimiroviç Qoqoberidze: “22
yaşım var, Bakıda, Merkuryevskaya küçəsi, ev № 33, mənzil 12 ünvanda
yaşayıram. 1918-ci ilin mart qırğınları zamanı mən, Balaxanı kəndində, Ağayev
qardaşlarının evində yaşayırdım. Bu ev Ayrapet Surqulyantsın rəhbərlik etdiyi
silahlı ermənilər tərəfindən mühasirəyə alındı və zirehli qatardan, sonra isə
tüfənglərdən atəşə tutuldu. Mən özümlə qılıncımı, pullarımı, saatımı, dövlət əmanət
kitabçamı, üzüyümü götürdüm və evdən qaçmağı qərara aldım. Mənimlə birlikdə
Mahmud Ağayev və adlarını bilmədiyim bir neçə müsəlman qaçırdı. Arxa həyətin
yaxınlığında ermənilər bizi saxladılar. Ağayev güllə ilə ayağından yaralandı. Biz
mühasirəyə alındıq və polis bölməsinə göndərildik. Bu vaxt dərhal mənim yanımda
olan bütün əşyalarımı əlimdən aldılar. Mən və o birilər beş gün bölmədə qaldıq.
Ondan sonra məni və tanımadığım Rəhimov soyadlı birisini azad etdilər, qalanlarını
– Ağayev qardaşlarını və bir rusu gözlərimizin qabağında güllələdilər. Ağayev
qardaşları 5 nəfər idi və onlardan kiçiyinin 8, böyüyünün isə 40 yaşı var idi.
Ermənilər birinci bölmənin yaxınlığında güllələyirdilər, adamları arxadan
vururdular. Sonra isə qundaqlarla, süngülərlə güllələnənlərin axırına çıxırdılar. ...
talan edilmiş əmlakımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş
edirəm.” Oxundu. Qoqoberidze. İmza. Komissiya üzvləri: Aleksandroviç, Takinski,
А.Kluge (imzalar). AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 41. Sənəd № 576
•
Gürcü politoloqu, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru
Quram Marxulia: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu barədə kifayət
qədər tarixi faktlar var. Bunu heç bir vicdanlı alim dana bilməz. Yalnız erməni
alimləri qondarma, saxta faktlar düzəltməklə işğalçılıq siyasətlərinə don
geyindirmək istəyir, bu məsələdə də xarici havadarlarının köməyindən istifadə
edirlər. Amma onlar buna nail ola bilməyəcəklər. Azərbaycan bu bölgənin ən qədim
dövlətlərindən biridir və hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan
ərazilər də Azərbaycanındır. Bu da tarixi faktdır. Hamıya məlumdur ki, Ermənistan
dövləti 1918-ci ildə Azərbaycan və Gürcüstan ərazilərində xarici dövlətlərin dəstəyi
və təzyiqi ilə yaradılıb. Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi Dağlıq
Qarabağ mövcud olanda heç Ermənistanın adı belə olmayıb. Ermənilər bu faktları
ört-basdır etməklə diqqəti yayındırmağa çalışırlar. Amma hesab edirəm ki, onlar
buna nail ola bilməyəcəklər. Əslində Azərbaycan torpaqlarını Ermənistan təkbaşına
işğal edə bilməzdi. Yalnız xarici havadarlarının fitvası və dəstəyi ilə onlar
Azərbaycanın əzəli torpaqlarını işğal ediblər. Sovet İttifaqı dağıldıqdan sonra
26
Ermənistanda yenidən ərazi iddiaları baş qaldırdı. Ermənistana bu məsələdə xarici
qüvvələr dəstək verdi. Bu gün xarici dövlətlərin əlində təzyiq vasitəsinə çevrilən
Ermənistan əslində özünü pis vəziyyətdə qoyub. Baxın, bu bölgədə Azərbaycan da,
Gürcüstan da işğaldan əziyyət çəkən ölkələrdir. Bununla belə, hər iki ölkə inkişaf
edir. Birgə regional və qlobal layihələrdə iştirak edirlər. Bizimlə müqayisədə
Azərbaycan daha çox inkişaf edib. Ermənistan dövləti isə özünü hər şeydən
məhrum edib. Düşünürəm ki, bu da uzun sürməyəcək. Tezliklə Ermənistan geri
çəkiləcək və işğal etdiyi torpaqları azad edəcək. Onlar uduzduqlarını nə qədər tez
başa düşsələr bir o qədər də onlara xeyirdir. Bölgədə işğala mütləq son qoyulacaq.
