http://www.amu.edu.az
15 noyabr 2014-ъц ил
4
B
u il noyabrın 10-
da Bakı şəhər İcra
Hakimiyyəti, Təhsil Nazirliyi
və Azərbaycan Milli Elmlər
Akdademiyasının (AMEA)
birgə təşkilatçılığı ilə “Bakı
Elm Festivalı-2014” –ün
açılışı olub. Ertəsi gün isə
“Bakı Elm Festivalı-2014”
çərçivəsində Azərbaycan
Tibb Universitetində geniş
tədbir keçirilib.
“Festivalın
universitetimizə
faydası olacaq”
Açılış mərasimində çıxış edən
universitetin rektoru, akademik
Əhliman Əmiraslanov iştirak-
çıları salamlayaraq festivalın
məqsəd və məramı haqqında
məlumat verib:
- Çox hörmətli Akif müəllim!
Çox hörmətli professor-müəllim
heyəti!
Əziz gənclər və tələbələr!
Azərbaycanda ilk dəfə keçirilən
elm festivalı bizim üçün, ölkəmiz
üçün yeni bir hadisədir. Biz festi-
vala hazırlıq işlərinə başlayanda
çoxları bunun nəyə görə keçiril-
diyini anlaya bilmirdi. Amma bu
festivalın keçirilməsi vacibdir və
əsas məqsəd də Azərbaycan
elminin bugünkü nailiyyətlərini
geniş ictimaiyyətə çatdırmaq,
müasir elmi bilikləri təbliğ etmək,
həmçinin gəncləri elmi fəaliyyətə
cəlb etməklə elmi tədqiqat
işlərinə marağı artırmaqdan
ibarətdir.
Bildiyiniz kimi, elm festivalı-
nın əsası İngiltərədə qoyulub.
Məqsəd isə elmin təbliğ olunma-
sından, insanları, cəmiyyəti elmi
tədqiqatlara, elmi laboratoriyala-
ra, elmi müəssisələrə yaxınlaş-
dırmaqdan gedir. Bəzən bizdən
kimsə hansısa laboratoriyada,
klinikada və ya elmi müəssisədə
tədiqatla məşğul olur. Ancaq
cəmiyyətin və bütövlükdə bu
sahədə çalışan mütəxəssislərin
isə aparılan tədqiqatdan xəbəri
olmur.
Ancaq
belə
festvalların
keçirilməsi cəmiyyəti elmə ya-
xınlaşdırır və bu baxımdan
elmi təbliğ etmək, heç şübhəsiz
ön plana çəkmək lazımdır.
Görürəm, bura toplaşanlar
əsasən gənclərdir. AMEA-nın
prezidenti Akif Əlizadəni və o
cümlədən bizi son zamanlar
gənclərin əvvəlki illərə insbətən
elmi-tədqiqatlara
marağı-
nın azalması narahat edir. Bu
səbəbdən istərdik ki, gənclərin
elmi müəssisələrə, elmi-tədqiqat
laboratoriyalarına axını daha
çox olsun.
Doğrudur, universiteti bitirən
hər gəncdən elmi işçi ola
bilməz. Bunun üçün onda bir çox
xüsusiyyətlər olmalı, ən əsası
elmi tədqiqatın predmetini düz-
gün seçməlidir. Əgər o, predmeti
düzgün seçə bilməsə, heç vaxt
yaxşı nəticə əldə edə bilməz.
Ikincisi, elmi tədqiqatlarda bir
ardıcıllıq olmalı, tədqiqatın bir
mərhələsindən sonra hansı
mərhələnin gəlməsini bilməlidir.
Bəzən tədqiqatçılar deyirlər
ki, apardığım elmi-tədqiqat işi-
nin nəticəsi olmadı. Əgər elmi-
tədqiqat işinin nəticəsi əvvəldən
bilinsəydi, onda bu elmi tədqiqat
olmaz, səviyyəsi aşağı düşərdi.
Aparılan tədqiqat isə sona çatdı-
rılmalı və hər bir tədqiqatçı apar-
dığı elmi-tədqiqatın nəticəsinin
ölkəsinə və xalqına hansı fayda-
sının olacağını bilməlidir.
Elmi-tədqiqat işlərinin apa-
rılması
üçün
elmi-tədqiqat
müəssisələrinin
maddi-texni-
ki bazasının yaxşılaşdırılması
istiqamətində, o cümlədən Aka-
demiyada son illərdə xeyli işlər
görülüb və yeni institututlar ya-
radılıbdır.
Mən yeni yaranan institut kimi
Molekulyar Biologiya və Biotex-
nologiyalar İnstitutunun adını
çəkə bilərəm. Bu institut yeni
elmi istiqamətlərin meydana çıx-
ması, elm və texnologiyaların
inkişafı nəticəsində yaradılan bir
elm müəssisəsidir ki, bunun da
çox böyük əhəmiyyəti vardır.
Akademiyada, keçmiş SSRİ
məkanında analoqu olmayan,
çox geniş imkanlara malik müa-
sir elrktron kitabxana da fəaliyyət
göstərir. Gənclərimizə tövsiyə
edərdim ki, həmin kitabxanadan
istifadə etsinlər. Buradan dünya-
nın bir çox qapalı mənbələrinə
giriş əldə etmək mümkündür.
Diqqətinizə çatdırım ki, festi-
valda maraqlı məruzələr planlaş-
dırılıb. Mənə elə gəlir ki, burada
geniş diskusiyyalar olacaq. He-
sab edirəm ki, gənclər özü üçün
nə isə götürəcək, əldə edəcəklər.
Əminəm ki, bu gün təşkil olunan
bu festival universitetimiz üçün
faydalı olacaq.
Son olaraq, Akademiyanın pre-
zidenti, akdemik Akif Əlizadəyə
də dərin təşəkkürümü bildirirəm
ki, bu gün bizimlə bir yerdədir.
Festivalın necə təşkil olunması
və gedişi ilə maraqlanır. Məhz
Akif müəllimin təklifi ilə festival
Azərbaycan Tibb Universitetində
keçirilir. Sizlərə uğurlar arzulayı-
ram.
Dostları ilə paylaş: