Debat Klubu necə
yarandı?
Qeyd edək ki, “Vətəndaş
Cəmiyyətində Debat” İctimai
Birliyi 1998-ci ildən “Debat”
təhsil proqramı kimi fəaliyyətə
başlayıb. İctimai Birlik kimi
2001-ci ildə təsis edilib, 2005-
ci ilin yanvar ayında Ədliyyə
Nazirliyi tərəfindən qeydiyyat
dan keçirilibdir. Bu proqrama
əsasən ali təhsil müəssisələri
cəlb olunub və ATU-nun
Debat Klubu isə qurumun
tərkibində yaradılan ilk klub
olub.
Həmişə olduğu kimi bu dəfə
də ATU-nun tələbələri digər
ali məktəb tələbələrindən
aktivliyinə görə fərqlənir.
Kluba
universitetin
müalicə-profilaktika fakültə
si nin IV kurs tələbəsi Gül
tac Kərimli sədrlik edir.
Onun sözlərinə görə, 1999-cu
ildə yaradılan ATU-nun De
bat Klubu arada müəyyən
fasilələrlə 15 ildir öz fəaliyyətini
davam etdirir. “Hazırda klubun
427 üzvü var. Bu yaxınlar
da təlimlərə başlanacaq və
daxili turnir keçiriləcək. Klub
fəaliyyəti dövründə 4 dəfə
Respublika, bir dəfə Bakı Fo
rumu qalibi, 3 dəfə Bakı Foru
mu 2-cisi olub. Hazırda klubun
15 illiyini keçirmək məqsədilə
təlimlərə hazırlaşırıq”.
Gültac xanım onun rəhbərlik
etdiyi Klubun “Aktiv Debat Klu
bu” adına layiq görülməsinin
və
uğurlar
qazanması
nın səbəbini həmçinin üzv
tələbələrin məsələyə ciddi
yanaşması ilə də izah etdi.
“Sevindirici haldır ki, “Debat
Klubun məzunları” adlanan
çox sayda həkimlər hələ də
öz fəliyyətlərini davam etdirir.
Hətta ölkəmizin hüdudların
dan kənar yaşayan həkimlər
hələ də klubla əlaqələrini
kəsməyiblər. Bunun da əsas
səbəbini səmimi tələbə mühiti
nin yaradılması ilə izah etmək
olar. Mübaliğəsiz deyərdim ki,
universitetimizin tələbələrinin
ən çox üzv olduğu Debat Klu
budur. Çünki bu klub sağlam
ideya və xoş rəqabət üzərində
qurulub və daim inkşaf edir.
Qoşulmaq istəyənlərə də bu
rada hər zaman yer var. Arzu
edən tələbələr debatçı adını
qazana, universitetimizi ölkə
miqyaslı forumlarda təmsil
edə və öz ictimai fəallıqlarını
göstərə bilərlər”.
Sonda Gültac xanım uni
versitet rəhbərliyinin keçirilən
bütün tədbirlərə dəstək ol
masından, Debat Klubun
fəaliyyətinə nəzarət və diqqət
ayırmasından, lazım olan
maddi-texniki və mənəvi yar
dımı göstərməsindən də da
nışdı. Kluba dəstək verən hər
kəsə qəzetimiz vasitəsi ilə
təşəkkürünü bildirdi.
Dostları ilə paylaş: |