Bu gün uzaqda deyil.http://azertag.az/xeber/818323
•
Gürcü tarixçisi Quram Marxulia: “Ermənilərin mübarizə metodu ancaq bundan
ibarət idi: “...İnsanları silahlandırmaq üçün bütün vasitələrə əl atmaq,
...toqquşmalar təşkil etmək və hökumət məmurlarını aradan götürmək, ...dövlət
idarələrini talan etmək və dağıtmaq... Məqsədə çatmaq üçün hər şeyə icazə verilirdi
- təbliğata, terrora, qiyama”.
27
İngilislərin gördükləri və yazdıqları
•
İngiltərə Xarici İşlər naziri lord Curzonun 11 mart 1920-ci ildə Lordlar
Palatasında çıxışından: "Ermənilər bəzi insanların və çevrələrin qəbul etdikləri və
etməyə hazır olduqları kimi məsum bir quzu deyildir və bu anda ermənilərin
türklərə qarşı apardıqları qanlı olayların çoxlu sənəd-sübutları əlimdədir.”
•
Bakıdakı ingilis konsulu Ronald Makdonel yazırdı: “...tatarlar və müsəlman
diviziyası məğlubiyyətə uğradıldı. Beşinci günün sonunda, demək olar ki, şəhərdə
tək bir müsəlman qalmamış, küçələr hamısı müsəlman meyitləri və yaralılarla
dolmuş, evlərinin hamısı dağıdılmışdı.”
•
İngilis generalı L.Denstervil 1918-ci il aprelin 9-da Bakıdan göndərdiyi
teleqramda vurğulayırdı: “Ermənilər bolşeviklərlə birləşərək özlərinə irqən düşmən
hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər”.
•
Britaniya hərbi kəşfiyyatının direktoru M.Lindley iyulun 9-da Londona - Xarici
İşlər Nazirliyinə göndərdiyi məlumatda bildirirdi: “Ermənilərlə bolşeviklər birlikdə
Bakıda 8 min, Yelizavetpol quberniyasında isə 18 min azərbaycanlı öldürdülər”.
•
Bakıda müsəlmanların kütləvi qətllərini ingilis hərbi xadimi Uordrop 1918-ci il
29 aprel tarixli 452№-li, C.Marlinqs isə 30 aprel tarixli 76№-li məlumatlarında da
təsdiq edirdilər: “Ermənilərin yaxşı silahlanmış dəstələri azərbaycanlıların dörddə
bir hissəsini öldürdülər. Bolşeviklər və ermənilər qalib gəldilər. ...1918-ci ilin
martında Bakıda 8-12 min azərbaycanlı qətlə yetirildi.”
•
Britaniya hərbi kəşfiyyatının direktoru M.Lindley iyulun 9-da Londona - Xarici
İşlər Nazirliyinə göndərdiyi məlumatda bildirirdi: “Ermənilərlə bolşeviklər birlikdə
Bakıda 8 min, Yelizavetpol quberniyasında isə 18 min azərbaycanlı öldürdülər”.
•
İngilis jurnalisti Skotland-Liddellin “Müsəlmanlarla müharibə, ermənilər yenidən
hücum edirlər” məqaləsindən (1919-cu il 30 yanvar, Tiflis): “...hər iki hökumət
tərəfindən Tiflisdə noyabrın 23-də müqavilə imzalanmışdı və bütün mübahisəli
məsələlər Böyük Dövlətlər tərəfindən həll edilənədək hər iki tərəfin sülh şəraitində
yaşayacağına ümid yaranmışdı. Lakin müqavilənin imzalanmasının ardınca
ermənilər dərhal Azərbaycan ordusunun geri çəkilməsindən istifadə edərək
Zəngəzurda qırxadək müsəlman kəndini darmadağın etdilər. ...doqquz müsəlman
kəndini də Şuşa yolu üstündə darmadağın etmiş, əhalinin böyük əksəriyyətini isə
vəhşicəsinə öldürmüşlər...Azərbaycan Hökuməti bununla bağlı etirazını bildirsə də,
Ermənistan Hökuməti bu faktları rədd edən cavab aldı...Ermənistan ona görə
bədbəxtdir ki, “Daşnaksütyun” partiyası orada qüvvədədir. Bu uzun illər erməniləri
müsəlmanlara qarşı hücum etməyə sövq edən inqilabçı terror təşkilatıdır. Ermənilər
bacarıqlı müntəzəm təbliğat vasitəsilə layiq olmadıqları həddə rəğbət qazanırlar.
Ermənistan həmişə dava-dalaş aхtarır və ona nail olanda təbliğat məqsədilə deyirlər
ki, amandı qoymayın qırdılar bizi. Daşnak üçün öldürülmüş erməni daha əzizdir.
Bundan istifadə edərək, erməninin ölüsü qalхıb haray – həşir təpir ki, ayə mən
özüm ölməmişəm, məni müsəlmanlar öldürüblər...Londonda, Fransa, Birləşmiş
Ştatlarda erməni büroları mövcuddur, onların ən sevimli metodu “xristian”
sözündən istifadə etməkdir. İndi Zəngəzura hücum edən ermənilər özlərinin
müvəqqəti uğurlarına şübhə etmirlər. Lakin gün gələcək ki, bütün müsəlmanlar bir
nəfər kimi zülmkarlara qarşı qalxacaq və həmin gün gələndə heç nə erməni xalqını
xilas edə bilməyəcəkdir.”
28
•
16 mart 1920-ci ildə Antanta Dövlətləri son Osmanlı Mebuslar Məclisini tutaraq
118 məclis üzvü və dövlət xadimini Maltaya sürgün etmişdilər. İstanbul İngiltərə və
Fransanın işğalı altında olmasına, Osmanlı arxivləri də tamamilə İngilis və Fransız
elm adamlarının əlinə keçməsinə baxmayaraq, Osmanlı Hökumətini soyqırımda
günahlandıracaq hüquqi qiymətdə heç bir sənəd tapa bilmədilər. İngilislər
araşdırmalarını ABŞ Senatı Arxivində genişləndirmişlər. Senatın 3 iyul 1921-ci ildə
yayımladığı bir hesabatda; "Təəssüf ki, Senatın Arxivindəki 33 min sənəd arasında
soyqırımı təsdiqləyəcək heç bir sənəd yoxdur. Var olanlar isə ermənilər tərəfindən
ifadə edilən ancaq ikinci əldən heç bir hüquqi dəyəri olmayan sənədlərdir" şəklində
tarixi sənədlərə əsaslanaraq həqiqətləri ortaya qoymuşdur.
•
Erməni terror təşkilatları tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti öz
miqyası ilə heyrət doğurur. D.Malevilin hesablamalarına görə, ermənilərin Şimali
Anadoluda 1915-ci ildə qətlə yetirdikləri dinc müsəlmanların sayı 1 milyon 600
minə çatmışdı. C. və K.Makkartlilərin tədqiqatına görə, XX əsrin əvvəllərindəki
qanlı hadisələrin gedişində 2,5 milyon müsəlman öldürülüb. Əgər bura ermənilərin
Azərbaycanda qətlə yetirdikləri 400 min və Gürcüstanda öldürdükləri on minlərlə
müsəlmanı da əlavə etsək, həqiqətən də dəhşətli rəqəmlər ala bilərik.
•
Yunanların Kıbrısda türklərə etdikləri soyqırımları yazıçı Ceyms Rayner
“Crushed Flowers” (1982) kitabında belə yazır: “Yunanların 20-ci əsrdəki
davranışları, qırğınlar törədərək barbarlığın təmsilçisi olduqlarını isbat etdilər.
Bunlar yalnız qana susamış bir şəkildə türkləri qətlə yetirmədilər, eyni zamanda
onları yarı canlı, diri-diri quyu və qəbirlərə doldurub basdırdılar. Bu toplu
məzarlara basdırılanlar, rum vəhşiliyinin dünyaya, bəşəriyyətə bir göstəricisidir.
Kütləvi məzarlardan çıxarılan skelet dəlilləri isə illərlə bizə yunanların vəhşicəsinə
tətbiq etdiyi feodal dövrü qaydaları barbarlığının nümunəsinin göstəriciləridir.”
