UsAQ Ve YENiYETMeLeRiN iNKisAFiNiN SOSiAL‐PSiXOLOJi MeSeLeLeRi
7.1.3. ValideynlƏr bu vƏziyyƏtƏ uşaqlardan ƏvvƏl hazır olmalıdır
Çünki uşaqların bu dövrdə qarşılaşdıqları problemlərin əvvəlcədən müəyyənləşdirilməsi və onların həlli yollarının tapılması vacibdir.
7.1.4. MƏktƏb qorxusu nƏdir?
M əktəb qorxusu, məktəbə yeni gedən uşağın məktəbə getməməkdə inad etməsi, dostlarını qəbul etməməsi, ağlaması və s. kimi davranışları nümayiş etdirməsidir.
Bu qorxu hissi oğlan və qızlarda eyni dərəcədədir və bu, uşaqların təhsil alacağı mühitə öyrəşməsini əngəlləyir. Uşaqlara görə qorxu, şəraitə uyğunlaşmağın, narahatlıq doğuran vəziyyətlərin öhdəsindən gəlməyin bir yoludur. Bu qorxuya tez müdaxilə edildikdə, o unudulur.
Ümumiyyətlə, yeni bir vəziyyətlə qarşılaşdığımız zaman problemlərin olması normaldır. Bu vaxtlarda uşaqları məktəbə yola salmaq çətindir, ona görə ki, uşaq ilk dəfə anasından ayrı qalacaq. Normal inkişaf prosesində bu vəziyyətlərin yaşanması təbiidir. Bu problemlərin yaranmasına uşağın ana ilə olan münasibəti də səbəb ola bilər; ananın uşağın şəxsiyyətinin formalaşmasına imkan verməməsi, bir növ, ana‐
nın da uşağa bağlı olması, evdə təzyiqli və narahat şəraitin mövcudluğu, yeni bir uşağın dünyaya gəlməsi və uşağın bu prosesi hələ dərk edə bilməməsi, ata və ananın narahat insanlar olması, ailə üzvlərindən birinin itirilməsi və ya xəstələnməsi kimi faktlar buna təsir edə bilər. Uşağın məktəbə başlamazdan əvvəlki dostluq təcrübəsinin keyfiyyəti, duyğularını və düşüncələrini çatdırmaqda rahat olması bu dövrdəki problemlərin öhdəsindən gəlməyə kömək edir.
Başqaları ilə münasibət qura bilməyən, ailəsinə bağlı, dostları ilə oyun oynamaqdan qaçan, anası ilə normal münasibəti olmayan uşaqların məktəbə başlarkən problem yaşaması gözlənilə bilən bir şeydir. Belə uşaqlarda enerji itirilməsi, məhdudlaşma, baş və qarın ağrılarından şikayətlənmə də qarşıya çıxan əsas problemlərdəndir.
Uşaqda məktəbə qarşı müsbət fikirlər oyatmaq üçün ona məktəblə bağlı real məlumatlar verilməli, məktəb dövründən əvvəl ana öz uşağını yeni dostluqlar qurmağa yönləndirməlidir. Bundan əlavə, ailənin digər üzvləri də məktəblə bağlı yaşanmış hekayələrini uşağa danışa bilər.
Hər valideyn uşağın özünün geyinməsinə, yeyib‐içməsinə şərait yaratmalı və hər yaş dövründə onları dinləməli, problemlərinin ola biləcəyini unutmamalıdır.73 Uşaqlarda məktəb qorxusu 2 cür olur: