Akut (irəliləmiş, şiddətli) məktəb qorxusu olan uşaqlar evdə qaldıqları müddətdə xoşbəxtdirlər. Yoldaş əlaqələrində və ictimai fəaliyyətlərdə tez təsirə düşürlər. Hətta, bu uşaqlar evdə qaldıqları müddət içində ev tapşırıqlarını yerinə yetirirlər.
Xroniki
Xroniki məktəb qorxusu isə zamanla meydana gəlir. Bu qorxunun meydana gəlməsində gəncin uşaqlıq illərindəki problemlərinin rolu böyükdür. Xroniki məktəb qorxusu, akut məktəb qorxusunun tam tərsinə bir sıra uyğunlaşma çətinliklərini ehtiva edir. Xroniki məktəb qorxusu olan uşaqlar yalnız məktəbdən deyil, eyni zamanda, əvvəllər zövq aldıqları fəaliyyətlərdən də uzaqlaşmağa başlayırlar. Bu uşaqlar nə dərsə hazırlaşır, nə də müəyyən bir maraq sahəsində fəaliyyət göstərirlər. Məktəb qorxusunun ilkin əlamətləri aşağıdakılardır:
7.1.5. MƏktƏb qorxusuna tutulan uşaqlar üçün valideynlƏr nƏ etmƏlidir?
Valideyn, ilk növbədə uşağın niyə məktəbə getmək istəməməsi ilə bağlı narahatlıqlarına qulaq asmalı, bununla bağlı duyğu və düşüncələrini deməsinə şərait yaratmalıdır. Unudulmamalıdır ki, bu problem məktəb və müəllimin ucbatından da ola bilər. Buna görə də ailə və məktəb daima ortaq olmalı və uşağın məktəbə getməməsinə imkan verilməməlidir.
Hər ata‐ana uşağın narahatlığını başa düşdüyünü və bunun zamanla keçəcəyini vurğulamalıdır. Bundan əlavə, ailəyə bağlılığın azaldılması, tək oynaya biləcəyi oyunların dəstəklənməsi lazımdır.
Valideynlər məktəb üçün bazarlığı uşaqlarla birgə etməli, bu dövrdə qarşıya çıxa biləcək problemləri əvvəlcədən öyrənməlidirlər.
7.1.5.1. MƏktƏb qorxusuna tutulan uşaqlar üçün ailƏlƏr nƏ etmƏlidir?
Uşağın qorxusu barədə danışaraq, səbəbini aydınlaşdırmağa çalışmalıdırlar.
Məktəbə getmədiyi üçün ona hədəqorxu gəlməməli və onu qorxutmamalıdırlar.
Müəlliminə uşağın vəziyyətini danışmalı və lazım gələrsə, müəllimlə birlikdə uşaqla bağlı bir işi təşkil etməlidirlər.
Uşağın məktəbdən uzaq qalmaması‐
na diqqət yetirməlidirlər.75 7.1.5.2. ValideynlƏrin uşaqla birlikdƏ dƏrsƏ girmƏyi doğru bir davranışdırmı?
M əktəbdə, xüsusilə sinifdə mühitin təşkil edicisi, idarəçisi müəllimdir. Müəllimin mövqeyi, qərarı əhəmiyyətli yer tutur. Xüsusilə məktəbin ilk günlərində israrla anasından ayrılmaq istəməyən və sinif mühitinə qarşı reaksiyalı olan uşağın yanında, sinif içində söhbət oluna bilər. Ancaq bu, vəziyyətin davamlı olması deyil. Bu davranış bir neçə günü keçməməlidir. 7 .1.6. MüƏllim nƏ etmƏlidir?
Müəllim uşaqlara qarşı həssas olmalı və verilən tapşırıqları mütləq yerinə yetirmələri üçün uşaqlarda məsuliyyət hissi oyatmalıdır. Uşaqlara qarşı sərt davranılmamalı, problemlərinin nə olduğu dinlənilməli və hər zaman onların yanında olduğu hissi aşılanmalıdır. Müəllim uşağa dərsə gəlməyin vacib olduğunu və ona dəyər verdiyini başa salmalıdır.
Qorxu hissi bağça uşaqlarında 3‐5 yaşlar arası və ibtidai sinfə gedərkən müşahidə olunur. Sözügedən problem 12‐14 yaş arasında da müşahidə oluna bilər.76 7.1.7. Bağçada ilk gün stresindƏn necƏ yaxa qurtarmaq olar?
Bağçaya ilk dəfə gedən uşaqlarda zaman və məkan məfhumları tam formalaşmadığı üçün problemlər yaranır.
Evimiz buradan nə qədər uzaqdır?
Anam məni gəlib aparacaqmı?
Buradakı uşaqları tanımıram.
Ehtiyaclarımı kimdən istəyəcəyəm, kömək edərlərmi? - Evdə qanunlar yoxdur, bura isə qanunlarla doludur.
Uşaq bu sualların cavablarını yaşayaraq öyrənəcəyi üçün narahatlığı yüksək olur. İlk gün ana məktəbdə 1‐2 saat qalıb onu müəllimlə tanış etməli, nə etməli olduğunu başa salmalıdır. Bir neçə gün uşağın görə biləcəyi yerdə oturmaq da faydalı ola bilər.