•
Kıbrısdakı rumların türklərə qarşı qətliamlarının şəxsən şahidi olmuş The Times
müxbiri Devid Leigt türklərə qarşı soyqırımı qəzetdəki yazısında belə ifadə edir:
"Kiprə müdaxilə zamanı türk ordusunun buradakı sülhü mühafizə edən əsgər
mənsubları əsir alınmışdı. Əsir alınan qadınların namusuna əl qatılmış, uşaqlar isə
küçə ortasında qətlə yetirilib qətl edilmiş və Limasol türk məhəlləsi tamamilə
dağıdılmışdı.”
•
Meshur EOKA lideri və Guney Kibris Rum yonetimi baskanı Tasos Papadapulos
o zaman türklərə qarşı qırğınları planlaşdıran ordunun ikinci qərargah rəisi idi.
Onun əmrlərini icra edən Nikos Sampsonun “Eleftherotipia” qəzetinə verdiyi
müsahibədən: “Əgər Türkiyə Adaya müdaxilə etməsəydi, mən, sadəcə, Enosisi elan
etməklə qalmayıb, Adadakı mövcud olan bütün türk varlığını da tamamən ortadan
qaldırardım.”
•
Lord Willis-in Londonda Labour Housedə 17 dekabr 1986 tarixindəki çıxışından:
“Türkiyənin müdaxiləsi Kipr türklərinin həyatını xilas etdi. Bu barədə Türkiyə
kredilendirilməlidir. Artıq bu müdaxilədən sonra, Kiprdə, 12 ildir ki, heç kim
öldürülmür və qətlə yetirilmir.”
•
İngilis jurnalisti Skotland-Liddell Qarabağda, Zəngəzurda və Dərələyəzdə
törədilən qırğınları şəxsən görüb yanvarın 30-da Tiflisdə "Müsəlmanlarla müharibə,
ermənilər yenidən hücum edirlər" adlı məqalə yazmışdır: "Müsəlman türklərin qisas
günü gələndə heç nə erməni xalqını xilas edə bilməyəcəkdir...Londonda “Erməni
Bürosu” var. Buna bənzər təşkilatlar Fransada, ABŞ-da da var. Onların ən çox
sevdiyi metod ən alçaq reklam üçün xristian sözündən istifadə etməkdir.
29
Azərbaycanda həqiqəti bilirlər. Əgər ingilis içtimaiyyəti bilmirsə də, ingilis
nazirlikləri bilməlidirlər.”
•
İngilis səyyahı Vilson: “Ermənilər acgöz və tamahkardırlar, fitnəkar və
araqarışdırandırlar, heç kəsi bəyənmirlər.”
•
Bakıda 1918-ci il 30, 31 mart və 1 apreldə mart qırğınının şahidi olmuş ingilis
turist M.Kulka: “Erməni əsgərləri müsəlman məhəllələrinə girib əhalini öldürür,
qılıncla parçalayır, süngülərlə dəlik-deşik edir, evləri yandırır, uşaqları odun
içərisinə ataraq diri-diri yandırır, üç-dörd günlük südəmər uşaqları süngülərinə
taxırdılar. Onlarda bir sözlə, nə uşağa, nə qocaya, nə də qadına rəhm etmək yox
idi.”
•
İngilis yazıçısı və publisisti S.F.Dikson-Consonun 1916-cı ildə yazdığı
“Ermənilər” kitabından: “Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir
üzü vardır - o da hakimiyyət üçün yeni bir fürsətdir. Ermənilərə üz vermiş ağır
çətinliklərin, faciələrin günahı, onları anlamadıqları işə təhrik edənlərin üzərinə
düşür. “...erməni tərəfdarları” 1915-ci ildə ölənlərin sayını şişirtmək və dəfələrlə
təkrar etmək yolu ilə ictimaiyyəti qorxuya sala bildilər. Məlumdur ki, onlar qədim
bir Şərq məsəlinə uyğun hərəkət edirdilər: “Yalanı bir günlüyə burax, onu dərk
etməyə yüz il lazım geləcək”...İğtişaşlara səbəb olan ikinci amil 1878-ci il Berlin
sazişinə daxil edilmiş bəndlər idi. Bu sazişə görə, onu imzalayan altı tərəf
(Almaniya, Avstriya-Macarıstan, İtaliya, Fransa, İngiltərə, Rusiya) nəzarət və daxili
işlərə qarışmaq hüququna malik oldular. Bu bəndlər ermənilərdə belə bir fikir
oyatdı ki, onların Osmanlı dövlətindən xüsusi imtiyazlar almağa ixtiyarları vardır.
Bu da onları asanlıqla erməni məmləkəti və ya erməni dövləti yaratmaq ideyasına
təhrik etdi.Ermənilər 1876-1878-ci il rus-türk müharibəsi dövründə Tiflisdə gizli
sui-qəsd təşkilatını yaradaraq fəaliyyətə başladılar, onun Nyu-Yorkda, Londonda,
Parisdə və Vyanada şöbələrini təşkil etdilər. Onlar ...acgöz və tamahkardırlar,
fitnəkar və araqızışdırandırlar,... heç kəsi bəyənmirlər, ...onlar xırda bir işi
şişirtməkdə istedad sahibidirlər, intriqa yaratmağı sevirlər... əvvəlcədən
fikirləşmədən və hazırlaşmadan daha düşüncəsiz siyasi cinayətlər törədəcək, heç bir
tərəddüd etmədən özlərinə və başqalarına ziyan vuracaq və dağıntı gətirəcəklər;
onlar öz qardaşlarını, qiymətli vətəndaşları təsadüfi qazanc, qənimət xatirinə qurban
verəcəklər; ən az inandıqları adamlarla belə əyri niyyətlər xatirinə geniş miqyasda
əlbir olacaqlar; bir tərəfdən hayıf çıxmaq üçün öz milli problemlərini bir kənara
atarlar, özləri üçün təhlükəli anlarda isə vaxtilə onların mənafeyinə xidmət edən
adama xəyanət edər və onun haqqında təhqirlər, söyüşlər yağdırır, onu biabır
edərlər...Erməni “inqilabçıları” ədavət etdikləri adamlarla vuruşmaq xatirinə öz dini
normalarını(yaşayışlarını) belə tapdalayırlar; Konstantinopoldakı (İstanbul) erməni
terrorçuları öz həmvətənləri arasında qırğın alovunu yandırmaq məqsədilə bombalar
partlatmışdılar. 1876-cı ildə Asiyada (Kiçik Asiyada) ümumi üsyan qaldırmaq cəhdi
boşa çıxan “inqilabçılar” səfirləri müdaxiləyə sövq etmək ümidi ilə İstanbulda bir-
birinin ardınca daha təhlükəli planlar qurdular. Onlar tapança və qumbaralarla
silahlanaraq Osmanlı bankına hücum etdilər və on iki mühafizəçini öldürdülər,
avropalı işçiləri girov götürdülər və binanı partlatmaqla hədələdilər. Xarici səfirlər
Babi-Alidən sui-qəsdçilərin salamat qalmasına zəmanət ala bildilər. Eyni zamanda
Böyük Pera küçəsinə də qumbaralar atıldı və İstanbulun bu boş küçəsindəki evlərin
daşında özlərinə mövqe tutmuş sui-qəsdçilər küçədən keçən adamlara da atəş
açdılar.”
•
Böyük Britaniyanın xarici işlər naziri (1919-1923) P.Koks lord Kerzona yazırdı:
“Mən İran hökumətindən aldığım və erməniləri İrəvanda, Naxçıvanda və Qarsda
30
müsəlmanlara qarşı vəhşiliklər törətməkdə ittiham edən memorandumun
tərcüməsini əlavə etməyi və bu iğtişaşlara son verilməsi üçün müttəfiq
hökumətlərin üzərinə məsuliyyət qoymağı özümə şərəf bilirəm”.
•
Britaniya briqada generalı R.Qortonun 1918-ci il 8 dekabr tarixli məruzəsindən:
“ermənilər tərəfindən 180 kənd dağıdılmış və çoxlu sayda tatar (azərbaycanlı) qətlə
yetirilmişdir...mayor Hibbondan türklərdən müdafiə üçün aldığı bütün silah və
artilleriyanı Andronik erməni silahlı birləşmələrinə vermişdir.” Dostları ilə paylaş: |